İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   27   28   29   30   31   32   33   34   35

73

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA'>DİVERSİFİKASİYA

planlaşdırma sahəsində, viza və sərhəd rejimi sferasında, lisenziyalaşdırma və sertfikatlaşdırma sahəsində, 

regional inkişaf istiqamətində, təşviq siyasətinin gücləndirilməsi sahəsində kompleks addımlar atılmalıdır. 

Bakı şəhərində isə çoxlu sayda neftlə çırklənmiş ərazilərin hələ də qalması, şəhərin mərkəzində və mövsüm 

vaxtı  çimərliklərdə,  bağlara  gedən  yollarda  tıxacın  olması,  şəhərin  havasının  normadan  çox  çirklənməsi, 

peşəkar kadr çatışmazlığı ucbatından bir çox turizm müəssisələrində xidmətin lazımi səviyyədə olmaması 

problem olaraq qalmaqdadır. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, turizmdən gələn gəlirlər ölkə 

ilə bağlı informasiyalardan sıx asılıdır və bəzən kəskin dəyişə bilir. Bütün bu problemlər son illərdə turizmin 

inkişafı üçün görülən işlərə rəğmən bu sahənin qeyri-neft sektorunun davamlı inkişaf edə biləcək alternativ 

sahəsi ola bilməsi potensialını daha da həssaslaşdırır. 




74

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

5.1. İqtisadi diversifikasiya göstəriciləri

Resurslardan asılılıq. BVF-nin müəyyən etdiyi normaya əsasən təbii resurslarla zəngin ölkələrdə büdcə 

gəlirlərinin 25%-dən çoxu resursların satışından formalaşırsa, həmin ölkələrin büdcələri təbii resurslardan 

asılı hesab olunur. 

Beynəlxalq neft sazişlərindən böyük gəlirlər əldə etdikdən öncə də Azərbaycanda neft sektoru dominant rola 

malik idi. İldən-ilə neft və təbii qaz hasilatı azalsa da, ARDNŞ təxminən 9 mln. ton neft və 4 mlrd. m

3

-dən çox 



təbii qaz hasil edən ARDNŞ Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbələrinin birincisi sayılırdı. 2000-ci 

illərin əvvəllərində AÇG HPBS üzrə neft və səmt qazının hasılatı da başlamışdı. Lakin bu hələ ARDNŞ-nin 

hasilatı ilə müqayisədə aşağı səviyyədə idi.

Əgər 1990-cı illərin sonunda neft sektorunun Azərbaycanda istehsal olunan ÜDM-də payı 24% idisə, 2000-

ci ildə bu göstərici 30,1%-ə çatmışdı. ÜDM-də neft sektorunun payının kəskin dəyişməsi 2005-ci ilə təsadüf 

edir. Həmin il AÇG HPBS üzrə hasilatın 2004-cü illə müqayisədə iki dəfə artması, həmçinin neftin dünya 

bazarında  qiymətinin  bahalaşması  neft  sektorunun  ÜDM-dəki  payının  44,09%-ə  çatmasına  səbəb  oldu. 

Sonrakı illərdə bu tendensiya daha da artdı və 2011-ci ildə ÜDM-in 51,7%-i neft faktoru hesabına formalaşıb.



Cədvəl 22. 2000-2011-ci illərdə Azərbaycanda nef-qaz hasilatı və neft sektorunun ÜDM-də payı

Göstəricilər

2000

2005


2006

2007


2008

2009


2010

2011


Neft hasilatı, min ton

14000


22220

32273 42604,3 44527,2 50419,3 50795,5

45625,4

ARDNŞ


8944,4

8967,4


8993,8

8800,9


8651,3

9543,3


8459,7

8400,9


ABƏŞ

5055,6 13252,6 23279,2 33803,4 35875,9

40876 42335,8

37224,5


Təbii qaz hasilatı, milyon m

3

5642



6487,8

9044,8 16964,4 23405,4 23681,6 26349,6

25752,9

ARDNŞ


4191,7

3930,6


4456

5997,6


7752,6

6903


7178,9

7084,2


ABƏŞ və “Şahdəniz”

1450,3


2557,2

4588,8 10966,8 15652,8 16778,6 19170,7

18668,7

Neft sektorunun ÜDM-də 



payı, %-lə

30,1


44,09

54,38


57,5

55,44


47,02

48,5


51,7

5. DİVERSİFİKASİYA 

  SİYASƏTİNİN NƏTİCƏLƏRİNİN  

    QİYMƏTLƏNDİRİLMƏSİ




75

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Azərbaycanın beynəlxalq neft-qaz sazişlərindən əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi 

və  sosial-iqtisadi  baxımdan  əhəmiyyətli  olan  layihələrin  həyata  keçirilməsinə  yönəldilməsi,  habelə  neft 

gəlirlərindən gələcək nəsillərin də faydalanmasını təmin etmək məqsədi ilə 1999-cu il ARDNF yaradılıb. 

Neft-qaz sazişləri üzrə gəlirlər (dövlətin payına düşən mənfəət nefti, bonuslar, akrhesabı ödənişlər, tranzit 

tarifləri  üzrə  ödənişlər,  icarə  ödənişləri  və  s.)  başlıca  olaraq ARDNF-də  toplanır.  2000-2010-cu  illər  üzrə 

ARDNF-nin gəlir və xərcləri barədə ümumi məlumatlar cədvəl 23-də əks olunub. 

 

Cədvəl 23. 2000-2010-cu illər üzrə ARDNF-nin gəlir və xərcləri



99

 (milyon manat)

Göstəricilər

2000

2001


2002

2003


2004

2005


2006

2007


2008

2009


2010

Gəlirlər 

248.2

470.2


294.9

364.1


324.1

660.0


986.0

1886.2 11864.6

8274.3

13088.5


Kumulyativ gəlirlər  248.2

718.4


1013.3

1377.4


1701.5

2361.5


3347.5

5233.7 17098.3

25372.6

38461.1


Xərclər 

0.9


87.1

236.0


163.5

232.6


981.4

1061.2 4291.8

5294.5

6386.5


Bundan

dövlət büdcəsinə 

transfertlər 

100.0


130.0

150.0


585.0

585.0


3800.0

4900.0


5915.0

Kumulyativ xərclər 

0.9

88.0


324.0

487.5


720.1

1701.5


2762.7 7054.5

12349.0


18735.5

İlin sonuna Fondun 

vəsaiti: 

(Milyon manat)

248.2

469.4


677.5

803.6


952.9

1280.0


1267.4

2092.4 8986.7

11966.5

18165.7


İlin sonuna Fondun 

vəsaiti: 

(Milyon ABŞ 

dolları)


270.9

491.5


692.2

815.6


964.0

1394.3


1454.5

2475.4 11219.2

14900.4

22766.8


Mənbə: ARDNF və Nazirlər Kabinetinin müvafiq illər üzrə illik fəaliyyəti haqqında hesabatlar

ARDNF-də toplanan vəsaitin bir hissəsi 2003-cü ildən başlayaraq hər il dövlət büdcəsinə transfert edilir və 

dövlət büdcəsi vasitəsilə xərclənir. 

2003-cü ildən başlayaraq ARDNF-dən dövlət büsdəcinə transfertlərin həyata keçirilməsi və belə transfertin 

məblə ğinin  ildən-ilə  artması,  2006-cı  ildən  isə  həm  də  xarici  neft  şirkət lərinin  (ABƏŞ)  mənfəət  vergisi 

ödəməyə  başlaması  nəticəsində  dövlət  büdcəsi nin  gəlirləri  sürətlə  artmağa  başlayıb.  2010-cu  ildə  dövlət 

büdcəsinin gəlir ləri (11403.0 milyon manat) 2000-ci illə (714.6 milyon manat) müqayisədə təqribən 16 dəfə 

artıb. 


Dövlət büdcəsinə neft gəlirləri əsasən 3 mənbədən – ARDNF-dən transfertlər, ARDNŞ-nin büdcəyə ödənişləri 

və ABƏŞ-in ödədiyi mənfəət vergisindən daxil olur. 

99



 2001-ci ildə ARDNF-yə daxil olan vəsaitin təqribən 250.0 milyon manata qədər hissəsi ARDNŞ-yə qaytarılıb.




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə