20
dağından səs-soraq eşidilmədi. Yenə bulaqların, çayların nigarançılığı
başlandı: Bulaqlar çaylardan xəbər aldılar:
– Kam niyə susur, yoxsa qışdan salamat çıxmayıb? Çaylar
bulaqlara ürək-dirək vermək istədilər, lakin dillərindən var gəlmədi,
çünki çayların özləri də Kamın xəta-bəladan uzaq olmadığını
fikirləşirdilər:
– Bəlkə çox sevindiyi üçün tez yata bilməyib, ona görə də hələ
oyanmayıb? Susdular. Xeyli düşündülər. Çayın biri çox dözə bilmədi,
bir dərədən düzə, düzəngaha çıxdı. Kamı çağırdı:
– Ey Kam, necəsən? Kam dillənmədi. Bulaqların, çayların təşvişi
artdı, hamısı bir yerə yığışdı, bir yerdə qovuşdu, səslərini qoşalaşdırıb
Kamı harayladılar: Ey Kam, hardasan? Ey Kam, bizə niyə cavab
vermirsən, axı sənin dərdini çəkirik, bizi bu intizardan niyə
qurtarmırsan? Kamı çox çağırdılar, Kamdan səs çıxmadı. Çox baxdılar,
Kamı görmədilər. Həmin qara bulud yaman yekəlmişdi, Kamı başdan
ayağa bürümüşdü, Kamın bəzi yamacları, bəzi sıldırımları güclə
görünürdü. Çaylar bulaqlara dedilər:
– Siz Kama bir az yaxınsınız, carçı göndərin, bir xəbər gətirsin.
Axı Kam bu qədər yatmazdı… Bulağın biri yaylıq boyda çən göndərdi.
Carçı çən Kamın yamacına çatanda gurultu qopdu. Çən yamaca döndü,
bulağa:
– Üşüyürəm,
– dedi,
– yaman soyuqdur. Bulaq onu cəsarətləndirdi:
– Yaz buludunun nə soyuğu olacaq, qorxma, irəli get!… Çən yenə
yaylıq kimi açıldı, Kamın yamacına doğru süründü. Qara bulud bu dəfə
elə nərildəyib guruldadı ki, çaylar da titrədi, Kamdan daşlar-qayalar
qopub çənin yüstünə yeridi, çəni əzdi, çəni özünə dolayıb dibsiz
uçqunlara, dərələrə apardı. Çaylar da, bulaqlar da çarçı çənin harayını
eşitdilər: Yazıqsınız, gəlməyin, gəlməyin!… Çaylar da, bulud belə iş
görməz, çünki o, bunların qətrəsindən yaranıb, o öz yaradanına qənim
kəsilməz
– fikirləşdi. Çünki həmin zirvəni buluda bulaqlar verib, çaylar
verib. Çünki buludu o ucalığa, o yüksəkliyə bulaqlar, çaylar qaldırıb,
onlara dönük çıxsa yenə də Kam çıxar. Fikrləşir ki, zərrəmizi ona
əmanət vermişik, indi qətrələrimizi ondan almaq, özümüzə qaytarmaq
istəyirik. Çaylar da bulaqlar da fikirləşirdilər ki, gecədən xeyli keçənə
kimi gözləsinlər, Kam dağı o vaxta kimi oyaq qalmayacaq, o yatandan
21
sonra buludla xəlvətcə məsləhətləşmək üçün bir çən göndərsinlər.
Fikirləşdilər ki, indi buludun da gözü yolda, qulağı səsdədir. Gecə yarı
olanda bir kəlağay çən yola saldılar, tapşırdılar ki, kirimişcə get, özü də
ora çatanda sürünmə, göylərə qalx, Buludla göylərdə görüş, qoy Kam
dağının sənə əli çatmasın. Kəlağay çən Kamın yamacına çatana kimi
yerlə süründü, çünki bərk külək əsmirdi, o, ağaclardan tuta-tuta getməsə
onu aparırdı. Göyə yönələndə yenə gurultu qopdu, şimşəklər oynadı,
şimşəklər kəlağay çəni qızıl xəncərlər təki doğradı. Hər yanda çənin
harayı eşidildi:
– Yandım, qoymayın!.. Öldüm, qoymayın!.. Çaylar, buludlar yenə
elə bildilər onların başına bu tərs oyunu açan, çəni buluda qovuşmağa
qoymayan Kam dağıdır. Buludu çağırdılar: – Geri qayıt!.. Bu çağırış
onların dodaqlarından qopan kimi əvvəlkilərdən güclü bir gurultu hər
yanı lərzəyə saldı, çayların, bulaqların səsini batırdı. Çaylar öz gur
səslərini bir də işə saldılar:
– Bulud, geri qayıt!.. Bu dəfəki gurultu əvvəlkilərdən də güclü
oldu. Kam dağı elə bil dağıldı, daş, qaya, uçqunu başlandı, daşlar,
qayalar çaxnaşma-çaxnaşma dərələrə dığırlandılar, bulaqların gözünə,
çayların yatağına doldular. Bulaqların da, çayların da səsi bir müddət
çıxmadı. Aradan xeyli keçəndən sonra pıçıldaşdılar:
– Çay, dinmə, danışma, qoy külək kəssin, Kamın üstünə çən-
duman qoşunu göndərək.
– Bulaq, belə yaxşıdır, qoy bizim çən-duman qoşunumuz Kamın
üstünü birdən alsın, buludu geri qaytarsın. Yaxşılığımızı bilməyənə niyə
pislik eləməyək? Qoy Kamı yayda yenə gün yandırsın, qışda şaxta
dondursun, qədrimizi onda bilər. Külək səhərə yaxın kəsdi. Çaylar,
bulaqlar çən-duman qoşunu düzəltdilər, nizama düzdülər, Kam dağının
üstünə göndərdilər. Çən-duman qoşunu dağı dövrəyə aldı. Qoşun
yamaclarla, uçqunlarla yuxarı süründükcə qara bulud da yavaş-yavaş
göyə qalxdı. Çaylar sevindilər. Bulaqlar şadlandılar, şirin-şirin güldülər.
Sevindilər ki, Kam dağı qorxur, buludun əlindən çıxacağını bilib, ona
görə də buludu başına qaldırır. Birdən yenə gurultu qopdu, yenə
şimşəklər oynadı, yenə daş-qaya seli başlandı. Çən-duman qoşununun
üstünə əvvəlcə yağış ələndi, sonra iri dolular töküldü. Qoşunu bir
yandan çapdı, doğradı, bir yandan daş-qaya seli apardı, bir yandan da
dolu döydü, yağış əritdi, qoşunun izi-tozu da qalmadı. Çaylar, bulaqlar
yenə bir inilti eşitdilər:
22
– Mən sizin yanınızda xəcalətəm. Bulud mənə göz veir işıq vermir.
Günəş üzünə həsrət qalmışam, həm də, həm də… Kam dağı sözünün
dalını demədi. Çaylar da, bulaqlar da bildilər ki, Kamın dərdi böyükdür,
sözü çoxdur. Demək istəyir ki, siz bu qara buludu zirvəmdən endirməyə
çalışdıqca o məni qaya – qaya sökür, daş – daş parçalayır, sinəmi odlu
şimşəklərlə yandırır, üstümə ildırımlar atır. Demək istəyir ki, mən sizin
xətrinizdən keçmirəm, bir bulud nədir ki, ona gücüm çatmaya!..
Qorxuram axırda məni "naxələf" adlandırasınız. Mən istəmirəm belə
buludu! Bir yaxşılıq ki məni öldürməyə çalışacaq, neynirəm onu!.. Mən
bu qara buludun qanadından tutub yerə çırparam. Elə çırparam ki,
dağım-dağım olar, siz məndən küsməzsiniz ki?.. Çaylar çağladı:
– Heç vaxt incimərik! Bulaqlar şırıldadı:
– Quş kimi göylərə uçurduğumuz, zirvələr verdiyimiz qara
buludun ömrünə heç zaman heyfslənmərik, çünki o dönük çıxdı, sizə də,
bizə də qəsd elədi.
QALA
Şirin qalası vardı. Bu qala ona atasından, atasına da babasından
qalmışdı. Atası son nəfəsində öz oğluna demişdi ki, sən bu qalanın içini
qoru, qala səni çöldən qoruyacaq. İçi düz olan qalanı çölün əyrisi yıxa
bilməz, dağıda bilməz, belə qala çox yaşayar, çox yaşadar. Belə qala
alınmaz, belə qalanın yiyəsi heç vaxt basılmaz.
Şir öz atasının öyüd-nəsihətinə ürəyində gülmüşdü: "Qalanı
içəridən də qoruyarlarmı? Qala içəridən qorunacaqdısa, niyə qurulurdu?
Qala döyüşdən, vuruşdan sonra dincəlmək, bəd ayaqda qaçıb
daldalanmaq, döş-döşə gələ bilmədiyin düşməni yaxına buraxıb başına
daş-qaya yağdırmaq, hamısını bax beləcə, kündə kimi yastılamaq
üçündür. Atam heç vaxt belə başsız-ayaqsız söz danışmazdı, yəqin, onu
azarın, ölümün hilləti çaşdırıb"..xətrinə niyə dəyim, üzünə niyə qayıdım,
niyə ağ olum? Qocalıb, çox qocalıb, can çəkişməsi də onu bir yanldan
çaşdırıb, borcum kişini eşitməkdir, sözünə qulaq asmaqdır, vəsiyyətini
yerinə yetirməyə gələndə – öz işimdir, o harda olacaq ki, mənim əhdə
xilaf çıxdığımı görə, inciyə?.." Qala vəziri canavar idi. Qalanın içi ona
tapşırılmışdı. Çöl vəziri tülkü idi. Tülkünün bir sürü qara qarğası vardı.
Gündüzlər bu qara qarğalar diyar-diyar səpələnərdilər, oba-oba
gəzərdilər. Hər yerin xəbərini gətirərdilər. Tülkü də bilirdi ki, dünyanın
Dostları ilə paylaş: |