35
yerə atıldı. Kamil əmini qucaqlayıb öpmək istədi. Sonra bir qədər özünü
toxtatdı. Əlini cibinə salıb pul kisəsini çıxardı. Kamil əmi onun əlini
saxlayaraq dedi:
– Xan, başına dönüm, mənə heç nə lazım deyil. Ancaq bir xahişim
var. Nökərinizin də bir qulbeçəsi olub, icazə ver külfətimi bağın
ayağındakı komaya toplayıb orda yaşayım. Bu mənim üçün ən böyük
bəxşiş olar. Xan bir qədər duruxub:
– İcazə verdim, – dedi. Yeddi gün, yeddi gecə xanın evində toy–
bayram oldu. Çaldılar, oynadılar, yedilər-içdilər. Ancaq ən böyük
bayram Kamil əminin idi. O öz ailəsini ilk dəfə idi ki, başına toplamışdı.
Xan bağının ayağındakı kiçik daxmanın çırağı daha gur yanırdı. O,
daxmadan ilk dəfə idi ki, körpə səsi, ana laylası eşidilirdi. Kamil əminin
uçmağa qanadı yox idi. Aradan bir ay keçmiş Xanın evində yenə şadlıq
başlandı. Uşağa ad qoydu keçirirdilər. Çox götür-qoydan sonra Xanın
oğlunun adını Qüdrət qoydular. Axşam xan bağçada gəzəndə Kamil əmi
güllərə su verirdi. O, qorxa-qorxa xana yaxınlaşdı. Ona bir dəstə tər
çiçək təqdim etdi. Uşağın ad gününü təbrik etdi. Xan ondan razı qaldı.
Kamil əmi xanın keyfini kök görüb cəsarətə gəldi.
– Xan sağ olsun, – dedi. Əgər icazə versəydiniz qulbeçənizin adını
ağamız Qüdrətin adına yaraşdırıb qoyardıq. Xan Kamil əmiyə tərs-tərs
baxıb soruşdu:
– Məsələn, necə yaraşdırardın?
– Məsələn, Qüdrət ağa, sonra, sonra… Qulbeçənizin adını Qürbət
qoyardım. Qüdrət və Qürbət. Kamil əmi elə bildi ki, xan bu addan
sevinəcək və ona xalat verəcək. Ancaq belə olmadı. Xan yaman
qəzəbləndi. Hirsindən bığlarını əsdirə-əsdirə Kamil əminin verdiyi
çiçəkləri onun üstünə atıb uzaqlaşdı. Kamil əmi ad qoymaq məsələsini
dediyinə də peşiman oldu. Bütün gecəni fikrindən yata bilmədi. Hətta bir
neçə gün qorxusundan xanın gözünə görünmədi. Oğlunun adını isə
Tapdıq qoydu. Ay keçdi, il dolandı Qüdrətlə Tapdıq yaşa doldu. Bu
uşaqlar bir-birini çox az görürdülər. Xan onlara bir yerdə oynamağa belə
icazə vermirdi. Bir də xan oğlu Qüdrətin heç Tapdıqla oynamağa belə
vaxtı yox idi. Onun günləri dayələrin çiynində, zınqırovlu faytonların
yumşaq oturacaqlarında keçirdi. Tapdıq isə atasından ayrılmırdı. Günün,
yağışın altında olurdu. Güllə-çiçəklə oynamaqdan doymurdu. Qüdrətlə
Tapdıq bir ildə, bir ayda, bir gündə doğulsalar da bir boyda, bir çəkidə
deyildilər. Qüdrət enli kürək, yekəqarın, ətli, əndamlı idi. Tapdıq isə
arıq, uzun idi. Qüdrətin iri alma yanaqları həmişə qırmızı olardı.
36
Tapdığın gündən yanmış yanaqları mis kimi qaraya çalırdı. Bir gün Xan
öz oğlunu at belində görüb qürrələndi. Axşam bir güləş məclisinin
düzəldilməsini əmr etdi. Kəndlərində Qüdrət yaşda olan oğlanları yarışa
çağırdılar. Böyük mağar quruldu, zurnaçılar çaldı. Xan taxta əyləşib
güləşə böyük maraqla tamaşa etdi. Qüdrət özü yaşda olan oğlanların
arxasını bir göz qırpımında yerə qoyurdu. Xan baxıb ləzzət alırdı. Çox
uşaqlar Qüdrətin zorba bədənindən qorxub yarış meydanını tərk
edirdilər. Bu zaman Xanın qəh-qəhələri ətrafı bürüyürdü. Həmin gecə
axırda növbə Tapdığa çatanda Kamil əmini qüssə bürüdü. O, qorxurdu
ki, Tapdıq Qüdrəti yıxsa Xan qəzəblənə bilər, oğluna bir xətər yetirər.
Onları ev-eşiyindən qovar. Qüdrət güləşə böyük arxayınçılıqla girişdi.
Tapdığın qurşağından yapışıb yuxarı qaldırmaq istədi. Ancaq qaldıra
bilmədi. Tapdığın ayaqları elə bil yerə mıxlanmışdı. O, əllərini aşağı
sürüşdürüb Tapdığın qıçlarından yapışıb onu arxaya qanırdı. Tapdıq
fürsət tapıb əllərini onun belinə saldı. Qüdrətin başı Tapdığın qarnına
dirəndi, ayaqları göydə oynadı. Məclisdən qəh-qəhə qopdu. Xan bərk
qəzəbləndi. Kamil əminin gözləri Xanda idi. Tapdıq öz rəqibini bu
vəziyyətdə bir qədər saxlayıb yordu. Qüdrət zorla onun əlindən çıxdı.
