İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

53

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Diaqram 23-dən göründüyü kimi, Azər baycanın sənaye müəssisələrinin texnoloji innovasiya xərcləri həm 

mütləq formada, həm də sənayedə yaranan əlavə dəyərə nisbətdə azalma trendi göstərir. Bütöv lükdə 2010-

cu ildə Azərbaycanın bütün sənaye müəssisələrinin innovasiya xərcləri cəmi 8.1 milyon manat olub ki, bu 

da həmin il ərzində sənayedə yaranan əlavə dəyərin cəmi 0.03%-nə bərabərdir. İnno vasiya xərcləri əsasən 

emal sənayesi (mədən çıxarmada texnoloji innovasiya xərcləri 2010-cu ildə cəmi 5 min manat göstərilib) müəssisələri 

tərəfindən həyata keçirilib ki, onlar da bütün innovasiya xərclərinin 62%-ni texnoloji innovasiyalarla əlaqədar 

maşın  və  avadanlığın  alınmasına  yönəldiblər.  Yeni  məhsulların,  xidmətlərin,  yeni  proseslərin  tətbiqi  və 

işlənməsinə  isə  xərclərin  30%-i  yönəlib.  İnnovasiya  ilə  əlaqədar  işçilərin  öyrədilməsi  və  hazırlığına  ölkə 

üzrə cəmi 95.6 min manat xərclənib. Başqa sözlə desək, sənaye müəssisələrinin innovasiya xərclərinin azlığı 

ilə bərabər digər problem ondan ibarətdir ki, mövcud xərclər də daha çox hazır texnologiyaların idxalına 

yönəlir, nəinki yerli müəssisələr tərəfindən onun hazırlanmasına. Onu da qeyd edək ki, ölkə üzrə innovasiya 

xərclərinin  97,5%-i  məhsul  innovasiyalarının,  2,5%-i  isə  proses  innovasiyalarının  payına  düşür.  Avropa 

Yenidənqurma və İnkişaf Bankının 2010-cu il üçün ənənəvi keçid dövrü hesabatında (Transition Report –



2010) biznes mühiti və müəssisələrin əsas göstəriciləri üzrə 2005-2009-cu illərdə aparılan sorğuların nəticəsi 

əsasında keçid ölkələrində ixrac və qeyri-ixrac fəaliyyəti ilə məşğul olan şirkətlər içərisində innovasiya (R&D

xərcləri mövcud olan şirkətlərin xüsusi çəkisi hesablanıb. Diaqram 23-dən göründüyü kimi, Azərbaycanda 

innovasiyaya önəm verən şirkətlərin ümumi müəssilərin sayına nisbəti başqa keçid ölkələri ilə müqayisədə 

daha aşağıdır. 

İnnovasiyayönümlü elmi-tədqiqat sisteminin institusional bazası. 1) Nazirlər Kabineti 2008-ci ildə AMEA 

nəzdində Elmi İnnovasiyalar Mərkəzi (EİM) təsis edib. EİM-in fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına 

maliyyələşdirilir. EİM-in fəaliyyətinin əsas məqsədi respublikada elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu 

sahələrin  inkişafı  ilə  bağlı  xarici  ölkələrin  qabaqcıl  texnologiya  və  innovasiyalarının  məlumat  bazasının 

yaradılmasıdır. Bununla yanaşı, EİM AMEA-nın, nazirliklərin, komitələrin, konsernlərin, şirkətlərin müstəqil 

balansda olan təşkilatları, idarələri, ali təhsil müəssisələri, onların filial və şöbələri tərəfindən elmi-tədqiqat, 

təcrübi-konstruktor işlərinin dövlət qeydiyyatını aparır

78

. 



2)  2009-cu  ildə  Azərbaycan  Prezidenti  yanında  Elmin  İnkişafı  Fondu  yaradılıb.  Fondun  əsas  məqsədi 

Azərbaycanda  elmi  təşkilatlar,  təhsil  müəssisələri  və  fiziki  şəxslər  tərəfindən  təqdim  olunmuş  təbiət, 

texniki, humanitar və ictimai elmlər sahəsində fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-

tədqiqat proqramları və layihələrini qrant şəklində ünvanlı maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini 

stimullaşdırmaqdan ibarətdir. EİF üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat 

Fondundan  3  milyon  manat  məbləğində  əlavə  vəsait  ayrılıb.  Onu  da  xatırladaq  ki,  2010-cu  il  dövlət 

büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan AMEA-nın gənc alimlərinin Avropanın elmi 

mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min manat məbləğində də vəsait ayrılıb. EİF 

2011-ci il ərzində elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi 

məqsədi ilə qrantların verilməsi üzrə gənc alim və mütəxəssislər üçün də müsabiqə keçirmiş və 28 nəfərin 

elmi-tədqiqat və innovasiyayönümlü layihəsi maksimum 50 min manat olmaqla qrantla təmin edilib. Ancaq 

bu fondun müsabiqə qaydalarının aydınlığı, vəsaitlərin bölgüsünün şəffaflığı və hesabatlılıq mexanizmlərinin 

müstəqil qiymətləndirilməsinə ehtiyac duyulur.

