53
yoxdur. Ancaq onun dünyada ən uca dağ olduğunu Allah-təalanın,
məskən saldığı o hündür dağın başından hamıya baxdığını eşitmişdi.
Hümmət oturub bir az dincəlir, dəstəmaz alır, namaz qılır, allaha
deyəcəyi sözlərisaf-çürük eləyib əzbərləməyə başlayır. Hətta ağlayır da.
Axı, o, dərdini allaha ağlaya-ağlaya söyləməliydi ki, allahın ona yazığı
gəlsin, Hümməti əliboş, üzüqara qaytarmasın. Kişinin arvad yanına
səfərdən əli ətəyindən uzun gəlməsi yaman dərddi. Hümmət birdən
arxadan ayaq səsi eşidir, çevrilib geri baxanda üzü nurlu, gözləri işıqlı
bir kişinin ona sarı gəldiyini görür. Bu kişi allahın buyruqçusu Cəbrayıl
idi. Hümmətin niyyəti ona iki ay iyrmi doqquz gün bundan qabaq agah
olmuşdu. Ona məlaikələr xəbər gətirmişdi. Cəbrayıl Hümmətə salam
verir, köhnə tanışlar kimi kef-əhval tutur, Hümmətin əhli-əyalını,
səhhətini, gün-güzaranını soruşur, onun hardan gəlib, hara getdiyini
xəbər alır. Hümmət dərdini danışır, arzusunu söyləyir, diləyinin hasil
olub olmayacağını pərişanlıqla izhar edir. – Allah-təala burda yoxdur,
doqquz aydır harasa gedib, əhli-əyalı deyir ki, evinə dörd, beş aydan
sonra qayıdacaq. Mən onun qonşusuyam, olmazmı o qədər pulu mən
sənə verəm, bir də buralarda havayı yerə səfil-sərkərdan olmayasan,
qayıdasan gülə-gülə evinə, gedəsən, Allah gələndə mən borcumu ondan
alaram. Hümmət razılaşır və sevincək:
– Ver – deyir.
– Allah sənə kömək olsun, ver Cəbrayıl ciblərini töküb–
töküşdürür hər cibindən çıxartdığı pulları sayır və məyusluqla pıçıldayır.
– Hümmət qardaş, pulum azdır, otuz tümən düzəlmir.
– Nə qədər əskikdir?
– Beş tümən.
– Beş tümən?
– Hə. Hümmət əlini uzadıb pulu Cəbrayıldan almaq istəyəndə
Gülpərinin hiddətli gözlərini görür və tələsik deyir: – Otuz tüməndən tək
bircə qəpik əskik olsa, yenə götürmərəm.
– Qardaş, axı, yoxumdur. Yoxdan allah da bezardır. Mənim pulum
çox bərəkətli puldur, götür peşiman olmazsan. Ana beşiyi
qucaqlamışdır. Beşikdə bir həyat sönmüşdür. Hümmət pulu almır,
Cəbrayıl ciblərini ikinci dəfə axtarır. Cibinin küncündən dörd tümən pul
da tapıb çıxardır.
– Dörd tümən də tapdım, insaf elə, al. Çox fikirləşir, nəhayət
Gülpəriyə nə cavab verəcəyini düşünüb inadında davam edir:
54
– Başın haqqı, tək bircə qəpiyinə söhbət ola bilməz. Nə danışırsan,
allahın dərgahına gəlim, özüm də diləyim hasil olmasın?! Cəbrayıl
ciblərini çevirir. Onun ciblərindən xırda mis pullar yerə səpələnir, o
pulları yığışdırıb saydı və sevinclə onları Hümmətin ovcuna tökdü.
– Al qardaş, bəxtin varmış, işin düzəldi, get, allah işinə dirək
versin. Hara gedəcəksən de, sənə kəsə yol göstərim.
– Allahqululara
– Hə, onda bu tərəfə üz tut. Bu yaxınlarda qaçaq-quldur da yoxdur,
həm də bu yol çox yaxın yoldur, üç aylıq yolu bircə həftəyə gedəcəksən.
Hümmət pulları döş cibinə qoyub evinə yollanır. Onun üzü kəndsiz-
kəsəksiz ilanlar mələşən bir düz – biyabana düşür. Hümmətin yol
azuqəsi qurtarıbmış, acından yeriyə bilmirmiş. Hündür təpələrin başına
çıxıb gözlərilə ətrafda kənd axtarırmış ki, allah bəndələrinin birindən
beli alıb çörək alıb yolundan qalmasın. Demək olar, o, üç gün ac-acına
yol gedir, heç bir kəndə, insan övladına rast gəlmir, taqətdən düşür, ona
artıq yük olan boş xurcunları atır, qüvvəsini toplayıb yeriməyə başlayır.
Lakin çox gedə bilmir, yıxılır əllərini yerə verib qalxır, yenə də büdrəyir,
gözlərinə il qaranlığı çökür, başı gicəllənir, ikinci dizi ilə yıxılır ki, bir
daha özünü doğrultmaq üçün cismində zərrə qədər də qüvvət hiss etmir.
Bir yandan günün odlu şəfəqi, aclıq susuzluq, ikinci tərəfdən də
tənhalıq, kimsəsizlik Hümməti əldən salır. O bu düzün düz ortasında
öləcəyini yəqin edib başını yerdən zülmlə qaldırır, ətrafa baxır, gözləri
yaşarır, öz-özünə deyir:
– Başımın üstündə quzğunlar hərlənir, yan-yörədə qarğalar uçunur.
Bir azdan onlar üstümə töküləcək, hərəsi mənə bir dimdik çalıb taqətsiz
canımı didib parçalayacaq, bayram edəcəklər. Öl, ağılsız Hümmət öl!
Arvad sözünə baxıb otuz tüməndən ötrü çöllərə düşən Hümmət öl!
Hümmətin başı ağırlaşır, o başını boynu üzərində saxlaya bilmir, alnı
yerə yapışır. Elə bu zaman "Ay çörək alan, ay çörək alan " – deyən bir
səsə gözlərini açır, dikəlib qalxır, qoltuğunda dörd təndir çörəyi onun
yanından keçən kişini haraylayır. Kişi onun səsini eşitmir, onu görmür.
Hümmətdən xeyli uzaqlaşır. Hümmət yüyürüb ona çatmaq, çörəkdən
pulla, lap neçəyə olur-olsun almaq istədiyini bildirməyə çalışır. Lakin
ikicə addım atmamış yerindən qopan köklü ağac kimi yeri qucaqlayır,
qalxa bilmir. Çörək satan kişini nə qədər haraylayırsa da səsi onun
qulaqlarına çatmır. Hümmətin əli yerdən, göydən üzülür, yönünü
qibləyə çevirib Əzrailə can verməyə hazırlaşır. Kəlmeyi-şəhadəti dilinə
gətirir, elədiyi acıqlığı üçün allaha yalvarır ki, mən bu dünyada
55
cəhənnəm əzabı çəkmişəm, ey xudavəndialəm, heç olmasa məni o
dünyada cənnətə göndər. Hümmət gözlərini açıb son dəfə göylərə
baxanda bir **** eşidir, elə bilir gələn var, cəsarətini toplayıb oturur.
Bir də görür ki, dəhşətli əjdaha ağzını açıb ona doğru sürünür. Əjdaha
iştah və qəzəblə dişlərini qıjayıb bədheybət səs çıxarır. Hümmətin necə
çaşıb, necə çaşdığını, bu ani cəsarətin, gücün, qüvvətin ona haradan
gəldiyini bilmir. Əjdaha da sürətini artırır, yel kimi gəlir. Hümmət dal
tərəfinə baxanda əjdahanın lap yaxında olduğunu görür, qışqırır, özünü
böyük yarğanın içinə atır, mağaraya girmək istəyir, lakin oranın da
əjdahalar yuvası olduğunu zənn edib yan keçir, boylanıb dalınca düşən
əjdahanı azdırmağa çalışır. Ancaq əjdaha ona aman vermir. O Hümmətə
çatar-çatmaz göydən bir koma qara bulud sallanır, gurultu qopur
boğanağa axşar bir bulud əjdahanı götürüb göyə aparır. Hümmət
sevindiyindən huşunu itirir. Onun ağlı başına axşam, ulduzlar sayrışanda
gəlir. Axşamın sərinliyi onu toxtadır. O başına gələnləri bir yuxu kimi
xatırlayır ki, göy qübbəsindən bir ulduz qopur. Ulduz düz onun üstünə
şığıyır. Ulduz havada sönər-sönməz göydən yerə əlvan geyimli bir insan
hörüyü sallanır. Gözəl geyimli, bir-birindən sevimli, gözəl, göyçək
qızlar yerdə dairə vurub əl-ələ tutaraq, mahnı oxuya-oxuya oynayıb,
Hümmətin dörd ətrafına fırlanırlar. Hümmət bu nurlu məlaikələrə
baxdıqca baxır, axırda qızların nəğmələri altında yuxuya gedir. Səhər
oyananda həmin çörək satan kişinin yenə gədiyini görür. Bu Cəbrayıl
idi.
– Əmi, əmi, amanın bir günüdür, bəridən gəl. Cəbrayıl ona
yaxınlaşıb soruşur:
– Nə buyurursan, ay allahın bəndəsi? Cəbrayıl başqa paltarda, daha
doğrusu dünənki sifətdə olduğundan Hümmət onu tanıya bilmir.
– Çörək satlıqdırmı?
– Satlıqdır.
– Neçəyədir?
– İkisi on tümən. Hümmətin heyrətddən gözü kəlləsinə çıxır:
– Əmi, sən nə danışırsan, on tümənə də çörək satarlarmı?!
– Almırsansa, məni ləngitmə, gedirəm, o tərəfdə başqa
müştərilərim var, onlar yolumu gözləyirlər. Hümmət əvvəlcə naz eləyir,
fikirləşir ki, alverçilər malını baha satmaqdan ötrü həmişə tələsdiklərini
söyləyirlər.
– Özün bil! Cəbrayıl üz çevirib gedəndə Hümmət aclığa tab
gətirməyib bağırır.
Dostları ilə paylaş: |