İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

də bu sözləri deyəydim! Bax mənim Conum parlamentin  iclaslarına gedəndən 

xarab olub; dəhşətli danışıq tərzi yaranıb. Əvvəllər heç o, belə deyildi, yəni 

parlamentin iclaslarına getməyən vaxtları deyirəm. O, elə bilir, evdə də 

parlamentdə oturub, buna görə də o, kənd təsərrüfatı işçilərinin vəziyyətini, yaxud 

Metodist1 Kilsəsini, ya da elə bunlara bənzər ədəbsiz bir məsələni müzakirə 

etməyə başlayanda mən nökərləri otaqdan çıxarmağa məcbur oluram. Axı yaxşı 

deyil! Görürsən ki, sənə iyirmi üç il qulluq edən  şəxsi eşikağan bufetin yanında 

boynunu büküb qızarır, nökərlər isə küncdə-bucaqda sirkdəki kimi atılıb-düşürlər. 

Sizi əmin edirəm ki, əgər Conu təcili Lordlar Palatasına göndərməsələr, bizim 

həyatımız məhv olacaq. Onda Con siyasətlə bir daha maraqlanmaz, düzdür? 

Lordlar Palatası sağlamdüşüncəli yerdir! Ora centlmenlər assambleyasıdır. Amma 

indiki mövqeyində ser Con çox əzablı bir sınaq dövrünü yaşayır. Uzağa niyə 

gedirəm, lap bu gün səhər yemək zamanı qəflətən durub buxarıya yanaşdı, əllərini 

cibinə salaraq var gücüylə bağıraraq ingilis xalqına müraciət etdi. Əlbəttə, mən 

buna dözə bilmədim, dərhal fincanımdakı kofeni içib qurtardım və bayıra çıxdım. 

Lakin onun qalmaqallı nitqi bütün evi başına götürmüşdü. Gertruda, görəsən, 

sizin Robert də belədir? 

LEDİ ÇİLTERN. Amma mən siyasətlə çox maraqlanmıram, ledi Markbi! Robert 

siyasətdən danışanda mən qulaq asmağı xoşlayıram. 

LEDİ MARKBİ. Hər halda, mən ümid edirəm ki, o, ser Con kimi özünü tamamilə 

“Mavi Kitab”lara həsr etmir. Bu heç biri üçün faydalı ola bilməz. 

MİSSİS ÇİVLİ (süzgün). Mən heç vaxt Mavi Kitabı oxumamışam. Mən sarı cildli 

kitablara üstünlük verirəm. 

LEDİ MARKBİ (sadəlövhcəsinə). Hə, hə, sarı daha fərəhli rəngdir. Mən 

gəncliyimdə tez-tez sarı paltarlar geyərdim. İndi də geyərdim, amma ser Con 

mənim tualetlərim barədə daim nəzakətsiz töhmətlər vurur. Kişilərin bundan nə 

başı çıxır axı! 

MİSSİS ÇİVLİ. Əksinə, ledi Markbi, onlar elə əsl hakimdirlər. 

LEDİ MARKBİ. Doğrudan? Eh... onların qoyduqları şlyapalara baxanda mən 

bunu deməzdim. 

      

Eşikağası və nökər içəri girir. Çay fincanlarını ledi Çilternin qabağındakı stolun 



üstünə düzürlər. 

 

LEDİ ÇİLTERN. Sizə çay verim, missis ÇİVLİ? 



MİSSİS ÇİVLİ. Təşəkkürlər. (Xidmətçi missis ÇİVLİ üçün çay süzür və verir.) 

LEDİ ÇİLTERN. Sizə, ledi Markbi? 