3)  2010-cu  ildə  Nazirlər  Kabineti  “Doktoranturaların  yaradılması  və  doktoranturaya  qəbul  Qaydaları”nı 

təsdiq edib. Burada xüsusi qeyd edilir ki, ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturanın 

yaradılması üçün onların mövcud elmi potensialı, elm və innovasiya sahələrində əldə etdikləri göstəricilər 

haqqında məlumatların təhlili aparılmalı və onların elmi potensialı müəyyən edilməlidir

79

.



78

 http://www.science.gov.az/az/presidium/qeydiyyat_shobesi/index.htm 



http://www.innovasiya.az/index.php?option=com_content&view=section&layout=blog&id=3&Itemid=17

79



 http://e-qanun.az/files/framework/data/19/f_19800.htm 


54

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

İnnovasiya fəaliyyətinə maneələr. İqtisadi və ixrac diversifikasiyasının subyekti ayrı-ayrı şirkətlər olduğu 

kimi,  innovasiya  fəaliyyətinin  də  subyekti  şirkətlərdir.  DSK-nın  müəssisələr arasında  innovasiya  amilinə 

mane olan faktorların dəyərləndirilməsi ilə bağlı apardığı sorğunun nəticələri aşağıdakı kimidir. Cədvəldən 

göründüyü kimi, müəssisələr innovasiyaya mane olan iqtisadi amillər içərisində öz vəsaitlərinin və dövlət 



tərəfindən maliyyə yardımının kifayət qədər olmamasını xüsusi vurğulayırlar.

Cədvəl 11. İnnovasiyalara mane olan amillər 

(Dövlət Statistika Komitəsinin sorğusunda iştirak edən müəssisələrin sayı əsasında) 

İndikatorlar

əsas və ya həlledici

əhəmiyyətli

az əhəmiyyətli

2008

2009

2010

2008

2009

2010

2008

2009

2010

İqtisadi amillər

 

 

 



 

 

 



 

 

 



öz pul vəsaitinin kifayət qədər 

olmaması


24

35

27



14

11

24



32

35

51



dövlət tərəfindən maliyyə 

yardımının kifayət qədər 

olmaması

25

19



18

11

13



16

19

19



18

təzə məhsullara 

ödənişqabiliyyətli tələbatın aşağı 

olması


6

38

5



16

7

22



37

38

35



yeniliklərin dəyərinin yüksək 

olması 


8

45

9



23

9

25



40

45

34



yüksək iqtisadi risk

3

34



7

15

9



18

40

34



32

təzə məhsullara çəkilən 

xərclərin əvəzinin ödənilməsi 

müddətlərinin uzun olması

7

47

3



12

10

16



42

47

38



İstehsal amilləri

 

 



 

 

 



 

 

 



 

müəssisənin innovasiya 

potensialının aşağı olması

8

18



19

17

18



19

27

18



24

ixtisaslı işçilərin çatışmaması

3

27

2



9

9

10



38

27

26



yeni texnologiyalar haqqında 

informasiyanın çatışmaması

8

24

2



19

15

15



26

24

19



müəssisələr tərəfindən 

yeniliklərin qəbul edilməməsi

4

29

10



10

10

12



36

29

23



satış bazarları haqqında 

informasiyanın çatışmaması

5

28

3



13

9

6



39

28

25



digər müəssisələr və digər elmi 

təşkilatlarla kooperasiya üçün 

imkanların olmaması

1

28



1

16

9



13

35

28



22

Digər səbəblər

 

 

 



 

 

 



 

 

 



daha əvvəlki innovasiyalar 

nəticəsində təzə məhsullara 

ehtiyacın olmaması

2

35



3

3

4



9

47

35



45

innovasiya fəaliyyətini 

tənzimləyən və həvəsləndirən 

qanunvericilik və normativ- 

hüquqi sənədlərin olmaması

7

25



4

14

10



13

26

25



22

innovasiya prosesi müddətinin 

qeyri-müəyyən olması

4

29



3

9

8



9

35

29



24

innovasiya infrastrukturunun 

(vasitəçilik, informasiya, hüquq, 

bank və s. xidmətlərin) inkişaf 

etməməsi

7

23



6

14

12



12

35

23



20

Mənbə: http://www.azstat.org


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə