68
necə olacaq?! Mənim məqsədim onun özünü-özünə tərifləməklə yumşaq
damarını tutmaq, güldürmək, yenidən suallar verib müqəddəməyə
başlamaq idi.
– Kin-küdurətli olmaq gözəl qızların özlərinə məlum olmasa da
onlara yaraşmır. Son sözümün dalı ağzımdan üzülməmiş o tərpənən
dodaqlarıma kinli göz yetirdi. Mənə elə gəldi ki, qalın dodaqlarımdan
zəhləsi getdi. Sonra başdan-ayağa məni süzəndə, elə bildim, dar
alnımdan, yastı burnumdan, enli sifətimi bir az da böyük göstərən yana
daranmış yağlı qara telimdən xoşu gəlmədi. Amma deyəsən, son
modada tikilmiş çil-çil pencək şalvarım da onun zövqünü oxşamadı. O,
gözlərini üzərimdən ayırmamış mən yenə də fürsətdən istifadə etdim.
– Elə o gecə yarıya kimi buralarda fırlandığımı demirəm, ondan
sonra beş-altı gün də… Kaş dinib danışdığım yerdə dilim quruyaydı. O,
özü gedənə kimi kənardaca durub ona tamaşa eləyəydim. Üçmərtəbəli
binanın həyətinə girib gözdən itənə kimi nəzərlərimlə onu təqib etdim.
Sanki ixtiyarsız halda sinəmdən oynayıb gedən ürəyimin arxasınca
baxırdım. *** İşdən təzəcə gəlmişdim. Arxası üstə divana uzanıb
qollarımı boynumun dalında çarpazlamış, gözlərimi tavana zilləmişdim.
Boş-bekar olsaydım dərdim-çorum onun haqqında düşünmək, küçələrdə
veyillənmək olardı. Yaxşı ki, işləyirdim. Özü də elə bir işdə ki bütün
varlığımla onu sevirdim. Doğurdan da hər şeyi adama sevdiyi iş
unutdura bilər. Gəmi təmiri zavodunda gəminin gövdəsini təşkil edən
köhnə polad lövhələri təzəsilə əvəz edərək onları bir-birinə
bərkitməkdən ötrü mənim hava çəkicim işə düşəndə məndə özgə həvəs
oyanırdı. Onun Maksim pulemyotu kimi səslənməsi döyüş meydanını
andırırdı. Közərmiş mıxları xəmir kimi yastılayıb istədiyim şəkilə
salması məni bir daha özünə bağlayırdı. Anam gəlib başımın üstündə
dayandı. Qırışmış barmaqları ilə başımın tüklərini qarışdırdı. – Ay oğul,
yoxsa işdə kiminləsə dalaşırsan? Neçə gündür üzün bulud təki tutulub.
Adam işdə olan qanqaralığı özü ilə evə gətirməz. Bir də sən hər şeylə
təsirlənən bala deyildin, de görüm nolub Rəhim?! Mən uşaq kimi
qılçalarımı qarnıma yığaraq üzümü divanın söykənəcəyinə çevirib
mızıldandım:
– Heç kimlə savaşmamışam. Zərrəbin, daşların arasında gizlənən
cəvahirləri necə dəqiq göstərirsə, ana qəlbi övladın mənəvi aləmindəki
dəyişikliyi tez duyub, ondan da aydın göstərir. Anam əlini başımdan
çəkdi. – Qızdan cavab ala bilməmisən həəə? Daş qayaya rast gəlib –
deyə məni çox utandırmamaqdan ötrü mətbəxə keçdi. Mən dik atıldım.
69
"Bunu anama Kamilmi söyləyib? Axı ondan sonra Kamillə uzaqdan –
uzağa görüşsək də barışmamış, ağızbir olmamışıq. Bəs qızdan cavab ala
bilmədiyimi anama kim söyləmiş olar?" Sonra öyrəndim ki, anam
oturuşumdan, duruşumdan anlamamış, ürəyinə bir şey damdığı üçün
Kamilin üstünə düşüb başıma gələn əhvalatı ondan xəbər alıbmış. Kamil
isə bir dost kimi məni hər gün izləyirmiş. Anam mənə qız bəyəndirə
bilməmişdi. Özünə gəlin eləmək istədiyi qızların haqqında Kamilin
vasitəsilə məndən söz çəkməyə çalışmışdı. Mən isə hərəsinə bir nöqsan
tapmışdım. – Xalidə necə?
