29
– Qibleyi-aləm sağ olsun, onlar pis niyyətlə gəlsələr, heç sənin
çağırardılarmı?! O gündən dostlaşmadıqmı?! Yəqin, qonaq gəliblər.
Şirin dili güclə açıldı:
– Bəs onların səsi niyə elə çıxır? Tülkü şiri yenə arxayınlaşdırmağa
çalışdı, gülümsənə-gülümsənə dedi:
– Onların səsi yoğundur. Bir də ki, allahın qanmaz fillərindən tülkü
nəzakəti, tülkü ədəbi gözləmək?… Geçikmə, şahim, elə bilərlər
qonaqdan, qonaqlıqdan zəhləmiz gedir, kefin, ləzzətin nə olduğundan
başımız çıxmır. Özləri qanmaz ola-ola bizə gülərlər, gedib o yan bu
yanda danışar, bizi hər yerdə ağzıotlu heyvan kimi tanıdarlar. Şir
ürəkləndi, geyinib-keçindi, fillərin qabağına çıxdı. Filin biri xortumunu
şirin belinə doladı, çiyninə aldı, geri döndü, fil qoşunu onun arxasınca
düzüldü. Şir çox çalışıb – çapaladı, filin xortumundan qurtara bilmədi.
Onu fil padşahının hüzuruna apardılar. Padşah soruşdu:
– Qonşu qonşuya xəyanət eləmək istəyər? Şir çaş-baş qaldı:
– Nə qonşu, nə xəyanət? Fil padşahı güldü:
– Sən gərgədən padşahı ilə dostlaşmışdın, qoşununuzu birləşdirib
bizi qırmağa hazırlaşmışdın. Şir qışqırdı:
– Bu yalanı sizə kim dedi? Fil padşahı hirsləndi:
– Yalanı?
– Bəli, yalanı!
– Sənin ürəyin. Sənin vəzirin, sənin istəkli tülkün. Dünya Şirin
başına dəyirman daşı kimi fırlandı. O, ayaq üstə dura bilmədi, yerə
yıxıldı, kəsik-kəsik pıçıldadı:
– Atam düz deyirmiş… Qalanı içəridən qoruyarlar. İçəridən
qorunan qala necə möhkəm olarmış…necə alınmaz olarmış…
DUZ – ÇÖRƏK
Kankan Musa neçə ağaya kəhriz qazmışdı, quyudan – quyuya
lağım atmışdı, bir çayın suyu qədər dumduru su çıxarmışdı. Hamısını da
yoldaşla, özü də qış aylarında, çünki qışda yerin altı isti olurdu, ürəyincə
işləyirdi. İndi isə həm yay idi, həm də tək. Yoldaşsız dərinə gedə
bilməzdi. Quyunu qazardı da, yerin təkindəki buzxana soyuqluğuna
dözərdi də, ancaq torpağı quyudan çəkən, qırağa boşaldan lazım idi.
Tərs ağanın tərs damarı tutmuşdu, deyirdi, nə olur-olsun, mənim
kəhrizim iki aya kimi gurtagurt su verməlidir. Kankan Musa həm ağanın
30
sözündən çıxa bilməmişdi, həm də əlini bu işə "bulamasa" balaları ac
qalardı.
Kəhrizin quyu yerlərini manşırladı. Lap ayaqdakı quyu yerini xeyli
qazdı. Bu quyu çox dərin olmayacaqdı. Su həmin quyudan keçib üzə
çıxacaqdı. Bu quyudan aşağı gedə-gedə yerin üstünə çıxan, bir gödək
lağım atılacaqdı. O lağımı da köməksiz açmağı gözü alardı. Gün od kimi
şaxıyanda əllərini quyunun qıraqlarına verib qalxdı. Dörd ulğun çubuğu
kəsib gətirdi. Yerə sancdı. Tərli üst köynəyini çubuqlara keçirib bircə
adam sığışması kölgəlik düzəltdi. Xurcununu ulğunluqdan gətirib sufərə
açdı. Şorla çörək yeməyə başladı. Gün vurub qurutmuş şorla çörək
boğazından çətin keçirdi. Kürdəkdən balaca mis parça su süzüb içdi.
Birdən gördü ki, ağsaqqal, başı ağ çalmalı, əyni ağ əbalı, əli ağ çəpikli,
amma üz-gözü heybətli bir kişi gəlir, seyidə, dərvişə axşayır. Kankan
Musa elə bildi onu qara basır. Axı bura ilan mələyən bir düzün başı idi,
üst tərəfin ** təpəlik, kol-koslu dərəlik idi. Bu həndəvərdən yol-riz də
keçmirdi. "Yəqin, azıb, uzaqdan məni görüb gəlib, indi səmt-soraq
soruşacaq", – deyə düşündü. Ayağa qalxdı. Dərviş salam verdi. Kankan
əllərini sinəsinə qoyub əyildi:
– Əleyküm-salam. Oturun, bir tikə alllah verəndən yeyək. Dərviş
də bir əlini sinəsinə sıxıb razılıq elədi:
– Min bərəkət. Kankan yerində qovruldu:
– Süfrə üstünə çıxasan, bir tikə dadmayasan?!.. Allaha da xoş
getməz. Kankan kölgəliyi dərvişə verdi, özü gündə oturdu. Hər ikisi bir-
iki loğma yeyəndən sonra xəbər aldı:
– Uğur olsun, belə hayandan hayana?
TÜLKÜNÜN ŞAHLIĞI
Oğurluq tülkünün canını boğazına yığmışdı. Çox yerdə tələ
qururdular ki, onu tutsunlar, öldürsünlər. Hələ quyruğu da dibdən qopub
tələdə qalmışdı. Vıyıltılı qala güllələr qulaqlarını deşib keçmişdi. Qanıq
itlər neçə dəfə dalınca salışıb nəfəsini kəsmişdilər. Tülkü istəyirdi
gündüzlər gizlənib gecələr özünə yem axtarmasın. İstəyirdi gecələrin hər
qaranlığında yatan bir ölümün üstünə kor kimi yeriyib getməsin.
İstəyirdi hamı onu bir-birinə tanıdıb atıb, toyuq-cücələriniz dimdikləyib
onun gözlərini çıxartsalar heç birinin xətrinə dəyməz. Tülkü öz tülkü
xasiyyətini, tülkü görkəmini dəyişmək, hər yerdə qorxusuz-ürküsüz
31
gəzmək arzusunda idi. O, bir gecə özünə yem axtara-axtara gəlib hələ
yuxudan oyanmamış bir şəhərin kənarına çıxdı. Baxdı ki, lülə
dəmirlərdən çəpər çəkilmiş çox tikilili yekə həyətin bəri başında qabağı
çardaqlı bir daxma var. Çardağın altında hərəsi bir rəngə çalan yeddi küp
görünür. Çardağın dirəklərindən boyanmış ip kələfləri asılıb. Tülkü
fikirləşdi ki, allah onunkunu vaxtında yetirib, o, yeddi küpün yeddisinə
də girib çıxandan sonra daxmanın aynasının qabağında durdu, orda
yeddi rəngə çalan bir canlı gördü. Əvvəlcə özünü tanımadı, sonra
quyruğunun yoxluğundan, qulaqlarının şan-şan olmağından bildi ki,
özüdür. Sevindi. Boyaqçı daxmasına sarı gediş-gəliş başlananda şəhərin
o tərəfindəki meşəliyə doğru götürüldü. Tülkü meşəyə girən kimi
ağacdələnlər ağacları tıqqıldadıb hamıya xəbər verdilər:
– Ey meşə sakinləri, eşidin və agah olun ki, bizə tükü
xoruzquyruğu çalan bir qonaq gəlib. Çaqqallar da o yanda
vəkkildəşdilər:
– Ey meşə sakinləri, eşidin və agah olun ki, bizim diyara dərisi göz
qamaşdıran bir qərib təşrif gətirib. Canavarlar da bu yanda ulaşdılar:
– Ey meşə sakinləri, eşidin və agah olun ki, bizim vətənə dünyanın
göyçəyi bir səyyah gəlib. Qarğalar ağacların ən hündür budaqlarına
qonub yırğalandılar:
– Ey meşə sakinləri, eşidin və agah olun ki, bizim məmləkətə hansı
diyardansa yüz sözünün biri də yerə salınmaz elçi həzrətləri qədəm
basıb. Tülkülər də meşənin qıraq-bucaqlarında haray-həşir saldılar:
– Ey meşə sakinləri, eşidin və agah olun ki, bizim səltənətə bir
huri-qılman gəlib. Elə bil dünənki günlü yağışda baxdığımız
göyqurşağından, göylərin o yeddi rəngli körpüsündən keçirmiş, həmin
körpü sınıbmış, bu da bizim səltənətin hansı yiyəsizliyinəsə düşübmüş,
biz görməmişik, xəbər tutmamışıq. Gəlin, tez gəlin, siz də baxın. Bunu
görməmək, buna baxmamaq günahdır. Tülkü ürəyində sevindi:
"Dünyanın ən bic, cüvəllağı tülküləri ki, məni tanımadılar, demək,
papağımı yan qoyub gəzə bilərəm…" Meşəyə hay düşdü. Meşə sakinləri
axın-axın gəldilər, tülkünü dövrəyə aldılar, ona hey baxdılar. Sonra
ayılar bir kənara, canavarlar bir kənara, çaqqallar bir kənara çəkildilər.
Qarğalar qarıldaşıb uçdular, uzaqdakı ağacın başına qondular.
Torağayların, sərçələrin hamısı bir kolluğa doluşdular. Sığırçınlar bir
gözəlliyə yığışdılar. Kirpilər yumaqlanıb bir çökəyə dığırlandılar.
İlanlar, koramallar dəstələndilər, sürünə-sürünə xeyli aralandılar. Meşə
ayıların, canavarların, çaqqalların dişlərinin çaqqıltısı ilə doldu. Quşların
Dostları ilə paylaş: |