İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#53856
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 22

bəylərini dağıdub belə edirdik. Nə sevməli vaxtlər idi. O zamanlar ki, (ələlma və 



rəjitəlaniya) məzmunincə minlərcə    mərhum hacı, məşhədi və  kərbəlayilərin 

mollalarına varş, əyal və ulağ-altinə sahıb olurduğ, nə xoşbəxtliğ, rüzgar idi. O vağtlər 

ki, (xərğişi   gırşbəməkə bir bəz cün biayət hənuz xər başəd) məzmuninin fəşu asnəcə 

əməl edib, milyonlarca mərhum sərvətdarlarımızin min,  min beş yüz manat pulini 

götürib dəstələrlə saxladığımız ğəlbəl ğoçularinizə verub Məkiyə gündərərdik. 

 Ay nə  gözəl günlər  idi, nə xoş zamanlər idi... Hər orucluqda bizi üç manatdan 

ğuran və tövrat eliyüb oxuyub, mərhumların ruhuna püflərdik. Getdi  o xoşbəxtlik, o 

səadət günlərimiz, xəlqə dedigimiz (əldəniyə  səçən  əlimömünün) hədisi. Imdi biz 

biçarələrin halına şamil olub əziyyət və fərəqqətdə yazılıb. Mazandaran camışına dönən 

müridlərimiz arığlayıb. Mazandaran camaətinin (6)ncı əsirdəki surətlərinə düşdülər. Biz 

həmişə insaf iylə iş gördüyümüz halda (orucdutana, namazğılana işin bilə rast gəlsin), 

bizdən-bizə  işə düşməyimiz çox təəccüblüdür... Bu evə  ğonağ çağırılanda  biz ev 

sahibinin zərərinə iddiaya razı olmayıb,  İrəvanın, ya akulanın o yoğun və uzun 

dügülərinin  əvəzinə o İrandan gələn  ğiymətsiz  “Sədri” dügüsünün plovunu məvəqqə 

edib, yekə-yekə mal, ğoyun, dəvə , at, eşşək yerinə (etinə !?) qoymayıb, xanə sahibini 

xərcə salmayıb. O həyətdə bəslənən , zibillikdə eşələnən yetim cücələri, xoruz-beçələri 

plovun başinə    ğoyulmasını  təmənna edib. Qalınlığında olan(donuzun) qarpızının və 

Uluxanlı  şallağının  əvəzinə kişmişi və  əskəri üzümünün ya mələçə ömrü dinə  səfarə 

kağızı kimi nazik ğabığlı olan tutmalara ğənaət etdigimiz halda , nə oldu ki, biz birdən-

birə belə xayın adlandığ?  Bu ğədər insaf iylə genə xayin adlandığ? Ah ah  ah , ağlıyağ, 

ğardaşlarım, ağlamalı günlərimizdir, göz yaşı  hər dərdin davasıdır. Ağlıyağ, o ğədər 

ağlıyağ, tain  ki, kor olub  bu həğğ tanımıyan, yaxşılığ bilməyən  millətin yüzünü 

görməyib asudə ğalağ... ağlıyağ! Ölüncə ağlıyağ, vay, vay... öləndə bir ğab  ola sərbəsər 

pulov, ğuzu əti, əlini uzat degilən , al, axund, bu  bir manatı və  səyfiləm lənzin zalımu, 

ay mənğəlib inğəlbun. Ay şeyx Mirzayi Axund molla ğarınğulu  ğulyabani  əvəzindən 

imza ğoydum . Dul toyuğ 

  

Taqqataq  

Eşitdim düşmüsən sevdayə sən 

Hədər bir kərə sən Kərbəlaya getməgin  

Tanrı  sənin hər əcrini xeyir eləsin 

Nədir gedüb şeytanlığı bir getməgin. 

Şərxəta 

Poçta qutusu 

-(Əqildən kəmə) əmza göz olmadığına görə bəyə təşrif apardı. 

-(Bəyə) Əşariniz yaraşığsız idi. 

-(Dəyirmançı və çobana)Yürəginizi hələ sıxmayın, dəgirman növbət ilədir. 




 23

Naxçıvanda (Mələk Ənğalə) nəşr eylə oranın bəyləri və xanlarını dutduğları gözəl 

əməllərini yazsan ondan gözəl olar.   

Qarabağda (komitə) mollalardan az şikayət eylə. 

 Müdir və naşirlər: M. Mirfətullayev və Əsgərzadə Aciz. 

İrəvan, “Lyus” mətbəəsi 



Elan 

“Lək-lək” idarəsində məcmuə dərc etməkdən ötrü hər dildə ucuz ğiymətilə elanlar 

ğəbul olunur və ondan  əlavə planğ-sçot, vzitni ğrtuçğalarin , paketlərin və toy 

ğartoçğalarının peçat edilməsi hər halda  ğəbul  olunur. Xahiş edənlər idarəyə 

buyursunlar. 

Axtar 

İdarəyə göndərilən yazıları bu ada Mirməhəmməd Mirfətullahyofun adına 

olmalıdır. 

Типография «Луйсъ», Эриванъ - Mətbəə “Luys” , İrəvan  

 

28 aprel 1914-cü il , N-4.

 

Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir. 



Hər nüsxəsi 7 qəpikdir.

  

Mündəricat 

Kefsizə.Lək-lək. 

Nə yazım, nə yazmayım.Lək-ləkin mühərriri. 

Balaca felyeton.Naqqal. 

İrəvan xəbərləri. 

Kamal Paşa.Yetim cücə. 

Teleqraf xəbərləri 

Taqqıltı.Şeytan 

Millidən. 

Elanlar 

 

 



KEFSİZƏ 

O səna 


 

Yox, yox, ay bəxti qara, deyinmə ziyandır, o səna, 

Sən onun aşiqisən, afət candır, o səna. 

 

Sən özün aşiqisən elmin o başdan-başa cahil o səna.  



Öyle bir eşq nə lazım sənə? Zənn eləmə sahil, 

Hamısı pinti, üfunətlidir, yox sən deyən ahıl, 

Yaxşı zənn eləyərək söymə, yamandır, o səna.  

Yox, yox, ay bəxti qara, deyinmə ziyandır, o səna. 

 



 24

Yəqin uçanlarına bayquş, ular özləridir

Ruzə bizlikdə, tukub yaş ağaran gözləridir, 

Nur zənn eləmə yollə caninin azarıdır ,  

O deyil, bəd səba, bəd xəzandır, o səna. 

Yox, yox, ay bəxti qara, deyinmə ziyandır, o səna. 

 

Hənalı saqqalının sən bu ğədər aşiqisən? 



Yasına xoşmu gəlibdir? O keçəl Kəlbə Həsən, 

Bu nə işdir, kişi, hər tiryakiyə dil verəsən. 

 Sətir nər səbisi təni dərmandır o səna. 

Yox, yox, ay bəxti qara, deyinmə ziyandır o səna. 

 

Məltəmdir demə ki, köhnə mitildir bu mitil, 



Sunuxub yana düşüb bir daha tutmaz bu şətil. 

Yaramaz yenəməklə surtuğnə bu köhnə mitil , 

Yandırıb mazbilə  at barı gərəyindir o səna. 

Yox, yox, ay bəxti qara, deyinmə ziyandır, ovsuna. 

 

Cəhli çox, ğafaği bul, kobri  də var, xəncəri də 



Yaxşı dəm dəlməği da, yaxşı ğalın pisoyi də 

Fəqiri var, miskənti, şuri də vardır, şəri də 

Gəl sanıb dərmə ki, durduqca tikandır, ovsuna. 

Yox, yox, ay bəxti qara, deyinmə ziyandır, ovsuna. 



Lək-lək 

 

 



 

NƏ YAZIM, NƏ YAZMAYIM 

 

          Neçə gündü ki, baharın havası burnuma dolmuşdu, idarəyə-zada getmirdim, 



deyirdim cəhənnəm! Dünya beş gündür, beşi də qara, dünyada insana keyf-güzəran 

qalacaq. Ona görə mən də başı açıb, bir neçə nəfər də boynuna ağ  kətandan varatnik 

keçirən millətpərəstlər ilə güzərana məşğulidum. Habelə aşxananı boşxanaya, boşxananı 

doluxanaya vurub, alagöz madamlariylə eyş-işrətə vururdu. Amma birdən-birə 

pulsuzluq məni ayıltdı, baxdım, düxançılara tapşırdığım  əmanətlərdən mənə bir şaha 

tənbəki pulu da olmayacaq, gördüm, daha doğrudan-doğrusu durmaq zamanı deyil. 

Dirilik zamanıdır, cibdə 3 qəpik cız-bız pulu da qalmayıb. Labüd özümü yenə idarəyə 

verib, müdirin qorxusundan pilləkənləri qatır kimi dırnağım üstə  dırmaşdım. Yavaşca 

idarənin qapısının deşiyindən gözümü cilaladım ki, görüm içəridə kim var.  

      Gördüm ki, müdir cənabları ayaq üstə gah dodaqlarını çeynəyir, gah bir də bığlarını 

baş yuxarı  eşə-eşə vargəl eləyir; təvəkkül tanrıya deyib içəriyə daxil oldum. Cənab 

müdir bir az üstümə çığırdı, bağırdı ki, ədə, bəs dörd gün harada batıbsan, de gətir görək 

şəhər hadisətindən-zaddan, yainki müsəlman qardaşların gözəl işlərindən nəyin var? Və 

əlavə dedi, əgər bu saat bir şey yazmasan, daha bir qəpik də olsun məvacibindən 

verməyəcəyəm. Baxdım, xeyir əgər qazı sevdiyi oğlanın elindən olub öz oğlundan ötrü 

üç girvənkə  şəkər və bir çərt çaya yalan kəbin kəsdirən (Molla Hüseyni) yazıb bütün 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə