65
Qəmər xala da evdən tez koridora çıxdılar. Qəmər xala, qonşunun
qapısını Novruzdan tez itələdi. Arvadını yataqda boğan kişinin
yaxasından yapışdı. Arvadı onun əlindən alıb kişiyə bir şillə vurdu.
– Ağılsız! Niyə öldürürsən! Yaşamaq istəmirsən, qanun var, qayda
var. Onu öldürəndə elə bilirsən səni sağ qoyacaq… Arvad da, kişi də
əllərini əllərinə vurub elə bərkdən, elə ürəkdən gülüşdülər ki, Qəmər
xala sözünün dalını deyə bilmədi. O, bu qəribə adamların üzünə baxa-
baxa qaldı. Qəmər xalanın qonşusu – teatr institutunun tələbələri dövlət
imtahanına hazırlaşırmışlar.
SEVDİYİM QIZ
Onu birinci dəfə bağda gördüm. Altına qəzet sərib skamyada
oturaraq əlindəki qalın kitabı acgözlüklə oxuyurdu. Kürəyini dala
söykədiyindən göyçək girdə ağ sifətini, çatma qaşlarını vərəqəni
çevirəndə baş sətirlərə uzun kirpikləri altından zillənən mavi gözlərini
aydınca gördüm. Qalın şabalıdı saçları üzünün, qabarıq sinəsindən
aşıraraq ağ koftasınınətəklərindən sürüşüb yaşıl yubkasının üstündə
yatağan ilan kimi qıvrılan yoğun hörükləri mütənasib gərdəninin
gözəlliyini daha da artırırdı. Ömrümdə heç bu cürə qənirsiz gözəl
görməmişdim. Gözlərimi ondan çəkə bilmirdim. Bəlkə mənə elə gəlirdi.
Yox, səhv etmirdim. Mən öz zövqümdən halı idim, məni hər gözəllik
sehirləyə bilməzdi. Bağda oturanların hamısı ona baxırdı. Oğlanları
demirəm, hələ qızların özləri də heyran-heyran onu süzürdülər. Göz
qoyurdum, arvadı ilə gəzməyə gələn kişilərin də bəzisinin oğrun-oğrun
ona tərəf boylandıqlarını görürdüm.
– Çox baxma, gözlərin xarab olar – deyə dostum Kamil məni
dümsükləyib getməyə tələsdirdi – Parıltısı gözlərini qamaşdırmamış dur!
On dəqiqə qalıb. Özüm də bilmədən:
– Getmirəm – dedim. Kamil əlini-əlinə vurub ucadan güldü.
– Elə gözəl qızı çoxdan behləmiş olarlar, dur! Özünü havayı yerə
oda yandırma. O, qolumdan yapışıb məni qaldırmağa çalışdı. Özünə
məxsus istehzalı bir ibarə ilə əlini boğazına çəkdi.
– Bu mən ölum dur! Birdən Məcnun olub çöllərə, Kərəm olub
ellərə düşər, Fərhad olub dağları dələrsən. Kamil bu sözləri elə bərkdən
dedi ki, qızın eşitməsindən ehtiyat etdim. Əlbəttə, onun mənim fikrimi
66
başa düşməsi yaxşı idi. Ancaq bu tərzdə yox. Kamilin deyişi sataşmaq
kimi çıxdı. Mən hər şeyi unudub:
– Rədd ol, getmirəm! – dedim – Qanmırsan? Kamillə qonşu
olmaqdan başqa da dost idik. İkimiz də bir zavodda işləyirdik. Bu vaxta
kimi bir-birimizin üstünə qabarmamış, çox səmimi dolanmış, aramızda
incimək, küsmək halları olmamışdı. İşə də, gəzməyə də, bir gedib bir
qayıtdığımızdan, geyimimizin, boy-buxunumuzun bir olmasından
çoxları bizi "Cüt dovşan" adlandırırdı. Həmişə olduğu kimi bu axşam
tərəfi də bilet almış, kino başlananadək vaxtımızı keçirməyə bağa
gəzməyə gəlmişdik. Kamil bu üzü məndə birinci dəfə gördüyündən
təəccüblə düz gözlərimin içinə baxdı. Biletləri üstümə ataraq incik halda
məni tərk etdi. Onun küsüb getməsi vecimə gəlmədi. Hələ özümün bir
az da yüngülləşdiyimi, çəkinəçəkli qalmadığımı, qol qanadımın
açıldığını hiss etdim. Gedib qızın yanında oturmaq, onunla söhbətə
girişmək istədim. Ayağa qalxdım. Oğurluğa gedən uşaq kimi ona sarı
irəlilədim. Hamının əyyaşa baxan kimi məni süzdüklərini görüb dala
qayıtdım. Yerimdə oturdum. Dayanmağa səbrim çatmırdı. Mənə elə
gəlirdi ki, bu saat birisi böyürdən çıxacaq, ədəblə icazə alıb tanış olacaq,
qızı əlimdən çıxaracaqdır. Yenə də yerimdən durdum. Lakin ona
yaxınlaşmağa məndə cürət harda idi. Titrəyirdim. Dişlərimi bir-birinə
sıxıb çənəmi şaqqıldamaqdan güclə saxlayırdım. Ürəyim də elə
döyünürdü ki, elə bil sinəmin altında dördnala atlı çapırdı. Mən təbdən-
təbə düşür, pencər kimi sıxılırdım. Amma qız mənim keçirdiyim halı
duymurdu. Yəqin ki, arif qız olsaydı gözlərini kitabdan ayırıb mənə
baxsaydı sarsıldığımı görərdi. Qaranlıq qarışıb işıqlar yananda o altına
sərdiyi qəzeti səliqə ilə qatladı, kitabı qoltuğuna vurub arxayın-arxayın
önümdən keçdi. Mən onun dalısınca düşdüm. Addımlarımı yeyinlətdim.
