İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

LORD QORİNQ. Bilirəm, ata! Amma mən həmişə yaxama gözəl sancaq taxanda 

deyirəm ki, otuz iki yaşım var, ya da otuz bir yarım! Bu yaxamdakı isə çox pis 

sancaqdır, dəhşətdir lap! 

LORD KAVERŞAM. Mənsə sənə deyirəm ki, otuz dörd yaşın var! Bundan 

başqa, bu otaq çox yelçəkəndir! Bu da sənin davranış və hərəkətlərinə pis təsir 

edir! Niyə mənə dedin ki, yelçəkən yoxdur burada? Mən güclü külək hiss edirəm! 

Lap çox tutur buranı! Düz məni tutur külək! 

LORD QORİNQ. Məni də tutur, ata! Nə pis tutur yelçəkən?! Sabah gələrəm, səni 

görərəm, ata! Onda nədən istəsən, danışarıq. Qoy paltonu tutum, geyin! 

LORD KAVERŞAM. Yox! Mən bura dəqiq bir niyyətlə gəlmişəm! O niyyəti 

həyata keçirməmiş buradan gedən deyiləm! Sağlamlığıma zərər gəlsə də! Ya da 

səninkinə! Paltomu qoy o tərəfə! 

LORD QORİNQ. Yaxşı, ata! Onda gəl keçək o biri otağa! (Qapının zəngi çalınır.) 

Bu otaqda yaman yelçəkən var!  (Fipps içəri girir.) Fipps, siqaret çəkilən otaqda 

sobanı yandırmısınız? 

FİPS. Bəli, milord. 

LORD QORİNQ. Gəl keçək oraya, ata. Siz elə asqırırsınız ki, adamın ürəyi 

paralanır. 

LORD KAVERŞAM. Yaxşı, yaxşı! Mənim asqırmağa ixtiyarım yoxdur bəyəm? 

LORD QORİNQ (üzrxahlıqla). Əlbəttə, var! Ata, mən yalnız sənə ürəyim yandığı 

üçün dedim belə! 

LORD KAVERŞAM. Əh! Nəyimə lazımdır? Bu rəhmdillik və mərhəmət bu 

bəlalı dünyada, onsuz da, həddən artıq çoxdur! 

LORD QORİNQ. Səninlə razıyam, ata! Əgər insanlar bir-birinə az mərhəmət 

göstərsəydilər, dünyada bədbəxtliklər, iztirablar da az olardı! 

LORD KAVERŞAM (siqaret çəkilən otağa gedir). Bu paradoksdur! Mən 

paradokslara nifrət edirəm!  

LORD QORİNQ. Elə mən də! Bizim dövrdə kimi görürsən, paradoksdur başdan-

ayağa! Adamın canı sıxılır. Sən cəmiyyətdə hər kəsi apaydın görə bilirsən. 

LORD KAVERŞAM (dönür, qalın kirpikləri arasından oğluna baxır). Sən 

həmişəmi anladığın şeyləri danışırsan? 

LORD QORİNQ (bir qədər tərəddüdlə). Bəli, ata! Diqqətlə qulaq asanda nə 

danışdığımı da bilirəm. 

LORD KAVERŞAM (əsəbiləşərək). Diqqətlə qulaq asanda... hə? Həyasız küçüyə 

bax bir! (Siqaret çəkilən otağa girir. Fipps daxil olur). 

LORD QORİNQ. Fipps, indilərdə mənim yanıma bir xanım gələcək! İşlə 

əlaqədar! Gələndə onu qonaq otağına apar! Başa düşdün? 

FİPS. Bəli, milord. 

LORD QORİNQ. O qadının mənimlə vacib işi var! 

FİPS. Başa düşürəm, milord! 




LORD QORİNQ. Daha heç kəsi qəbul etməyin! Heç bir şəkildə! 

FİPS. Başa düşdüm, milord! (Zəng çalınır.) 

LORD QORİNQ. Ah! Bu, odur, yəqin! O qadındır! Onu özüm qarşılayacağam! 

(Qapıya sarı gedəndə lord Kaverşam o biri otaqdan başını çıxarır.) 

LORD KAVERŞAM. Mən səni çoxmu gözləyəcəyəm? 

LORD QORİNQ (karıxır). Bu saat, ata, gəlirəm. Üzr istəyirəm! (Lord Kaverşam 

görünmür, üzünü Fippsə tutur.) Deməli, Fipps, danışdıq, düz qonaq otağına aparın 

onu! 


FİPS. Baş üstə, milord! 

 

Lord Qorinq siqaret çəkilən otağa girir. Nökər Harold missis ÇİVLİi içəri 



müşayiət edir. Missis ÇİVLİ ilan kimi yaşılımtıl-gümüşü libasdadır. Çiyinlərində 

ölgün qızılgül rəngdə zolaqları olan qara atlaz parçadan manto var. 

 

HAROLD. Madam, sizi necə təqdim edim? 



MİSSİS ÇİVLİ (ona yaxınlaşan Fippsə). Lord Qorinq buradadır? Mənə dedilər 

axı o evdədir? 

FİPS. Madam, indi lord Qorinq lord Kaverşamla məşğuldur. (Soyuq tərzdə 

Harolda göz ağardır, o da dərhal gözdən itir.) 

MİSSİS ÇİVLİ (öz-özünə). Nə yaxşı oğuldur! 

FİPS. Madam, milord tapşırdı ki, sizi qonaq otağına aparım. Xahiş elədi ki, bir az 

gözləyəsiniz. O, bu saat sizin yanınıza gələcək.  

MİSSİS ÇİVLİ (təəccüblə). Lord Qorinq məni gözləyir ki? 

FİPS. Bəli, madam. 

MİSSİS ÇİVLİ. Siz buna əminsiniz? 

FİPS. Milord mənə tapşırıb ki, siz gələn kimi sizi qonaq otağına aparım. (Qonaq 

otağının qapılarını açır.) Milordun tapşırığını dəqiqliklə yerinə yetirirəm! 

MİSSİS ÇİVLİ (öz-özünə). Necə həssas bir diqqət! Gözlənilməz qonağı 

gözləmək əsl müasir təfəkkürün məhsuludur! (Qonaq otağına daxil olur və otağa 

baxır.) Offf! Bu subayların qonaq otaqları necə səliqəsiz və narahat olurmuş! 

Bunları dəyişdirməli olacağam! (Fipps lampa gətirir.) Yox, yox, lampa lazım 

deyil! Onun işığı çox parlaqdır. Yaxşı olar ki, bir neçə şam yandırasınız! 

FİPS (lampanı geriyə, yazı masasının üstünə qoyur). Baş üstə, madam! 

MİSSİS ÇİVLİ. Güman edirəm ki, şamların yaraşıqlı abajurları var, hə? 

FİPS. Hələ ki onlardan heç kəs şikayət etməyib, madam! (Qonaq otağına keçib 

şamları yandırmağa başlayır.) 

MİSSİS ÇİVLİ (öz-özünə). Maraqlıdır, görəsən, o, hansı xanımı gözləyir? Onu iş 

başında yaxalamaq nə olardı! Kişilər yaxalandıqları zaman həmişə axmaq 

görünürlər! Kişilər hər zaman yaxalanırlar! (Otağa göz gəzdirə-gəzdirə yazı 

masasına yaxınlaşır.) Maraqlı otaqdır! Nə maraqlı şəkildir! Aha, baxaq görək bu 



məktublar kimdən gəlib? (Məktubları və vizitkaları eşələyir.) Nə maraqsız 

şeylərdir! Hesablar, qaimələr! Bəs bu çəhrayı kağız nədir belə? Çəhrayı kağızda 

da məktub yazarlar? Lap gülməlidir! Bu lap orta təbəqənin sevgi romanının 

başlanğıcına bənzəyir! Roman hisslərin büruzə verilməsi ilə başlamamalıdır! 

Sevgi romanı ayıq başla başlamalı, bəxşişlə nəticələnməlidir. (Məktubu qoyur 

yerinə və yenə götürür.) Mən, deyəsən, bu xətti tanıyıram... Aaaa, Gertrudanın 

xəttidir. Hə, Gertruda Çilternin, yadıma düşür. Üslub da onunkudur – hər sətirdə 

on əmr! Və bütün səhifə əxlaq moizəsi ilə dolu olur! Görəsən, Gertruda bu dəfə 

nə yazır? Bəlkə, mənim barəmdə yazıb? Pis sözlər də yaza bilər! Ah, mən o 

qadına necə nifrət edirəm! (Başlayır məktubu oxumağa.) “Sizə inanıram. Sizi 

görmək istəyirəm. Sizin yanınıza gəlirəm. Gertruda”. “Sizə inanıram. Sizi görmək 

istəyirəm. Sizin yanınıza gəlirəm. Gertruda”. 

 

Üzü içıq saçır, sanki, qələbə sevincini yaşayır, elə istəyir ki, məktubu oğurlasın, 



Fipps içəri girir. 

 

FİPS. Madam, qonaq otağındakı şamları yandırdım. 



MİSSİS ÇİVLİ. Təşəkkür edirəm. (Tələsik qalxır, məktubu isə stolun üstündəki 

iri kağız qovluğunun altında gizlədir.) 

FİPS. Madam, güman edirəm ki, abajurlar xoşunuza gələcək. Bunlar bizdə olan 

ən yaxşı abajurlardır. Bizim milordumuz nahar ərəfəsində həmişə bu işıqlar 

altında əynini dəyişir. 

MİSSİS ÇİVLİ (gülümsəyir). Onda, əlbəttə ki, mükəmməl olar. 

FİPS (ciddi). Təşəkkür edirəm, madam. 

 

Missis ÇİVLİ qonaq otağına gedir. Fipps qapını örtür və çıxıb gedir. Daha sonra 



qapı yenə yavaş-yavaş açılır, missis ÇİVLİ yenə yazı masasına yaxınlaşır. Birdən 

siqaret çəkilən otaqdan səs gəlir. Missis ÇİVLİin rəngi ağarır. Dayanıb qulaq asır. 

Səs-küy daha da artır. Qadın dərhal qonaq otağına qaçır, dodağını çeynəyir. 

     Lord Qorinqlə Lord Kaverşam daxil olurlar. 

 

LORD QORİNQ (etiraz edə-edə). Ata, ay ata, əgər mənim evlənməyimi 



istəyirsənsə, onda icazə ver, heç olmasa, vaxtı, yeri və arvadı özüm seçim də! 

Xüsusilə arvadı! 

LORD KAVERŞAM (quru). Elə şey yoxdur! Bunlar mənə aiddir! Tanımıram 

səni? Sənin seçdiyin adam kim olacaq ki? Bunu mən edəcəyəm! Burada 

mülkiyyət maraqları var.  Hisslər rol oynamır. Sevgidir, hissdir, bunlar sonradan, 

evlilik dövründə gəlir adama. 

LORD QORİNQ. Elədir, ata! O hisslər ərlə arvad bir-birinə nifrət etdikləri zaman 

gəlir adama... (Lord Kaverşamın paltosunu tutur.) 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə