62
göy pencəyi olan ağbəniz, zərif bir oğlan Rüsxarəyə daha çox, həm də
başqa nəzərlə baxdı. Onun heyrət dolu gözləri elə geniş açılmışdı ki, elə
bil, o, çoxdan görmədiyi bir adamla rasğlaşmışdı. Rüsxarənin də
nəzərləri o tərəfə çevrilmişdi. Baxışlar bir-birinə zillənmişdi.
– Ərli arvad, başqasına baxmaz! – deyə Müstəcəb dirsəyini
Rüsxarənin böyrünə sıxıb astadan pıçıldadı. Ah, – deyə Rüsxarə qızardı.
Başını ərinin çiyninə toxundurdu, – sən nə danışırsan?! Mən ayrı şey
fikirləşirdim. Fikirləşirdim ki, kinodan sonra anamgilə getsək necə olar?
İşıqlar söndü. Qaranlıq şübhə doğuracaq baxışları qoynuna alıb
tamaşaçıların başı üzərindən keçərək ekrana yayılan işığa yönəltdi.
Müstəcəb indi: "Odur! Özüdür ki, var! Həmin oğlandır", – deyə
həyacanla pıçıldayırdı. "Mən o vaxt niyə beyni boşluq, başı soyuqluq
elədim?! Gözümlə görldüyümə inanmayıb üstündən keçdim?! Gör nə
günə qalmışam. Yaşamaq sənə haram olsun, haram!" Müstəcəb
hamamın qapısına hücum çəkdi. Bu zaman evin qapısı açıldı. Rüsxarə
içəri girdi.
– Neynirsən, Müstəcəb? – deyə o, həyacanla dilləndi. Müstəcəb
dönüb baxdı. Rüsxarənin əli zənbilli çöldən içəri girən görcək qolları
yanına düşdü, gözlərinə inanmadı. Taqətsiz "oradakılar kimdir?" – deyə
soruşdu.
– Atamgildir, bizə qonaq gəliblər, – deyə Rüsxarə dolu zənbili yerə
qoydu. Müstəcəb bir addım irəli atıb Rüsxarəni bağrına basdı, qəlbində
baş qaldırmış şübhəyə acı-acı güldü.
QƏMƏR XALANIN QONŞUSU
Novruz içəri girən kimi üz-gözündən yorğunluq, əzginlik yağan
Qəmər xala soruşdu:
– Oğul, neynəyək? Bu gözlənilməz sual Novruzu çaşdırdı. O bircə
gecə yatdığı bu təzə evdən bir həftə bundan qabaq çıxmışdı. İkinci
mexanik vəzifəsində işlədiyi yük gəmisi yeddi günlük səfəri başa vurub,
körpüyə bu axşam yan almışdı. Novruzun heç nədən xəbəri yox idi.
– Ana, necə dedin? Qəmər xala bardaş qurub divanda oturmuşdu.
Əllərini dizlərinin kündəsinə qoymuşdu. Təəssüf ifadə edən xırdaca
gözlərini qarşısındakı stolun üstünə – boş qalmış güldana zilləmişdi.
Güldanın ətrafına soluxmuş qızıl gül ləçəkdəri səpələnmişdi.
– Köhnə evdən nahaq köçdük.
63
– Bu nə sözdür ay ana! O zirzəmidən canımız yenicə qurtarıb. Çox
şükür deməkdənsə narazılıq eləyirsən. Köhnə ev padval idi.
Divarlarından su süzülürdü. Qaranlıq, rütubət… İçəri gün işığı
düşmürdü. Səkidən də hələ bir az aşağıda olan aynamızın qabağı zir-
zibillə dolurdu. Təmizləmək də olmurdu. Dikdabanların tık-tuku səni
yatmağa qoymurdu. Gah belin ağrıyırdı, gah qılçaların sızıldayırdı, gah
da ürəyin sıxılırdı. İndi ki, belə şeylərdən şikayətin yoxdur. Padvalın
nəyində gözün qalıb?! Özün demirdinmi bu yaxşı mənzildir, hündürdür,
suyu, hamamı içindədir, aynadan şəhər əl içi kimi görünür, hər yerə
yuxarıdan aşağı baxırsan, nə qaşın inciyir, nə də gözlərin bərəlir. Novruz
uzun sürən sükutdan sonra Qəmər xalanın peşmançılıq dolu həzin səsini
eşitdi:
– Deyirdim…
– Axı nolub ki? Qəmər xala deyindi:
– Nolacaq!
– Evin bir yeri xoşuna gəlmirsə, de düzəltdirim. Qəmər xala
əllərini dizlərindən götürdü, qılçalarını divandan aşağı salladı.
– Xoşuma gəlməyən şey mənə dəyən, məni incidən öz duzsuz
bəxtimin daşıdır.
– Ana, köç deyirsən köçək, bir söz demirəm, amma mən də
bilim… Qəmər xala hirsini boğa bilmədi:
– Bil də, bil! Gətirib məni atmısan bu qarışqa yuvasının içinə, özün
də başını götürüb getmisən dənizə, bilmirsən burda, bu…
– Qəmər xala səsini alçatdı – Az qala qarğamışdım… nələr olur.
Orda heç olmasa divarımız qalın idi, qonşunun səs-səmirini eşitmirdik.
Burda iki ailənin qapısı bir koridora açılır; qapıların da tən yarısı ayna.
Səs- səsə, gülüş-gülüşə, hönkürtü-hönkürtüyə, bağırtı-bağırtıya qarışır,
baş-beyindən olursan. Bir də görürsən dalaşdılar, yumruq bazarı açdılar:
ər döydü arvad ağladı, arvad döydü ər ağladı. Vaxt, vədə yoxdur. Bəzən
səhər, bəzən günorta, bəzən gecə yarı, bəzən də dəli keçilər haçan yığılsa
onda vurhavur başlanır: gah kişi bağırır, gah da arvad. Belə də yaşayış
olarmı?! Dolana bilmirlərsə ayrılsınlar. İki canı bir əzabda çürütməyin
nə faydası! Belə gün keçirməkdənsə, subay qalmaq min pay yaxşıdır.
Adamın birinin ağlı çatmayanda, o biri kamallı olar. Amma bunların
ikisi də ipləmədir, ikisi də bir quyunun suyudur. Onlar o yanda bir-birini
didib tökürlər cəhənnəmə ki, özləri bilərlər – bu yanda mənim ürəyim
qopur, qorxumdan bilmirəm hayana qaçım. Anlaya bilmirəm ki, bunlar –
beyinsiz qarğalar hansı yola qulluq eləyirlər. Dalaşdıqları zaman
64
Koroğlu ilə Dəli Həsən kimi tutaşıb bir-birinə hərbə-zorba gəldikləri
yerdə birdən tar, piano çalıb mahnı oxuyurlar, səslərini zilə qaldırıb
zəngülə vururlar. Bunlar bu dünyanın adamına heç oxşamırlar. Kül belə
kişinin başına! Arvadına elə yalvarır ki, az qalıram gedib qapısını açıb
üzünə lomba-lomba tüpürəm. Arvad vayına oturduğum da onun tayıdır.
Ərinə gah səndən ötrü can verərəm deyir, gah da qışqırır ki, çıx! Kişinin
üzünü görməmişəm, amma səsindən heyvərə adama oxşayır. Arvad,
cavan gəlindir. Bura köçəndə gətirdiyimiz gülü almağa gəlmişdi.
Deyirdi qaytaracam, qaytarmadı da. Atalar düz deyib ki: "Qonşun pisdir,
köç qurtar". Bu gecə evində qal, gör, qulaqların nələr eşidir. Bu yeddi
gün, yeddi gecədə qorxu canımı üzüb apa… Qəmər xala birdən susdu.
Qonşunun ötgəm səsi, kinli bağırtısı eşidildi. Qəmər xala dik qalxdı:
– Başladılar! Bu saat bir qırğın-qiyamət olacaq ki, daha nə deyim!..
Novruz, get milisener çağır. Onların davası başlananda qurtarmaq
bilmir. Arvad yalvarmasa kişi onu… bir dəfə öldürəcək, öldürəcək!
Sırağagün də… Qonşu arvadın qorxu andıran qışqırtısı Qəmər xalanın
səsini xırp kəsdi. O uçunmağa başladı.
– Novruz… get milis… Kişi güldü. Arvadın cingiltili qəh-qəhəsi
uzandı. Qəmər xalanın qorxudan bərəlmiş xırdaca gözləri nifrət və
kindən qıyılıb kiçildi:
– Bu meyidini gördüklərim məndə can qoymayıblar. Günüm,
saatım bax, belədir. Bu nədir ki! Bir azdan sonra qulaqların çox şey
eşidəcək.
– Zarafatlaşırlar. Qəmər xala Novruzun üzünə elə pis-pis baxdı
ki…
– Nə - ə- ə? Ərlə arvadın belə zarafatı!? Qəmər xala divanda
oturmaq istəyirdi ki, kişinin bağırtısı divarları titrətdi. Qəmər xalanın
gözləri yenə böyüdü:
– Kişi qızdı. Bu saat nər-nər nərildəyəcək. Üzunu gor görmüşün
elə pis səsi var ki, adamın qanını qaçırır. Novruz, niyə dimdik
dayanmısan, sənə demirəm get milisenerə xəbər elə!? Onun öküz
böyürtüsünü eşitmirsənmi?! Belə hikkəli kişinin əli farağat durmaz.
Kişinin hiddətli səsi get-gedə artırdı. O dabanlarını döşəməyə o tərəfdə
elə vururdu ki, Qəmər xalanın stol örtüyünün saçaqlı ətəkləri bu tərəfdə
titrəyir, tavandan asılan elektrik lampası səksənib kirpik çalırdı. Birdən
arvadın acı fəryadı, dəhşətli qışqırtısı eşidildi:
– Boğur! Öldürür! – deyə Qəmər xala ağappaq ağarıb qıvrıldı. –
Arvadın nəfəsi kəsilir! Novruz, qoyma! Qoyma! Gəl, tez gəl! Novruz da,
Dostları ilə paylaş: |