– Başı balaca, alnı dar, burnu gödək, gözləri böyükdür. Dovşana
oxşayır.
– Elmiraya ki sözün yoxdur.
– Pis qız deyil, amma onda suyuşirinlik yoxdur. Nədənsə mənə
yapışmır.
– Qonşumuz Musulməni ki bir vaxt özün tərifləyirdin.
– O, çox təmizkar, evdar qızdır. Amma məni görəndə əzilib-
büzülməsi xoşuma gəlmir. Kamil dilxor olar, səsinin ahəngini dəyişib
mənə nəsihət verərdi. Sonulayan sona qalar, axırda ya kora, ya da keçələ
rast gələr. Noldu bu qızlar xana-bəyə yaradı, keçəl Avaza yaramadı.
Dostum axırda şəhadət barmağını dik tutar, qətiyyətlə deyərdi: – Ananı
nəzərə al! Qoca arvaddır, ağırlaşıb, sənə nə vaxtacan qulluq eləsin. Mən
ki uşaq deyildim, bilirdim ki, hər ananın birinci arzusu övladını boya-
başa çatdırmaqdır. İkinci arzusu nənə olmaq, nəvəsini öpmək, oxşamaq,
layla çalmaq, beşiyin yanında şirin-şirin mürgüləməkdir. Anaların
ürəklərinə yatan gəlinləri olanda əllərini-əllərinin üstünə qoyub xanımlıq
iddiasına düşmədiklərini, quş təki evin içində fırfıra kimi fırlandıqlarını
çox yaxşı anlayırdım. Amma nə etmək, məni o yaratmış olsa da, ona heç
oxşamamışdım, vasvası idim. Anamın mənalı baxışları altında
əzilməməyin xatirinə otaqdan çıxdım. "Bu gün hökmən cavab
almalıyam" deyə ora yollandım. *** Qaranlıq qarışır, tramvaylar
qığılcım səpələyir, troleybuslar fısıldayıb yeindən tərpənir, "boşdur"
işarəsi olaraq kiçik yaşıl lampası aynanın dalında yanan taksilər bağın
qabağında – adamların gur yerində sürətini yavaşıdıb ötür, müxtəlif
rəngdə, müxtəlif biçimdə yay paltarlarına girmiş qız-oğlanlar, uşağının
əlindən tutaraq pillələri asta-asta qalxan qadınlar, kişilər bağa axışır,
budaqların arasından süzən elektrik işıqları ilə oynaşan yarpaqların xal-
xal kölgələrinin altından keçib gedirdilər. Meydançada uşaqların bəzisi
qara alapaça atlı arabasını sürür, bəzisi bədənini oyan, bu yana əyə-əyə
70
təkərlərinə qırmızı yaşıl lentlər bağlanmış velisopedinin çarxını itələyir,
bəzisi də qanadlarını yerə çırpan ördəyini arxasınca sürüyürdü. Mən
bağın hər tərəfinə göz gəzdirdikdən sonra elə bir yerdə oturdum ki,
üçmərtəbəli binadan çıxanların biri də nəzərimdən qaçmasın. Yaxşı ki,
bu vaxtımda tanışlara rast gəlmirdim. Qarşıma çıxıb halımı xəbər alan
olsa sözsüz köntöy cavablar verər, dilxor eləyib yola salardım. Elə bu
zaman qızın ağ koftada, yaşıl yubkada küçə ilə baş aşağı getdiyini
gördüm. Yeridikcə hörüklərinin ucları yanlarını döyürdü. Mən cəld
küçəyə sıçradım. Özümü bərkitdim. O da, yavaş getmirdi. Harasa
tələsirdi. Keçiddən adlayanda küçə hərəkəti qaydasını pozduğuna görə
milisoner fit verib onu saxlamaq istədi. Lakin o əhəmiyyət vermədən
yoluna davam etdi. Bir-birinin arxasınca aramsız şütüyən maşınlara
istiqamət verməyə milisonerin başı qarışdığından o, xeyli uzaqlaşdı.
