İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

LORD KAVERŞAM. Tamamilə doğrudur!  Daha doğrusu, düz deyil, ser! Sən bu 

gün çox səfeh-səfeh danışırsan. Mənim dediyim odur ki, izdivacda əsas məsələ 

sağlam düşüncədir!   

LORD QORİNQ. Axı sağlam düşüncəyə malik olan qadınların hamısı, nədənsə, 

kifir olur, ata! Özün görməmisən məgər? Əlbəttə, mən də eşitdiyimi deyirəm... 

LORD KAVERŞAM. Ya kifir olsun, ya da gözəl, dəxli yoxdur, heç bir qadın 

sağlam düşüncəyə malik deyil! Yadında saxla – sağlam düşüncə biz kişilərə xas 

olan üstünlükdür. 

LORD QORİNQ. Tamam doğru deyirsən, ata! Biz kişilər o qədər təvazökarıq ki, 

bu üstünlüyümüzdən heç vaxt istifadə etmirik, elə deyil? 

LORD KAVERŞAM. Yox, mən istifadə edirəm! Bircə ondan istifadə edirəm, 

başqa şeydən yox! 

LORD QORİNQ. Hə, hə, anam mənə deyib. 

LORD KAVERŞAM. Elə sənin ananın xoşbəxtliyinin sirri də bundadır! Sənsə 

qəlbsiz adamsan! Sənin heç qəlbin-zadın yoxmuş ki! 

LORD QORİNQ. Ata, bu nə sözdür! Elə demə! 

 

Çıxırlar. Bir dəqiqədən sonra qəflətən lord Qorinq Robert Çilternlə birgə qayıdır. 



Həyəcanlıdır. 

 

SER ROBERT ÇİLTERN. Artur, əzizim, yaxşı ki həyətə düşdünüz, sizi gördüm. 



Eşikağası dedi ki, siz evdə yoxsunuz! Çox qəribədir! 

 LORD QORİNQ. Robert, məsələ bundadır ki, bu axşam mən çox məşğulam. Ona 

görə də belə bir tapşırıq verdim ki, evdə yoxam. Hətta atamı da soyuq qarşıladım. 

Elə hey deyindi ki, nə bilim yel çəkir, soyuqdur, filan! 

SER ROBERT ÇİLTERN. Ah! Artur, mənə yox! Siz mənm üçün evdə 

olmalısınız! Siz mənim ən yaxşı dostumsunuz! Amma bilmək olmaz, bəlkə də, 

sabah siz mənim yeganə dostum olacaqsınız. Mənim arvadım hər şeyi bildi. 

LORD QORİNQ. Ah! Elə bilirdim belə olacaq! 

SER ROBERT ÇİLTERN. Bilirdiniz? (Ona baxır.) Bu, necə ola bilər? 

LORD QORİNQ (bir qədər tərəddüdlə). Elə içəri girəndə sizin üzünüzün 

ifadəsindən bildim. Yaxşı, bəs ona kim deyib? 

SER ROBERT ÇİLTERN. Missis ÇİVLİ özü! İndi mənim sevdiyim qadın hər 

şeyi bilir – bilir ki, mənim karyeram yalan və şərəfsizlik üstündə qurulub! Bilir ki, 

mən bütün həyatımı, ömrümü, evimi rüsvayçılıq qumu üstündə tikmişəm! Mən 

adi alverçiyəm, namusumu, qeyrətimi, ləyaqətimi satmışam! Mənə etibar edilən 

sirri satmışam. Hələ şükür Allaha ki, lord Radley vaxtında öldü, bunları bilmədi. 

Ona necə zərbə vurduğumu bilmədən öldü! Kaş elə onda mən özüm öləydim! 

Yoldan çıxmayaydım, alçaqlıq etməyəydim! (Üzünü əlləri ilə örtür.) 

LORD QORİNQ (pauzadan sonra). Vyanadan hələ cavab gəlməyib? 



SER ROBERT ÇİLTERN. Gəlib! (Gözləri işıldayır.) Səfirliyin birinci katibindən 

bu axşam bir teleqram almışam. Saat səkkizdə! 

LORD QORİNQ. Nə yazır? 

SER ROBERT ÇİLTERN. Heç nə! O qadına dair heç nə! Əksinə, yazır ki, o 

qadının cəmiyyətdə nüfuzlu mövqeyi var. Özü də yuxarı dairələrdə. Hamı bilir ki, 

baron Arnheym var-dövlət və mirasının böyük bir hissəsini ona qoyub gedib. 

Bundan başqa heç nə öyrənə bilməmişəm. 

LORD QORİNQ. Deməli, o qadın casus deyil. 

SER ROBERT ÇİLTERN. Oh! Casuslar indi kimə lazımdır ki? Onların sənəti 

ölməkdədir. Onların vəzifələrini qəzetlər yerinə yetirir də! 

LORD QORİNQ. Özü də pis yerinə yetirmir! 

SER ROBERT ÇİLTERN. Artur, mən susamışam. Olarmı zəng edim, mənə bir 

şey gətirsinlər? Şərab, ya da seltzer! 

LORD QORİNQ. Əlbəttə! Qoy mən deyim! (Zəngi basır.) 

SER ROBERT ÇİLTERN. Təşəkkürlər! Artur, mən bilmirəm nə edim, bilmirəm! 

Necə edim, Artur, qalmışam belə! Siz axı mənim yeganə dostumsunuz! Bircə sizə 

inanıram! Mən sizə möhkəm inana bilərəm, elə deyil? 

