İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#53856
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

 52

Az qaldı dünən Gülsənəmin  bağrı yarulsun, 

Mənlə dolanan qol-qola(Varyani) görəndə. 

 

Düşdi yadıma övdə dünən köhnə səliğə



(Naznaz) pişirən kiftəli şorbanı görəndə. 

 

Ammə pişirə qatleti padvaldakı (Sərkis), 



Fırlansam alagözlü butulğanı görəndə. 

 

Əfsanə səadətdir bu  padvalda keçinmək, 



Nəhnim kor olur xaneyi virani görəndə. 

 

Bir kəlmə müsəlmanca danışmam öz atamla, 



Mama deyərəm madər giryanı görəndə. 

 Hərdəmxəyal 

 

“Məqalə həft cürə”, yaxud sənət büruzə vermək 

 

Götür  İrəvanda Məşədi Abbas bəy  Əli Alınağıbəyzadə  və Hacı  Səməd  Əli Hacıbaba oğluni. 



Bunlar da baxırlar ki, opravanın  hələ müsəlman küçələrinin təmizliyinə, suyuna , işıqlığına, halına 

baxmağa məcəli yoxdur. Bu cənablar təzə açılmış    Təsarsəki küçənin suyini gətürməgi öhdələrinə 

götürürlər; (Afriğuf)də müsəlmanda bu işi görən  kimi  opravanın 1600 manata təxmin elədigi işi 500 

manat öz idarəsinə zərər vurub, 1080 nanata endirir. Bilmirəm bu bəyzadə və hacızadələrə nə ğalmışdı 

ki, opravanın vəzifəsini öz öhdələrinə götürürdülər.  Əgər desəkiz  sənətkardırlar, xayır! Heç vağt 

inanmaram, Irəvanda bu ğədər dövlətlilər,  əyanlar var. Hansı biri xeyir işə  ğarışmağ istəyüb. 

Barmağınızı yumun indi. Bunlər bu kasıblığları ilə belə ki bu işə düşənlərinə nə xeyir işə baş qatmağı 

özlərinə sənət biliblər allah. Möfğ eyləsin, ama mən yenə inana bilmirəm. Məhz Əli boşağmış ki, biz 

bir belə iş eliyək. Əgər musurman qardaşların bu işi bilməsə bu işi də bilsin. 

Məsələ:  İrəvan cəmiyyət  xeyriyyəsi bahardan bəri göstərdikləri fəaliyyət cəhdinə  yığdıqları 

pulları  xərcləməgə yer tapmayıb. Məhz yalğızca  İrəvan cəmiyyəti xeyriyyəsinin adıyla (Sabir)in 

kitablarını  nəşr etdirməgi öz öhdəsinə  götürübdür ki, bakılılar bir az nicat, şəfa, səadətdən, zaddan 

deyəndə bir az da bunlardan desinlər və əlavə bir otuz min manatlığ da dağdağan zağaz  verüblər ki, 

cəmiyyət zalının eşıklı-içərili divarlarına assunlar ,bəlkə molla yavaların gözi dəgməsün. 

Bir də götürək opravanı, həğiğət opravanın işi heç tərifə  gəlməz, müsəlman  ğlasnılarının 

dövlətindən müsəlmanlara ucuz hər iş başlanırsa , o dəğiğə  ğurtarır. Necə ki, tazə  blanda iki ay 

bundan əvvəl elektriğ  ağacları yarısına ğədər  nəsib edilmiş və yarısı da elə ğalir. 

Aldığımız məlumata görə oprava bir gün yatır yuxuda görür ki, ğəza bunu salıb müsəlman 

küçəsinə,  ğıçı-ğıçına ilişib. Birdən uçur. Gethaget, gethaget , birdən gurumbaz dəgir bir xəndəğə, 

sərsəm yuxudan ayulub deyir, gərək mən bir yetim sevindirim. Odur ki, gəlüb sahibsiz yetim 

müsəlmanın da xərabə blanının  yarısına  ğədər eleğtriğ çəkdirir, yarısı hələ da ğalır. Deyəndə bəs, o 

biri yarısı? Deyir mədaxil sənəd və ğubçasınə iki dənə eylə, boynu yoğun  ağça siçanı görüb kü,  daha 

bir ağça da  götürmək olmaz ! Burdan da məlum olur ki: oprava məhz yetim sevəndirmək istəyürmiş 

vallah. Sənət bruzə vermək olsaydı heç o yarısına da eleğtriğ çəkməzdi.  



Yaltağçı   

 

 



    

BIŞÜUR ÖVLADIM  

 

Bu zalımın oğlu məni lap dəng eylədi, dəng, 



Ovğatımı təlx, hövsələmi təng eylədi, təng. 

 

Gənə xirtəginə kimi gedüb içdi ğudurdu, 



Hər kim ğabağa çıxdı,  durub cəng eylədi , cəng. 

 



 53

Gah qonşuların   baltası tək təndə apardı, 

Ordakılarını yenə kəllə  vurub  ləng eylədi, ləng, 

 

Gənə getdi ğumarbazlığa bu zalımın oğlu, 



Paltarını uduzdu məni binnəg eylədi, nəng, 

 

Gənə tiryakə adət eylədi bu başı batmış, 



Gənə şeirə çəküb adətin  bəng eylədi, bəng. 

 

Ğuran  anlayım hağsi  səsi təngə gətirdi



Əflimə salıb ğul ğıçımi çəng eylədi, çəng. 

Şeytan  

 

           MƏRƏNDDƏN XƏBƏRLƏR 



 

Cənab “Lək-lək” təfəqqə edirəm dərc edəsiniz və təəccüb etməyəsiniz. Hər yerdə bir allah 

var, İrəvanda min allah. Əvvəla, and olsun bizi yaradan, var edən gözə görünməz allaha. İkinci, and 

olsun  səlləlləh Məhəmməd Əliyə və genə and olsun , üçümüncü allahımız  Əhməd Şaha , dördümüncü 

allahımız xanlara, büşiminci allahımız mollalara, altımıncı allahımız seyidlərə  və yeddiminci  

allahımız fərraşların başına. Mən xilaf ərzi eyləmirəm. Özgə məmləkətlərin hamısında bir allah var və 

hər kəsin də  pənahı  hər yerdən kəsilib, ora əl atar; daha 28 allah yoxdur ki, bir-birinə salsın və 

bəndələrinə zalım olsun. Ama  gəl bax iranlıların halına , şikayətlərini klimə etsinlər. Belə də hərkə- 

hərkə yer olarmı? O  ki  gözə görünməz allahdır, heç yaxasını ələ  verməyib və İran sədmədidələrinin 

zırıltısına  ğulağ    asmağ    və gözə görünmək  istəməyir. 2-minci allah da (Odessada) madmazellərlə 

boğuşmğa məşğul olub  heç bizi yadına salmaz; 3-müncü allah  da kı, səfirdir, sözünə baxan yoxdur. 4-

müncü allahlar  da kı, xanlardır, mollalardan çox bərk qorxurlar. Heç kəsin şikayətinə yetuşub işinə 

baxmağ.  

Istəmürlər, məgər eyni kə, gah da bir maladoyların işinə baxıb şikayətinə tiz çatarlar. 

Ğaldı 5-minci allahımız mollalar, bunlar da çox ğəhərdərlər. Heç rəhm , mürvət tapılmaz! 6-

mıncı allahlarımız da seyidlərdir. Bunlar da  mollalarla əlbirdilər. 7-minci allahlarımız fərraşlardır ki, 

hər bir yüngül bəlanı  dəf etmək üçün ağır məbləğlər istəyirlər. Almasalar , sıxa ki, çalmağdan 

boynumuzu yağır edəcəklər.... 

 

Ama bu saydığım allahların  işə baxmamələrinin hərəsinə bir  əzr götürdüm... Bəs işlərimizə 



tez baxan 5-minci allahlarımızdan yazım, bax gör doğrudan bunlar rəhimsiz, mürvətsiz , qəhar  

allahlardır, ya yox? Gor bunların məğam ğəhirdə vurduqları bəladan  xilas olmaq  mümkündür, yainki, 

mən yalan deyirəm? 

İndi ğulaq as gör! Bu gün Mərənddə Ağa Əli Mərəndliyə bir nəfər mərəndli  Ağa Rəhim adında  

birisi yüz tümən pul verəcək  Ama  Ağa Əli  4-minci allahlardan  olan Siçah Əlınzame  bir neçə ərizə 

verəndən sonra  etdiyi şikayətdən yanə 5-minci allahlarımımızdan olan Şeyx Bağıra  ricuh et, -deyə 

cavab verir. 

5-minci də bunun yüz tümənini  əlli tümənə  kəsir ki, 5 ilə kimi alsun. Ağa Əli bu işləri görəndə  

məəttəl ğalır; dərbar süpurgəçilərindən  biri buna deyir, heç məətəl ğalma sən,  bilirsən ki, hər kəs allah 

üçün bir versə, beş əvəz alar? 

 Bu 

məsələni Ağa Rəhim bildiyi üçün anbarına bir xərvər yarım buğda yerləşdirdi... Sən hələ 



şükür eylə ki, yüz tümənin əlli tümənə  və beş il vaxtə hesablaşmağə kəsildi 

 

Şikayətçi Ağa Əli bu sözləri eşidən kimi  deyir,  bəs, eylə isə mən də ondan böyüyünə ərizə 



verərəm, bu saət gedərəm Hacı Səməd xanın yanına. 

           Sopur ki, bir xəbəri Şeyx Bağıra deyən kimi deyir, eylə eləsin ki, ğəhəsim tutmasın. Vallah and 

olsun əsa və əmmaməmə onu əppək üzünə həsrət qoyaram. Hələ qalmış bu ki, mənim qabağımda sıcağ 

altu olanın hökmü (Sofiyan)dan bu tərəfə keçməz! Ayə o görmədimi Bağır allah və bir də oğili arvad 

milli olmadığından ötrü Təbrizdən hakm götürdü. Mən ki fəxr elədim?.. Ayə  eşidmədiyi  Əli Həsən 

oğlu 800 tümən xərci çəkıb Təbrizdən hökm gətirdi. Bu hələ 800 tüməndən mollalara, seyidlərə 

xərclədim ki Hacı Əyisdən ərs yetişən 5000 tüməni alsın. Mən o hakimdə fəsğ elədim. 1600 tüməni də 

getdi, mənə versəydi , genə ona bir gün ağlardım. 1 qəpikdə qazana bilmədi. 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə