İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

61

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Pambıq mahlıcı istehsalı 2005-2010-cu illərdə 56 min tondan 11,4 min tona, hazır pambıq parçaların istehsalı 

3,1 milyon kvadratmetrdən 1,1 milyon kvadratmetrə, pambıq yataq ağları 562 min ədəddən 125 min ədədə, 

xalça  və  xalça  məmulatlarının  istehsalı  630  min  kvadratmetrdən  1,1  min  kvadratmetrə,  trikotaj  corab 

məmulatları istehsalı isə 3 milyon ədəddən 2 milyon ədədə qədər azalmışdır. 

Cədvəl 18. 2000-2010-cu illərdə yaradılan yeni yüngül sənaye müəssisələri

Müəssisənin 

açıldığı il

Müəssisənin adı

Müəssisənin aid 

olduğu sahə

Müəssisənin 

istehsal gücü

Müəssisənin fəaliyyət 

göstərdiyi region

2006


Tikiş fabriki

Yünğül sənaye

İldə 60 min ədəd

Lənkəran 

2008

Tikiş fabriki



Yüngül sənaye

İldə 80 min ədəd

Ağstafa

Pambıq emalı fabriki



Yüngül sənaye

İldə 7 min ton

Bakı

Yüngül sənayedəki göstəricilərin təhlili üzrə nəticələr:



-  2005-2010-cu  illərdə  yüngül  sənayedə  (tikiş-toxuculuq  və  gön-dəri  məhsulları  birlikdə)  yaranan  əlavə  dəyərin

iqtisadiyyat üzrə ÜDM-də payı 0,19%-dən 0,05%-ə enib;

-  bu sahənin məhsulları üzrə ixracın ölkənin ümumi ixracında xüsusi çəkisi 2005-2010-cu illərdə 1,3%-dən 0,22%-

ə düşüb. Sahənin aparıcı məhsullarının ixrac həcmi kəskin şəkildə azalıb. Məsələn, 2005-2010-cu illərdə pambıq

lifinin ixracı 47,2 min tondan 3,3 min tonadək aşağı düşüb;

-  yüngül sənayesi məhsullarının idxalından asılılığı azaltmaq mümkün olmayıb. Məsələn, 2005-2010-cu illərdə ölkəyə

idxal olunan pambıq parçaların həcmi 3,3 milyon kvadratmetrdən 5,7 milyon kvadratmetrə, toxunma xalçaların

idxal olunan həcmi 267,2 min kvadratmetrdən 5,7 milyon kvadratmetrə, süni tikiş saplarının idxal həcmi isə 140

tondan 2,1 min tona qədər genişlənib. Bundan əlavə, xarici ticarət statistikasının təhlili göstərir ki, ötən dövrdə

qadın, kişi və uşaq geyimləri ölkəyə idxal olunub, ixrac qabiliyyətli yüngül sənaye məhsullarının istehsalına nail

olunması ilə bağlı rəsmi təşəbbüslər reallaşmayıb.

4.5.4.  Kimya  sənayesi.  Kimya  sənayesi  (rezin  və  plastik  məmulatlar  da  daxil  olmaqla)  hökumətin 

güzəştlərindən  bəhrələnən  əsas  sənaye  sahələrindən  biridir.  Bununla  belə,  2000-ci  illərin  ortalarında  bu 

məhsulların istehsalı üzrə artım olsa da, son illər ciddi azalmalar var.

Cədvəl 19-dan göründüyü kimi, etilen spirtinin istehsalı 2006-cı ildə 72,6 min tona çatsa da, 2010-cu ildə 

55,1 min tonadək azalıb. Bundan əlavə, propilen spirtinin istehsalı 37,6 min tondan 19,5 min tona, polimer 

örtüklərin buraxılışı 1,5 min tondan 0,5 min tona, xammal halında polietilen istehsalı 70,4 min tondan 52,8 

min tona, polietilendən hazırlanan çanta və kisələrin buraxılışı 10,4 min tondan 6,4 min tonadək azalıb. 

Kimya  sənayesində  yuyucu  vasitələr  istehsal  edən  zavodun  yaradılması  müəssisənin  yarandığı  ilkin 

mərhələdə – 2003-2004-cü illərdə əlaqədar məhsulların istehsalının genişlənməsinə şərait yaratsa da, sonrakı 

illərdə həmin sahədə tənəzzül müşahidə olunub. Bakıda yaradılan bu zavodun istehsal gücü 12 min ton 

nəzərdə tutulurdu. Lakin zavod tam gücü ilə heç vaxt işləyə bilməyib. 2010-cu ildə əvvəlki illə müqayisədə 

sintetik yuyucu vasitələrin istehsalı 6 min tondan 1,1 min tona, texniki sabun istehsalı 1,3 min tondan 148 

tona, paltar sabunu istehsalı 1,7 min tondan 1,2 min tona enib.



62

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl 19. Kimya sənayesinin əsas məhsullarının istehsalı 

Sahələr üzrə əsas məhsullar

2000

2005


2006

2007


2008

2009


2010

Etilen, min ton

40,1

54,7


72.6

2.4


0

0

55.1



Propilen, min ton

18,5


29,2

37,6


26,3

34,9


22,2

19,5


Polimer örtüklər, min ton

0

1.5



0.9

0.8


0.3

0.3


0.5

Polietilen, min ton

0

53.0


70.4

47.2


65.1

41.8


52.8

Polietilendən kisə və çantalar, ton

304.3

1515.7 


1366 

10399.8 


9760.7 

10120.4 


6433.8 

Sintetik yuyucu vasitələr, ton

2409

5999.6 


3592

5920.6


5158.8

6760.5


1087.5

Texniki sabun, ton

31.7

1317 


308.1

143.4


73

104


147.7

Paltar sabunu, ton

353.7

395.9 


1386.2

1219.7


780.9

1732.3


1206.3

Kimya sənayesinin göstəricilərinin təhlili üzrə nəticələr:



-  kimya sənayesində yaranan əlavə dəyərin ÜDM-də payı 2005-2010-cu illərdə 0,48%-dən 0,25%-ə, ixracda payı

4,6%-dən 0,62%-ə enib;

-  bir sıra kimya sənayesi məhsullarının ixracı tamamilə azalıb və ya sıradan çıxıb. Məsələn, 2005-ci ildə 3,2 min ton

sulfat turşusu, 6,9 min ton kaustik soda ixrac olunduğu halda, 2010-cu ildə həmin məhsulların ixracı tamamilə

dayanmış, maye soda ixracı 69,5 min tondan 9,2 min tona, polietilen ixracı 47,2 min tondan 46,1 min tona,

polimerləşmə nəticəsində əldə olunan maddələrin ixracı 61,6 min tondan 23,4 min tonadək azalmışdır;

-  ölkənin kimya məhsullarının idxalından asılılığını aradan qaldırmaq mümkün olmayıb. Məsələn, 2005-2010-cu

illərdə müxtəlif sabunların və səthi aktiv yuyucu-təmizləyici vasitələrin idxalı 20,8 min tondan 41,6 min tona,

plastik kütlədən mətbəx qablarının idxalı 1,3 min tondan 2,8 min tona, plastik kütlədən inşaat materiallarının

idxalı isə 800 tondan 3,2 min tonadək artmışdır.

4.6. Kənd təsərrüfatı 

Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafında başlıca prioritetlərindən biri kənd təsərrüfatının 

dəstəklənməsidir. Aqrar sektorun inkişafı aşağıdakı səbəblərdən vacib sayılır:

-

ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin  olunması.  Ən  müxtəlif  qiymətlənidirmələrə  görə,  hazırda əhalinin  ərzaq

istehlakının ən azı 35-40%-i idxal hesabına formalaşır;

-

iqtisadi fəal əhalinin əhəmiyyətli hissəsinin gəlir mənbəyi aqrar sektordur. Rəsmi statistik məlumata görə, hazırda

kənd təsərrüfatının ümumi məşğulluqda payı təxminən 40% təşkil edir;

-

həm ixrac, həm də iqtisadi diversifikasiya üçün böyük potensialı olan sahədir. Aqrar sektor istər birbaşa istehlaka

gedən ərzaq məhsulları (məsələn, meyvə, tərəvəz, yumurta və s.), istərsə də emal sənayesi üçün birbaşa xammal

bazasıdır. Ölkənin təbii-iqlim şəraiti, məşğulluq baxımından əhalinin tarixi ənənələri aqrar sektorun həm idxalı

əvəzləyən, həm də ixracyönümlü sektor kimi inkişafını şərtləndirir.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə