İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

65

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Azərbaycanda kənd təsərrüfatı sektorunun kreditləşməsini həyata keçirən SKMF də müxtəlif xarici ticarət 

nəzəriyyələri əsasında ayrı-ayrı kənd təsərrüfatı məhsullarının ixrac qabiliyyətliyini qiymətləndirib

83

. Fondun 



mütəxəssisləri Xalis İxrac İndeksi (Xİİ) və Balassa indeksi əsasında bir sıra kənd təsərrüfatı məhsullarının 

ixrac qabiliyyətliyini və müqayisəli üstünlüyünü hesablayıb. Xİİ-nin mahiyyəti budur ki, ölkənin hər hansı 

mal üzrə ixracı idxalını üstələyirsə, deməli, həmin məhsul üzrə müqayisəli üstünlük mövcuddur. Məsələn, 

son 5 ildə Azərbaycanın alma ixracı həmin məhsulun idxal həcmini iki dəfə üstələyib, amma üzüm ixracı onun 

idxalından 10-12 dəfə az olub. Xİİ-nin mahiyyətindən çıxış etdikdə, alma üzrə müqayisəli üstünlük, üzüm 

üzrə  müqayisəli  əlverişsizlik  mövcuddur.  SKMF-nin  bu  indeks  əsasında  2003-2007-ci  illərin  məlumatları 

əsasında apardığı hesablamaların nəticələrinə görə, Azərbaycan kartof, təzə tərəvəz və meyvə, çay, biyan 

kökü, şəkər çuğunduru, meyvə-tərəvəz şirələri üzrə müqayisəli üstünlüyə malikdir. Fondun Balassa indeksi 

əsasında apardığı qiymətləndirmələrə görə isə, Azərbaycanın xarici ticarət tərəfdaşları qarşısında meyvə-

tərəvəzdən savayı, heyvan və bitki mənşəli yağlar, çay, qənnadı məmulatları, tütün kimi kənd təsərrüfatı 

məhsulları üzrə də müqayisəli üstünlüyü vardır. Balassa indeksinin mahiyyəti budur ki, hər hansı malın 

ölkənin ümumi ixracında payı bu ölkənin həmin mal üzrə dünyanın məcmu ixracındakı payından daha 

böyükdürsə, deməli, ölkənin tədqiqat obyekti kimi seçilmiş məhsul üzrə müqayisəli üstünlüyü var. Balassa 

indeksinin 1-dən böyük olması müqayisəli üstünlüyü, 1-dən kiçik olması müqayisəli əlverişsizliyi ifadə edir.

Amma həmin tədqiqatlarda 2002-2008-ci illərin məlumatları əsasında Azərbaycanın müqayisəli üstünlüyü 

təsdiqlənən məhsullar üzrə 2008-2010-cu illərdə ixrac imkanları daha da məhdudlaşmağa başlayıb. 



Cədvəl 20. 2005-2010-cu illərdə bəzi kənd təsərrüfatı məhsulları istehsalının və ixracının dinamikası

Məhsulun adı

İstehsal, min tonla

İxrac, min tonla

2005


2008

2009


2010

2005


2008

2009


2010

Süd


1251

1382


1433

1536


0.172

0,127


0.23

0,14


Kartof

1084


1077

983


953.7

38.9


86,4

82.3


63,9

Pomidor


458.1

468


425

434


28.9

48,9


44.6

40,3


Baş soğan

177,4


191

169


171.6

0.497


15.4

6.1


1.1

Kələm


96,9

101,2


98.4

94.1


0.56

0.901


0.78

0.104


Kök

6,7


7.4

8.8


8.9

0

2.1



0.403

0.455


Portağal

2,3


0.596

0.755


0.800

0

0



0

Mandarin



19,3

12.6


15.2

15.6


6.1

13.6


12.6

11.6


Təzə üzüm

79,6


115.8

129.2


129.5

0.385


0.313

0.156


0.24

Alma


163,1

205


204.3

211,7


62,9

122.5


86.1

42.1


 

Cədvəl 20-dən görünür ki, 2005-ci illə müqayisədə 2008-ci ildə bu məhsulların ixrac həcmi genişlənsə də, 

2008-ci illə müqayisədə 2009-2010-cu illərdə nəzərəçarpacaq azalma tendensiyası müşahidə olunub. Bəzi 

məhsulların (soğan, kələm, pomidor, kartof) ixracındakı eniş bilavasitə istehsaldakı azalma ilə bağlı olsa da, 

digər qrup məhsullar üzrə eyni səbəbi söyləmək mümkün deyil. Məsələn, axır 3 ildə ölkədə alma istehsalı 6 

min tondan çox artsa da, bu məhsul üzrə ixrac 80 min ton (təxminən 3 dəfə) azalıb. Oxşar vəziyyəti kök və 

süd ixracına da şamil etmək mümkündür.

83

  “Azərbaycan Respublikası iqtisadiyyatının sahələri və iqtisadi rayonları üzrə prioritet istiqamətlər”. Bakı – 2009 




66

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Beləliklə, statistik məlumatların təhlili ötən 10 ildə aqrar sektorun inkişafı sahəsində aşağıdakı nəticələri 



ortaya qoyur:

·  2000-2010-cu  illərdə  iqtisadiyyat  üzrə  ÜDM-in  nominal  həcmi  10  dəfədən  çox  artsa  da,  ÜDM-də  kənd

təsərrüfatının yaratdığı əlavə dəyər nominal ifadədə cəmi 3 dəfə artıb. Həmin dövrdə aqrar sektorun ÜDM-də

payı 16%-dən 5,4%-dək azalıb.

·  Azərbaycanda kənd təsərrüfatı istehsalının genişlənməsi məhsuldarlığın artımına söykənməyib. Belə ki, kənd

təsərrüfatı  bitkilərinin  əkin  sahələrinin  50%-dək  artımı  (1,042  milyon  hektardan  1,583  miylon  hektaradək

genişlənib), həmçinin iribuynuzlu mal-qaranın sayının 40%-dək artımı (təxminən 2 milyon başdan 2,7 milyon

başadək) aqrar sektorda istehsalın artımına şərait yaradıb.

·  Lakin bu artımlar ayrı-ayrı məhsulların idxalından asılılığın azaldlılması və ixracın genişləndirilməsi ilə bağlı

strateji hədəflərə nail olunmağa şərait yaratmayıb. Məsələn, 2000-2005-ci illərdə ölkədə buğda istehsalı 1,566

milyona çatdırılsa da, 2010-cu ildə yenidən 1,309 milyon tonadək azalıb. 2000-2010-cu illərdə ölkəyə buğda

idxalı 707 min tondan 1,330 milyon tonadək (təxminən 2 dəfə) artıb. Hökumətin məlumatına görə, ölkənin

ərzaq buğdasına ehtiyacı 1,8 milyon təşkil edir. Rəsmi məlumatlardan göründüyü kimi, 2010-cu ildə daxili

ehtiyacların 70%-i həcmində buğda idxal edilib. Təhlil aparılan dövrdə süd və süd məhsulları istehsalının

50% artdığı bildirilsə də, ayrı-ayrı məhsulların idxalında da kəskin artım qeydə alınıb. Məsələn, 2000-2010-

cu illərdə kərə yağının idxalı 5,2 min tondan 8,2 min tona, pendir idxalı 0,487 min tondan 7,2 min tonadək

genişlənib.  Bundan  başqa,  hökumət  aqrar  sektoru  iqtisadi  və  ixrac  diversifikasiyasının  əsas  hədəflərindən

biri kimi müəyyənləşdirsə də, bu sahənin məhsullarının ümumi ixracda payını 3-4%-dən yüksək səviyyəyə

çatdırmaq mümkün olmayıb.

·  Rəsmi məlumata görə, bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında isə ciddi geriləmələr baş verib. 2000-

ci ildən sonra bal istehsalı 10 dəfədən çox azalaraq 1.000 tona, yaşıl çay yarpağının yığımı 2 dəfə azalaraq 500

tona, pambıq istehsalı 3 dəfə azalaraq 38,2 min tona, barama istehsalı 10 dəfədən çox azalaraq 12 tona, tütün

istehsalı 5 dəfədən çox azalaraq 3,2 min tona enib.

·  Genişlənmə əsasən təzə meyvə və tərəvəzin həm istehsalında, həm də ixracında baş verib. 2000-2010-cu illərdə

təzə meyvə istehsalı 477 min tondan 730 min tona, tərəvəz istehsalı isə 781 min tondan 1.200 min tona,

o cümlədən həmin məhsullar üzrə ixrac orta hesabla 5 dəfə genişlənməklə ümumilikdə 50 min tondan 250

min tona çatıb. Həmin dövrdə ət istehsalında da orta hesabla iki dəfədən çox artımın baş verdiyi və ümumi

istehlakda idxal olunan məhsulun xüsusi çəkisinin 15%-i ötmədiyi bildirilir.

Aqrar  sektorun  zəif  inkişafına  səbəb  olan  amillər.  Statistik  məlumatların  təhlili  göstərir  ki,  hökumət 

və müxtəlif beynəlxalq təşkilatlar aqrar sektoru ixracın və bütövlükdə iqtisadiyyatın diversifikasiyasının 

aparıcı  sahələrindən  biri  hesab  etsə  də,  2000-ci  ildən  sonra  həm  iqtisadiyyatda  yaranan  əlavə  dəyərdə, 

həm  də  ixracda  bu  sektorun  payı  əhəmiyyətli  dərəcədə  azalıb.  Dövlət  büdcəsindən  kənd  təsərrüfatının 

dəstəklənməsinə yönəldilən vəsaitlərin, həmçinin müxtəlif kanallar vasitəsilə sektorun kreditləşdirilməsinə 

yönəldilən  maliyyə  resurslarının  həcminin  genişlənməsinə  baxmayaraq,  aqrar  sferanın  diversifikasiyaya 

ciddi töhfə verə bilməməsinin aşağıdakı səbəblərini qeyd etmək mümkündür:

1.  Bəzi  məhsullar  üzrə  xarici  tərəfdaşlarla  müqayisədə  daha  əlverişli  qiymət  müqayisəli  üstünlük  üçün 

şərait  yaratsa  da,  effektiv  ixrac  mexanizmlərinin  yoxluğu  xarici  bazarlarda  rəqabətədavamlılığı  təmin 

etməyib.  Qiymət  üstünlüyü  bütün  digər  şərtlərin  təmin  olunduğu  halda  kənd  təsərrüfatı  məhsullarının 

xarici bazarlarda rəqabətqabiliyyətliyinə zəmanət verir. Burada “digər şərtlər” dedikdə bir neçə vacib şərt 

nəzərdə tutulur. Əvvəla, DST və BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkil etdiyi Beynəlxalq 

Komissiyada  qəbul  olunan  və  kənd  təsərrüfatı  məhsullarının  keyfiyyətinə  təminat  üzrə  beynəlxalq 

standartlardarın  – Alimentarius  Kodeksi  və  “Heyvan  mənşəli  xəstəliklərin  diaqnostikası,  bu  xəstəliklərə 

nəzarət  və  onlar  barədə  məlumatlandırma”  üzrə  Standartların  tələblərinə  cavab  verən  kənd  təsərrüfatı 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə