50
adamları varmış, onlara satıbmış. Bizim Həsən belə Həsəndi, ara…
Bunu tanımayana lənət! Elə bilirsən ürəyim istəyir bunu, o artivas haqqı,
yox, qorxumdan deyirəm, birdən bu məzhəbsizin kefinə dəyərəm,
qamımı qurudar. Həsən xıx-xıx xıxıldaya-xıxıldaya ləzzətlə güləndə
Ağaların hər şilləsi onun üzündə tapança kimi açıldı. Döydü, nə döydü!
Təpiklədi, nə təpiklədi! Döngəyə salma elədi! Ağız-burun, baş-göz
qoymadı Həsəndə, oldu qanlı qaratuluq! Hərəmiz bir yandan dedik, əşşi,
qoyaydın xeyir işini yola verib, qurtaraydı, neylərdin, sonra elərdin.
Dedi, adamın dilini özününkü gödək eləyəndə dözmək olmur. Həsən
oğurluğu o tərgidən tərgitdi. Tərgitdi deyəndə də düz çıxmır, ondan
sonra gecələr yata bilmirmiş. Çıxıb çöldə-bayırda hərlənirmiş, hava
işıqlaşanda gözünə çimir gəlirmiş. Bir gecə özünü görür ki, heç saxlaya
bilmir, öz danasını öz damından çıxarıb, oğurluq mal kimi kəsir.
Kolxozun bağında kəsir, ətini daşıyır, arvadı da Ağalardan qorxa-qorxa
ora-bura yığıb üstünü basdırır. Baş-ayağını gətirəndə görür özlərinin ala
danalarıdır,gulur, Həsən də gülür, o gülməknənə də Həsən tərgidir.
Halalın halalı idi Ağalar, qorxmazın qorxmazı idi. Kişi idi, əsl kişi idi.
Elə kişilər tək-tək olur. İndi Qırmızı saqqalın uşaqları şəklinə baxıb
deyirdilər ki, bu kişini görmüşük. Qırmızı saqqal da bir kənd ola, adı
özündən yekə, üçcə ev qalıb qazanın başında. Hərəsində də irili-xırdalı
5-6 başı qapaqlı, başı yaylıqlı. O vaxt Ağaların da evi ordaydı, dava
başlanandan, o gedəndən sonra köçdülər uşaqları bu kəndə. Bu kəndlə o
kəndin arasında nə var ki! Bir dərədi olanı. Bu taydan baxanda o
taydakının, o tay da baxanda bu taydakının gözünün kökü, ağzının içi
görünür. Qırmızı saqqalın uşaqları şər qarışan vədə oynaqlaşa-oynaqlaşa
qoyun-quzularını örüşdən gətirirlərmiş. Guya Ağalar da durubmuş kənd
deyilənin baş girəcəyində. Rusa oxşadıblar. Deyiblər, ay rus bu nədi?
Sataşıblar kişiyə, cüvəllağılar. Deyib, a bala, ruscası nədi bilmirəm.
Ondan Sizin ayrı ayrım dilində onun adı quzuqulağıdır. Deyiblər, burda
neynirsən? Deyib, kərpic kəsənəm, bu gecə burda yatım, sabah görüm
kimə kərpic kəsəcəm. GətiriblƏr palazı, öz köhnə yurd yerinə salıb
yatıb. Uşaqlar gəlib görüblər kərpc kəsənin canının yeri qalıb palazda,
özü yoxdur. İndi baxırlar şəklinə, deyirlər, həmin kişidir, bahalı təzə
ayaqqabı, təzə şalvar, pencək, hamısı da qara geyinmişdi, təkcə köynəyi
ağ idi. Başında günnüyü, yekə hərrəməli, ortası qılıcyatımlı, yekə papağı
var. O təzələrin üstdən, köhnə boz plaş geyinmişdi, bax bu şəkildəki
paltarında idi, bu şəkli o paltarında çəkdirib. Saqqalı vardı, ağarmışdı,
bığı da ağarmışdı, həmən bu şəkildəki kimicə… İnanırsan ki, uşağın
51
gözündən heç nə yayınmaz… Biri yalan desin, ikisi yalan desin. Hamısı
belə deyir, amma bir şeyə də inanırsan ki, Ağalar kimi bir kişi öz elinə
belə gəlib, elə qaytmazdı. Belə də deyilsə, bəs bu adam sağ ola-ola
ömrünün otuz beş ilini niyə qürbət yerinə versin?
ƏFSANƏ
Nuh əyyamında Hümmət adlı bir kişi varmış. O cavan ikən günəş
nurlu, ulduz sevdalı, ay şəfəqli bir qızla evlənibmiş. Hümmət toy eləyib
Gülpərini öz evinə gətirən kimi ömründən keçən günlərin iztirab, intizar,
ümidsizlik dolu hər dəqiqəsində hər saniyəsində eşqin oduna yanmış,
məhəbbət alovlarında qovrulmuşdu. O Gülpəriyə sahib olacağını
bilirmiş, ancaq qızın müştərisi, yay-oxlu "qan-qan" deyən pərvanəsi o
qədər çox imiş ki, Hümmət gəlini gərdəyin dalında görənəcən, qapını
bağlayıb şamı sönüdərənəcən, daha doğrusu qızın nəfəsi, hərarəti
təravətilə ürəyinin odunu söndürənəcən keşməkeşli fani dünyanın
qəzavüqədərlərinin kama çatmamış onu məhv edəcəyindən qorxurmuş.
Hümmət evlənəndən sonra arvadının bir sözünü iki eləmirmiş,
Gülpərinin istək və arzusuna can-başla əməl edirmiş. Bir sözlə arvadı
ona öl desə ölər, qal desə qalarmış. Hümmətin özünə görə malı,
qoyunu,atı, ulağı varmış. Obada var-dövlətli adamlardan sayılırmış.
Lakin arvadın hər sözünə baxdığı üçün onu "Nökər Hümmət" – deyə
çağırırlarmış. Hümmət bəzən "kişilik" eləyib Gülpərinin sözünə
əhəmiyyət vermək istəməyəndə arvadı onu boşanacağı ilə hədələyirmiş.
Arvadın kişi üzərində hazır vəziyyətdə saxladığı ən kəsərli qılınc öz
gözəlliyini və sevimli olub sevildiyini dərk etməsidir. Onların yersiz
şıltaqlıqları və lüzumsuz amirəniliyi də bu cəhətlərdən doğur… Bir gün
Gülpəri Hümmətə deyir:
– Ay kişi, get allahdan otuz tümən pul istə, yaşıl darayı alıb özümə
paltar tikəcəm.
– Ay arvad, – deyə Hümmət Gülpərini dilə tutur inciməsinə
inəyimizin birini satıb puluna hansı darayıdan desən ondan alardıq, əkin-
biçin məni gözləyir. Caamat taxıl-tirnəni, otu-ələfi çöllərdən içəri
daşıyan vaxtı məni hara göndərirsən!? Bir sürü mal-qaramız var,
qabaqdan yağı kimi qış gəlir, insafı arada gör, məni işimdən-gücümdən
eləmə. Bir də ki, ağlın olsun, Allah kəndimizin üstündəki dağın başında
olmur ki, yol yaxın ola, səhər gedib axşam qayıdıb gələm. Eşitmişəm ki,
52
Allah-təala yaratdığı öz bəndələri ilə "Turi-sinadə" kəlmələşir. "Turi-
sina"ya məğriblə məşriqin arası qədər yol var. Allah-təalanın
mərhəmətinə, rəhminə, kəramətinə möhtac bəndələr ona dərdini deməyə
gedəndə bir il yarıma ancaq qayıdır. Gəl daşı ətəyindən tök mən üzü
qara bəndəni xudavəndialəmin dərgahına göndərmə. Gülpəri dediyindən
dönmür. Hümmət çox deyir, o az eşidir. Axırda məsələ gəlib o yerə çıxır
ki, arvad cer-cehizini yığışdırıb atası evinə köçməyə hazırlaşır. Hümmət
tərs, inadkar arvadının əl-ayağına düşüb onu sabah tezdən yola
düşəcəyinə inandırır. Gülpəri ərinə yol hazırlığı görür, iki xurcunu çörə
yavanlıqla doldurub, onları səhər ertə Hümmətin çiyinlərinə aşırır və
tapşırır:
– Allahdan pul almamış qayıtma. Vermək istəməsə əl çəkmə, ərz
elə ki, yerin, göyün yiyəsi arvadım üryandır, əlacım hər yandan kəsildi,
sənin ətəyinə əl uzatmaqdan başqa çarəm qalmadı. Hümmət pərt olur.
Nə qədər hirslənsə də Gülpərinin qəlbinə dəyməməyə çalışaraq həlim bir
səslə dillənir:
– Ay arvad, biz onu görmədiymizə baxma, o hər şeyi görür, bilir,
mən allahın dərgahında necə yalan dınışım, onu necə aldadım. Allahı da
aldatmaq olarmı?! O məni də, səni də bu günahım üçün cəhənnəm oduna
yandırmazdımı?!
– Rəhmətliyin oğlu – deyə Gülpəri ərinə acıqlanır. De ki, pula
gedəsi bir şeyim yoxdur. İnəyi satmaq istəmədim. Onun da müştərisi
qəssablar idi. İnəyin boğazına bıçaq çəkəcəydilər deyə satmadım. İndi
işi deyib gəlmişəm, məni əliboş qaytarma, ya əlimi kəs, ya da ətəyini.
– Yalan danışa bilmərəm, məşhər ayağında məni gürdə
yandırırarlar. Düzünü danışacağam, kərəm eyləsə, verər, verməsə də
ondan inciyən deyiləm. Gülpəri hirslənir, xurcunları dartıb Hümmətin
çiyinlərindən yerə salır, deyinə-deyinə atası evinə üz tutur. Hümmət
yazıq yenə yalvar-yaxarla arvadı evə qaytarıb, yola rəvan olur. "Turi-
sina"nı soraqlaya-soraqlaya düz üç ay yol gedir. Kimi ona düz yol
göstərir, kimi əyri. Yol getməkdən, gündüzün istisindən, gecənin
soyuğundan kişinin canı üzülür, nə yeriməyə taqəti qalır, nə də mənzil
başına çatmağa ümidi. İstəyir geri qayıtsın, yaxındakı kəndlərin birində,
dincini alıb evinə yollansın. Lakin Gülpərinin qəzəbli çöhrəsini gözünün
qabağına gətirəndə fikrindən dönür, canını dişinə tutub dərələrdən keçib,
dağlardan aşıb özünü Allahın dərgahına çatdırmağa can atır. Xülasə, çox
uzaqdan uca bir dağ görür. "Turi – sina"dır – deyə sevinir. O, "Turi-
sina" dağını tanımırdı. Ancaq eşitmişdi ki, dünyada ondan uca dağ
Dostları ilə paylaş: |