38
süzürdü. Bu qartal bəzən səmalarda yuva təki yayılan ağ, kündələnən
qara buludların da üstünə keçirdi, buludların altında süzəndə işım-işım
işıldayırdı, göylərin bacasından düşən bir kəmənd gündən ötəndə qılınc
qanadları qırmızı, yaşıl parıltı saçırdı. Quşların hamısı ona baxırdı. Belə
hallarda Ala qarğa yuvasında qanad çalıb qarıldayır, ətrafa səs salır,
şığıyırdı ki, quşlar öz gözlərindən uzaq göylərə çəkilməsinlər, onu
görsünlər ona baxsınlar. Lakin onun uçuşu heç bir quşun baxışını
qartaldan döndərə blmirdi, bu gözlərdən göylərə millənən həsəd onun
ürəyinin başından güllə təki keçirdi. Ala qarğanın ağrımayan ürəyi
gündə neçə dəfə yaralanırdı, göynəyirdi. O neçə il qanad çalmışdı,
göylərdəki bu ucalığı, bu bəxtiyarlığı hiss etməmişdi. Hər uçağanı, hər
qaçağanı özündən aşağıda, özündən alçaqda görə-görə öyünmüşdü,
qürurlanmışdı. Onun şığıdığını görən sərçələr havada seyrəlmişdi,
özlərini kola-kosa vurmuşdular, torağaylar daşların dibinə qısılmışdılar,
sağsağanlar qorxa-qorxa gizlənmişdilər. Qartal göylərdə peyda olan
gündən onu saymırdılar, bu həmcinslərin hərəsi öz taylı-tayı ilə qartala
baxa-baxa sevinirdilər, gülürdülər, Ala qarğanın süzdüyü ucalığa
qanadlanır, hətta bir az yuxarı da qalxırdılar. Ala qarğa indi allahın
sərçəsindən də, bircə hoppanış uçuşu olan torağaydan da aşağıda
qalmışdı. Ala qarğa elə bilmişdi bu səma hörməti, səma ehtiramı onun
böyüklük qiymətidir, onun yekəliyinə balacaların qorxu itaətidir. İndi
anladı ki, gücsüz sandığı kiçiklər onun özünə yox, onun səmadakı
ucalığına səcdə edirlərmiş, bu ucalığı uçağanların yüksəklik sonu
sanırlarmış. Ala qarğa qırmızı günlə təzəcə qalaylanıb ağarmağa
başlamış bir səhər çinarın haçasında tərsinə düşmüş topaq kimi görünən
yuvasından çıxdı, lap zirvədəki sünbül budağa qalxdı. Dönə-dönə
qarıldadı, öz "kiçiklərini" çağırdı ki, indi də mənə baxın, buludları özüm
yarmamışam, özüm havalanıb gözdən itməmişəm, indi görün qartal
nədir, Ala qarğa nə!.. O, buludlara çatmaq üçün axşama kimi dövrə
vurur, amma mən ox təki süzəcəm, gözümüzü yumub açanda
görəcəksiniz ordayam, bir də baxanda məni gözünüzdən itirəcəksiniz,
ağlınıza ayrı şey gətirməyin, elə bilməyin ki, yoxa çıxmışam.
Qarğa güldü:
– Yox, canım, yox. Bir də görəcəksiniz bir koma bulud göylərdən
yerə enir. Sanmayın ki, özbaşına gəlir. Onu daşıyıb yerə gətirən mən
olacam. Hara getsən, gərək bir şey gətirəsən. Qartal kimi boş-boşuna
uçmağın, axşam da əli ətəyindən uzun qayıtmağın yerdəkilərə nə
xeyri!… Sərçələr, torağaylar, sağsağanlar ağacların uca zirvələrinə
39
qondular, tamaşaya dayandılar. Ala qarğa çırpınıb qanadlarını açdı, göyə
qalxdı, xeyli milləndi, sonra elə bil bir boşluğa düşdü, bü boşluq onu
yerə çəkdi. Qayaya çatar-çatmaz bir də çırpındı, qanadlarını tez-tez açıb-
yığdı, yenə də çox yüksəyə qalxa bilmədi, enib qayanın başına qondu.
Xeyli dincələndən sonra öz yuvasına şığıdı. "Balacalara" üz tutdu:
– Ucadan dünyanın hər yeri aydın görünür. Baxıb gördüm ki,
nəvələrim mənə qonaq gəlirlər. Məni öz ev-eşiyimdə tapmasalar,
gümana düşərlər: elə bilərlər hardasa ölüb qalmışam. Bu gün onlarla
görüşüm, onları yola salım, sabah uçaram, lap göylərdə gecələyərəm,
oradakı qırmızı buğdaları, üzü yumurtalı sarı təndir kökəsini dənləyib
sizə gətirərəm. Əslində Ala qarğa göylərdə çox qalmağın çətinliyini başa
düşmüşdü. Hiss etmişdi ki, göydə qanadla uçarlar, göylərə qanadlarla
havalanarlar. Özü də o qanadlar ki, çox möhkəm olsun, çox uzun olsun,
hər çırpıltısı ilə səni bir qat göyə qaldırsın, hər qalxımda dövrə vura-vura
dincələsən, dəyirman daşına dönüb göyü "dən kimi yavaş-yavaş
üyüdəsən, bu dən qurtaranda suyunu sovasan"; bir kimsəsiz dan
zirvəsinin lal ətəklərinin karlığında, korluğunda uyuyub səhərin
açılmasını gözləyəsən. Səhər yenə də hamını özünə baxdıra-baxdıra
süzəsən. Bu qartal hardan peyda oldu, qəsdi Ala qarğanı gözdən
salmaqdırmı? Məqsədi göylərin ağasını allahın yumaq sərçələrinə,
qorxaq sağsağanlarına pay verməkdirmi? Bəs Ala qarğanın vədi necə
olsun? Sabaha nə qalıb ki!…
Sabah göylərə hansı qanadla qalxacaqdı? Gecə ikən buradan
köçsünmü, yüz il ömür sürdüyü yurd-yuvasından didərginmi düşsün?
Sərçələr, torağaylar, xəbərçi sağsağanlar onun dalınca gülməzdilərmi,
nəvə-nəticələrinə deməzdilərmi "nənəzin gopu varmış?!" Bir dünya
dolusu törəmələri bu biabırçılığı eşidəndə Ala qarğa öz böyüklüyünü
itirməzdimi?! Ala qarğa fikirləşdi ki, özünü xəstəliyə vursun, sərçələrə
desin ki azarlamışam, bu iş halım yaxşılaşana, əhvalım düzələnə qalsın.
Bəs bu xəstəlik nə qədər çəkməli idi? Ya ölməli, ya da sağalıb "Əhdinə
vəfa qılmalı" deyildimi?! Xəstələnməmişdi, demək, ölməyəcəkdi də! Bu
yalanın, bu bicliyin kölgəsində nə qədər "dincəlsə də" bir gün düzlüyə,
günə çıxmayacaqdımı?! Ala qarğanın öz hikkəsi öz dili öz başına bəla
açmışdı. Yalandan öyünməsəydi, hünərsizliyi də bu aşkarlıqda
bilinməzdi. Sərçə bir ağac boyu hündürlüyə güclə qalxır, onu qınamırlar
ki!… Torağay yerdən yerə çəyirtgə kimi atlanır, onu lağa qoymurlar ki!..
Sağsağan özünü bu budaqdan o budağa ölüm-zülm çatdırır, ona
gülmürlər ki!… Hamısı quşdur, hamısının qanadı var. Allahın verdiyi
40
qismətdən niyə də utanmalıdırlar? Özləri-özlərinə qanad-quyruq
düzəltmirlər ki, hünərsiz, fərasətsiz adlanalar! Mən nahaqca özümdən
çıxdım, dünyanı gəzək, ancaq geri qayıda bilmərəm düz məkanlı bir
şirin yalandansa, bir evli, bir elli bir acı düzlük yaxşıymış…" Ala qarğa
göyün üzü buludlanıb qaralmağa, yerə toranlıq toru atılmağa başlayanda
birdən qaqqıldayıb güldü. Uzaq ellərdən qonaq gəlmiş ala törəmələrini
çağırdı. Ala törəmələrin hərəsi bir budaqdan qalxıb Ala qarğanın başına
toplaşdı. O:
– Görürsünüzmü? – deyə onlara göylərdə süzən qartalı göstərdi.
– Babanızı o öldürüb. Elə bilirdi bu düşmənçilikdən xəbərim
yoxdur. Dünən gecə dağın başına qalxdım, onun üçtünə bir qaya
dığırlamaq istədim. Qaya dığırlananda diri tərpənib qaçdı. Oyanmasa,
qaya onu xıncım-xıncım eləyəcəkdi… Səhərdən bəri məni bax beləcə
hərim-hərim hərləyir. Nə qədər ki yatmamışam, o mənə xətər yetirə
bilməz. Yuxu da ölüm kimi şeydir, həmişə oyaq qalmaq olmaz ki…
Haçansa yatacam. Onda fürsət tapıb üstümü ala bilər. Ala qarğa
Qartaldan heyf almağın çəmini də öyrətdi. Ala törəmələrinin hərəsi
özündən bir qara tük qopardı, tezcə bir tor toxudular, aparıb Qartal
gecələyən dağın başına atdılar, özü də qaya yarıqlarında gizləndilər.
Qartal, şər əməlli-başlı qarışandan sonra, yerə endi. O, dağın zirvəsinə
qonan kimi Ala törəmələr torun bəndini-bağını çəkdilər. Qartal nə qədər
çırpınsa da, göylərə dartınsa da, açıq qanadı onu bu tələdən qurtara
bilmədi, çünki ayaqları tora düşmüşdü. Onu öz ağırlığı ilə çəkib yerə
yapışdıran iyirmi-otuz ala törəmənin birləşən gücü meşəyə sürüklədi.
Çinarın dibinə gətirdilər. Ala qarğa yuxarıdan, yuvadan tapşırdı:
– Qanadlarını da, ağızını da bağlayın. Özünü də ağaca sarıyıb bəri
gəlin.
– Rişxəndlə güldü: – çox yorulub, qoyun hələ dincəlsin.
– Xeyli susub kinli səsini eşitdirdi:
– Aşını duzunu səhər verərik. Görər ki, bu boyda əsil-nəsilin
babasını öldürənə nə cür toy tutarlar. Görər ki, buynuzsuz qoçun qisası
buynuzluda qalmır. Sübh tezdən Ala qarğa ala törəmələrinin hərəsini bir
diyara göndərdi:
– Gedin ana-bacılarınızı, əmi-dayılarınızı, qançəkərlərimizi
hamısını bir çağırın, qoy gəlib bu qanlının cəzasını özləri versinlər. Kin
canda qalanda ürəyi ağrıdar. Qisas canda dirilə-dirilə gəzəndə ürəyi
xəstələndirər. Qoy nəsil-nəcabətimizin birinin də ürəiyndə ağrı, nisgil
Dostları ilə paylaş: |