Bir qədər özünü toplayıb yenidən hücuma keçdi. Ancaq yenə Tapdığa
güc gələ bilmədi. Güləşin vaxtı tamam oldu. Xanın naiblərindən biri
ortaya çıxıb elan etdi ki, yarış qırx gün təxirə salınır. Həmin günün
səhərindən Qüdrətin yeməkləri dəyişdirildi. Onun qulluqçularının sayı
artırılırdı. O, yatan otağa kimsə, buraxılmadı. Bütün günü yeyib yatdı.
Tapdıq isə adəti üzrə sübh tezdən durur, atası ilə Xan bağına yollanırdı.
O, da atası ilə bərabər bel götürüb ağacların dibini belləyir, güllərə,
çiçəklərə, su verirdi. Bəzən isə iş çox olanda evə gəlməyə də vaxt
tapmırdılar. Belə hallarda ata bala ayranla çörək yeyirdilər. Günlər
keçdikcə Qüdrət daha da ətə-qana gəlir, Tapdıq isə günəşdən yanıb
qaralır. Əzələləri daha da möhkəmlənirdi. Qırx gün tezliklə başa çatdı.
Axşam mağarın işıqları yandırıldı. Xan taxtda əyləşdi, əyanlar yerlərini
tutdu. Zurnaçılar zildən çaldılar. Güləş başlandı. Xanın qaşları
çatılmışdı. Yenə Kamil əminin gözləri Xanda, ürəyi sək-səkədə idi.
Yenə birinci hücuma keçən Qüdrət oldu. Onlar bu dəfə qol-qola tutuşub
qoç kimi baş-başa gəldilər. Bir-birlərini irəli-geri aparıb, əvvəlki
yerlərində dayandılar. Tapdıq qollarını birdən-birə öz rəqibinin
qollarından elə surətlə çəkdi ki, Qüdrət davam gətirə bilməyib öz
müvazinətini itirdi. Fürsəti əldən verməyən Tapdıq onun belindən
yapışıb bir göz qırpımında yerə vurdu. Qüdrət arxası üstə düşmüşdü.
37
Tapdıq asanlıqla dizini onun sinəsinə qoyub dayana bilərdi. Ancaq o,
belə etmədi. Arxası üstə düşən Qüdrəti yerdən qaldırıb:
– Ağa, bağışla, – dedi. Qüdrət pərt olmamaq üçün Tapdıq öz
rəqibinin əlindən tutub yuxarı qaldırdı. Məclisə sükut çökdü. Heç kəs
xanın qorxusundan əl çalmadı. Xan qəzəblə məclisi süzüb getdi. Hamı
dağıldı. O, gecə hamı şirin yuxu yatdı. Təkcə Kamil əminin yerinə od
töküldü, yuxusu ərşə çəkildi. Ona elə gəldi ki, Xan səhər onu çağırıb
işdən qovacaq. Ancaq xoşbəxtlikdən belə olmadı. Xan səhər onu yanına
çağırıb soruşur:
– Kamil kişi bir məni başa sal görüm axı sən oğluna bu qırx gündə
necə baxmısan, nə yedirtmisən? Bağban əmi baş əyib:
– Xan sağ olsun, – dedi, – bizim ayran çörəkdən başqa bir ruzimiz
olmur – dedi. Nökərinizin gücü zəhmətdə, yer belləməkdədir. İstəsəniz
Qüdrət ağanı da zəhmətə alışdıraram. Xan qəzəblə gözlərini ağardaraq:
– Bir o qalmışdı! – dedi. Kamil əmi səsini çıxarmadı. Kütbaş Xan
bilmirdi ki, iş, zəhmət canın cövhəridir. "Payız yarpaqları" silsiləsindən
QARTAL
Ala qarğa yüz il ömür sürmüşdü. Yüz illik qorxulu gündüzlərdən,
xan kefi çəkdiyi gecələrdən keçmişdi. Hər fəsil ona bir həftə, hər il də
bir ay kimi gödək görünmüşdü. Dünyada heç bir arzu – kamı
qalmamışdı. Dünyanın çox yarısındakı yel əsəndə beşik təki yırğalanan
çinarların papaq başında yuva quran qarğaların hamısı onun törəmələri
idi. İldə bir dəfə dəstə – dəstə uçub öz əcdadlarının yanına gəlirdilər.
Qarıltısı dünyanın üzünü tutan bir məclis qururdular. Dağ döşündəki
bircə kopal meşədəki yarpaqlardan da çox olan bu nəvə-nəticələr
gətirirdilər, kötükcələrin hərəsi ona bir pay gətirirdi. Hər pay da
dünyanın bir dadı, bir tamı, bir nübarı. Bəzisi də cənnətlərdən, cənnət
şirəli, cənnət sulu, hər xilqətə dirilik, ölməzlik bəxş edən cənnət
meyvələri gətirirdilər. Ala qarğa alçaqdan, ağaclar altından uça-uça,
xəlvət-xəlvət yem axtarmırdı, öz törəmələrinin onun görüşünə gələndə
gətirdiklərinin çoxu quruyub qaxa, qaxaca dönə-dönə bu ildən o ilə qalır,
bir az da şirinləşir, bərəkətlənirdi. O öz canında hələ də qocalıq
heysizliyi duymurdu, qarlı qışı, şaxtalı, sazaqlı günləri yenə də üstündə
ölümlər oynayan yuvada keçirirdi. Ancaq axır vaxtlar ürəyinə bir dərd
düşmüşdü yüz illik ömründə başını bircə dəfə də qaldırıb baxmadığı
göylərə tez-tez boylanırdı. Çünki göylərin göy dərinliyində bir qartal
Dostları ilə paylaş: |