Mən onun çiyninin bərabərindən bir az qabağa çıxıb özümü tanıdaraq –
Axşamınız xeyir olsun – dedim. Məni görərkən səksəndi. Əlini ağzına
tutdu. Zəhləsi getmiş kimi üz-gözünü turşutdu. Onu qabaqladım.
– Xahiş edirəm bircə dəqiqə məni dinləyin. Bilirsinizmi nə qədər
əzab çəkirəm. Gecələr yuxum ərşə çəkilir. Əlimi ürəyimin üstünə qoyub
zarıdım. – Bax, ürəyim mənə rahatlıq vermir. Mən elə büzüşmüş, elə
yazıq bir görkəm almışdım ki, kimliyindən asılı olmayaraq yalvarış kimi
səslənən sözlərimə tələsmədən qulaq asar, rəhmə gələrdi. Ancaq o
fırlanıb dala çevrildi və qaçmağa başladı. Mən onun arxasınca baxa-baxa
qaldım. Mən belə insan görməmişdim. O, ağzından kirəmi istəyirdi? Nə
üçün mənə bir cavab vermirdi? Mürəkkəb xarakterli bu qızın haqqında
fikirlişə-fikirləşə üç mərtəbəli binanın yanına gəldim. Həyətdə yaşayan
gözüm su içəsi bir adamı yanlayıb tanış olmağı, qızın barəsində ətraflı
məlumat toplamağı qət etdim. Həyətə girənlərin və çıxanların şübhəli
nəzərlərlə mənə baxdıqlarını görüb uzaqlaşdım. Çox keçmədi ki, qız
yenə də küçəyə çıxdı. Ətrafa boylandı. O kimisə axtarırdı. Mənə elə
gəldi ki, onu təqib etdiyimi, yolundan elədiymi nişanlısına, ya da
qardaşına xəbər verib. Məni ona tanıtmaq istəyir. Odur ki, daha da uzağa
çəkildim. Lakin mən səhv edirəmmiş. O hıçqıra-hıçqıra, gözlərinin
yaşını silə-silə mənə yaxınlaşdı. Nəmli kirpiklərini qaldırıb məzlum-
məzlum üzümə baxdı. Üzr istəyirmiş kimi başını sinəsinə əydi. Zərfi
ovcuma basaraq əllərilə üzünü örtüb hönkürdü. Ayaqlarını sürüyə-
sürüyə evlərinə döndü. Məni dəhşət bürüdü. Elə bir vəziyyət almışdım
ki, adam güman eləmədiyi möcüzəyə rast gələndə yalnız bu hala düşə
71
bilər. Zərfi açdım, kaş heç açmayaydım… Sevdiyim qız həm kar, həm
də lal imiş.
BORC
İnstitutun qabağındakı meydançada müxtəlif markalı bir neçə taksi
maşını dayanmışdı. Müştərilərin bol vaxtı olmadığından şoferlərin çağrış
işarəsi axtaran gözləri o yandan-bu yana, bu yandan - o yana çevrilir,
axşamın küləyi yayılan işıq selində axan insan izdihamında dolanırdım.
Hətta bəzisi düşüb yerdə gəzinir, əski parçası ilə maşının aynalarını silir,
lazım olmasa da özünə bir məşğuliyyət tapırdı. Lakin son növbədə
dayanan "Volqa"nın şoferi Ağasəf, başını aynadan çölə çıxarıb fikirli
halda papiros çəkir, gözlərini küçənin o tayında cərgələnmiş
həmişəcavan ağaclarının birinin dibindən ayırmırdı. Orada sol əlini,
balağı yer süpürən şalvarının cibinə soxmuş, sağ əlində isə təsbeh
oynadan gödək bir oğlan dayanmışdı. Onun ağ köynəyi, qalaylanmış
başı cəhənnəm qarası çəkilmiş üzünü çox bədrəng, dodaqlarından irəli
çıxan donqar burnunu olduqca eybəcər şəkildə göstərirdi. Buna
baxmayaraq oğlanın görkəmində yüksək dağları yaratmış adam iddiası
vardı. Təkəbbürü yerə, ibarəsi göylərə sığışmırdı. Sanki göydən yerə
zənbillə düşüb, bu aləmdə onun tayı-bərabəri yoxdur. Özündən uca,
özündən canlı qızla elə bir əda ilə danışırdı ki, guya o, nadir bir inci,
insanı arzuya çatdıran vahid bir cavahirdir; əgər qız onu itirsə, bütün
zənginliklərdən məhrum olar. Qıza gəldikdə, hiss olunurdu ki, o, arxivə
veriləsi bu oğlana qulaq asmaq istəmir, qulaqlarını Həzrət Süleyman
tütəyi piləyənin əlindən götürüb qaçmağa çalışır. Hirslənsə də
hərəkətlərində qabalığa yol vermir. Görünür oğlandan yaxşılıqla
ötüşməyi hər şeydən üstün tuturdu. Dünyada insanlıqdan heç bir duz
dadmayan oğlan isə qızın sağdan, soldan keçib getmək cəhdlərinin
qarşısını öz bədənilə alır, çərənçiliyini qurtarmırdı. Ağasəf onların hər
ikisini nəsil-nəcabətlə yox, necə bir şahid kimi, az-çox halı olduğu
məsələyə görə tanıyırdı. Axı, on gün bundan qabaq, axşamın elə bu vaxtı
oğlan qızın qabağını həmin yerdə yenə də kəsmişdi. Qız onda da oğlanı
eşitmək istəmirdi. Oğlan gücündən istifadə edərək onun qolundan tutub
saxlayır, özünə lazım olan cavabı almayınca qızdan əl çəkənə oxşamırdı.
Qız birdən qaça-qaça gəlib Ağasəfin maşınına oturdu.
72
– Əmi, tez sür! Oğlan çatanacan Ağasəf düymələri basıb qapıları
qıfılladı. O, özünü maşina yetirib qapını dartdısa da açılmadı. Maşın
yerindən tərpənəndə aynadan qıza barmaq qıcadı.
– Əlbət tutaram səni! Xeyli yol gedəndən sonra Ağasəf qızdan
soruşdu:
– A qızım, o nə deyir?
– ………
– Deyir razılıq ver, elçi göndərim? Ağasəf lampanı yandırıb
maşınının içini işıqlandırmışdı. Qızın üzünü güzgüyə görürdü. Görürdü
ki, o, atası yerində kişi ilə bu mövzuda söhbət etməyə çətinlik çəkir,
utandığından başını gah bu, gah da o biri çiyninə əyir. "Bəli" sözünü də
elə dedi ki, həyadan gözləri yaşardı.
– Zəmanə uşağı deyilsən?! Desənə al payını, çağır Əhmədalı
dayını!
– Çoxdan demişəm. Ağasəfin səsi dəyişildi.
– Hə - ə - ə …Qəribə qanmaza rast gəlmisən. Demək, deyir səni
alacağam sən gəlməsən də? – Əmi, saxla!
– Qızım, ehtiyatlı ol. Ondan xəta iyi gəlir. Qız minnətdarlıqla
gülümsəyib daş pillələri qalxdı. O, sanki bu münasibətlə deyirdi:
"Arxayın ol, əmi!" Qız, 68 nömrəli qapıdan içəri girəndən sonra Ağasəf
maşını dala döndərdi. İndi oğlan qızın yolunu yenə kəsmşdi.
Sorğularının cavabsız qaldığına hirslənmişdi. Yumurtası tərs gəlmiş
toyuq kimi vurnuxur, əllərilə az qalırdı qızın dilindən bir söz qoparıb
alsın. Qız da ki, dillənmir, çarəni ondan ehmalca uzaqlaşmaqda görürdü.
Narahatlıqla boylanır, getmək üçün ayağını yerdən götürəndə oğlanın
yumruqlanan əlləri, ağı çoxalıb, qarası kiçilən gözləri onun qətiyyətini
itirir, onu dayandırırdı. Nəhayət o, oğlanın üzünə cəsarətlə dik baxıb
nəsə dedi. Yəqin ki, oğlana heç xoş gəlməyən əvvəl söylədiyi cavabı
təkrar etdi. Oğlan dala çəkilib ona solaxay bir sillə tutuzdurdu. Sillə
tapança kimi açıldı. Qız, müvazinətini itirib ağaca dəydi. Özünü
doğruldub əllərilə üzünü örtdü. Oğlan qaçıb Ağasəfin maşınına oturanda
hərəkətdə olan izdiham dayandı. Adamların çoxu qızın başına komlaşdı.
İşin mahiyyəti ağızdan-ağıza keçib bəlli olandan sonra hamı maşını
araya almaq üçün dayanacağa tərpəndi. Lakin Ağasəf oğlanı aradan tez
çıxartdı. Arxadan müxtəlif nidalar eşidildi.
– Dayan!
– Saxla!
– Nömrəni yazmışıq, hara qaçsan tutulacaqsan!
73
– Şofer, onun haqq-hesabı sənlə çəkiləcək! Maşın oğlanı təhlükə
yerindən uzaqlaşdırandan sonra o, əhənglə ağardılmış kələ-kötür qara
daşa oxşar başını irəli uzadıb ağzını Ağasəfin qulağına dirədi:
– Dönüm başuva sənin! Ağasəf papağın dalını qaldırdı.
– Səni ilan ağzından qurbağanı alan kimi aldım. Sən öləsən ,
yoxsa, tükünü didəcəydilər.
– Dönüm gözüvə! – Döyülənlə öldürülən ara yerində itər, adama
yaxşılıq qalar. Kişini ələ vermək də kişilikdəndir bəyəm?! Oğlan az
qaldı arxadan Ağasəfi qucaqlayıb öpsün.
– Dönüm ey, dönüm yaradanuvun başına! Ağasəf, küçə hərəkəti
qaydalarını tənzim edən svetoforların yolu bağlı olmasını göstərən
qırmızı işıqlarını da vecinə almayıb keçidlərdən düz keçdi, döngələrədən
tez buruldu, maşını buğanağa döndərib müştərisini ağ şəhərə çatdırdı.
– Hara sürüm?
– Günahımı yumaqçün kefin istəyən yerə sür! Ağasəf güldü.
– Lap mən deyəndənsən. Kefcil, yaxşılığı başa düşən adamlarla
varam də.
– Uşaq olma, yeyicinikini Allah yetirəcək. Ağasəf uzun bir siqnal
verib tormozu basdı. Maşını dala, qabağa yırğalanıb yerə mıxlandı. O
dərhal yerə düşüb qapını açdı.
– Düş! Maşın milis şöbəsinin qabağında dayanmışdı. Qapı ağzında
duran iki nəfər milisioner bir şey duymuş kimi irəli yeridilər. – Ağasəf,
gətirmisən? Ağasəf başının işarəsilə gətirmişəm dedi. Və bir əlini
sinəsinə qoyub hörmətli müştərisi qarşısında təzim etdi. Digər əlilə ona
milis şöbəsinin qapısını göstərdi. – Cənab, buyur! Oğlan qapıdan
meydançaya vurulan top kimi Ağasəfə kəllə atdı. Ağasəf onun
qabağından yana sərpdi. O, üzü üstə yerə sərildi. Çənəsinin kündəsi,
burnu qabıqdan çıxdı. Qalxmağa macal tapmamış milisi onerlər onun
üstünü aldılar. Oğlan qanadları əllərdə qalan xoruz kimi parpıladısa da
milisonerlərə tabe olmaqdan qeyri çarəsi qalmadı.
– Bir dəqiqə – deyə ayaqlarını yerə dirəyib onlardan nə üçünsə
möhlət istədi. Milisionerlər ona imkan verdilər. O çevrilib Ağasəfə
baxdı. Ağasəf onun qəzəb qığılcımları oynayan gözlərinə baxıb dedi:
– Mənim kim və nəçi olmağımı soruşmaq istəyirsən? Bacoğlu,
mən qızın heç nəyi deyiləm. Ancaq adamam. Bu da mənim insanlıq
borcumdur. Ağasəf geri dönüb maşını işə salanda milisionerlər
səslənişdilər.
– Hara?
74
– Gedim qızı gətirim sonra. Maşın yarım çevrə yazıb gözdən itdi.
Dostları ilə paylaş: |