 

Fipps daxil olur. 



 

LORD QORİNQ. Əzizim Robert, əlbəttə, inana bilərsiniz! Oh! (Fippsə) Şərab və 

seltzer gətirin! 

FİPS. Baş üstə, milord! 

LORD QORİNQ. Hə, Fipps!.. 

FİPS. Bəli, milord! 

LORD QORİNQ. Üzr istəyirəm, Robert. Bircə dəqiqə sizi yalqız buraxım. 

Xidmətçiyə bir-iki tapşırıq verəcəyəm. 

SER ROBERT ÇİLTERN. Buyurun, buyurun! 

LORD QORİNQ. O xanım gəlsə, deyin ki, evdə yoxam! Deyin, milord qəfildən 

şəhər kənarına getməli oldu! Başa düşdünüzmü? 

FİPS. Milord, xanım qonaq otağındadır! Siz mənə dediniz ki, gələn kimi xanımı 

qonaq otağına aparım. Mən də apardım.  

LORD QORİNQ. Fipps, düz eləmisiniz! (Fipps çıxır.) Nə zibilə düşmüşəm?! 

Eybi yox, məncə, bu qarışıqlıqdan qurtulacağam! Mən onunla qapı arasından 

danışaram. Çətin vəziyyətdir, amma birtəhər yola verərəm də! 

SER ROBERT ÇİLTERN. Artur, deyin görüm, mən nə etməliyəm? Mənə elə 

gəlir ki, bütün dünya başıma fırlanır. Həyatım məhv olur. Sanki, sükanı olmayan 

gəmi kimiyəm, qalmışam qaranlıq səma altında... 

LORD QORİNQ. Robert, siz axı arvadınızı sevirsiniz, elə deyilmi? 




SER ROBERT ÇİLTERN. Mən onu hər şeydən çox sevirəm. Əvvəllər elə 

bilirdim ki, həyatda əsas şey mənsəbdir, ad-sandır. Amma sən demə, belə 

deyilmiş. Əsas sevgidir, sevgi! Sevgi hər şey deməkdir həyatda! Mən öz arvadımı 

sevirəm. Amma mən onun gözündən düşmüşəm. İndi mən onun gözündə şərəfsiz 

bir adam kimiyəm. Hər şey bitdi! O, mənim necə adam olduğumu bildi! 

LORD QORİNQ. Məgər o özü səhvlər etməyib? Bəlkə, o da nə vaxtsa elə şeylər 

edib ki, təsir altına düşüb, ya da elə arzuolunmaz hərəkətlər edib ki... 

Doğrudanmı, o, sizi bağışlaya bilmir? 

SER ROBERT ÇİLTERN. Mənim arvadımı deyirsiniz? Yox! Heç vaxt! O heç 

bilmir ki, zəiflik, yaxud tovlama nə deməkdir. Mən də o biri kişilər kimi puçam! 

Mənim arvadım da əksər yaxşı qadınlar kimi bizdən yüksəkdə durur; o, öz 

həqiqətində amansızdır, soyuq və sərtdir; o, iztirablara belə baş əymir. Lakin mən 

onu sevirəm! Artur, bizim uşağımız yoxdur; axı mən ondan başqa kimi sevim? 

Bəs məni kim sevsin, hə? Bəlkə də, Allah bizə uşaq versəydi, onun ürəyi 

yumşalardı, o daha mərhəmətli olardı! Mənə qarşı mülayim olardı! Lakin Allah 

bizə tənha ev verdi. Gertruda isə mənim qəlbimi ikiyə böldü. Gəlin bu haqda 

danışmayaq. Bu axşam mən ona kobudluq etdim. Lakin günahkarlar 

müqəddəslərlə danışan zaman, yəqin, elə həmişə kobud olurlar. Allah bilir mən 

ona nə dedim; ona elə bir həqiqət söylədim ki, çox rəzil idi, kişinin rəzil həqiqəti 

idi! Bu barədə danışmasaq, yaxşıdır! 

LORD QORİNQ. Sizin arvadınız sizi bağışlayacaq! Bəlkə də, bu dəqiqələrdə o, 

sizi artıq bağışlayıb. Robert, o, sizi sevir! Niyə də bağışlamasın? 

SER ROBERT ÇİLTERN. Allah eləsin! Allah eləsin! (Üzünü əlləri ilə tutur.) 

Artur, bilirsiniz, mən sizə başqa şeylər də demək istəyirəm axı! 

 

Fipps əlində sini, içkilər içəri girir. 



 

FİPS (içkiləri Robertə verir). Şərab və seltzer, ser! 

SER ROBERT ÇİLTERN. Təşəkkür edirəm. 

LORD QORİNQ. Sizin karetiniz buradadır, Robert? 

SER ROBERT ÇİLTERN. Yox, mən klubdan birbaşa bura piyada gəlmişəm. 

LORD QORİNQ. Fipps, ser Robert mənim karetimi götürəcək. 

FİPS. Oldu, milord. (Çıxır.) 

LORD QORİNQ. Robert, inciməyin, mənim karetim sizi gözləyir! 

SER ROBERT ÇİLTERN. Artur, icazə verin, bir beş dəqiqə də ləngiyim. Mən 

artıq bu gün palatada nə deyəcəyimi bilirəm. Argentina kanalı barədə müzakirələr 

saat on birdə başlayacaq. (Qonaq otağından tarappıltı gəlir, kreslo aşır.) Bu nədir 

belə? 


LORD QORİNQ. Heç nə! Fikir verməyin. 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə