İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

55

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

4.5. Yeni qeyri-neft sənaye sahələri

Yeni  qeyri-neft  sənaye  sahələrinin  inkişafı  2002-2005-ci  illərdə  kiçik  və  orta  sahibkarlığın  inkişafına  dair 

proqramda,  2004-2008-ci  illəri  və  2009-cu  illəri  əhatə  edən  regional  inkişaf  proqramlarında,  2008-2015-ci 

illər  üzrə  ərzaq  təhlükəsizliyi  proqramında,  neft  və  qaz  gəlirlərinin  2005-2025-ci  illərdə  idarə  olunması 

üzrə  uzunmüddətli  strategiyada,  2008-2015-ci  illərdə  yoxsulluğun  azaldılması  və  davamlı  inkişafa  dair 

proqramda öz əkisni tapıb. 2006-2010-cu illər üzrə büdcə sənədlərində sənaye siyasətinin əsas məqsədi kimi 

qarşıdakı illərdə sənaye sahəsində dövlət siyasətinin əsas məqsədi dayanıqlı və yüksək artım templərinin 

təmin  olunması,  sənaye  istehsalının  strukturunun  təkmilləşdirilməsi  və  səmərəliliyinin  artırılması  qeyd 

edilir.  Bu  məqsədə  çatmaq  üçün  sənayedə  innovasiya  və  investisiya  fəallığının  artırılması,  qeyri-neft 

emal  sektorunun  inkişafı  üçün  müxtəlif  stimullaşdırıcı  tədbirlərin  həyata  keçirilməsi,  idxalı  əvəzləyən 

və  ixracyönümlü  məhsulların  istehsalının  genişləndirilməsi  nəzərdə  tutulur.  Qeyd  olunan  proqramlarda 

sənayenin bu sahələri prioritet kimi qarşıya qoyulmuşdu: 



·  Balıq sənayesinin inkişafı;

·  Maşınqayırma sənayesində istehsalın diversifikasiyasının genişləndirilməsi;

·  Kimya sənayesinin dəstəklənməsi, xüsusilə də kimyəvi xammal, material və hazır məhsulun idxalından asılılığının

azaldılması;

·  Metallurgiya  sənayesinin,  o  cümlədən  alüminium  və  boru  istehsalının  müasir  texnologiya  əsasında  bərpası  və

inkişafı, qara və əlvan metallurgiya, dəmir filizi, alunit istehsalının dəstəklənməsi, qara metallurgiyanın müasir

standartlara və bazar tələblərinə uyğun son məhsullarının istehsalının təşkili, alüminium və digər əlvan metallardan

və onların qırıntılarından son məhsul istehsalının genişləndirilməsi;

·  İnşaat  materiallarının  (gips,  kafel,  inşaat  yapışqanları,  sement  və  sement  xammalı,  bentonit)  istehsalının

genişləndirilməsi və qonşu ölkələrə ixracının stimullaşdırılması;

·  Yeyinti məhsullarının (şərab, ət-süd məhsulları, qənnadı məmulatı, konservləşdirilmiş meyvə-tərəvəz məhsulları

istehsalının) daxili istehsalının inkişaf etdirilməsi və ixracının stimullaşdırılması;

·  Quşçuluq sənayesinin inkişafı;

·  Yerli xammal (pambıq, iplik, gön-dəri, ipək) əsasında yüngül sənayenin, o cümlədən tikiş və toxuculuq, xalçaçılıq,

ipəkçilik sənayesinin inkişafının dəstəklənməsi, geyim məhsullarının istehsalının genişləndirilməsi;

·  Əllə toxunan xalçaların istehsalının genişləndirilməsi.

 Sənayenin mövcud vəziyyəti. Cədvəl 12-dən göründüyü kimi, 2000-2010-cu illərdə sənayenin ÜDM-

də  payı  36,1%-dən  52,5%-ə  yüksəldiyi  halda,  emal  sənayesinin  xüsusi  çəkisi  sabit  qalıb.  Sənayeinin 

genişlənməsi  isə  bilavasitə  neft  sektorunun  hesabına  baş  verib  və  göstərilən  dövrdə  mədənçıxarma 

sənayesinin ÜDM-də payı 27,7%-dən 46%-ə çatıb. 



Cədvəl 12. Sənaye sahələrində yaranan əlavə dəyərin ÜDM-də xüsusi payı

 Göstəricilər

2000

2005


2006

2007


2008

2009


2010

Sənayedə yaranan əlavə dəyər, milyon 

manatla

1722.2


6186.4

10742


16875

23840


17481

21827


Sənayenin ÜDM-də payı 

36.1


49.4

57.3


59.5

58.5


49.1

52.5


Mədənçıxarma sənayesində yaranan əlavə 

dəyər, milyon manatla 

1307.5

5285


9542

15230


21152.2

15095


19125

Mədənçıxarma sənayesinin ÜDM-də payı, 

%-lə

27.7


42.2

50.9


53.7

52.7


42.4

46.0


Emal sənayesində yaranan əlavə dəyər, 

milyon manatla

250.1

814


1087.3

1418


1886.5

1958


2245

Emal sənayesinin ÜDM-də payı, %-lə

5.3

6.5


5.8

5.0


4.7

5.5


5.4


56

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

4.5.1.  Qida  sənayesi.  Ölkənin  ərzaq  asılılığının  aradan  qaldırılması  hökumətin  sənaye  siyasətinin  əsas 

prioritetlərindən  biridir.  Təhlil  aparılan  dövrdə  ərzaq  sənayesinə  hökumət  dəstəyi  ilk  növbədə  güzəştli 

kreditlərin ayrılmasında özünü göstərib. Məsələn, 2005-2010-cu illərdə SKMF vasitəsilə ayrılan 550 milyon 

manat məbləğində kreditin 43,5%-i (239,2 milyon manat) kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə 

bağlı layihələrin maliyyələşdirilməsinə yönəldilib. Həmin dövr ərzində qida sənayesində aşağıdakı aparıcı 

müəssisələr yaranıb: 

 Cədvəl 13. 2000-2010-cu illərdə yaradılan yeni qida sənayesi müəssisələri

Müəssi sənin 

açıldığı il

Müəssisənin adı

Müəssisənin aid 

olduğu sahə

Müəssisənin 

istehsal gücü

Müəssisənin fəaliyyət 

göstərdiyi region

2001

«Avropa Tobakko Bakı»



ATSC-də yeni sex

Tütün sənayesi

İldə 2,6 milyard 

ədəd


Bakı

2004


Tomat istehsalı

Qida sənayesi

İldə 1,2 min ton

Lənkəran


«Qafqaz» konserv zavodu Qida sənayesi

İldə 70 milyon şərti 

banka

Xaçmaz


Şəkər istehsalı

Qida sənayesi

Növbədə 7 ton

Masallı


Pivə istehsalı

Qida sənayesi 

İldə 12,5 min dk.l

Lənkəran 

Pivə istehsalı

Qida sənayesi 

İldə 216,0 min dk.l

Mingəçevir 

2005

Tomat istehsal edən



konserv zavodu

Qida sənayesi

İldə 100 min ton

Astara


Meyvə şirəsi istehsal 

edən zavod

Qida sənayesi

İldə 7,3 milyon 

şərti banka

Şəki


Süd məhsulları istehsalı 

sexi


Qida sənayesi

Növbədə 29 ton

Naxçıvan

2006


Şəkər çuğunduru emal 

edən şəkər zavodu

Qida sənayesi

Növbədə 6 min ton  İmişli

Meyvə şirəsi istehsal

edən zavod

Qida sənayesi

İldə 1.7 milyon 

şərti banka

Şəki


Şokolad fabriki

Qida sənayesi

İldə 360 ton

Gəncə


Çayın emalı və 

paketlənməsi sexi 

Qida sənayesi

İldə 1.000 ton

Naxçıvan

2007


Konserv zavodu

Qida sənayesi

İldə 8.8 milyon 

şərti banka

Qəbələ

Nar şirəsi sexi



Qida sənayesi

İldə 200 min şərti 

banka

Göyçay


Yağ emalı zavodu

Qida sənayesi

İldə 14 min ton

Şirvan


Süd məhsulları emalı 

zavodu 


Qida sənayesi

İldə 30 min ton

Salyan

Pivə istehsalı zavodu



Qida sənayesi

İldə milyon litr

Naxçıvan

2008


Konserv zavodu

Qida sənayesi

İldə 52.6 milyon 

şərti banka

Kürdəmir

 Süd zavodları

Qida sənayesi

Növbədə 172,5 ton

Lənkəran, Qəbələ və 

Biləsuvar

2009

Pivə istehsalı zavodu



Qida sənayesi 

İldə 100 min dk.l

Xaçmaz 

2010


Konserv zavodu

Qida sənayesi

50 milyon banka

Lənkəran


Konserv zavodu

Qida sənayesi

İldə 25 milyon şərti 

banka


Biləsuvar 

Çay fabriki 

Qida sənayesi

İldə 150 ton

Lənkəran

Süd məhsulları emalı 

zavodu

Qida sənayesi 



İldə 10 min ton

Zaqatala


Tütün emalı zavodu

Qida sənayesi

İldə 3,6 min ton

Zaqatala


 Duz istehsalı zavodu

Qida sənayesi

İldə 90 min ton

Abşeron



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə