26
eləyəcək. Şir bir sürü gürzəni də öyrədib. Gürzələr bir gün qabaq gəlib
sizi çalacaq, daha sizdə o hey qalmayacaq ki, durub qanıb-qandırmaz
ayılarla kəllə-kəlləyə gələsiniz. Nə qədər gec deyil, tələsin. Tələsin ki,
qılçıqlı quyudan, quyruqlu tövlədən çıxmasın… Tülkü qara qarğalara bir
də gözağartması verdi ki, dillərinə qıfıl vursunlar, dimdiklərindən bu
barədə bircə qarıltı da qaçırmasınlar. Qoy fillər gəlsinlər, qalaya çatar-
çatmaz yanmağa, kömürə, külə dönməyə başlasınlar. Onların bağırtısı
dünyanı lərzəyə salanda, qala divarlarını uçurdanda, qalanın başı
üzərində ildırım kimi şaqqıldayanda, yerin altından dünyanı dağıdan bir
axır məhşər səsi-sədası kimi gələndə şir oyanıb mat qalsın. Şir ağzını
əppəklə yelləyib baxıb görəcək ki, burada bir sirr var, agah olmaq
istəyəcək, onda mən işarə verəcəyəm, həmin dəqiqə başlarsınız
danışmağa, nə danışmağa!.. Deyərsiniz ki, ey qibleyi aləm, Tülkü ağanın
təzə gəlini var. O gəlinin ayağının sayəsinə görədir. O gəlin olan
məmləkət yerin də, göyün də hər cür bəlasından azaddır. O gəlinin
nəfəsi gələn məmləkətə ruzi göylərdən yağacaq, həmişə bolluq olacaq,
heç bir düşmən bu qalaya yaxın gələ bilməyəcək, gəlsə bax beləcə
kömürə, külə dönəcək. Şir sizə ənam verəcək, hərənizə bir kənd
bağışlayacaq, hərənizin bir kəndi olacaq, gedin keyfiniz istəyən kimi
dolanın orda. Gününüzü görün, dövranınızı sürün orda… Ala qarğalar,
sağsağanlara dönən qara qarğaların qırıltısından sonra fillər diyarına
çaxnaşma düşdü. Fillər dərələrdən yel kimi, təpələrdən sel kimi keçib
şirin qalasına yaxınlaşdı. Saray əhlinin hamısı şirin yuxuda idi, bircə
tülkü yatmamışdı. Fillərin gəldiyini qabaqca o bildi. Gördü ki, nə
yerldən od-alov aüskürür, nə də fillər yanır. Onlar qara yelə dönüblər,
meşələri yıxa-yıxa gəlirlər, bir azdan qalaya yetişəcək, onun daşını daş
üstündə qoymayacaqlar. Qara qarğalara əmr etdi ki, ayıları oyatsınlar.
Ayılar fillərin qabağında dayana bilərdilərmi?! Hər fil bir ayını
xortumuna alıb, göyə atdı, qaldırıb yerə çırpdı, bəzisini elə tolazladılar
ki, qalanın göyə dirək olan hasarının üstündən aşıb o yana düşdü, ağzını
bircə dəfə açıb yumdu, bircə dəfə inildədi. Tülkü başa düşdü ki, qara
qarğalar bir səsə, bir sədaya aldanıblar, o da qara qarğaların dediklərinə
inanıb, eşitdikləri yalan söhbətdir, fillər bu saat qalanı dağıdacaqlar,
alacaqlar, onun da əhli – əyalı ayaqlar altında qalacaq, bir tülkü nəsli
kəsiləcək, bir tülkü kökü yer üzündən silinəcəkdir, tez onların qabağına
çıxdı, əllərini sinəsinə, dizlərini də yerə qoydu, başını köksünə endirdi,
fillərin ən qeyzlisinə, ən insafsızına, ən kəmfürsətinə, qoşunu öz
arxasınca gətirən ən hökmlüsünə üz tutdu:
27
– Biz sizə neynəmişik ki? Fillərin üstünə elə bil su ələndi, hamısı
dayandı. Tülkünün dili bir az da uzandı. Axı zarafat deyildi, sanki bir
dağ selinin qabağına bir balaca daş atmışdı, o boyda seli bir xırdaca
daşla saxlamışdı.
– Deyəsən, düşməninizi tanımamısınız. Sizin kimi düşməni olan
padşahın qoşunu heç yatarmı?! Görmədinizmi bizim ayıların hamısı
yuxudadır? Fillər bir-birinin üzünə baxdılar. Doğrudan da fillər diyarına
yürüş etmək istəyən ölkənin qoşunu da belə, qış yuxusuna gedərdimi?
Yəqin, ala qarğaların, sağsağanların şir padşahlığını görən gözü yox
imiş, bunları qəsdən qırdırmaq istəyirmişlər. Xəcalət çəkən fillərin
xortumlarının bir az da uzandığını, onların öz başlarını qaldıra
bilmədiklərini görən Tülkü:
– Heyf, çəkdiyiniz əziyyətdən, – dedi, təəfsüləndi:
– Heyf!… Nə qədər yol gəlmisiniz, yəqin ki, acmısınız, gedək
allahverəndən yeyin, için, sonra gedin. Tülkünün bu səxavəti də filləri
bir yandan utandırdı. Fikirləşdilər ki, biz bunları nahaqca yerə daşla
əzmək istədik, onlar isə bizi aşla öldürmək istəyirlər. Bu, ağır ölümdür,
belə ölümün acısı canlının canından heç getmir. Geri döndülər. Tülkü
qalaya girdi. Fillərin öz xortumlarına alıb atdıqları ayılar daş kimi düşüb
yerdə qalmışdı, tərpənə bilmirdilər. Canavar uçunurdu, qalada titrəyə-
titrəyə gəzirdi. Şir öz əslini-nəslini yeraltı yolun ağzına gətirtmişdi,
gözləri qala divarlarında, qala qapılarında qalmışdı. Fillər içəri doluşan
kimi onlar bu yolla qaçacaq, aradan çıxacaqdılar. Tülkü şirin qarşısına
yeridi, əllərini sinəsinə, dizlərini də yerə qoydu:
– Ey qibleyi – aləm, xəta sovuşdu. Şir davanın səngidiyini
duymuşdu, ama fillərin onlardan belə tez, belə asanca əl çəkdiyinə
inanmamışdı. Fikirləşmişdi ki, bəlkə qalaya heyfləri gəlir, elçi
göndərəcəklər: "təslim olun, təslim olmasanız, özünüzü də, qalanızı da
yerlə-yeksan edəcəyik!" – deyəcəklər, bu sakitlik də onun sakitliyidir.
Şir inamsızlıqla soruşdu:
– Yəni bizim yerə belə bəla gələr, özü də bizə dəyməyib gedər?!.
Tülkü qısıla-qısıla güldü:
– Ey qibleyi-aləm, ağıl hər şeydən güclü deyilmi?! Şiri heyrət
bürüdü:
– Axı sən onlara nə dedin ki? Tülkü tülkülənə-tülkülənə ərz elədi:
– Dedim ki, sizin düşməniniz pələnglər padşahlığıdır. Onlar neçə
dəfə bizim ölkədən yol istəyiblər. İstəyiblər ki, sizin üstünüzə gürzə
qoşunu çəksinlər. Gürzələr həm sizin diyara zəhər səpəcəkdi, həm də
28
özünüzü çalacaqdı. Hamınız gücdən düşəcəkdiniz, "allahdan buyruq,
ağzıma quyruq" – deyəcəkdiniz. Beləcə ölüvaylaşanda pələng
padşahının pələngləri üstünüzü alacaqdı, qalan nəfəsinizi də, onlar
kəsəcəkdi. Amma biz onlara torpağımızdan yol vermədik. Dedik ki, fil
padşahlığı kimi halal qonşuya xəyanət eləyə bilmərik, həm də o bizim
dostumuzdur, arxamız, köməyimizdir, elə bir köməyin, dostun, arxanın
itməyi, itirilməyi bizim yoxluğumuz deməkdir. Tülkünün söhbəti
ağzından üzülər-üzülməz pələnglər padşahlığı tərəfdən ağlaşma, şivən,
fəryad, ah-nalə qopdu. Uçan, dağılan qala divarlarının gurultusu
qulaqları batırdı. Şir şirin-şirin güldü:
– Əhsən, tülkü, əhsən!.. Qalanı çöldən qoruyarlar, özü də sənin
kimi ağıllı vəzir qoruyar!.. Bu qala sənindir, necə istəyirsən yaşa, kef
çək! Şir nə biləydi ki, bu bəlanı qala üzərinə gətirən də, qaladan
uzaqlaşdıran da öz vəziri tülküdür? Şir nə biləydi ki, tülkü başqa fikrə
düşüb? Şir nə biləydi ki, tülkü daha ona vəzirlik eləmək istəmir, onun
qabağında yeddi yerindən sınmaq, yalandan irişib – qırışıb istəmir,
ürəyində daha: "Bir padşahı, bir qalanı, bir məmləkəti, bir rəiyyəti ki
mən qoruyacam, mən saxlayacam, a fərsiz şir, a mənim qazancımın
yağlı yerindən yeyib yağlanan, mənim söhrətimlə taxta çıxıb nər-nər
nərildəyən şir, sən nəyə lazımsan?" – deyir. Qalada tülkünün hörməti
artdıqca artdı, ona burdan dur, orda otur deyən olmadı. Qalaya hər gün
bir sürü çaqqal gəldi. Tülkünün çaqqal qohumları ehtiramla qarşılandı,
hörmət-izzətlə yola salındı. Canavarın subay oğlu da tülkünün çaqqal
qohumlarından birinin qızına bənd oldu, evləndi. Sürü-sürü gələn
çaqqallardan həmişə biri üzülüb qalada qaldı, ona iş verdilər. Qalada işə
düzələn çaqqalların sayı artdı. Qalanın hər yerindən çaqqal səsi, çaqqal
gülüşü gəldi. Bu qala toylarının oyunu da, mahnıları da dəyişdi. Bir gün
tülkü bir qara qarğanı fillər diyarına göndərdi. Onun qulağına xeyli söz
pıçıldayıb göndərdi. Axşamdan öz keçmiş ayı qoşununun başçısına
tapşırdı ki, qoşunu mağaralara çəksin, çöldə-bayırda bircə ayı da
qalmasın, çünki fil padşahının qoşunu kərgədan diyarına keçəcək, bircə
ayı görsələr, elə biləcəklər onlara yol vermirik, dönüb bizi əzəcəklər,
xıncım-xıncım eləyəcəklər, sağ tikəmiz də tapılmayacaq. Həmin günün
gecəsi fillər qalanı dövrəyə aldılar. Bar-bar bağırdılar: – Şir bayıra
çıxsın. Şir titrədi:
– Vəzir, bu nə işdir? Tülkü ona ürək-dirək verdi:
Dostları ilə paylaş: |