İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

həmişə nifrət etmişəm. Buna baxmayaraq, bura gəlmişəm ki, sizə xidmətimi təklif 

edəm.   


LEDİ ÇİLTERN (həqarətlə). Dünən gecə mənim ərimə göstərmək istədiyiniz 

xidməti deyirsiniz, eləmi? Şükür Allaha ki, mən onu sizin göstərəcəyiniz 

xidmətdən xilas etdim. 

MİSSİS ÇİVLİ (cəld ayağa durur). Deməli, dünən gecə mənə həyasız bir məktub 

yazmağa onu siz məcbur etmisiniz? Sözünü geri götürməyə onu siz vadar 

etmisiniz? 

LEDİ ÇİLTERN. Bəli. 

MİSSİS ÇİVLİ. Deməli belə! Onda elə edin ki, əriniz sözünün üstündə dursun. 

Sizə sabah səhərə kimi vaxt verirəm. Əgər sabah səhərə kimi əriniz mənim 

maraqlı olduğum o gözəl layihəni parlamentdə müdafiə etməyə hazır olduğunu 

bildirməsə... 

LEDİ ÇİLTERN. O fırıldaq layihəni deyirsiniz? 

MİSSİS ÇİVLİ. Necə istəyirsiniz adlandırın. Sizin əriniz mənim əlimdədir... Əgər 

sizin bir qram ağlınız varsa, siz onu məcbur edəcəksiniz ki, mən dediyimi etsin. 

LEDİ ÇİLTERN (durub ona sarı yeriyir). Siz ədəbsiz adamsınız! Mənim ərimin 

sizinlə nə işi ola bilər? Özü də sizin kimi bir qadınla?  

MİSSİS ÇİVLİ (acı gülüşlə). Hə... Biz onunla bir bezin qırağıyıq. Sizin əriniz 

şərəfsiz bir adamdır; yalançıdır, buna görə də biz onunla rastlaşmışıq. Sizinlə 

onun arasında dərin bir uçurum var. Biz isə onunla daha yaxınıq. Biz bir-birimizə 

zəncirlə möhkəm bağlanmış düşmənlərik. Bizi birləşdirən də eyni cinayətdir. 

LEDİ ÇİLTERN. Siz nə cəsarətlə mənim ərimi özünüzlə bir edirsiniz? Nə cürətlə 

onu və məni təhdid edirsiniz? Çıxın mənim evimdən! Siz mənim qapımın 

kandarından içəri girməyə belə layiq deyilsiniz. 

 

Ser Robert Çiltern arxadan gəlir. O, arvadının sonuncu sözlərini eşidir. Missis 



ÇİVLİi görür. Rəngi ağarır. 

 

MİSSİS ÇİVLİ. Sizin eviniz! Evinə bax! Siz bu evi şərəf və ləyaqətinizi satmaqla 



almısınız. Xəyanət və satqınlıq edərək qazandığınız pullarla almısınız! (Geri 

dönür və Robert Çilterni görür.) Ondan soruşun, bu var-dövlət haradandır? Qoy 

sizə desin ki, dövlət sirrini birja agentinə necə satıb? Öyrənin görün, siz belə 

mövqe əldə etdiyinizə görə kimə borclusunuz?  

LEDİ ÇİLTERN. Yalandır! Robert! O, düz deyir? 

MİSSİS ÇİVLİ (barmağı ilə Roberti göstərir). Baxın! Görün o, bunu inkar edə 

bilərmi? Bunu inkar etməyə heç gücü çatmaz! 

SER ROBERT ÇİLTERN. Çıxın gedin! Gedin buradan! Siz artıq nə istəyirdiniz, 

elədiniz. 



MİSSİS ÇİVLİ. Nə istəyirdim? Hələ yox! Hələ sizinlə işim qurtarmayıb! Hər 

ikinizə səhərədək vaxt verirəm! Əgər sabah saat on ikiyə qədər mənim tələbim 

yerinə yetirilməsə, bütün dünya Robert Çilternin xəyanətindən xəbər tutacaq. 

