11
gördü, qaranlığını qavqardı. Yavaşısaydı, bilirdi ki, ona nə toy tutacayıq.
Xansuvar kişi əllərini dizlərinin arasına aldı, sıxdıqca sıxdı, ləngərlənə-
ləngərlənə pıçıldadı: – Belə de… Belə de…
TUT AĞACI
Köç yolunun üstündə bir Tut ağacı vardı. Şır-şır bulağın başında
bitmişdi. Yaz olanda budaqlarına göy yarpaqlar düzüm-düzüm
düzülürdü. Yayın qızmarında, çöllərdə ilğımlar tövşəyəndə, hava təndir
alovu kimi adamın üz-gözünü yandıranda yolçular öz atlarını bu ağacın
altına çəkər, bu ağacın kölgəsində dincələrdilər. Şır-şırın sərin suyundan
içib iştahlanar, çörək yeyib – yatar, gün batandan, axşamın qara sərini
çöllərə, yollara səriləndən sonra yollarına davam edərdilər. Ağacdan
ayrılanda deyərdilər:
– Salamat qal!…
Şır-şır bulaq şaqqıldayıb gülərdi:
– Mənə niyə "sağ ol" demirsiniz? Axı, o ağacı yarpaqladan
mənəm. Axı, o ağacın altına sizin üstündə dincəldiyiniz yaşıl xalını
sərən mənəm.
Tut ağacının budaqları yırğalandı:
– Bulaq düz deyir. Yarpaqlar şappıldaşır, əl çalar, budaqların
dediklərini alqışlardılar. Yolçular şır-şır bulaqla da salamatlaşırdılar:
– Sağ-salamat qal!… Bulaq yenə qəh-qəhə çəkərdi:
– Ağaca bir də "sağ ol" deyin. Çünki o olmasaydı, məni hamı
görməzdi, məni hamı tanımazdı. Yolçular sevinərdilər:
– Bu nə ağıllı, nə kamallı bulaqdır!…
Tut ağacının budaqları bir-birinə çırpılar, səslənərdi:
– Yox, yox… Bulağa minnətdar olun, axı, məni o özü bitirib, o özü
böyüdüb, ellərə o özü göstəribdir. Bu canı mənə şır-şır verib, indi sizi
sərinlədən nəfəsi mənə şır-şır bəxş edibdir. Ömrüm bulağındır, şır-şırın
ucaltdığı ən uca zirvəmi onun ayaqları altına endirməyə həmişə hazıram.
Yolçular bulaqla ağacın dostluğuna heyran qalardılar. – Sağ olun,
salamat qalın, – deyərdilər. Hər gedib gələndə bir sarmaşığı öz atlarının
dirnaqları altında əzişdirərdilər. Sarmaşıq səsini çıxarmazdı. Ürəyində
deyinərdi, yolçuları hədələyərdi: "Siz yerdəkini saymırsınız. Siz
aşağıdakına baxmırsınız. Siz alçaqdakını görmürsünüz. Vaxt gələr, mən
də qalxaram. Tut ağacının ən hündür başından da qəlbidə duraram. Onda
12
məni də görərsiniz, onda mənə də həsəd apararsınız, onda mənim də
böyüklüyümə məətəl qalar, aşağıdan yuxarı boylanarsınız". Sarmaşıq
şır-şırın başına, Tut ağacının kölgəsinə gələnlərin, atlarının dırnaqları
altında əzilə-əzilə bulağa sarı uzandı. Hər yazda bircə qarış yaxınlaşa-
yaxınlaşa kök atdı. İyirmi ildən sonra şır-şıra çatdı. Şır-şır onu görən
kimi qışqırdı: – Get, burdan! Sarmaşıq yalvarmağa başladı:
– Ay şır-şır, mənə yazığın gəlsin. Hər yayda yanıb külə
dönmüşəm, ölmüşəm, bir də yazda dirilmişəm. Hamı ömründə bircə
dəfə ölür. Bu ölümlər məni təngə gətirib. Ya məni elə öldür ki, heç bir
də dirilməyim, ya da mənə elə bir ömr ver ki, bir müddət əzabsız
yaşayım. Şır-şır qəh-qəh çəkdi:
– Onu görməzsən!.. Əlim-ayağım sənə dəyməmiş burdan uzaqlaş!
Sənin necə zat olduğunu çoxdan bilirəm. Üz verəndə astar da
istəyənsən!… Sarmaşıq ağladı dil tökdü, şır-şırın ürəyini yumşalda
bilmədi. Tut ağacına üz tutdu: – Mən yaz-yay çiçək açacam, hüsnünü
rənglərlə bəzəyəcəm. Yolçular səni min, milyon ləçəkli, hər ləçəyin də
bir rəngə çalan özün boyda yekə bir gülə bənzədəcəklər. Küləklər səndə
ətirlənəcək, sənin təravətini ellərə yayacaqdır. Şır-şır şaqqıldadı: –
Yalandır. Tut, ona inanma! Özünə y er eləmək istəyir. Sən özünü bu
başdan şirin satanın o başkı acılığını görməmisən. Sarmaşıq hönkür-
hönkür ağladı: – Tut qardaş, sənə köynək olacam, səni qışda çovğundan
qoruyacam, üşüməyə qoymayacam. Naxələf çıxsam, sən məni küləklərə
yoldurarsan. Bulaq qardaş, məndə əyrilik görsən, su verməzsən, məni
qurudarsan. And içirəm ki, sizin yaxşılığınızı heç vaxt unutmayacam.