LEDİ MARKBİ. Yox. Təşəkkür edirəm, əzizim. (Xidmətçilər çıxırlar.) Məsələ 

bundadır ki, mən onca dəqiqəliyə zavallı ledi Brankasterə baş çəkməliyəm. Söz 

vermişəm. O, dəhşətli bir işə düşüb. Onun qızı, yeri gəlmişkən, çox sevimli, çox 



tərbiyəli bir qızcığazdır, Şropşirdə məhəllə keşişinin köməkçisinə ərə gedir. Çox 

kədərləndirici və dərdli bir faktdır. Mən başa düşə bilmirəm, bu  kəndli keşiş 

köməkçisinə ərə getmək nə vaxtdan dəbə minib! Mənim vaxtımda biz qızlar 

onları hərdənbir görürdük, dovşan kimi otərəf-butərəfə qaçırdılar. Lakin biz heç 

vaxt onlara belə diqqət yetirməzdik. İndi gör mənə nə deyirlər: kənddəki kübar 

cəmiyyət onları lap arı pətəyində bəsləyir. Mənə elə gəlir ki, bu, sadəcə, dinə qarşı 

hörmətsizlikdir. Ledi Brankasterin böyük oğlu atasıyla dalaşandan sonra, deyirlər 

ki, atası lord Brankaster klubda oğlunu görəndə üzünü “Tayms” qəzeti ilə 

gizlədir. Bununla belə, düşünürəm ki, bizim zamanda adi haldır ki, Müqəddəs 

Ceyms stritdəki bütün klublarda “Tayms” qəzetini beləcə alıb üzlərinə tutsunlar. 

Çünki baxırsan, nə qədər oğul atayla yola getmir, nə qədər ata oğulları ilə 

dalaşaraq danışmır. Məncə, bu çox pis haldır. 

MİSSİS ÇİVLİ. Mən də belə düşünürəm. İndiki dövrdə atalar gərək oğullardan 

çox şey öyrənsinlər. 

LEDİ MARKBİ. Doğrudan, əzizim? Nəyi öyrənsinlər? 

MİSSİS ÇİVLİ. Yaşamaq sənətini. Bu, yeganə gözəl sənətdir ki, bizim nəsil 

tərəfindən yaradılıb. 

LEDİ MARKBİ (başını bulayır). Ah! Görünür, lord Brankaster yaşamaq sənəti 

barədə az şey bilmir. Yazıq arvadından çox bilər. (ledi Çilternə) Əzizim, siz axı 

ledi Brankasteri tanıyırdınız? 

LEDİ ÇİLTERN. O qədər də yox! Ötən payızda o, Lanqtongildə qalırdı, biz də 

oraya getmişdik. 

LEDİ MARKBİ. Və deməli, siz onu görmüsünüz. Bütün kök qadınlar kimi elə 

görünür ki, guya, o, dünyanın ən xoşbəxt qadınıdır. Amma bu keşiş köməkçisi 

məsələsindən savayı onun ailəsinin başına nə qədər faciələr gəlib! Onun doğma 

bacısı, missis Cekil daha bədbəxt bir həyat yaşayıb; təəssüf ki, bu, onun öz səhvi 

ucbatından baş verməyib. Uğursuz izdivacdan sonra o qadın çox pərişan olmuşdu 

və... bilmirəm, deyəsən, monastıra getdi, ya da... dəqiq yadımda deyil, opera 

səhnəsində çıxış eləməyə... Hə, yox, yadıma düşdü,  naxışlı tikmələrlə məşğul 

olmağa başladı. Nə isə... həyatın bütün ləzzətindən məhrum oldu. (Ayağa durur.) 

Gertruda, indi, mənə icazə versəniz, mən missis ÇİVLİi sizin ixtiyarınıza buraxıb 

gedərəm. On beş dəqiqədən sonra onun dalınca gələrəm. Bəlkə, əzizim missis 

ÇİVLİ, siz bir qədər karetədə oturub məni gözləyəsiniz? Mən ledi Brankasterə 

başsağlığı verib dərhal qayıdıram. Çox çəkməz! 

MİSSİS ÇİVLİ (qalxır). Etiraz etmirəm. Əgər orada məni narahat etməsələr, 

oturaram karetədə. 

LEDİ MARKBİ. Hə, yaxşı yadıma düşdü, deyirlər, həmin o keşiş bütün günü 

oralarda veyllənir. 

MİSSİS ÇİVLİ. Bağışlayın, mən heç vaxt şit xörəkləri sevmirəm. 



LEDİ ÇİLTERN (durur). Missis ÇİVLİ bizdə oturub gözləsəydi, şad olardım. 

Onunla söhbət eləmək istəyirəm. 

