56
– Əmi, bir dayan, bəri zəhmət çək, yerimdən qalxa bilmirəm.
Cəbrayıl qayıdır.
– Nə deyirsən? Sözünü tez de, tələsirəm.
– İnsafın olsun, çörəkdi, bir az ucuz sat, ikisini almaq istəyirəm.
– Başın haqqı qəpiyinə söz ola bilməz.
– Əmi, bizim yerdə heç çörək satmırlar. Çörək nə mətah şeydir ki,
qiymətini göyə qaldırırsan. Bahaçılıq etmə. – Sözüm sözdür. Hümmət
öz-özünə pıçıldayır: "Nə mən xasiyyətdə adamdır!?" Hümmət əlacsız
qalıb on tümənə iki çörək alır, onları acgözlüklə yeyir. Bu çörəklər
Hümmətin dizlərini bərkidir, gözlərini işıqlandırır, on tümənin əldən
çıxdığına təəsüflənsə də, ölümdən qurtardığına sevinirdi. Hümmət o
möcüzəli düzlərdən keçib özünü bir çay, bulaq qırağına çatdıra bilmədi.
Yavan yediyi iki çörək onu içəridən yandırırdı. O içməyə su axtarırdı.
Hümmətin gözləri dörd oldu. Az qala göylərdə də su axtarırdı. Hümmət
bir gün bir gecə bu minvalla yol getdi. Nə kənd-kəsək, nə ins-cins, nə də
su, sel, göl, gölməçə göründü. Hümmətin boğazı qurudu, dili ağzında
kösöv kimi yandı. Natərslikdən hər addımbaşı bir kəndin bir irmağın
beşiyi olan çöllər elə bil göyə uçmuşdu. Hümmətin qaysaqlanmış
dodaqları çadar– çadar olmuş, yer kimi çat-çat olmuşdu. Dünən acından
yeriyə bilməyən adam, bu gün susuzluqdan bihal oldu. Dünənki kimi isti
günəş də onu bu yandan yandırıb yaxdı. Hümmət günün altında bihuş
halda bir az oturdu. Sonra bir kölgə axtardı. Ətraf əl içi kimi dümdüz idi.
Nə ağac, nə kölgəsi olan dağ, yarğan, nə də mağara vardı. Elə bil,
xudavəndi-aləm bu yerləri xəlq eləyəndə hər şeyi yaddan çıxarmışdı.
Hümmət axşamçağı kölgə tapıb günəşdən yayına bilməyəcəyini yəqin
etsə də, ümidini kəsmir, beli əzilmiş ilan kimi ətrafda gizlənib,
butarlanmaq üçün bir sığınacaq axtarır. Lakin tapa bilmir, qılçaları
qatlanıb açılmır. Gözlərinə il qaranlığı çökür. Özündən gedib yerə
yıxılır. O bu bayğınlıq içində nədənsə tirəyir, qorxudan sıçrayıb oturur.
Ətrafa boylanır, intəhasız çöllərin günbatan tərəfindən ona sarı qaçışan
itə oxşar beş– altı canlının qaçışdığını görür. Hümmətə elə gəlir ki, onlar
ağ canavarlardır, bu saat yetişib onu parçalayacaqlar. Hümmət qalxıb
qaçmağa başlayır. Canavarlar isə onun dalınca düşür. Anlar ötür,
canavarlarla Hümmətin arasındakı məsafə daralır. Hümmət heç bir çıxış
yolu görmür, ömrünün son dəqiqələrini yaşadığını düşünüb onun başına
tükənməz bəlalar gətirən tamahkar arvadını söyür. Bu saat əlinə düşə
onu dişi-dırnağı ilə parçalayacağına and içir. Ac canavarlar onun üstünə
atılmaq istəyəndə Hümmətin ayaqları yerdən üzülür, onu nəhəng bir
57
qartal dimdiyinə alıb göyə qaldırır. Canavarlar ağızlarını göyə tutub
ulaşır zingildəşirlər. Qartal onu dağların, dərələrin üstündən keçirib
kimsəsiz bir çöldə dimdiyindən yerə qoyur, özü də tezcə qeybə çəkilir.
Hümmət bu möcüzəyə mat qalır, susuzluğunu unudur, gündoğana üz
tutub yeriməyə başlayır. Dizləri yenidən tutulur, içəridən yandığını
duyub o yan– bu yana boylanaraq su axtarır, göylərə yalvarışla baxır onu
canavarlardan xilas edən qartalı çağırır.
– Ey allahın mərhəmətli qulu, gəl məni bir Bulağın üstünə apar,
ciyərim yanır, ölürəm. Qartal görünür, havada dövrə vurub yerə enir, dil
açıb Hümmətə deyir:
– Cəzandır, çəkməlisən. Hümmət ibadət edirmiş kimi dizləri üstə
düşüb yalvarır:
– Allahın eşqinə, məni bu susuzluq ölümündən xilas et. Qartalı
hardansa zahir olan əlvan bir pərdə bürüyür. Bu örtüyün içindən qartalın
səsi eşidilir:
– Allahın əmrinə xilaf çıxa bilmərəm. Hümmət gözlərini yumub
açanda rəngli pərdənin havalanıb göylərə qalxdığını görür, əllərini onun
dalınca uzadıb zəhərli bir səslə deyir: – Ey aqil Allah, məni məhv
etməkdirmi fikrin? Göylərdən səs gəlir:
– Asi düşmə, xudavəndi-aləm qəhr eləyər. Hümmət ağlayır, onun
dizləri ixtiyarsız halda qatlanır; başı ağırlaşır, o üzü üstə yerə sərilir. Bu
zaman özünü başqa şəklə salmış Cəbrayıl əlində kuzə haray-həşir
qoparır:
– Ay su alan, ay, su alan! Hümmət bir təhər ayağa qalxır. – Ay, su
satan sənə atam, anam qurban, mənə su ver, ölürəm, yanıram. Cəbrayıl
pulsuz verməyəcəyini söyləyir. Onlar qiymət üstündə əvvəlki kimi çənə-
boğaz eləmir.
– Bir doyumluq suyu on tümənə satıram.
– Su savabdır qardaş, suyu da satarlarmı?
– Neynim – deyə Cəbrayıl çarəsizliklə çiyinlərini atır – arvadıma
darayı parçadan paltarlıq almalıyam. Almasam o məndən boşanacaq.
Mən də onu çox istəyirəm. Nə yolla olur-olsun pul qazanıb onu zər-ziba
ilə bəzəyəcəm, ancaq məndən üz döndərib atası evinə getməyinə imkan
verməyəcəm. Hümmət öz-özünə deyir: "Bu nə axmaq adamdır. Kişi də
öz arvadından ötrü özünü hörmətsiz edərmi?! Nə çoxdur arvad! Bu
olmasın, o olsun! Bu da arvad sözünə baxmaqda mənim tayımdır. İkimiz
də bir qəbrə qoyulası adamlarıq".
58
– Əmi, almırsansa gedirəm. Hümmət çarəsiz qalıb on tümən pul
verib kuzəni başına çəkir, suyu son damcısınadək içir. Cəbrayıl gözdən
itəndən sonra yoluna davam edir. Neçə çöllərdən keçir, neçə dağlardan-
dərələrdən aşır, gəlib qalın bir meşəliyə çatır. O meşəyə girməyə,
meşədən keçib getməyə qorxur. Vahimələnir, cinlər yığnağına
düşəcəyindən ehtiyat eləyib yolunu dəyişir. Ancaq hara yan çevirirsə,
qarşısına meşə çıxır, Hümmət axar-baxarlı olan, göz işlədikcə işləyən bir
güzangah tapa bilmir. O, o tərəf, bu tərəfə o qədər vurnuxur ki, taqəti
tükənir, yorulub əldən düşür, başının altına yastı bir daş qoyub yatır. Bir
saat yuxulayandan sonra qarnından qalxan sancıdan oyanır. O yan-bu
yana çevrilə bilmir, dizlərini qarnına yığıb zarıyır, allahdan müddət
istəyir. Axşamacan sancı içində qovrulur, öldüm deyib "öldüm" eşidir.
Kişinin harayına yetişən olmur, ona nə göylər mərhəmət eləyir, nə də
yerlər. Get-gedə vəziyyəti ağırlaşır. Hümmətin qarnı partlayası, dağılası
olur. Hərarəti qalxır, o bayğınlıq içində sayıqlamağa başlayır.
Sayıqlamalarının çoxu keçmiş günlərin unudulmaz xatirələri olur.
Köməyə atasını, anasını çağırır, dost-tanışını haraylayır. Lakin onların
əvəzində yanında onu bu müsibətlərə düçar eləyən arvadı Gülpərini
görür. Hümmət hirsini boğa bilmir, tərpənmək iqtidarında olmadığını
unudub dikəlir, arvadına bir şillə vurur. Əli daşa dəyib ağrıyanda onun
hafizəsi aydınlaşır, sayıqladığını başa düşür, arvadından heyfini ala
bilməmiş öləcəyini güman edib təəsüflənir. Azarının şiddət eləyən
vaxtında Hümmətin bircə arzusu vardı: arvadını kötəkləyə bilsəydi qəbr
evinə imansız-dinsiz getməz, orda rahat yatardı. Hümmətin huşu özünə
qayıdanda qarnındakı sancı elə şiddətləşdi ki, elə bil onun bağırsaqlarını
korkəsməz bıçaqla doğrayırdılar. Sancı tutub buraxanacan o dırnaqları
ilə yeri qaşıyır, nəfəsi, ufultusu ilə torpağı sovururdu. Hümmətin bu
halında əynində ağ xələt bir həkim valid oldu. Bu Cəbrayıl idi. O
çiynindən dərman-dava ilə dolu olan balaca sandıqça asmışdı.
– Ay təbib, ölürəm – deyə Hümmət onu səslədi. Allah eşqinə, məni
bu bəladan qurtar.
– Mən pulsuz şəfa vermirəm. Hümmət əvvəlki kimi çərənçilik
eləmir, cibindən on tüməni həsrətlə çıxarıb həkimə uzadır: – Al, bu,
sənin zəhmət haqqın. Amma, səni and verirəm o gözə görünməzə,
Allaha, məni bu azardan azad et. Cəbrayıl Hümmtə imalə eləyir, əlini
onun qarnına toxundurur.
– Qalx, qorxma, get meşədə nəqay elə. Hümmət özünü güclə
meşənin qalın yerinə salır, az vaxtdan sonra sancısının kəsdiyinə əmin
Dostları ilə paylaş: |