Başım göylərə çatsa da, elə biləcəm həmişə sizin qədəmlərinizin
altındadır. Tut ağacının yarpaqları uçundu, pıçıldadı: – Bulaq qardaş,
daha bu yalvarışa dözə bilmirəm. Sarmaşıq ürəyimi göynətdi. Qoy biz
də birini böyüdək, boya-başa çatdıraq. Qoy deməsinlər ki, şır-şırla Tut
təkcə özləri üçün yaşayırlar. Sarmaşıq nanəcib çıxsa, onu rədd eləməyə
nə var ki… Kökü üzdə olur, su verməsən, quruyacaq. Qışda ağarmış
saça dönür, bircə dəfə silkələnsəm, qırıq-qırıq olacaq, yerə töküləcək.
Pirinə təpik atsa, bildiyimizi elərik.
Şır-şır dillənmədi. Dostunun sözünü yerə salmadı. Ürəyində dedi:
"Dostum, sən rəhmdilsən, eşitdiyin hər sözə inanırsan, hamıya kömək
eləmək istəyirsən. Amma sənin bu ürəyi yumşaqlığın bizim başımıza
çox bəlalar açacaq… Sən bilmirsən ki, dilə-felə uyanlar bircə
peşimançılığın min əzabında qovrulurlar". Aradan üç bahar keçdi.
Sarmaşıq Tut ağacının hər budağına bir qol atdı. Bu bir qol min şaxə
13
açdı. Hər yarpağın üstünə bir çiçək, on yarpaq düzdü. Sarmaşıq Tutu
başdan-ayağa örtdü, ağac görünmədi. Onun şahmar ilan kimi qalxan
başları Tutun ən uca zirvəsindən qəlbidə dayandı, ağacın üzə çıxmaq
istəyən başlarına sarıldı, boğdu, boğdu, bu başları əyib aşağı yatırtdı.
Yolçular bulaq başına, ağac kölgəsinə bir də gəldilər. Tut ağacını
görmədilər. Tut ağacına sarındıqca sarınmış, min-min çiçək açmış, ətrini
ətrafa yaymış sarmaşığa baxıb heyran qaldılar. Biri dedi: – Sarmaşığın
hünərinə bax!… Mən heç belə Sarmaşıq görməmişdim. Digəri pıçıldadı:
– Bunun yerində bir Tut ağacı vardı, onun heç belə kölgəsi də yox idi.
Onun heç belə ətri, heç belə çətiri də yox idi. Şır – şırdan ovuc-ovuc su
içdilər. Biri dedi:
– Su da müşk-ənbər qoxuyur, əhsən bu Sarmaşığın qüdrətinə!..
Digəri pıçıldadı: – Bulağın suyu da min rəngə çalır, əhsən bu sarmaşığın
hikmətinə!.. Sarmaşıq qürrələndi. Sevincdən hər çiçəyi bir dəfə oynadı,
hər ləçəyi bir dəfə əl çaldı, hər yarpağı bir dəfə qaqqıldadı. Sarmaşıq
yolçulara eşitdirdi: – Siz bir də gələndə görəcəksiniz ki, mən
buludlardan yapışmışam. İstəsəniz, yayın tüğyanında qar yağdıracam.
Yolunuz bir də burdan düşəndə görəcəksiniz ki, göylərə dirənmişəm,
ucaların ucasıyam, alilərin alisiyəm. Yolçular dedilər: – Təki... Təki…
Sarmaşıq!.. Sağ ol, sarmaşıq!.. Yolçular getdilər.
Şır-şırın kürlüyü tutdu, şır-şır şırıldadı: – Dost, eşitdinmi? Sənə
sarmaşıb qalxan səni saymadı. Tut ağacı dillənmədi. Şır-şır hirsli-hirsli
şaqqıldadı: – Mən quruyacam! – Qoy o, susuz qalsın, ölsün. Tut
ağacından yenə səs-səmir çıxmadı. Sarmaşıq rişxəndlə güldü: – Tut
ağacının hər budağında min köküm var. Sən məni öldürə bilməyəcəksən.
Mən Tutla birgə yaşayacam. Tutla birgə öləcəm. Şır-şır inanmadı, elə
bildi sarmaşıq indi də ona kələk gəlir. Şır-şır qurudu.
Tut ağacı baxıb gördü ki, sarmaşıq onun canına, qanına keçibdir,
kökü onun ürəyinə çatıbdır; Dünən ilan dili çıxarıb yalvaran, ona
sarmaşıb göylərə qalxan, bu gün allahlıq iddiasındadır. Gördü ki, onu
qoparıb ata bilməyəcəkdir, tufanlı bir yay gecəsində kökündən qopub
yerə yıxıldı. Yıxıldı ki, özgənin hesabına ucalmaq istəyənlərə nərdivan
olmasın.
ÇAYIN SON HARAYI
Dostları ilə paylaş: |