 

Ser Robert Çiltern zəngi basır, Meyson daxil olur. 



 

SER ROBERT ÇİLTERN. Missis ÇİVLİi yola salın! 

 

Missis ÇİVLİ, elə bil, zərbədən səksənir. Sonra nəzakətlə ledi Çilternə təzim edir, 



ledi Çiltern cavab təzimi etmir. Qapının yanında duran ser Robertə yaxınlaşanda 

bir anlıq ayaq saxlayır və düz onun gözlərinin içinə baxır. Sonra xidmətçinin 

müşayiəti ilə çıxr. Ər və arvad tək qalırlar. Ledi Çiltern, elə bil, yuxu görür, sonra 

dönüb ərinə tərəf təəccüb və heyrətlə baxır; elə bil, onu birinci dəfədir görür. 

 

LEDİ ÇİLTERN. Sən dövlət sirrini satmısan? Sən həyatını yalanla başlamısan? 



Sən öz karyeranı şərəfsizliklə qurmusan? Ah! Mənə de ki, bunlar yalandır! De ki, 

bunlar düz deyil! Mənə yalan danış! Yalan de! De ki, o qadının dedikləri düz 

deyil! 

SER ROBERT ÇİLTERN. Qadının dediklərinin hamısı doğrudur! Amma… 



Gertruda, qulaq as mənə! Sən bilmirsən, bu necə böyük bir tələ idi! Qoy sənə 

hamısını danışım! (Arvadına sarı gedir.) 

LEDİ ÇİLTERN. Mənə yaxın gəlmə! Toxunma mənə! Mənə elə gəlir ki, sən 

məni də palçığa bulamısan! Ah! Bu illər ərzində, deməli, sənin üzündə maska 

varmış! Dəhşətli, çirkli bir maska! Sən özünü pula satmısan? Ah! Oğru olmaq 

daha yaxşıdır, oğru! Sən özünü kim çox pul veribsə, ona satmısan, hə? Səni 

bazardan alıblar, hə? Sən bütün dünyaya yalan demisən! Və indi mənə yalan 

demək istəmirsən! 

SER ROBERT ÇİLTERN (arvadına sarı yeriyir). Gertruda! Gertruda! 

LEDİ ÇİLTERN (onun irəli uzadılmış əllərini rədd edir). Yox, danışma! Heç nə 

demə! Sənin səsini eşitmək istəmirəm! O səs mənim xatirələrimi oyadır, dəhşətli 

xatirələrimi oyadır, eşidirsən? Sənin məni sevdiyini, mənim səni sevdiyimi 

xatırladır… O sözlər, o səslər mənə dediyin sevgi sözlərini xatırladır mənə! Ah! 

Necə dəhşətlidir! Ah! Mən gör kimi sevmişəm?! Mən gör kimə pərəstiş etmişəm! 

Sən mənim üçün nəsə ideal bir adam idin! Nəsə ayrı bir dünya idin! Təmiz, saf, 

ləkəsiz, namuslu və şərəfli, xeyirxah! Mən sənə inanırdım! İnanırdım ki, həyat 

daha gözəl, dünya daha yaxşıydır, çünki sən vardın həyatda, sən yaşayırdın 

dünyada! İndi isə… Gör mən kimi öz idealım seçmişəm! Gör mən bütün 

həyatımın idealını kimdə görmüşəm?! 

SER ROBERT ÇİLTERN. Bax elə bu, sənin səhvindir! Öz səhvindir! Bütün 

qadınlar aldanırlar! Axı siz qadınlar nə üçün bizi olduğumuz kimi sevmirsiniz? 



