8
uzaqlaşdı, güllə dəyən ölü başçılarını diri kimi, sağ kimi başda aparıb
qaqqıldaşdılar, qaqqıldaşa-qaqqıldaşa getdilər.
QATIRIN NALLANMASI
Xansuvar kişi dağda göz açmış, dağda böyümüşdü. Atasından ona
bir uzunqulaq, iki inək, beş – qoyun, bir də çoxlu arı qalmışdı. İnəkləri
süd sağınına, qoyunları ətinə, yununa görə saxlayırdı. Qış buralara tez
gəlirdi, yolları qar-tar bağlayırdı, aran kəndlərinə enmək, qayıtmaq
çətinləşirdi. O, qutulardan süzüb küpələrə doldurduğu balı aşağılara
dəyər-dəyməzə dəyişmək üçün günlərlə yol gedir, yol gəlirdi.
Uzunqulaq çox yerdə qara batır, qamaşır, bir qoduq yükünü də
götürmürdü. Bəzən elə olurdu ki, uzunqulağın ayağının bircəciyi
boşnağa batan kimi geri sıçrayır, başını kəssən də yarımca addım irəli
atmırdı, döydükcə dalı-dalı gedir, uçunma tutur, lap yıxılırdı da.. Belə
hallarda Xansuvar kişi uzunqulağın yükünü hər gözündə bir yekə küpə
olan tel xurcunu yerə düşürür, onu quyruqlayıb zorla qaldırır, xurcunu
çiyninə alıb özü qabağa düşür, uzunqulağı da çatılayıb dalınca dartırdı.
Belə qış zülmünə, qış zillətinə görə o kəndin adamları arana
köçmüşdülər, orada təkcə Xansuvar kişi, onun evi, bir də bu "var-
dövlət"i qalmışdı. Xansuvar kişi əzabını yüngülləşdirmək üçün bir bala
qatır aldı. Bilirdi ki, qatır nə qədər yük vursan götürəndir, palçığa, qara-
tara batıb qalan deyil, özü də az yeyimcildir, allahından dönüb iki gün
yem verməsən, quyruğundan tutmuş qulaqlarının dibinəcən də yükləsən,
uzunqulağın yüz üzü qaralığının birini də sahibinin başına gətirməz.
Sahibini heç vaxt yarı yolda qoymaz, sahibinə heç vədə "neyniyim, necə
eləyim?" dedirtməz.
Xansuvar kişi bala qatırı yazda, yayda ən yaxşı otluğa, payızda ən
yaxşı alısınlığa hörüklədi, qışda inəklərin, qoyunlarına da yemindən
kəsib ona verdi. Gündə qaşovladı. Ona ən duru bulaqların suyunu içirtdi.
Aran kəndlərindən evə gec dönəndə də arvad-uşaqlarından qabaqca bala
qatırın halını xəbər aldı. Xoş səda eşitsə də, ürəyi dözmədi, tövləyə
girdi, çırağın işığını bala qatırın dörd dövrəsində gəzdirə-gəzdirə baxdı,
əlini yalına, belinə, sağrısına çəkdi, sığalladı, hətta dişlərini bərk-bərk
qıcasa da, yavaşca onun burnunu, qulağının birini ehmalca dartdı da.
"Daha sənlə mənim aramda bir şey qalmayıb, ay nənəm qurban!" –
deyib barmağını bala qatırın qoltuğunun altında oynadıb onu qıdıqladı
9
da… Nəhayət, bala qatır böyüdü, yüklənəsi vaxtı gəlib çatdı. Xansuvar
kişi onu yedəkləyib qonşu kəndə nallatmağa apardı. Lakin kef-damaqla,
qatırla yol yoldaşı kimi danışa-danışa, gülə-gülə gedən kişi əzizi ölmüş
adamlar təki matəm içində qayıtdı. Axı qatır nalbənd heç ona
yaxınlaşmamış şıllağa qalxmışdı, çatını qırıb qaçmışdı.
Xansuvar kişi onu bir də tutub gətirmişdi, qatırın ayağını özü
qaldırmaq, özü qatlamaq, dizinin üstünə özü yatırtmaq istəmişdi. Elə
bilmişdi, mal yiyəsinə xor baxmaz, sarsaq-lamaz, təslimcə durar,
nalbənd də öz işini tez görüb qurtarar. Xansuvar kişi qatırı kəndbəkənd
gəzdirdi, heç bir nalbənd ona yaxın düşə bilmədi. Axırıncı nalbənd dedi
ki, gəl qılçasını sarıyıb yıxaq, yıxılı nallayaq. Nalbənd dad-həzər elədi:
"Nə danışırsan, – dedi, sənin bu ərköyünün o qədər hikkəlidir ki, yıxsaq,
hirsindən partlayar". Xansuvar kişi qatırı satmağa da qıymadı. Axı ona
çox zəhmət çəkmişdi, bütün mal-mülkü bir yana olmuşdu, təkcə bala
qatır bir yana. Həm də fikirləşirdi ki, kimə satsa, onu da məğmun
eləyəcək, özü isə söyüş-qarğış yiyəsi olacaq. Bir istədi qatırı çox vaxt
mıxabağlı saxlasın, yemini azaltsın, arıqladıb havasını alsın, əlindən var,
ürəyindən kar gəlmədi. Xansuvar kişi qatır onun başına nə gətirmişdisə,
evdə açıb-ağartmamışdı, utanmışdı. Qorxmuşdu arvad-uşağın dili
uzansın. Desinlər ki, allahın qatırını inək-danadan, bu qədər qoyun-
quzudan üstün tutdun, hətta bizdən də çox onu əzizlədin, onun fikrini
çəkdin, onun nazıyla oynadın, indi hünərin var döz. Hələ bu harasıdır,
yeddi paranın yeri bundan sonra daha çox göynəyəcək… Xansuvar kişi
bir gün eşitdi ki, uzaq aran kəndində bir nalbənd var, nalbəndlərin
leylacıdır, kişinin nəfəsində, səsində, baxışında necə bir sehr varsa,
ipatdırmaz buğalar onun qapısında quzuya dönür, heç bircə tükünü də
bircə qulacını da tərpətmir. Xansuvar kişi qatırı yedəkləyib ora yollandı,
neçə gündən sonra gəlib çatdı. Nalbənd vəl əlli, kərən biləkli, buynuz
bığlı bir kişi idi. Hər qaşı bir quzğun qanadına, burnu quzğun dimdiyinə
oxşayırdı. Ağ alası çox-çox, mor qara giləsi yekə gözlərinin baxışı elə
bil, daşdan keçirdi, əridirdi.
O, qatıra, bir də Xansuvar kişiyə baxdı. Soruşdu:
– Kişi, nallatmağa?
– Qardaş, daha bura nədən ötrü gəlirəm ki!..
– Dəlidir hə ? Xansuvar kişi yanıxa-yanıxa yırğalandı:
– Daha demə, demə… Özü də necəsindən!..
Nalbənd güldü:
– Gəl otur. Sonra şagirdini çağırdı:
10
– Ə, a bala, bu qatırın çatısını kişinin əlindən al, o biri ocağa bağla.
Nalbənd Xansuvar kişinin yanında yolu qatıra sarı əyləşdi. Evdən üç çay
kasası gətirtdi. Bir qəhvədan kəklikotu çayı gətirtdi, kasaların üçünə də
çay süzdü. Şagirdini çağırdı: – Gəl sən də çay iç. Şagird çayını içib
qurtaran kimi ona tapşırdı:
– Dur bərdəki ağaca bağladığın çal eşşəyin nal-mıxını sök. Şagird
çal uzunqulağın bir ayağının nal-mıxını sökəndə uzunqulaq bir balaca
tərpəndi, qulağının birini çırpdı. Qatır o saat şıllağa qalxdı, var gücü ilə
dartındı, nə çatını qıra bildi, nə də ağacı qopardı. Şagird çal uzunqulağın
qırpılan qulağını lavaşaya saldı, burduqca burdu. Lavaşanı o qədər eşdi
ki, o uzunnuxda uzunqulaq büzüşüb qoduq boyda oldu. Şagird gəlib bir
kasada çay içdi. Sonra gedib çal uzunqulağın nal-mıxını bir də sökməyə
başladı. Kəlbətin uzunqulağın axırıncı nalındakı mıxı dartanda
uzunqulaq yenə tərpəndi, indi də o biri qulağını qırpdı. Şagird onun o
biri qulağını da lavaşaya saldı. Bir qulağının ağrısından balacalaşıb
qoduq boyda olan çal uzunqulaq bu dəfə lap sulu siçana döndü. Şagird
gəlib bir kasa da çay içdi, özü də arxayın-arxayın, tələsmədən, elə bil
heç dəyirmandan darısı da axmırdı. Sonra gedib çal uzunqulağı
nallamağa başladı. Şagirdin çəkici mıxın papağını yaxşı tutmadı. Şagird
bu dəfə də uzunqulağın dodağını lavaşaya saldı, o ki var eşdi. Gəlib yenə
bir kasa çayı başına çəkdi. Qatır çal uzunqulağın o biri qulağı lavaşada
ip kimi bükdəriləndə də hoppanıb düşdü, amma əvvəlki təki
soncuxlamadı, dodağı boğulandan, dişləri ağara qalandan sonra isə
qulaqlarını salladı, quyruğunu qılçalarının arasına qısdı, belini
donqarlatdı. Şagird onu da nallladı. Qatırdan çıxmaz iş, heç tükünü də
tərpətmədi. Xansuvar kişi mat qaldı. Bu usta ilə şagird qatıra neynədilər
ki, əvvəlki xoy-xasiyyətini yerə qoydu, dəlilik eləmədi? Usta ki, öz kef-
damağından qalmamışdı, əlini ağdan-qaraya vurmamışdı? Şagird ki,
lavaşa əzabı verməmişdi? Bəs bu necə möcüzə idi ki, Xansuvar kişi baş
aça bilmirdi? Qonağın bu dolaşıqlıq içində çaşıb qaldığını görən usta
şirin-şirin güldü:
– Bilmədin?
Xansuvar kişi əllərini ovuşdurdu, çiyinlərini yığdı, mızıldandı: –
Vallah…Axı…siz qatıra neynədiniz ki, o, belə dinc durdu? Mən belə şey
görməmişəm. Usta xəbər aldı: – Eşşək kimdir? Xansuvar kişi bir az da
karıxdı: Bu necə sorğu idi? Heç hənanın yeri idimi? Uzunqulaqlıq burda
nə vardı ki?… Usta qonağının cavab verə bilməyəcəyini duyub dilləndi:
– Eşşək – qatırın atasıdır. Övlad atasının başına nə oyun açdığımızı
Dostları ilə paylaş: |