Ona çatmağa məndə cürət harda idi. O, küçənin o birisi tərəfinə
adlayanda aradan keçən tramvay onu mənim gözlərimdən yayındırdı.
Küçələrdən əl-ayaq çəkilənə kimi o həndəvərlərdə fırlandım. O gecə onu
bir də görə bilmədim. Evimizə üz tutmaq istəmirdim. Sanki
saymamazlıq edib itirdiyim ürəyimi dördgözlə axtarır, onsuz evə
dönməyi, bircə addım atmağı müşkül sanırdım. İşdən çıxandan sonra hər
gün oraya ayaq açdım. Gah o oturduğu skamyaya baş vurdum, gah da
onun qeybə çəkildiyi səmtdə dolaşdım. Beş-altı gün onu görə bilmədim.
İstirahət günlərinin birində lap tezdən evimizdən çıxdım. Fikirləşdim ki,
o necə olsa bazara, mağazaya, kinoya gedəcək. Görən kimi qabaqlayar,
dərdimi bir təhər danışaram. Qızla tanış olmağı çətin bir iş bilmirdim.
67
Kamil sevdiyi qızın arxasınca günlərlə sürünüb bir söz deyə bilmədiyini
söyləyəndə ona gülürdüm: "Madam birini sevirsən tərəddüd etmək,
kölgə kimi qızın arxasınca düşmək nə lazım. De, tutar qatıq, tutmaz
ayran. Desə səni sevmirəm, de xoş gəldin, mənim də heç səni görən
gözüm yoxdur". İndi o axşam nitqimin tutulduğunu yadıma salır, Kamili
haqlı hesab eləyir, öz-özümü danlayırdım: "Məni asıb kəsən yox idi ki,
niyə ürəyimi açmadım. Özgə zaman dilimin üstündə dil bitir, danışanda
başqasına macal vermirəm, o gecə ona bir söz deməyə mənim hünərim
çatmadı". "Səni sevmirəm desə halım necə olar?" – deyə düşünəndə isə
canımın yeri darıxırdı. Qeyri-iradi yerimdə tərpənir, büzüşürdüm.
Gözlərim də, ürəyim də, qəlbim də onu axtarırdı. Bəzən onun silueti
gözlərimin qabağında cilvələnir, endikirdim. Lakin bunun xəyalım
olduğunu dərk edəndə süstəlir, tərləyirdim. Hədəfindən qaçırdığı şikarı
axtaran ovçu kimi günorta olanacan oralarda gəzindim. Döyükə-döyükə
o tərəf bu tərəfə baxmaqdan boynumun əzələləri ağrıdı. Axırda həm
bağda oturub dincimi almağa, həm də həsrət gözlərmi onun havalanıb
yoxa çıxdığı tərəfə zilləməyə gəldim. Onu o günkü yerdə oturmuş
görəndə məəttəl qaldım. O yanımdan necə keçib getmişdi ki, mən
görməmişdim. Yavaş-yavaş ora addımladım. Ayaqlarım iradəmə tabe
olmurdu. Onsuz da məndə şüurdan əsər-əlamət qalmamışdı. Sanki
qılçalarım sürütmə çəkilirdi. Qız oğru pişik kimi asta-asta gəldiyimi
görüb mənə soyuq bir nəzər saldı. Sonra dodaqları qaçdı. Ağ sədəf
dişləri göründü, yanaqları çökəldi. Mən cürətlənib salam verdim və: –
Kaş ürəyim yaxamdan asılmış olaydı – dedim. Oturdum. O həyacanıma
əsla əhəmiyyət vermədi. Kürəyini dala söykəyərək sinəsini qabağa verib
məğrur bir görkəmlə nəzərlərini yenə kitabın üstünə qaytardı. Mən yeri
gəlmişkən çərənləməyə başladım. – Ürəklər görünmədiyinə görə qızlar
oğlanların gündüzkü hərəkət və sözlərini gecələr mənalandırır, ələyib
ələkdən keçirir, bir cavab verənə kimi onlarınkını onlara verirlər. Bəzən
elə olur ki, onu varlığı qədər sevən oğlanın da iztirab və həyacanına
etinasız yanaşır, yamanca insafsızlıq edirlər. Görəsən, qızlar niyə buz
təbiətli olurlar? Özüm qəsdən təmtəraqlı cümlələr işlədirdim ki, qoy o,
məni elə belə adamlara oxşatmasın. Məntiqi mənada səlis və rəvan
danışıqlardan qızların xoşhallandıqlarını bir neçə dəfə müşahidə etmiş,
mübahisə doğuran ikibaşlı sualların qızla oğlanın tanış olmasında xeyirli
olduğunu müəyyənləşdirmişdim.
– Dünyada o adam xoşbəxtdir ki, onun gözəl hüsnü, göyçək qəddi-
qaməti var. Vay mənim kimi yöndəmsizlərin halına, çirkinlərin axırı
Dostları ilə paylaş: |