5
dincələsi bir ağaca döndü. Gecələr hər yarpağı bir pıçıltı dedi, düzün kar
qulaqlarını açdı, gündüzlər hər budağı bir sığırçına oxşadı, uçundu,
uçuna-uçuna mahnı oxudu, düzün kor gözlərini açdı. Küləklər dincini bu
çinarın budaqlarında aldı,mehlər bu çinarın yarpaqlarında yatdı,
yarpaqlarında uyudu. Düzün üstündəki göylər öz yaşıllığını bu çinarın
yarpaqlarından aldı, buludlar öz ağlını bu çinarın gövdəsinə, budaqlarına
oxşatdı. Çinar böyüdü, başı buludlara çatdı, hər qol-budağı bir yana
uzanıb düzün bir yarısını tutdu. Çinarın altı yayda yaylağa döndü, qışda
ovlağa. Çinarın altına gün işığı düşmədi, qar düşmədi, yağış düşmədi.
Çinar hər isti-soyuğu, hər qarı, yağışı başında saxladı, qol-budaqlarında
saxladı. Çovğuna düşüb haray çəkən, boğanaqda boğulub fəryad
qoparan ağac toxumlarını onların əlindən aldı, öz isti torpağında gizlətdi,
göylərdən aldığı suları yerə verdi, öz dibindən bir bulaq qaynatdı, o
toxumları cücərtdi, yazdan – yaza böyütdü. Çinarın həndəvərində nə
qədər ağac boy atdı, ucaldı. Çinarın yoğun gövdəsi yarpaq, budaq
yaşıllığında itdi, görünmədi. Bu yaşıllığın eni-enə, uzunu uzuna getdi.
Hərami düzünü bir meşəlik öz ağzına aldı, ildən-ilə böyüdü. Çinar öz
dibini görmədi, öz dibində gedən pıçıltıları eşitmədi. Boyundan boy
verdiklərinə inanmışdı. O, nə biləydi ki, ağacların hərəsinin ağzı bir söz
deyir, hərəsi bir cür deyinir? O, nə biləydi ki, arxalanandan sonra arxaya
baxmamaq düz deyil.
Ağaclar qəzəbləndilər ki, payımıza şərik çıxıb, qismətimizin çox
hissəsini o udub, ona görə də ucala bilmirik. Günümüzə ortaq olub,
qarda, yağışda çimir, daranır, öz üst-başının kirini təpəmizə yağdırır.
Qartallar ona qonur, quşlar onda oxuyur, biz isə çaqqal, tülkü, qurd-quş
yuvası olmuşuq, oğru-əyri bizdə gizlənir, bizdə daldalanır. Çinar bir az
da ucalsa, bir az da böyüsə, gündüz işığına həsrət qalacağıq, vaxtsız
saralacağıq, vaxtsız solacağıq. Onun başı öz keyfinə qarışıb, dibindən
xəbəri olmayacaq, gəlin köklərimizi köklərinə sarmaşdıraq, yavaş-yavaş
qurudaq… Çinarın yarpağı vaxtsız töküldü, bədbinləşmədi, elə bildi ki,
bu il havalar tez soyuyub, qış tez gələcək. Yan – yörəsindəki meşəliyə
baxıb sevindi, çünki meşə göm-göy idi. Yaz gəldi, çinar yarpaqlaşmadı,
qol-budaqları quruya-quruya bir az da ağardı. Çinar yenə də
kədərlənmədi. Sevindi ki, həndəvərində yam-yaşıl meşəlik var, dumduru
bulaq suyu var, meşəlikdə quşlar yaz mahnıları oxuyurlar. Yay gəldi,
günəş öz odunu çinarın üstünə ələdi, o, qüssələnmədi, düşündü ki, nə
yaxşı mən ucayam, bu istiləri mən saxlayıram, mən yanıram, körpə
meşəliyin bir yarpağı da saralmır.
6
Payız gəldi, acı küləklər çinarın bir budağını qırdı. Meşənin üstünə
yıxdı, neçə ağacı yerlə-yeksan elədi. Çinar meşəni harayladı: - Payızın
qurtarmağına hələ çox var, uzağa köçün, yoxsa tufanlar hər qol-
budağımı beş-onunuzun başına çırpacaq. Niyə vaxtsız öləsiniz?! Çinar
meşənin hər budağından bir qaqqıltı, bir gülüş eşitdi, elə bildi səsi,
sözləri onlara çatmayıb, bir də dilləndi: – Qabaqdan qış gəlir,
dövrəmdən uzaqlaşın. Meşədən qəhqəhə qopdu, çinara elə gəldi ki, onu
tək qoyub başqa yerə köçmək istəmirlər, ölsələr onunla birgə ölmək,
qalsalar onunla birgə qalmaq istəyirlər, ucadan səsləndi: – Daha mən
gedərgiyəm, çünki qocalmışam, amma siz cavansınız, sizin görməli
günləriniz hələ qabaqdadır. Özünüzü qoruyun. Elə bu vaxt tufan qopdu,
çinarı qol-qol, budaq-budaq sındırdı, meşənin başına çırpdı, sonra
çinarın ağır gövdəsini yıxdı. Meşə toz-torpağa qarışdı. Yer üzündə onun
nə bir çiliyi, nə də bir kötüyü qaldı, elə bil bu qədər ağacın hamısı yerin
təkinə təpilmişdi, çinar isə qırıq-qırıq olsa da, Hərami düzündə onun
yıxılı bir gövdəsi qalmışdı. Bu gövdə Hərami düzünün qaranlıq
gecələrində hələ çox ağaracaqdı.
DURNA QATARI
Bir ovçu varmış. Atdığı yayınmazmış. Tazısı quşu göydə
qaparmış. Bu ovçu çox gəzməzmiş. Bir təpədə, dikdə oturarmış. Tazı
özünü dərələrə, kolluqlara vurarmış, ovu uçurar, qaçırarmış, ovçu da
güllə mənzilində uçan, qaçan ovu nişan alıb atarmış. Tazı güllə dəyəndə
göylərə millənən, heydən kəsilənə kimi uçan, sonra yerə düşən turacları
qapıb gətirərmiş. Tazı xınalı kəklikləri perikdirərmiş, onların gizləndiyi,
daldalandığı yerləri ovçuya nişan verərmiş. Tazı dovşanları səksəndirib
sinərmiş, tüfəng açılanda dovşanın üstünə atılarmış, yüngül yaralısını,
qaçaraqdan qalmayanlarını koldan-kola qovarmış, zəhrini yararmış.
Ovçu hər gün iki ov vurarmış. Birini öz tazısına yedirdərmiş. Çox zaman
bişirib yedirdərmiş. Tazını öz evində yatırarmış. Tazıya taxt
düzəltdiribmiş. Tazıya ortası çökək qalın döşək düzəltdiribmiş. Tazını
həftədə bir dəfə çimdirirmiş. Axır vaxtlar ovçu evə gec qaydırmış. Çox
zaman qaranlıq qarışandan sonra qayıdırmış. Çünki kəndin yan –
yörəsindəki ovlar, quşlar didərgin düşüblərmiş, o biri kəndin çöllərində
məskən salıblarmış.
7
Ovçu dan atandan qonşu kəndin düzlərinə yollanırmış, tazısı gün
batana kimi özünü ora-bura vurur, pisdən-yaxşıdan bir quş qaldırır, bir
dovşan qaçırır, ovçunun gülləsinə tuş gətirirmiş. İndi pay tən yarı
bölünürmüş. Həmişə bir ovu bütün yeyən tazı ac qalır, sahibindən incisə
də qaçarağından qalmırmış, iy alıb özünü dərədən-dərəyə aşır, çöldən-
çölə şığıyırmış. Bir gün tazı səhərdən axşama kimi yer tutur, lakin bir
quş da uçura bilmir. Ovçunun gülləsi tüfəngdə qalır. Ovçu əsəbiləşir,
kola-kosa, dərəyə-təpəyə güllə atır. Atır ki, yerə yatıb görünməz olan
ovları səksəndirsin, tüfəngin səsilə qorxuzub sıçratsın, qaldırsın, vursun.
Atır ki, yurd – yuvalara girib görünməz olan ovları vahiməyə salsın.
Çoparaqlandırsın, heç olmasa, birindən güllə keçirsin; heç olmasa, bircə
ovla evə dönsün, evə əliboş qayıtmasın. Lakin tazının yüyürüb yortmağı
hədər gedir. Ovçunun güllələri güllə mənzilinə ov çıxarmır. Ovçu kor-
peşiman halda evə yollanmaq istəyir. Bir də görür ki, göylə durnalar
gedir. Görür ki, durnalar iki qatardır. İki qatarın ikisi də bir başçının
dalınca düzülübdür, sıralanıbdır. Bu ovçu durna qatarına heç vaxt rast
gəlməyibmiş. Amma eşidibmiş ki, durna qatarının hamısına güllə atanda
olsa-olsa biri, ikisi düşür. Eşidibmiş ki, durna qatarının komuna güllə
boşaltmaqdansa, təkcə başçısını nişan almaq, başçısını vurmaq lazımdır.
Eşidibmiş ki, durnaların başçısı vurulanda durnalar sapı qırılmış
muncuqlar kmi göydən, qatardan bir-bir qopub yerə tökülür. Ovçu
dizinin birini yerə qoyur, altdan yuxarı nişan alır. Tazı zingildəyib göyə
atılır, sonra ovçunun dizinin dibində yerə yatır. Göylərə, durna qatarına
baxa-baxa yay kimi dartılır, sanki o da, güllənin dalınca göyə şığıyacaq,
özünü durna qatarına çatdıracaq, bir neçə durnanı dişləri, dırnaqları ilə
tutub yerə endirəcəkdi. Tüfəng şaqqıldayır, gurultu qopur, tazı göyə
atılır, sevinclə zingildəyir. Göydən yerə enməyə başlayan başçını görüb
ora-bura dazıyır. Ovçu da sevinir. Elə bilir ki, doğurdan da bircə güllə
ilə iki qatar durnanı yerə endirəcəkdir, hər qatardan bir durnanın
ayrıldığını, yerə enməkdə olan başçılarının dalınca aşağı şığıdıqlarını
görəndə ovçu daha çox sevinir. Lakin bir də görür ki, qatardan ayrılan
bu durnalar ox kimi süzüb özlərini başçılarına çatdırırdılar, hərəsi
başçının bir qanadından tutdu. Öz başçılarını geri qaytardı, göylərə
qaldırdılar. Ovçu görür ki, durnalar öz başçılarını başçı yerində, əvvəlki
yerində uçura-uçura göylərə yüksəldilər, durna qatarları başçının
arxasında əvvəlki kimi sıralandı. Ovçu görür ki, qatarlar sürətlə
havalandı, qanad-qanad ağ buludlara qalxdı, güllə mənzilindən çox-çox
Dostları ilə paylaş: |