Nə üçün siz bizi səhvlərimizlə, nöqsanlarımızla birgə qəbul etmirsiniz? Nə üçün 

siz bizi dağ başına qoyursunuz? Bizim hamımızın ayaqları palçıqdandır; 

qadınların da, kişilərin də ayaqları palçıqlıdır! Kişilər qadınları onların zəif 

yerlərini bilib də sevirlər; kişi qadının bütün qüsurlarını, bütün qəribəliklərini və 

qeyri-mükəmməlliyini bildikdən sonra da sevir! Bəlkə, elə bu cəhətlərə görə kişi 

qadını daha çox sevir! Və bu da düzgündür! Ona görə ki, güclü olanın yox, zəif 

olanın sevgiyə ehtiyacı var! Bax elə buna görə də biz yaralananda, yaxud bizi 

kimsə yaralayanda sevgi köməyimizə çatmalıdır, sevgi bizim yaralarımızı 

sağaltmalıdır! Əks təqdirdə sevgi nəyə lazımdır ki? Həqiqi sevgi sevginin özünə 

qarşı edilən xəyanət və cinayətlərdən başqa bütün günahları və cinayətləri 

bağışlamalıdır!  Həqiqi sevgi sevgisiz həyatdan başqa bütün yaşantıları əziz 

tutmalıdır! Kişinin sevgisi bax belədir! Onun sevgisi geniş, böyükdür, qadının 

sevgisindən daha humanistdir! Siz düşünürsünüz ki, biz kişiləri ideal edirsiniz! 

Yox! Siz yanlış bütlər düzəldirsiniz özünüzə! Sən də məni yanlış və yalançı büt 

eləmisən özünə! Məni qoymusan dağın başına! Mənim isə cəsarətim çatmayıb ki, 

aşağı düşəm, sənə öz yaralarımı göstərəm, zəif yerlərimi boynuma alıb sənə 

söyləyəm! Mən sənin sevgini itirməkdən qorxurdum; indi bax, elə onu itirdim! 

Axırı nə oldu? Dünən gecə sən mənim həyatımı məhv etdin! Bəli, bəli, məhv 

etdin! O qadının tələbi mənə etdiyi təklifin yanında heç nə idi! O qadın təhlükəsiz 

həyat, dinclik, stabillik təklif edirdi! Mən düşünürdüm ki, gəncliyimdə etdiyim bir 

xəta artıq dəfn olunub! Lakin o xəta qəflətən mənim qarşıma çıxdı; dəhşətli

məhvedici və ləyaqətsiz bir xəta! O, mənim boğazımdan yapışdı! Mən onu öldürə 

bilərdim, onu yenidən qəbrə salıb basdıra bilərdim, onun izlərini yox edib 

birdəfəlik itirə bilərdim! Sən mənə mane oldun. Bunu sən bilirsən! Səndən başqa 

heç kim bilmir, sən bilirsən! İndi isə… mənim gələcəyim yoxdur! Qabaqda məni 

yalnız ictimai rüsvayçılıq gözləyir! Mənim bütün ümidlərim öldü! Məni biabırçı 

utanc, xalqın istehzalı qınaqları gözləyir! İndi məni haradasa, uzaq bir yerdə tənha 

həyat, vicdan əzabı və bəlkə də, bu cəmiyyətin həqarətləri içində yalqız bir ölüm 

gözləyir! Yox! Qoy qadınlar bir daha ərlərindən ideal düzəltməsinlər! Qoy 

qadınlar kişilərdən səcdəgah düzəltməsin, sonra da onlara sitayiş etməsinlər! 

Yoxsa qadınlar daha çox insan həyatını məhv edərlər! Sənin kimi, mənim böyük 

məhəbbətlə sevdiyim qadın kimi! Sən də mənim həyatımı məhv etdin! (Gedir.) 

 

Ledi Çiltern ona tərəf qaçır. Lakin qapı çırpılır, qadın qapının ağzında qalır. Rəngi 



solmuşdur, özünü itirir, köməksiz hiss edir özünü. Elə bil, suda bir ağac çöpüdür, 

yellənir. Onun açılmış qolları gül ləçəkləri kimi havada oynayır. O, uşaq kimi 

zarıyır.  

      


Pərdə. 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə