17
papağını dağların başına qoydu, ağ saqqalını dağların döşünə sərdi.
Qovaq şivi yenə uçundu, yenə titrədi:
– Üşüyürəm… Qış bura nə tez gəldi… Arana qar gec yağardı, tez
əriyərdi. Aranın qarı yupyumşaq olardı. Buranınkı isə buz kimidir, üst-
üstə yağır, deyəsən, yaz gəlməyincə əriməyəcək. Mən bu qışa necə
dözəcəyəm, mən bu qışdan necə çıxacağam?… Palıdlar ona yenə ürək-
dirək verdilər: – Dağın qışının da sənə gücü çatmaz, qorxma. Palıdlar
baş-başa verdilər, qovaq şivini qardan, çovğundan qorudular. Qışın necə
keçdiyindən onun xəbəri olmadı. Yaz gələndə ağ papağını dağların lap
uca başında güclə saxlayan qışa baxıb güldü: – Dağların qışı nə fərsiz
imiş…
Arandakı dostarımı çağıracam, köçüb bura gəlsinlər… Palıdlar öz
yaxşılıqlarını yenə dillərinə gətirmədilər. Dedilər qovaq şivini
utandırmayaq. Utanın başı aşağı olur, tez böyüyə, tez boy ata bilmir.
Dedilər xətrinə dəyməyək, elə bilər özümüzü şirin an satırıq, küsdürərik,
bizdən uzaqlaşar, təklənər, onda tufan onu tez sındırar, şaxta onu tez
dondurar, tez qurudar. Dedilər hələ cavandır, bənd olmayaq, yekələr,
bizim yaxşılığımızı özü başa düşər. Neçə qış ötdü, neçə payız keçdi.
Qovaq şivinin üstündə yüzlərlə tufan, boran, çovğun oynadı. Bunların
hamısına palıdlar sinə gərdi. Bunların hər ağrı-acısını yalnız palıdlar
bildilər. Palıdlar şaxtaların qılınc yaralarına, tufanların ox sızıltılarına
dözdülər, qovaq şivinə görə necə ağradaqlarını ona bildirmədilər. Bir də
yaz gələndə qovaq yan-yörəsinə boylandı, aşağı baxdı. Palıdları nə qədər
alçaqda gördü. Gördü ki, palıdların boynu qısıqdır, qol-qanadları qırıq-
qırıqdır, çat-çatdır. Gördü ki, gövdəsinin qabığı qopuq-qopuq, sovuq-
sovuqdur, zədəlidir. Qovaq palıdların görkəminə güldü. Ağzını göylərə
tutub güldü. Uğundu, başı çiyninə düşdü, qaqqıltısı yenə kəsilmədi.
Onun səsi dağlara, qayalara çatdı, dağlar, qayalar da qaqqanaq çəkdi.
Palıdlar onlara həm özü gülən, həm də dağları güldürən qovağa altdan
yuxarı baxdılar. Cavankən utandırıb kövrəlmək istəmədikləri,
böyüyəndə hər şeyi anlayacağını güman etdikləri qovağın bu lovğa
gülüşü, bu rişxəndli qəh-qəhi onların ürəyini göynətdi. Qədirbilməz
qovağın üzünə ürək ağrısı ilə boylandılar. Qovaq onların baxışındakı
əzabı duymadı, bir də qaqqıladadı:
– Bu neçə ildə qışı başımda saxlayan mən, tufanı uca boyumla
parçalayan mən, hər zərbəni alan da, sizə gələn hər bəlanı qaytaran da
mən, nə üçün o haldasınız, ay yalandan "mənəm, mənəm" – hay-küyçü
deyən dağ palıdları?… Elə quruca diliniz varmış. Qovaq bir də
18
qaqqıldadı. Palıdlar dillənmədilər. Ürəklərində dedilər, eybi yoxdur, özü
yekəlsə də, ağlı hələ artmayıb, bənd olmayaq. Tufan qovağın kinayəli
gülüşünü eşidib gəldi. Dağların başında qılınc oynada-oynada gəldi.
Palıdların dillənməyi qovağı hirsləndirdi:
– Burdan uzaqlaşın, hara istəyirsiniz gedin, tufanla özüm tək
döyüşəcəyəm. Yoxsa sonra yenə də deyəcəksiniz qovağı tufandan biz
qoruyub saxladıq. Palıdlar kənara çəkildilər. Tufan uğuldayırdı. Qovağı
əyirdi, iki qatlayırdı, budaqlarını qırıqlayıb yerə tökür, yarpaqlarını göyə
sovururdu. Qovaq yenə haray çəkir, fəryad qoparırdı, – köməyə palıdları
çağırırdı:
– Məni bunun əlindən alın!.. Ölürəm, qoymayın.
KAM DAĞI
Kam meşəsində Kam dağı vardı. Bu dağın başı göylərə çatırdı.
Yamacları uçqunlarla, yarğanlarla dolu idi. Göy guruldayanda, şimşəklər
çaxanda bu dağın sıldırımlarında odlar, qığılcımlar oynayırdı, bu dağın
qayaları çat-çat olurdu, qırıq-qırıq qopurdu, meşələrə dığırlanırdı,
ağacları qırırdı, yıxırdı. Kam dağında bircə ot da bitmirdi, çünki onu
qışda şaxtalar, tufanlar dondurur, yayda günəşin istisi qovurğa kimi
qovururdu. Qış gecələrində Kamın iniltisi eşidilirdi:
– Soyuqdan ölürəm, yazığam, qoymayın. Mənə paltar verin, mənə
geyim-keçim verin…
Yay günlərində Kamın fəryadı qopurdu:
– İsti məni yandırır, mənə bir dəstə bulud verin, mənə rəhminiz
gəlsin… Kamın hər gün, hər gecə eşidilən fəryadı dünyaya yayıldı.
Bulaqlar, çaylar danışdılar. Sözləşdilər ki, hər çay, hər bulaq bircə qətrə
su versin, topa – topa duman – çən yaratsınlar, Kam dağının iniltisi,
fəryadı onların ürəyini bir də sızıldatmasın, onların qəlbini bir də
göynətməsin… Çənlər, dumanlar Kam dağına axın-axın gəldilər. Günün
qabağını tutdular. Kamın yamaclarında güllər, çiçəklər bitirdilər, Kamın
sərt, sıldırım qayaları da yaşıl otlardan don geyindi. Kam razılıqla dindi,
xəcalət çəkə-çəkə danışdı:
– Çox sağ ol, a çən, a duman!.. Heç bilmirəm sizin bu
yaxşılığınızdan necə çıxacam. Çənlə duman Kamı utandırmamaqdan
ötrü dil-ağız elədi: Çaylara, bulaqlara "sağ ol" – dedi, hərəmiz onların
bir qətrəsiyik, bizi onlar göndəriblər, biz onların sözünü yerinə yetiriik.
19
Kam yenə yalvardı, yenə inildədi: – Nə olar, mənə siz də bir yaxşılıq
eləyin, qoy bu yaxşılıq da sizin özünüzünkü olsun. Çən soruşdu: – Necə
yaxşılıq? Duman xəbər aldı:
– Necə hörmət? Kam qısıla – qısıla dindi:
– Siz də hərəniz bir zərrə, bir qətrə uçurun, başımın üstündə dulud
yaradın. Bu bulud məni gündən qoruyacaq, bu bulud məni yanmağa
qoymayacaq. Axı bir azdan payız küləkləri əsəcək, sizi pərən-pərən
salacaq, siz bir də bura gələn yaza kimi ayaq basa bilməyəcəksiniz…
Çənlə duman dillənmədilər. Axı onlar öz çaylarından, öz bulaqlarından
icazə almamışdılar. Kam onların susduğunu görüb qorxdu, elə bildi
"yox" – deyəcəklər, "biz bunu bacarmırıq" – söyləyəcəklər, ona görə də
tez dilləndi:
– Bircə dəstə bulud!… Bircə dəstə bulud!… Bircə dəstə bulud
versəniz, mən özüm öz başımı dolandıraram, sizi hər yaz, hər payız
havayı əzaba, əziyyətə salmaram. Çən dumana pıçıldadı:
– Düz demirmi?
Duman astadan söylədi:
– Yaxşı fikirləşib, gəl, onun sözünü yerə salmayaq. Nə çox yanan
dağ biz, də gedib onların harayına çatarıq, əzabımızın biri də az olar.
Çənlə dumanın hərəsi də göylərə min-min, milyon-milyon qətrə uçurdu.
Bir koma boz bulud yarandı. Öz aralarında danışdılar ki, bu bulud
yuxalır, Günəş onu cuna kimi nazildəcək, əridib itirəcəkdir, gəl bu
buludun rəngi qapqara qaralana kimi göylərə zərrə uçuraq. Çənlə duman
əriyə-əriyə kiçildikcə bulud yekəldi, qaraldı, Kam dağının üstündə
nəhəng çətir kimi açıldı. Çənlə duman arana sarı süründü, onlar
bulaqlara, çaylara qarışmağa getdilər. Aradan bir yay, bir payız ötdü. Qış
gəldi. Bulaqların, çayların üzü buzla örtüldü. Soyuq küləklər əsdi, qar
çovğunu başladı. Bulaqlar çaylara pıçıldadılar: – Görəsən, Kam dağının
halı necədir? Çaylar bulaqlara ürək-dirək verdilər:
– Deyəsən, kefi kökdür, şirin-şirin yatır. Bulaqlar narahat oldular:
– Kefi saz olsa, belə çox yatmazdı, səsi gələrdi, bəlkə şaxta onu
yenə dondurub? Çaylar üzlərindəki buzları sındırdılar, çağladılar. Kam
dağını səslədilər:
– Səsimizi eşidirsənmi? Kam dağının qaqqıltısı gəldi:
– Daha mənim dərdimi çəkməyin, güllü yapıncıma bürünmüşəm
dincəlirəm. Çox sağ olun, heç belə can rahatlığı görməmişdim, heç belə
könül xoşluğu duymamışdım. Qış da ötdü, yenə yaz gəldi. Yenə Kam
Dostları ilə paylaş: |