İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

63

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

2000-ci ildən bəri aqrar sektorun inkişafı ilə bağlı hökumətin strateji hədəfləri isə bunlar olub:

-  ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması;

-  qida sənayesinin xammala və əhalinin ərzaq məhsullarına olan tələbatının yerli mənbələr hesabına ödənilməsiq;

-  rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalının təmin edilməsi;

-  kənd təsərrüfatı istehsalçılarının ixrac fəaliyyətinin stimullaşdırılması;

-  regionlarda iqtisadi inkişafın təmin olunması hesabına kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi;

-  əsas istehsal vasitəsi olan torpaqların münbitliyinin və məhsuldarlığının artırılması;

-  aqrar sahəni qeyri-neft sektorunun aparıcı sahəsinə çevirmək.

Hökumətin  aqrar  siyasətin  hədəflərinə  nail  olma  səviyyəsini  qiymətləndirmək  üçün  əsas  indikatorlar 

bunlardır:

-  2015-ci ilədək dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 sentner/hektar, ümumi

istehsalı 2,8 milyon tona;

-  ət istehsalını 340 min tona;

-  süd və süd məhsullarının istehsalını 2,4 milyon tona;

-  sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona;

-  yumurta istehsalını 1,3 milyard ədədə;

-  kartof istehsalının həcmini 1,12 milyon tona;

-  tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona;

-  meyvə istehsalını 800 min tona;

-  yağlı bitkilərin əkin sahələrini 135 min hektara;

-  şəkər çuğundurunun əkin sahəsini 20 min hektara;

-  çay yarpağı istehsalını 3 min tona;

-  yem bitkilərinin əkin sahələrini 500 min hektara;

-  yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq.

Kənd təsərrüfatı sektoruna ayrılan dövlət vəsaitləri ÜDM-in 10%-i nisbətində olub. 2008-2010-cu illərdə 

beynəlxalq  təşkilatlardan  aqrar  sektorun  inkişafı  məqsədilə  götürülən  kreditlər  nəzərə  alınmadan  kənd 

təsərrüfatı  funksional  bölməsi,  SKMF  öz  vəsaitləri  və  büdcə  investisiya  layihələri  çərçivəsində  hökumət 

kənd təsərrüfatına 1,5 milyard manat, orta hesabla ildə 450 milyon manat xərcləyib.

 Kənd təsərrüfatı istehsalçılarına birbaşa dövlət dəstəyi (subsidiya formasında əvəzsiz yardım və güzəştli 

şərtlərlə kreditlərin verilməsi) üçün əlavə olaraq 5 mənbədən də istifadə olunub

80



1)  Kənd təsərrüfatı istehsalçıları torpaq vergisindən başqa bütün vergilərdən azad olunub;



2)  “Aqrolizinq” ASC tərəfindən müasir texnika və texnoloji avadanlıqların alınması, güzəştli şərtlərlə 

kənd  təsərrüfatı  istehsalçılarına  lizinqə  verilməsi.  2008-2010-cu  illərdə  texnikanın  alınması  üçün 

hökumət təxminən 150 milyon manat, orta hesabla hər il 50 milyon manat vəsait xərcləyib;

80

   Kənd  təsərrüfatının  maliyyələşməsilə  bağlı  məlumatlar  dövlət  büdcəsi  ilə  bağlı  NK-nın  parlamentə  təqdim  etdiyi  büdcə 



zərflərindən,  “Aqrolizinq” ASC-nin  interrnet  saytından  (www.aqrolizinq.com)  və  Sahibkarlığa  Kömək  Milli  Fondunun  internet 

saytından (http://anfes.gov.az/az/) götürülüb. 




64

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

3)  Dövlət büdcəsindən kənd təsərrüfatı istehsalcılarına yanacağın və sürtkü yağlarına, buğda və cəltik 

əkinlərinin aparılması üçün hər hektara, həmçinin əkin sahələrinə görə mineral gübrələrin güzəştli 

satışına  görə  subsidiyaların  verilməsi. 2008-2010-cu  illərdə  hökumət  bu  məqsədlə təxminən  324,6 

milyon manat, orta hesabla hər il 108,2 milyon manat vəsait xərcləyib; 

4)  Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Dövlət Agentliyinin güzəştli kreditləri (illik 6% dərəcə 

ilə). 2008-2010-cu illərdə bu kanala hökumət təxminən 30 milyon, orta hesabla hər il 10 milyon manat 

vəsait xərcləyib;

5)  SKMF-nin güzəştli kreditləri (2008-ci ildə bu dərəcə 7% idi, hazırda 6% təşkil edir). 2008-2010-cu 

illərdə  kənd  təsərrüfatı  sektorunun  inkişafına  (həm  kənd  təsərrüfatı  məhsullarının  istehsalı,  həm 

də emalı layihələri üzrə) SKMF vasitəsilə ümumilikdə 145,4 milyon, orta hesabla hər il 48,5 milyon 

manat vəsait xərclənib. 

Hesablamalar göstərir ki, Azərbaycanda bütün mənbələr üzrə kənd təsərrüfatına birbaşa dövlət dəstəyinin 

orta  illik  həcmi,  vergi  güzəştləri  nəzərə  alınmazsa,  təxminən  220  milyon  manat  təşkil  edir.  2008-2010-cu 

illərdə bazar qiymətlərilə kənd təsərrüfatı məhsullarının istehsalından yaranan ümumi gəlir təxminən 3, 

kənd təsərrüfatında yaranan əlavə dəyər 2 milyard manat civarında olub. Göründüyü kimi, ümumi gəlirlərdə 

subsidiyaların həcmi təqribən 7, yaranan əlavə dəyərdə isə 10% təşkil edir.

Müxtəlif beynəlxalq qurumlar Azərbaycanda aqrar sektorun geniş ixrac potensialına və xeyli sayda kənd 

təsərrüfatı məhsullarına görə ölkənin müqayisəli üstünlüyə malik olduğu qənaətindədir. Dünya Bankının 

2006-cı ildə apardığı “Azərbaycanın Kənd Təsərrüfatındakı Müqayisəli Üstünlüklərinin Gerçəkləşdirilməsi” 

adlı tədqiqatda qeyd olunur ki, ölkənin meyvə-tərəvəz və süd məhsulları kimi yüksək dəyərli kənd təsərrüfatı 

məhsulları üçün münasib təbii şəraitə malik olması Azərbaycan üçün böyük üstünlükdür. Əlverişli iqlimi və 

torpaqları sitrus meyvələrindən bərk meyvələrə qədər geniş çeşidli məhsullar istehsal etməyə imkan verir. 

Meyvə və tərəvəzlər bir çox regionda istehsal olunur. Həm yerli, həm də ixrac bazarları, eləcə də emal üçün 

məhsullar, şimaldan cənuba qədər uzanın xətt boyunca – şimalda Quba və Xaçmazdan cənubda Astaraya 

qədər olan ərazidən təchiz olunur. Heyvandarlıq və süd istehsalı üçün də əlverişli təbii şərait mövcuddur və 

tələb olunan bütün növ yemləri (yaşıl ot, saman, qarğıdalı) istehsal etmək mümkündür. Azərbaycanın zəngin 

florası  da  gəlirli  tibbi  və  ənənəvi  yağ  bitkiləri  sektorunun  yaradılmasına  imkan  verir

81

.  Dünya  Bankının 



hesablamaları müqayisəli üstünlük nəzəriyyəsinə əsaslanır və tədqiqat aparılan dövrdə araşdırma obyekti 

kimi seçilən bir sıra məhsulların ölkədaxili dəyəri xarici bazar qiymətlərindən 40-60% aşağı olub.

 ABŞ BİA-nın (USAID) dəstəyilə 2009-cu ildə hazırlanan “Azərbaycanın Daxili Resurs Dəyərinin Təhlili” 

hesabatında da maliyyə və iqtisadi gəlirlilik göstəriciləri əsasında ayrı-ayrı kənd təsərrüfatı məhsulları 

üzrə ölkənin müqayisəli üstünlüyü araşdırılıb. Hesabat müəlliflərinin yanaşmasına görə, əgər hər hansı 

məhsul dövlət dəstəyi (məs., birbaşa subsidiya) olmadan qazanc gətirmirsə, o, maliyyə baxımından gəlirli 

olsa da, iqtisadi baxımdan həmin məhsul üzrə ziyan var. Tədqiqata görə, Azərbaycan bir sıra meyvə (alma, 

xurma, gilas, nar), alma və nar şirəsi, faraş kartof, fındıq, feyxoa, kivi, istixana şəraitində yerləşən pomidor 

və xiyar müqayisəli üstünlüyə malikdir

82

. “Daxili resurs dəyəri” anlayışının mahiyyəti budur ki, məhsulun 

əldə olunmasına daxildə çəkilən xərc xaricdə satıldığından nə qədər az olarsa, ölkənin həmin məhsul üzrə 

müqayisəli üstünlüyü də bir o qədər yüksək olur. Nəzəri yanaşmaya görə, əgər istənilən məhsul üzrə 

Daxili Resurs Dəyəri 1-dən böyükdürsə, bu, “müqayisəli əlverişsizliyi”, 1-dən kiçikdirsə, “müqayisəli 

üstünlüyü” ifadə edir. Məsələn, almanın hər kiloqramı daxildə 1 dollara başa gəldiyi halda, xaricdə 2 

dollara satılırsa, bu halda Daxili Resurs Dəyəri 0,50-dir (1/2) və müqayisəli üstünlük var.

81



 “Azerbaijan: Agricultural Markets Study. Realizing Azerbaijan’s Comparative Advantages in Agriculture”. www.

worldbank.org 

82



 USAID. Özəl Sektorun Rəqabətliyinin Gücləndirilməsi Proqramı. “Azərbaycanın Daxili Resurs DəyərininTəhlili” 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə