47
bir qartal qılıncı. O tərəflərdən gəlmə yan-yaxa köynəyi vardı. Bu
köynək təkcə onun əynində idi. Göy sətindən idi. Ağ sədəf düymələri
vardı, kürəkləri qulac yarım olardı, taxta onatılanı vardı, şaldan qalfe
şalvarı vardı, boğazlı çəkməsi vardı, çarttağan, boğazlı çəkmə də təkcə
onda idi. Cavan olsa da, alnını bu yandan o yana kəsən tək bircə qarış
arx köbəsinə oxşardı. Adama hansı alçaqlıqdan baxsa, deyirdin
göydədir, quzğundur, bu saat çalıb götürəcək. Komsomolçuların içində
təkcə onda onaçılan vardı, sonra qaçaqların qısqısı əllərini yandan
üzləyənlərin fitfasıyla ki bərk gəldi, hamısı yaraqlandı. Gecələr kəndin
keşiyini çəkirdilər, gündüzlər sürüləriynən gəzirdilər ki, çapğınçılar
çapıb aparmasınlar. Bəy adı olmamış, amma bəy kimi bir şey olan
birinin uzun bir tövləsi vardı, bura onların yatacaq yerləri idi,
yığışırdılar, Ağalar hər kəsin yükünü öz boynuna qoyurdu.
Komsomolçular üzdə idilər, çoxalırdılar. Kəndin tək-tək evi məhləsi
vardı ki, ordan komsomolçu çıxmasın. Yığıncaqlarına bəzən qocaları da
çağırırdılar. Bir gün iclaslarına indi dalvəlini sürüyən bu molla İzzəddin
də gəldi. Molla məktəbini Bərdədə təzə qurtarmışdı, xəd qoydurmuşdu.
Gödək qapqara saqqalı vardı. Boynu kələm özəyi kimi ağ idi. Cəhrə
topu kimi yupyumru idi. Ləstik arxalığını geyinib kəndin arxasından
qəbiristanlığa doğru gedə-gedə "əssəlah" çəkəndə qamrov səsi adamın
yatılı tüklərini də bitirirdi. Pal-paltardan iynə təki keçirirdi. Bizim kənd
belə səs eşitməmişdi, qəsidələri, mərsiyələri ağladırdı hamını.
Kəndimizin beş-altı qır-qırıntı mollası vardı, onlar ağızlarını açanda ciy-
ciy ciyildədirdilər, adam ya gərək qulağını uzadıb onların ağızlarına
çatdıraydı, ya da gərək ağsaqqal qarasaqqalları cığnaya- cığnaya gedib
onların çənələrinini altını kəsdirəydi ki Quran səsi eşidəydi. Bu ciy-
ciylər gələn ortaya çıxan gündən İzəddinin əl-ayağını yeməyə
başlamışdılar. Ara qarışandan sonra ölü götürməyə çıxmırdılar,
deyirdilər bildiyimizi yanılmışıq, bu da elə-belə deyilmirdi, qulaqlarına
çatmışdı ki, təzə hökumət dinsizdir, allahsızdı, mollalardan haqq-
hesabını yaxın yerlərdə çürüdəcək, saqqallarını ülübüd, qırxdırıb
başlarına saman torbası taxacaq, özlərini də kotana-xışa qoşdurub yer
əkdirəcək. Amma İzəddin mollalığını yerə qoymurdu. Caamat ölü
namazına duranda deyirdi, camaat Qurani şəriətimiz buyurub ki, Allah
ikidir, biri yerdəki, biri də göydəki; yerdəki Allah hökumətdir; hökumət
– Allahın qoyduğu qərar, qəsəmdən çıxan mənim də düşmənimdir…
Hardansa söz çıxmışdı ki, molla İzəddin şorgözdür, kiminsə əhli-əyalına
pis baxıb, topuğuna baxıb, əndamına baxıb, sinəsinə baxıb. İncəsinin
48
irəli-gerili yırğalanmasına baxıb, içini arıtlayıb, maydan görmüş ayqır
kimi eləyib, eləyər də, niyə eləməsin! Bir oturumda beş-on adamın
yemini-yeməyini aşırır. Müftə müsəlləhcə azdan-çoxdan yalan-yanlışdan
nə qırıldadırsa, onu da haqq alır. Bizim söhbətin təzə şıdırğalanan
vədəsində molla İzəddin də komsomol yığıncağına gəldi, gəlib oturdu
həmincə tövlədə. Tövlə çox yekə idi, beş yüz adam yığsan dolmazdı.
Komsomolçular bir başa yığılmışdılar, bu vədə stol-stul hardaydı,
oturmağa da, yazmağa da çanaq qoymuşdular. Ağalar onaçılanı yanına
döyə-döyə çart-çart gəlib keçdi başa, oturanları gözdən keçirdi, birdən
şığıyıb molla İzəddinin ki kürəyini necə xışmaladı, götürdü, deyərdin
qarğa qurbağa çalıb götürdü, qapıdan çölə atdı. "Vızıt"!…BB! – dedi.
Bu "BB" də onun "Bas bayıra"sı idi,sonra bilindi ki, yazıq molla
İzəddinin şorgözlüyü, zadı yoxmuş, bu yamamanı ona cic-ciylər
vurublarmış… İclasın şirin yerində carçı gəldi ki, Ağaları qonşu kəndə
çağırırlar, mərkəzdən böyük gözləyir. O, qonşu kəndə də yol bir qonşu
kənddən keçirdi. Aradakı kəndə girəndə gördük bəzəkli toy arabası,
gəlin də, yengələr də içində saxlanıb, kişili-arvadlı camaat dayanıb,
sükuta gediblər. Zurnaçılar da bu yanda quruyub qalıblar. Ağalar
soruşdu: – Toydu? Dedilər:
– Toydu. Dedi:
– Bə niyə dayanmısınız? Bu kəndə o kəndə köçürdürsünüz? Bir
neçə papaqlı kişi başı yırğalandı. Ağalar bir də xəbər aldı:
– Bə kimi gözlüyürsünüz? Boyun-boya verənlərin ən qocası
qabağa yeriyib irəlidən də, geridən də qorxa-qorxa dedi ki, başına
dönüm, bəy qoymur.
– Niyə?
– Deyir o qızı mən öz qardaşım oğluna alacam.
– Hazıra yaraq, bişmişə qonaq olmaq istəyir?
– Hə, başına dönüm.
– Hanı o bəy deyilən zalım?
– Mərəkənin lap arxasında dayanmış çox atlı, göy çuxalı, buxara
papaqlı kişi o yandan xırıltılı səslə: – Mənəm, – dedi, – mənəm! Ağalar
şapalağını onaçılana vurub çappıldatdı.
– Beynini göyə sovuraram, ən yekə tikəni qulağın boyda edərəm.
Ağalar atdan endi, girdi meydana, ləzgi hənzi çaldırdı, o ki, var oynadı.
Sonra da atın belinə qalxıb göyə iki güllə atdı:
– Sürün, getsin! – Dedi:
49
– Sürün! Toy köçünü o biri kəndə aparıb, salmayınca
qayıtmayın… Bizim üst tərəfimizdəkilərin hamısı erməni kəndləridir.
Bizimkilərdən eləsi tapılmaz ki, o kəndlərdən 3-4 dostluq kirvəsi
olmasın. Dədə-baba kirvəsi. Torpaqlarımız qulaq-qulağadır. Suyumuz
onlardan keçir. Onlarbizim, biz də onların xeyir-şərinə gedirik, bir-
birimizə xeyrimiz də dəyir, ziyanımız da, inciklik zad olmur, orada.
Ağaların bir yeznəsi var. Adı Həsəndir, 80-ı keçib, dişini dəyişib, dişi
quzu gətirib təzəlikcə. Bundan sonra 50-60-ı ötürəcək arxaya. Çünki
qorğa yeyir, küt qazmağı yeyir, ar salanın ximircəyini gəmirtləyir.
Qalıq-quluğu da dümdüzdür. Elə bil çəpər payasıdır. O, vədələrdə böyük
oğluna balaca toy eləyirdi. Mağar zad qurulmuşdu, qazanlar asılmışdı,
yuxa bir ucda yayılırdı. Amma hələlik gəlib-gedən yox idi, bizim kəndin
adətincə caamatın ayfağı buraya gün– günortadan dönəndən sonra
açılacaqdı. Biz çöldə, odun kötüklərinin üstündə oturmuşduq. Həsənin
dostu Samson kişi də bizim yanımızda idi. İçki-miçki də təzə-təzə dəbə
düşürdü.Həsən kişi kötüyün mişarlanmış başına süfrə sərdi, 3- 4 şiş
kabab, yarım şüşə də cöcə arağı gətirdi. 1-2 dəfə "mübarək-mübarək"lə
gurulbaotdılar. 3-cü sağlığı Həsən dedi, dedi, Samsonun sağlığına içək.
Samsonda Həsəni 5-6 qatar təriflədi. Ağalar fikir verib gördü ki,
kirvənin sözlərinin hamsı ağac atıb götürmədir, seçməsi yoxdur,
soruşdu:
– Samson kirvə, Həsən necə adamdır?
– Samson əlinin birini qaldırıb səsini ucaltdı:
– Adamdır da.
– Axı, necə?
– Samson yenə başdan getdi. Cavab verdi:
– Ala, adamdır da… Ağalar işığını gizlədə-gizlədə danışan
kirvədən əl çəkmədi:
– Nə təhər? – Yaxşı adamdır. Ancaq qohum yaxşı da aparandır,
e…
Ağalar özü qəsdən bığını qaçırtdı ki, Samson oxunu atıb, yayını
gizlətməsin. Həm də Həsənin bütün işlərini bilib öyünən qohum sifəti ilə
qımışdı.
– Hancarı e… Samson kirvə başladı ki, qara, bunun otardığı ferma
subaylarının binəsi ilə bizim anadonuzların binəsi qonşu oldu. Dərənin
bu döşündə bu idi, o döşündə də Sərkis. Sərkis bir vaxt baxıb görür, ara
nə, coşqalar gözünə az dəyir. Sayır, altımışdan çoxu çatmır. Gözünə
döndüyüm bu Həsən hamısını meşoğa, curcuna salıb, o biri kəndlərdə
Dostları ilə paylaş: |