İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#53856
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 25

məxluq içində rüsvay eləməsəm olmaz, çünki yazıq qazı  əvvəl atası seyyidə  nəzər 

eləyir. Sonra habelə  şəri qabarub qızın paltarını verir, qazı aparır Hacı  İlyas kəndinə, 

arada da seyyidin cəddi qənim olur. Qız dədəsinin sevmədiyi dayısı oğlu Cəfərə gedir. 

Odur ki, qız gedir, atası düşür əl yandıma, bəs nə eləsin. Haman saat bir mollaya rüşvət 

verib saxtamı?... bir kəbin kəsdirir ki, bunun qızı anadan olandan üç il də qabaq Molla 

Həsənin oğlu Cabbara gedib. Haman saat qızı gətirdirlər, Cəfərin də əli qalır qoynunda. 

Odur ki, Cəfər də qarğış tökür, qız  Əkbər ilə qaçır, Cabbarın  əli qalır qoynunda. Bəs 

necə qaytarmaq gərək, yenə belə işlərdə haman kəbin kağızı iş görür. Əgər belə işlərin 

üstünü açsam onda qorxuram ki, bu da bir biyabırçılıq ola. Molla da, qızın babası da işə 

düşə. Dedim bunu yazmağa dəyməz. 

          Sonra istədim götürüm İrəvan tiryakilərinin “Statistiğa”sını düzlədim ki, İrəvanda 

bir əldə neçə-neçə kaşad olunan ibtidai və adi tiryəkxanalarda nə qədər adam tiryakidir

tiryaki nə qədər bol gedir. Neçəsi hammal, neçəsi ağalar, neçəsi əsnaflardandır. Yəqin 

əgər əsnaflar olmasa qumarbaz qəhvələrində adam da tapılmaz 

Dedim bundan fayda yoxdur, boşboğazları yazım. Baxdım, xeyrə ay yazıq artsınlar ki, 

Batumdan gəliblər, heç nə artisğanın, nə artistlərın  boğazları boş qalmadı.  İntəhası 

bunların dövrəsini elə aldığ daha nə düzüm şərab alan kim, pablet satan kim. Amma bir 

benifisit vardı, mən ha dedim ədə ay olasan bir artaqa tap, tapmadı, odur ki, əli qaldı 

qoynunda.  

         Amma vağzal məsələsi lap qəribə və yazmalı şey idi. Nə etməli, yazıqların balaları 

gedib,  əlləri də bir-birinin başında bənd aldı. Ürəkləri çox yanğılı idi. Qərəz bir də 

gəlsələr bəd olmaz. Amma onlar da daha tövbə elədilər, necə ki mən tövbə eləmişəm ki 

(Nasir) İrəvaninin (millətpərəstlikmi ki, şərabxorluğuni ) nam kitabını tənqid etməyim. 

Çünki onun vizitni kartı çuxasında yazılıb, çığğasında yazilib həza səda qəzətəsinin 

müxbiri.  

                Dedim Allah nə yazım, nə yazmayım. Aşpaz Məşədi Əskərin üstünə erməni 

arvadının yalan şikayətini yazım ki, hamı öz uşağını bədnam eləyir, hamı bunu rüsvay.  

    Qərəz ki, beynim çatlamağa gəldi, nə yazım, nə yazmayım. Axırda bu şeiri yazıb 

stolun üstünə qoyub çıxdım eşiyə ki, çünki gecədən gəlmişdim. Xumarlıq  əziyyət 

verirdi.  

..... 


İrəvan bir şəhərdir çox gökçək, 

Hər yanı dilguşədi ruh afza, 

Nə yazım, ay müdir, gəl əl çək, 

Madmazel bulvarə dolub haməca 



“Lək-lək”in mühərriri 

 

BALACA FELYETON 



Molla 

Mən mollayam camaatı tovlaram, 

Qırxmaq üçün ülgücümü sovlaram, 

Şikarimdir tamamisi ovlaram, 

Qıllı qulaq çox çaqqalım var mənim. 

 

İcarə namazı qılan 

Möminəm şahları tərif elərəm, 



 26

Öli namazını artıq istərəm, 

Adildir deyirəm xalqa söylərəm, 

Doğruçuyam al saqqalım var mənim! 

 

Müqəddəs hacı 

Mən hacıyam, yaxşı namaz qılaram, 

Təzvir ilə camaatı tovlaram. 

Yüz manat verərəm bir mələk alaram, 

Mötəbərəm, pulum, malım var mənim. 

 

Qoçu, yaxud ayaqçı 

Mən qoçuyam, alış-veriş edəndə 

Kəsərəm kəndlinin pulun verəndə 

Dinə bilməz puti batman çəkəndə 

On beş dəri yağım, balım var mənim. 

 

Ruzəpaz 

Ruzəpazam, gedirəm haqq yolunu

Əmməni ağladıb allam pulunu, 

Arvadların siğə qıllam dulunu, 

Dörd nəfər də üzü anım var mənim. 

Artist 

Mən artistəm səhnələrdə oynaram, 

Nə rol billəm, nə hərəkət qanaram, 

Yalnızca mən ad qeydinə qalaram, 

Utanmaram, əcəb halım var mənim. 

 

Student 

Studentəm oxşuyuram urusa, 

Gərək olsun mənə arvad Marusa! 

Müsəlmanın qızı Huri də olsa, 

Mən almanam, qıraxmalım var mənim. 

 

Jurnalçıyam 

Jurnalçıyam, mənə bu olmuş sənət 

Hər nə xəlq olsa mən qutum diqqət 

Siz ki belə dutubsunuz camaat! 

Yazmağa çox matriyalım var mənim! 

 

Müsürman 



 

Müsürmanam, gözüm qəzetə baxmaz

Hər nə haqq söz ola, beynimə batmaz. 

Hələ gözüm intizardan qayıtmaz 

Xaric edir, xırdacalım var mənim. 

Naqqal 



 27

 

İRƏVAN XƏBƏRLƏRİ 



 

      Bu  günlərdə (Sabir)in kitabının təbii mənfəətinə  İrəvan həvəskarları  cəlallı bir 

müsamirə  tərtib vermək istəyirlər.  İmdi məktəb balaları (Sabir)in təsniflərindən 

oxumağa hazırlanmışlar. 

... 

Mərə Kavut kəndində  nənə  Məryəm ziyarətinə  məhəllələrdən gələn ziyarətçi 



ermənilərin istirahəti üçün kilsə  həyətində adam tovlamaq yarmarkası açılmışdı. 

Maşallah cibkəsən, adam aldadan,  ğumaraçanlar öz məhərətlərini zor işə keçirtdilər. 

Hətı papağında(  Şir Xurşid) olan bir iranlı balasının qızıl saətını elə silədilər ki, heç 

ruhu da incimədi.  

... 

İrəvana qar yağıb və dondurma elədi ki, bütün məhsulat əldən gedib. Bağbanlar ağlayır 



və ...... gənclər gülür. Güman var ki, bu il üzüm tapılmadığı üçün şərab birəbir üstünə 

gətirilsin. Amma piyansayılar da bağbanların günündədir.  

 

... 


 

Nənə Məryəm ziyarətində 

          Dəllal (Məşədi Abbasəli) öz ağır olan dəstəsilə bir dəstə sazəndələrin təfnisində 

zorbaca keyf eləyib. Ziyarətini etməmə bitirməkdə xhunaxalardan əskik deyildi. Belə ki, 

şərabı butulka ilə içirdilər.  

... 

İdarədən 

 

          Allah  ziyarətlərini qəbul eləsin. Nə insafdır ki, hər ziyarətin savabından binəsib 



olaydılar. Həm də kəlbən xeyri görmeyeydi.  

... 


        Aprelin 20-sində “zəya məni qəryətdətəin” obşçistuynni  Sabir anyasında gələcək 

illik qazancının 10 prosyenitni qomşular cəmiyyəti verilməsini paylamasını lazım 

bilmişdilər. Amma ki, bizim natiq min bir kəlməni tamam etməkdən ötrü təval verib 

deyirmiş: gərək bu pula bir milli məktəb bina edilsin ki, orada hər iki millətin balaları 

tərbiyə tapsınlar. Qomşular isə bu məsələdə bir az naz ediblər. Lakin natiq nitqinə 

davam edri ki, ciddən bunu məsləhət görür. 

... 

 

İdarə 



         Yarım qandıqmara görə  cənab natiq haman min bir kəlməni tamam etmək üçün 

suala məşvəla bunu özü də bilir ki, müsürman balası ilə erməni balası ikisi bir məktəbdə 

milli tərbiyə tapa bilməz. Ya gərək o müsürmanlaşsın və yainki bu erməniləşsin.  İki 

qarpız bir əlilə tutulmaz, hazır cəmiyyəti xeyriyyə gözünü döyür. 

 

KAMAL PAŞANIN RUHUNA İTHAF 

 

Ha dinirəm? Ay itlaf firqəsinin qamandanı! 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə