İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   27   28   29   30   31   32   33   34   35

71

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Türkiyə) şirkətlər də var. Ölkədə hazırda 370 hotel fəaliyyət göstərir. Yalnız Bakıda bir neçəsi beşulduzlu 

olmaqla 60-a yaxın hotel xidmət göstərir. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu, 

Dünya Turizm Təşkilatı və Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramı birgə olaraq ölkədə 6 

(“Azərbaycanda alman yaşayış məskənləri”, “Simenslər Gədəbəydə” və s. ) xüsusi turizm marşrutu layihələri 

həyata keçiriblər.



Turizm  kadrlarının  hazırlanması.  2006-cı  ildə  ölkədə  turizm  sektoruna  tələb  olunan  peşəkar  kadrları 

hazırlayacaq  Azərbaycan  Turizm  İnstitutunun  yaradılması  turizmin  düşünülmüş  siyasətlə  inkişaf 

etdirildiyini bir daha göstərir. DİF-in turizmin rəqabətqabiliyyətliliyi indeksinin turizmdə insan resurslarına

görə Azərbaycan 2008-ci ildə 54-cü və 2009-cu ildə isə 67-ci yerdə olub. Xüsusilə keyfiyyətli işçi qüvvəsinin 

mövcudluğuna görə 2008-ci ildə 85-ci, 2009-cu ildə isə 39-cu yeri tutması bir irəliləyiş idi. Ancaq peşəkar 

kadrların  çatışmazlığı  problemi  turizm  sektorunda  öz  ciddiyyətini  qoruyur.  Kadr  hazırlığı  turizm 

siyasətindəki  tarixi  konsepsiya  dəyişikliyinin  bir  elementidir.  Belə  ki,  Sovetlər  Birliyi  dövründəki  dövlət 

turizm siyasəti vətəndaşların bərpa və müalicəsi üzərində qurulmuş sosial öhdəlik və haqqından ibarət idi. 

Ancaq indi turizm həm gəlir gətirən, həm də iqtisadiyyatda katalizator effektinə malik bir iqtisadiyyat və 

biznes sektoru olmalıdır. 



Turizm sahəsində beynəlxalq əməkdaşlıq. Turizm sahəsində əməkdaşıq haqqında hökumətlərarası sazişlər 

çərçivəsində müəyyən işlər görülüb. Belə ki, son 5 ildə Azərbaycanla Moldova, Belarus, Qatar, Yunanıstan, 

Qazaxıstan, Pakistan, İordaniya, Fransa, Tacikistan, Misir və Litva arasında turizm sahəsində əməkdaşlıq 

haqqında sazişlər bağlanıb. Azərbaycan Respublikası ilə 26 ölkə (BƏƏ, Küveyt, Rusiya, Səudiyyə Ərəbistanı, 

Avstriya, Böyük Britaniya, İsrail, İran, Bəhreyn, Oman Sultanlığı, Macarıstan, Koreya, İsveçrə, Yaponiya, 

İndoneziya,  Bruney  Krallığı,  Malayziya,  San-Marino,  Mərakeş,  Argentina,  Meksika,  Makedoniya,  İsveç, 

Filippin, Kuba və Xorvatiya) arasında isə turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanıb. 

Çoxtərəfli  əməkdaşlıq  münasibətlərinin  qurulması  və  inkişaf  etdirilməsinin  turizm  siyasətinin  prioritet 

istiqamətlərindən biri kimi Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, MDB Turizm 

Şurası, Demokratiya və İqtisadi İnkişaf Naminə – GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 

və başqa beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, turizm sahələrində 

mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və 

layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində işlər aparılıb.

Turizmin  sub-sektorlarının  inkişafı.  Azərbaycanda  bugünə  qədər  ekoloji  (təbiəti  müşahidə)  turizm, 

müalicə  turizmi,  biznes  turizmi,  istirahət  və  əyləncə  turizmi,  mədəniyyət  turizmi,  dini  turizm,  dağ-qış 

turizmi,  konqres  turizmi,  dəniz  turizmi,  idman  turizmi,  ov  turizmi,  yaşıl  kənd  turizmi,  yaylaq  turizmi, 

tarix  turizmi,  “İpək  yolu”  turizmi  növlərinin  inkişafı  istiqamətində  istər  inventarlaşdırma,  istər  tanıtım, 

istərsə də quruculuq baxımından müəyyən işlər görülüb. Qeyri-neft sektorunda hökumətin ən irihəcimli 

layihələrindən biri Qusarda tikilən Şahdağ kompleksidir. Kompleksin tikintisinə nəzarəti həyata keçirmək 

üçün Nazirlər Kabinetinin 19 may 2008-ci il tarixli qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində 

“Şahdağ” Qış-Yay Turizm Kompleksi Müdiriyyəti yaradılıb. Şahdağ kompleksinin əsas obyektlərinin tikintisi 

2009-cu ilin sentyabrından başlayıb və bu kompleksin 8-10 il ərzində 4 mərhələdə tikilib istifadəyə verilməsi 

nəzərdə tutulur. Dünya standartlarına uyğun, miqyasına görə ölkənin ən iri qış-yay turizm kompleksinin 

yaradılması ölkənin, xüsusən şimal zonasının turizm potenisalına pozitiv təsir edə bilər. Bu layihənin ilkin 

dəyəri 1.2 milyard ABŞ dollarıdır

97

.

Turizm sektorunun inkişafına ölkədə əlaqədar sahələrin inkişaf səviyyəsi, həyata keçirilən infrasturktur və 



regional inkişaf proqramları əhəmiyyətli şəkildə təsir göstərir. Belə ki, turizm elə bir biznes sahəsidir ki, onun 

rəqabətqabiliyyətliyi məhz həmin sahələrin (bəzi rəylərə görə, bu sektorların sayı 30-dan çoxdur) birbaşa 

97

  www.shahdag.az/eng/page6.html 




72

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

təsiri altında formalaşır. Ancaq bütövlükdə hələ də ölkə turizminin rəqabətliliyi xidmətlərin keyfiyyəti və 

qiymət parametrlərinə görə qonşu Gürcüstandan geri qalır. 

Turizm sektorunun inkişafı önündəki maneələr. 2010-cu ildə ATİB-in sifarişi ilə hazırlanan “Azərbaycanda 

turizm sektoru: imkanlar, problemlər və perspektivlər” yekun hesabatında turizm sektorunun investisiya 

cəlbediciliyi baxımından SWOT təhlili aparılıb. Bu zaman bütün görülən işlərə rəğmən sektorun inkişafı 

qarşısındakı mühüm çətinliklər və ya zəif tərəflər kimi aşağıdakılar üzə çıxarılıb

98

:

-  Dağlıq Qarabağ probleminin mövcudluğunun regional turizm potensialının lazımi şəkildə dəyərləndirilməsinə



mane olması;

-  təbii, tarixi və mədəni irsə qarşı laqeyd yanaşma, mədəni və tarixi irsə, eləcə də milli parklara dövlət və ictimai

nəzarətin nisbətən zəif olması;

-  medianın nəşr etdiyi mənfi hadisələrin xarici ictimaiyyətə təsiretmə ehtimalının yüksəkliyi;

-  ölkədə ətraf mühitin qorunmasına lazımi əhəmiyyətin verilməməsi;

-  böyük hotellərin azlığı və ölkənin orijinal memarlıq nümunələrinə uyğunsuzluğu, habelə turizm müəssisələrinin

əsasən Bakı şəhərində təmərküzləşməsi;

-  regionlara səyahətin əsasən avtomobil yolu ilə mümkünlüyü (aeroport ların, dəmir və su yolu infrastrukturunun

yetərsiz olması);

-  regional  infrastrukturun  beynəlxalq  standartlara  cavab  verməməsi  (yollar  və  telekommunikasiya  xətlərinin

yetərsizliyi, rayon mərkəzlərində mərkəzi su və isitmə sisteminin olmaması, turizm marşrutları üzrə istirahət

dayanacaqlarının olmaması, elektrik və təbii qaz təklifinin qeyri-davamlılığı və s.);

-  ölkə regionlarında 5 və 4 ulduzlu hotellərin və yüksək səviyyəli alış-veriş mərkəzlərinin kifayət qədər olmaması;

-  regionlarda  ATM-lərin  az  olması,  onlayn  ödəmə  və  alış-veriş  sisteminin  Azərbaycanda  kifayət  qədər  geniş

tətbiq olunmaması;

-  ölkə regionlarında turizm-informasiya məntəqələrinin az olması və beynəlxalq dillərdə sərbəst danışılmaması;

-  ölkə  tanıtımının  yetərincə  təşkil  olunmaması,  turistlər  üçün  nəzərdə  tutulan  Azərbaycanla  bağlı  məlumat

(broşurlar, kitabçalar və s.) qıtlığı;

-  ölkəyə  gələn  xarici  vətəndaşlara  qarşı  sərhəd-keçid  məntəqələrində  diq qətin  azlığı  (bürokratik  əngəllər,  viza

problemləri, qarışıqlıq, turist informasiya reklamlarının yetərsizliyi və s.);

-  dənizlə geniş sərhədin olmasına baxmayaraq, yaxta turizmi üçün liman və marina imkanlarının azlığı;

-  yol  hərəkəti  qaydalarını  və  istiqamətləri  göstərən  nişanların  azlığı  və  bunların  yalnız  Azərbaycan  dilində

olması, nəqliyyat vasitələrində anonsun ancaq Azərbaycan dilində verilməsi, stansiyaların adının yalnız rəsmi

dövlət dilində yazılması;

-  turizm sektorunun çoxşaxəli istiqamətləri üzrə ixtisaslaşmanın zəifliyi, turizm xidmətləri, xüsusilə də turizmin

idarə edilməsi üzrə insan ehtiyatları təliminin, bələdçilik proqramlarının yetərsizliyi.

Bütün  bunlarla  yanaşı,  dövlət  qurumları  arasında  lazımi  koordinasiyanın  olmaması  (Turizm  Şurası  və 

digər koordinasiya qurumlarının yoxluğu), yoxsulluq və aşağı əməkhaqqı səviyyəsinin regionlarda özünü 

daha geniş büruzə verməsi, ölkədə mal və xidmətlərin qiymətlərinin bahalığı və milli valyutann davamlı 

dəyər qazanması kimi faktorlarda turizm sektorunun qeyri-neft sektorunun prioritet sahəsi kimi inkişafına, 

davamlı  rəqabətliyinə  mənfi  təsir  göstərir.  Turizm  sektorunun  inkişafının  sürətləndirilməsi  üçün  strateji 

98

  http://atib.az/Domains/atib/assets/file/default/ATIB_HESABAT_%28T.S.%29_.pdf 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə