İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   27   28   29   30   31   32   33   34   35

69

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

üzrə tədbirlər aqrar siyasət alətləri sırasında ən aşağı effekt verən tədbirlər hesab olunur

89

. Azərbaycanda 



isə birbaşa dövlət dəstəyinin əsas hissəsi məhz bu istiqamətlərə yönəldilir. Məhsulün növünə görə çəkilən 

xərclərin fərqliliyindən, coğrafi-iqlim şəraiti və bazara əlçatanlıq imkanları arasında fərqlərdən asılı olaraq 

subsidiyalaşmanın növü və həcmi diferensiallaşdırılmırsa, bunu səmərəli yanaşma kimi qiymətləndirmək 

çətindir. 



4.7. Turizm

“2010-2014-ci  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı”nda  turizm  sektoru  bir  daha  qeyri-neft 

sektorunun  prioritet  sahəsi  kimi  təsbit  edilmişdir:  “Qeyri-neft  sahələrinin  yüksəlişi  ilə  davamlı  iqtisadi 

inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar 

göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur”

90



Rəsmi elan olunan hədəf Azərbaycanda turizmin ÜDM-də payını 2009-cu ildəki 0,8%-dən 2025-ci ilədək 

3%-ə çatdırmaqdır

91

. Bundan başqa, dövət proqramlarında rəqabətədavamlı turizm bazarının yaranması, 



turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq, turizm infrastrukturunu və maddi-

texniki bazanı möhkəmləndirmək kimi məqsədlər də irəli sürülmüşdür.

Azərbaycanın rəsmi statistika metodologiyasına əsasən, turist istirahət, sağlamlaşdırma, tanış olma, öyrənmə, 

iş-peşə, idman və dini məqsədlərlə getdiyi ölkədə (ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə) 24 saatdan 

12 ayadək müddətdə müvəqqəti olan şəxsdir

92

. Odur ki, DSK və Mədəniyyət və Turizm Nazirliyi sərhəd-



buraxılış məntəqələrindən ölkə ərazisinə daxil olan və ölkədə 24 saatdan artıq qalan xariciləri (overnight

visitors)  turist  kateqoriyasına  aid  edirlər

93

.  DSK  iqtisadi  fəaliyyət  növləri  üzrə  əlavə  dəyərin  ÜDM-də 



xüsusi çəkisini hesablayarkən turzm sektorunu ayrıca göstərmir. Ancaq nisbətən əlaqəli xidmət sahəsi olan 

“Mehmanxana və restoranlarla xidmətin göstərilməsi” sahəsində yaranan əlavə dəyərin ÜDM-də payı 2000-

ci ildəki 0,4%-dən 2009-cu ildə 1,1%-ə yüksəlib

94

. Turizm xərclərinin dövlət büdcəsindəki payı isə 2011-ci ildə 



0,2% təşkil edib. Hər bir turizm müəssisəsinin ortalama illik gəliri 2010-cu il üçün 117 min manat, ortalama 

aylıq gəliri isə 9759 manat, bütün turizm müəssisələrinin illik xalis mənfəəti isə 949 min manat olub. 2010-

cu ildə iqtisadi rayonlar üzrə qəbul edilmiş və göndərilmiş turistlərin 82,1%-i yalnız Bakı şəhərinin payına 

düşüb.


DİF-in  “Turizm  və  səyahətlərin  rəqabətqabiliyyətliyi  indeksi”ndə  (World  Economic  Forum,  The  Travel  &

Tourism  Competitiveness  Index) Azərbaycan  2008-ci  ildə  133  ölkə  arasında  3,7  balla  (maksimum  7  bal)  79-

cu, 2009-cu ildə 133 ölkə arasında 3,8 balla 76-cı, 2011-ci ildə isə 139 ölkə arasında 3,8 balla 83-cü olub. Bu 

indeksdə ölkəmizdəki ümumi turizm infrastrukturunun vəziyyəti və hava nəqliyyatı tam olaraq qənaətbəxş 

hesab olunmur. Habelə turizm sahəsini tənzimləyən qanunvericilik bazasının əhatəliyi və turizm sahəsində 

ixtisaslaşan  kadrların  getdikcə  artan  hazırlıq  səviyyəsi  nisbətən  müsbət,  ekoloji  vəziyyət  isə  mənfi 

qiymətləndirilir

95



89



  «Сельскохозяйственные субсидии в Беларуси: анализ еффективности и оценка соответствия требованиям ВТО», 2003 