MİSSİS ÇİVLİ. Ooo, təşəkkür edirəm, ledi Çiltern! Siz çox mehribansınız! Mən 

də sizinlə söhbətləşməkdən məmnun olardım. 

LEDİ MARKBİ. Hə, sizin ümumi xatirələriniz var da! Məsələn, uşaqlıq, məktəb 

illəri... Necə də xoş olar! Hələlik, əzizim Gertruda! Bu gün ledi Bonargilə 

gələcəksiniz? O, hansısa bir dahini aşkara çıxarıb. Məncə, pis deyil, görmüşəm. 

Bu da elə rahat nəfəs almaq kimi bir şeydir, elə deyilmi? 

LEDİ ÇİLTERN. Robertlə mən bu gün evdə şam edəcəyik; şamdan sonra bir yerə 

getməyə heç həvəsim yoxdur. Əlbəttə, Robert parlamentin axşamkı iclasına 

gedəcək. Lakin orada da heç bir maraqlı şey baş verməyəcək. 

LEDİ MARKBİ. Evdə şam edəcəksiniz? Təklikdə? Darıxdırıcı deyil sizə? Ah, 

yadımdan çıxmışdı, sizin əriniz o adamlardan deyil! Mənimki ümumi nüsxədir; 

qadını hər gün ümumi nüsxə görməkdən savayı heç bir şey belə tez qocaltmaz. 

(Çıxır.) 

MİSSİS ÇİVLİ. Ledi Markbi çox yaxşı qadındır, elə deyil? Çox danışır, amma 

heç nə demir. Ondan yaxşı natiq çıxardı. Ərindən daha yaxşı danışır; onun əri 

tipik ingilis olsa da, çox darıxdırıcı adamdır, bəzən isə lap kobuddur. 

LEDİ ÇİLTERN (cavab vermir, ayaq üstə seyr edir, susur. Sonra ikisinin də 

baxışları toqquşur, ledi Çiltern solğun və pərişandır, missis ÇİVLİ çox məmnun 

görünür). Missis ÇİVLİ, məncə, sizinlə açıq danışmaq vaxtıdır: qabaqcadan 

bilsəydim ki siz gələcəksiniz, ötən axşam heç sizi evimə dəvət eləməzdim.  

MİSSİS ÇİVLİ (qıcıqlandırıcı gülüşlə). Doğrudan? 

LEDİ ÇİLTERN. Mən bunu edə bilməzdim. 

MİSSİS ÇİVLİ. Gertruda, görürəm bu illər ərzində siz heç dəyişməmisiniz. 

LEDİ ÇİLTERN. Mən heç vaxt dəyişmirəm. 

MİSSİS ÇİVLİ (qaşlarını çatır). Deməli, həyat sizə heç nəyi öyrətməyib? 

LEDİ ÇİLTERN. Niyə, öyrədib! Öyrədib ki, əgər insan haçansa şərəfsiz bir 

hərəkət edibsə, onu bir də təkrar edə bilər; buna görə də həmin adamdan mümkün 

qədər uzaqlaşmaq lazımdır. 

MİSSİS ÇİVLİ. Və siz bu qaydanı hamıyamı şamil edirsiniz? 

LEDİ ÇİLTERN. Bəli, hər bir adama! İstisna yoxdur! 

MİSSİS ÇİVLİ. Onda çox təəssüf edirəm, Gertruda, çox təəssüf! 

LEDİ ÇİLTERN. Hə, indi siz artıq bilirsiniz ki, bir çox səbəblərə görə bizim 

aramızdakı münasibətlər davam edə bilməz. Siz Londonda qaldığınız müddətdə 

bu qeyri-mümkündür. 

MİSSİS ÇİVLİ (kresloya söykənir). Gertruda, görürsünüz, mən etiraz etmirəm 

sizin məzəmmətlərinizə? İncimirəm də. Axı dediyiniz o ədəb qaydalarını qəbul 

etmək, sadəcə, bir pozadır; insan bəzən sevmədiyi bir adamın qarşısında bu 

pozada dayanmağa məcbur olur. Bilirəm, siz məni sevmirsiniz. Mən də sizə 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə