23
harasında necə tərpəniş var, necə yeriş var, necə yürüş, necə qaçış var.
Bilərdi ki, hansı çalxantının səmti hayanadır, hayanı tutacaq, hayanı
vuracaqdır. Bilərdi ki, hansı sel hansı dağdan qalxıb, hansı dərə aşağı
axmağa başlayıb, hansı düzü, hansı aranı öz ağzına alacaqdır. Qorxu
gözlənəndə ayıları meşələrə dağıdardı, hərəsini bir ağacın dibinə
düzərdi. Düşmən qoşunu görünəndə, ayılar öz işlərini bilirdilər, hərəsi
bir yoğun budaq sınldırıb çiyninə alacaqdı, yeri gələndə
budayacaqdı,yeri gələndə salve atacaqdı. Ayılar belə döyüşlərdən çox
çıxmışdılar. Qalanın yan-yörəsinləki meşələri görənlər bilirdilər ki,
buralarda vuruş gedib, sahani gedib, bu ağaclar da ona görə yaralıdır, bu
budaqlar da ona görə ayrım-ayrımdır.
Tülkünün iki oğlu, iki qızı vardı. Oğlunun birinə canavarın qızını
almışdı, qızının birini canavarın oğluna vermişdi. Tülkünün də,
canavarın da bir oğlu, bir qızı hələ subay idi.
Bir gün qarğalar səfərdən tez döndülər, özü də onların bu xəbəri
özgə xəbər idi: onlar uzaq bir məmləkətdə "aya çıxma, mən çıxım",
"günə çıxma, mən çıxım" deyən bir qız görmüşdülər. Gündüz günəşin
ondan utandığını, tez-tez buludlarda gizləndiyini görmüşdülər.
Görmüşdülər ki, güllər, çiçəklər bu qızın gözəlliyindən xəcalət çəkirlər,
öz gözəlliklərini, öz ətirlərini götürüb hərəsi bir kolda, hərəsi bir çətirdə
gizləyir. Görmüşdülər ki, çəmənlik bu qızın həsrətinə dözməyib saralır,
küləklərin qanadı o diyarda qırılıb qalıb, meh o qızı görmək üçün
günlərlə dərələrdə yatıb, ağacların yarpaqlarına qonub intizarla
pıçıldayıb. Göylərdən səda gəlmişdi ki, o kəndin üstündə ay doğmur, ay
görünmür, ulduzlar uzaqlara çəkilib boylanır, bu qızın haləsi, ziyası o
kəndin üstünü alan qara buludları da nura boyayır. Eşitmişdilər ki,
göylərin göy mələkləri hər gecə o kəndin ağaclarına qonur, ona görə də
o kəndə qış gəlmir, ağaclar bir yandan çiçək açır, bir yandan meyvəsi
dərilir, kəndin çayları, irmaqları hər gecə cənnət mahnısı oxuyur,
mələklər nəğmə deyir, yerlə göyün arası açılır, yerlə göyün arasında da
mələklər süzür, mələklər oxuyur. Eşitmişdilər ki, o qız hara getsə
cənnətə dönür, o qız hara ayaq bassa, gül bitir, o qızın qədəmləri dəyən
çöllərdən dirilik çeşmələri çıxır. Eşitmişdilər ki, o qızın məmləkətinə
heç bir düşmən qoşunu yaxın gedə bilmir, gedən kimi duz yerlər də dağa
dönür, od-alov püskürür, qoşunu yandırıb külə döndərir. Tülkü qara
qarğalara tapşırdı ki, daha heç yerdə, heç kimin yanında qarıldamasınlar,
bu gizli sözü ağızlarına alıb bir də danışmasınlar. O, bu xəbəri şirə,
canavara danışa bilməzdi. Çünki onların ikisi də tülküdən hökmlü,
24
zəhmli idilər. Tülkü onların sözünü döndərə bilməzdi, onlar bu
bəxtiyarlığı onun əlindən çox asanca alardılar. Tülkü ayrı fənd işlətdi:
bir axşam şirin hüzuruna getdi. Şahın taxtının yanında dizin-dizin
süründü. Əllərini sinəsinə qoyub başını dönə-dönə endirdi, təzim etdi,
yalan bir xəcalətdən ət tökə-tökə dillənldi:
– Şahım, bir qələt eləmişəm, heç bilmirəm günahımdan
keçəcəksinizmi? Şir başını dala atıb nərildədi: – Nə günah, nə qələt?…
Yoxsa, yatıb yuxuya qalmısınız, düşmən qoşunu qalaya doluşub? Tulkü
tər tökə-tökə irişdi:
– Xeyr, şahım!… Şir taxtından qalxdı, bağırdı:
– Bə nə?.. Bundan betər bir günah?… Tülkü boynunu əydi, başını
bir çiyninə yazıq-yazıq yatırtdı: – Xeyr, şahım!.. Şir bir addım irəli atdı,
bir qolunu göyə qaldırdı, əlini kəfəsini tülkünün başına çırpmaq istədi,
lakin qolunu qeyzlə endirib yanına saldı:
– Bə nə ?.. Tülkü səsini nazildib iynənin ulduzundan keçirdi:
– Şahım, bayaq dilim dolaşdı, dedim ki, bir qələt eləmişəm, hələ
ortada heç bir şey yoxdur, olasıdır. İstədim biləm nə məsləhət
görərsiniz… Şir geri çəkilib taxtında oturdu:
– Niyə? Tülkü bir az da əzilib-büzüldü: bir yumub beş tökə-tökə
açıldı:
– Kiçik oğlumun başına hava gəlib. Allah heç kimə övlad dərdi
göstərməsin. Yandırır bizi, tüstümüzü təpəmizdən çıxarır. Şirin qaşları
endi, onun da gözləri yaşardı. Amma yenə də öz vəfalı vəzirinə ürək-
dirək verməyi unutmadı:
– Allah min dərd verib, min bir dərman. Darıxma, arıları
çağıraram, hər çiçəkdən bir damcı şirə çəkərlər, oğlun da olar sapsağ,
anadangəlmə!.. Bəyəm biz ölmüşük ki, sənin oğlunun dərdinə çarə
tapılmaya?!.. Tülkü zoqquldadı. Sinəsi atdım-atdım atlandı. Gözünün
yaşı yerə ələndi:
– Kaş xəstələnəydi!.. Belə olsa nə vardı ki!… Bunun dərdi ayrı
dərddi, şahım, deyiləsi deyil. Şir əllərini taxtın yanlarına verib qabardı:
– Yəni elə bir şey olar ki, dünyada bizim gücümüz çatmaya?!.
Tülkü səsini qıra-qıra zarıdı:
– Bir çaqqalın qızını istəyir. Şirin qaşları çatıldı:
– Çaqqılın?..
Tülkü hönkürdü:
25
– Neyləyim, balamdır, başını öz əlimlə kəsə bilmirəm, deyirəm
atası atamızın, anası anamızın tayı deyil, bizi gülünc yeri eləmə. Deyir,
mənə onu almasınız, özümü öldürəcəyəm, dizinizi döyə-döyə, saçınızı
yola-yola qalacaqsınız. Deyir şir əminin oğlu belə bir sevdaya düşsə – o
belə bir bəlanın nə olduğunu yaxşı bilir – oğlunu könül xəstəsi eləməzdi.
Şir dərdli-dərdli gülümsündü, təəsüflə başını yırğaladı. Tülkü nə
dediyini yaxşı bilirdi, axı şir də bir pələngin qızını sevmişdi. Atası aman
verməmişdi. Şir o vaxtdan arzu-kam yanıqlısı idi. Həsrəti gözlərində
saralmışdı, intizarı bəbəklərində solmuşdu. O günlər yadına düşəndə
şirin gözlərindəki həsrət, intizar hönkür-hönkür ağlayırdı. Şir kövrək bir
səslə dilləndi:
– Göz tutan gözəl olar. Tülkü, get toya hazırlaş. Tülkü qalxıb şirin
ayaqlarını qucaqladı, duz kimi yaladı. O, bir gecə həmin kəndə qoşun
göndərdi. Ayılar kəndi dövrəyə aldılar. Kəndə bir ins-cinsi girib-
çıxmağa qoymadılar. Səhər tezdən ora qara qarğalar uçdu, həmin evin
üstündən fırlandı, qarıldaşdı, qızın yerini nişan verdilər. Bir dəstə ayı
qızı hop götürüb kəcavəyə qoydu, qalaya gətirdi. Tülkü qırx gün, qırx
gecə toy vurdurdu. Toydan az sonra bir istədi qara qarğaları başlı-başına
buraxsın, ayılara: "Gedin, kef eləyin, lazım olsanız çağırtdıraram", –
desin. Özü də külfətini götürüb bir gecənin qaranlığında aradan çıxsın,
bir dağın döşündə məskən salsın. Şir ona neynəyə bilərdi? Dünyanın
qoşunu axıb gəlsə yanıb kösövə, külə dönməzdimi? Axı onun üzünün
nuru ilə hər bir bəlanı uzaqlarda çürüdən, özünə öz istədiklərinə yaxın
gəlməyə qoymayan gəlini vardı. Amma Tülkü belə eləmədi, bu işin
axırının xeyir-şərini gözlədi. Sonra da üstünə öz-özünə gələn bəlanın
görünməyən yollarına baxa bilmədi, bəlanı qurdalamağı, oyadıb –
oynatmağı, qala üzərinə tez gətirtməyi, gəlinin necə bir gəlin olduğunu
yəqin etməyi, onun ayağının sayəsinin öz evinə düşüb-düşmədiyini
sınaqdan keçirməyi fikirləşdi. Qara qarğaları qalanı neçə dəfə dağıtmaq
istəyən fillər diyarına göndərdi. Tapşırdı ki, ora çatanda dilinizi,
donunuzu dəyişin, bir paranız ala qarğaya, bir paranız da sağsağana
dönsün. Ala qarğaya dönənlər göylərdə uçsun, şığısın, az-az qarıldasın,
sağsağana dönənlər ağaclara qonsun,budaqdan-budağa keçsin,
yarpaqları dimdikləsin. Qabaqca sağsağanlar danışsın, sonra da ala
qarğalar. Sözünüz bir-birinə düz gəlsin. Deyin ki, ey fillər padşahı, şir
ayıların hərəsinə bir sapan verib, onların atdıqları hər daş hansı birinzin
boş böyrünə dəysə, deşib o yana keçəcək. Qoşunun bir yarısının əlində
ütülüb dəmirə döndərilmiş pərdilər var, hansınızın başına ensə, para-para
Dostları ilə paylaş: |