90

  http://e-qanun.az/print.php?internal=view&target=1&docid=19342&doctype=0 



91

  http://az.trend.az/capital/business/1869213.html 

92

  http://www.azstat.org/statinfo/consumermarket/az/tur.shtml 



93

  http://unstats.un.org/unsd/publication/Seriesm/SeriesM_83rev1e.pdf 

94



 http://www.azstat.org/statinfo/system_nat_accounts/az/index.shtml



95

  http://www3.weforum.org/docs/WEF_TravelTourismCompetitiveness_Report_2011.pdf 




70

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl 21. Turizmin inkişaf göstəriciləri

Göstəricilər

2005

2006

2007

2008

2009

2010

Azərbaycana gələn xarici ölkə vətəndaşları 

(1.000 nəfər)

1282


1262

1333


1899

1830


1963

Hotel və restoran xidmətinin ÜDM-də payı 

(%)

0.6


0.6

0.6


0.8

1.1


-

Turizm müəssisələrinin sayı (ədəd)

81

96

117



123

124


126

Turizm müəssisələri tərəfindən qəbul edilmiş 

və göndərilmiş turistlərin sayı (nəfər)

40008


45605

56290


59607

59700


69923

Turizm müəssisələrinin turizm fəaliyyətindən 

əldə etdiyi gəlir (min manat)

4035.3


4788.1

11646.1


12988

14014


14755

Pansionatlarda, istirahət evləri və sanato ri ya-

larda yerləşdirilmiş turistlərin sayı (nəfər)

1622


11451

9431


4835

10046


4366

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın turizm sahəsi üzrə bəndlərinin 

tələbləri  çərçivəsində  sahibkarlığın  inkişafı  üçün  müvafiq  kreditlərin  ayrılması,  turizm  obyektlərinin 

inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması nəzərdə tutulurdu. “2010-2014-cü illərdə 

turizmin inkişafına dair Dövlət Proqramı” 6 aprel 2010-cu ildə təsdiq edilib. Həmçinin 2008-ci il 20 iyun 

tarixli prezident fərmanı ilə “Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi” təsdiq olunub

96

.

Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı prezident sərəncamı və bununla bağlı Tədbirlər 



Planında həmin ildə həyata keçirilməsi nəzərdə tutulan mədəni turizm tədbirləri, idarəetmə və normativ-

hüquqi bazanın təkmilləşdirilməsi tədbirləri, elm və təhsil tədbirləri, müsabiqələr, investisiyalar və turizm 

infrastrukturunun inkişafı tədbirləri öz əksini tapıb.

2001-ci ildə turizm siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Gənclər, İdman və Turizm 

Nazirliyi yaradıldı. 2006-cı ildə aparılan struktur islahatları ilə müvafiq sahədəki siyasəti Mədəniyyət və 

Turizm Nazirliyi həyata keçirməkdədir. Ümumi qaydada ölkənin bütün ərazisində dövlət turizm siyasətini 

Mədəniyyət  və  Turizm  Nazirliyi,  onun  rayon  və  şəhərlərdəki  şöbələri  həyata  keçirir.  Birbaşa  olaraq 

siyasətin  hazırlanmasında  və  tətbiqində  nazirliyin  turizm  şöbəsi  mühüm  rol  oynayır.  Həmçinin  ölkənin 

turizm siyasətində Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin, Ekologiya və Təbii Sərvətlər 

Nazirliyinin milli parklarla əlaqədar strukturunun da rolu mühümdür. 

2001-ci il sentyabr ayının 25-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində Dünya Turizm Təşkilatının 14-cü 

Baş Assambleyasında Azərbaycan bu təşkilata üzv qəbul olunub və bununla beynəlxalq turizm hərəkatına 

rəsmən qoşulub. 

Turizm infrastrukturunun qurulması istiqamətində görülən işlər. 2012-ci ilə qədər ölkədə 12 (Lahıc, Qala 

kəndi, Beynəlxalq Hava Limanı, Zaqatala, Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Xaçmaz, Şamaxı, Bakı) 

turizm informasiya mərkəzləri formalaşıb. Azərbaycanda 2012-ci ilin əvvəlinə olan məlumata görə, 137 aktiv 

turizm  şirkəti  fəaliyyət  göstərir.  Onların  arasında  yerli  kapitallı  şirkətlərlə  yanaşı  xarici  kapitallı  (əsasən 

96



 http://azerbaijan.news.az/index.php?Lng=aze&Pid=25571 (10.11.2009)




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə