İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

ÜÇÜNCÜ PƏRDƏ 

 

Lord Qorinqin evi. Kitabxana. Sağ tərəfdəki qapı zala çıxır. Soldakı qapı papiros 



çəkmək üçün otağa açılır. Arxadakı qapı qonaq otağına açılır. Divar sobası yanır. 

Eşikağası Fipps səliqə ilə qəzetləri yazı masasının üstünə yığır. Fipps həvəssiz və 

soyuqqanlı görünür. Bəziləri onu ideal xidmətçi adlandırırlar. Sfinks ondan daha 

ünsiyyətcildir. Fipps maneralı bir maskadır. Onun ağlı və emosional həyatı barədə 

heç bir məlumat yoxdur. O, elə bil, sadəcə, formadır. 

Lord Qorinq daxil olur. Frakdadır. Yaxasında sancaq var. İpək şlyapa geyib. Ağ 

əlcəklər geyinib. Çiyninə plaş atıb. XVI Lüdovik sayağı əlağacı gəzdirir. Müasir 

dəbin ən xırda atributu belə yaddan çıxmayıb. Görünür, lord dəblə sıx bağlı 

adamdır, dəbi özü yaradır, sonra isə onun başında durur. Bəşəriyyətin fikir 

tarixində o, yeganə filosofdur ki, yaxşı və zövqlə geyinməyi bacarır. 

 

LORD QORİNQ. Fipps, mənim ikinci qönçəli sancağımı gətirdiniz? 



FİPS. Bəli, milord. (Lordun şlyapasını və əlağacını alır, yeni sancağı sinidə ona 

uzadır.) 

LORD QORİNQ. Necə qəşəngdir! Fipps, Londonda bu sancağı taxan yeganə 

diqqətəlayiq adam mənəm, deyəsən! 

FİPS. Bəli, milord. Bunu müşahidə eləmişəm. 

LORD QORİNQ (köhnə sancağı çıxarır). Fipps, görürsən, sən özün nə 

geyinirsənsə, o da dəb deməkdir. Başqalarının geyindiyi isə dəb deyil. 

FİPS. Bəli, milord. 

LORD QORİNQ. Ədəbsizlik də belədir: o, sadəcə, başqalarının etdiyi 

hərəkətlərdir. 

FİPS. Bəli, milord. 

LORD QORİNQ (yeni sancağını taxır). Yalan isə başqa adamların həqiqətidir. 

FİPS. Bəli, milord. 

LORD QORİNQ. Başqaları dəhşətli məxluqdur. Ən yaxşı cəmiyyət elə insanın 

özüdür. 

FİPS. Bəli, milord. 

LORD QORİNQ. Fipps, özünü sevmək bütün həyatın boyu davam edəcək bir 

romanın başlanğıcıdır. 

FİPS. Bəli, milord. 

LORD QORİNQ (güzgüdə özünə baxır). Fipps, hər halda, bu sancaq mənim 

xoşuma gəlmir. Elə bil, məni bir qədər yaşlı göstərir. Bu sancaqda, elə bil, yaşının 

ahıl çağında olan kişilərə oxşayıram, hə, Fipps? 

FİPS. Sizin xarici görünüşünüzdə heç bir dəyişiklik görmürəm, milord! 

LORD QORİNQ. Görmürsünüz? 

FİPS. Xeyr, milord. 



LORD QORİNQ. Tam əmin deyiləm. Fipps, siz mənə daha münasib, bir qədər 

yüngül  sancaq hazırlatdırın. Xüsusən cümə axşamları. 

FİPS. Milord, mən gül mağazasının sahibəsi ilə danışaram. Bu yaxında onun 

qohumlarından kimsə vəfat edib. Görünür, sancağın belə alınması da bu 

səbəbdəndir. 

LORD QORİNQ.  Bizim ingilis cəmiyyətinin aşağı təbəqəsi üçün qeyri-adi 

xüsusiyyətdir! Onların qohumlarından daim kimsə ölür! 

FİPS. Bəli, milord. Bu barədə onların bəxti gətirir! 

LORD QORİNQ (geriyə dönüb ona baxır. Fipps soyuqqanlı halını saxlayır). 

Hm... Fipps, məktub varmı? 

FİPS. Bəli, milord. Üç dənə gəlib. (Sinidə məktubları verir.) 

LORD QORİNQ (məktubları götürür). Fipps, iyirmi dəqiqədən sonra mənə karet 

lazım olacaq! 

FİPS. Baş üstə, milord! (Qapıya sarı gedir.) 

LORD QORİNQ (çəhrayı rəngdəki məktubu ona göstərir). Ooo! Bu məktub nə 

vaxt gəlib? 

FİPS. Siz kluba gedəndən dərhal sonra onu bir nəfər əllə gətirib verdi. 

LORD QORİNQ. Yaxşı, gedə bilərsiniz! (Fipps çıxır.) Ledi Çilternin xətti və 

onun qeydlər üçün işlətdiyi kağız! Qəribədir! Gözləyirdim ki, Robert yazsın! Ledi 

Çiltern, görəsən, nə yaza bilər mənə? (Yazı masası arxasında oturub zərfi açır, 

oxuyur.) “Mən sizi görmək istəyirəm. Sizə inanıram. Sizə gəlirəm. Gertruda”. 

(Məktubu bükür, təəccüblə qaşlarını qaldırır. Yenə məktubu başlayır oxumağa.) 

“Sizi görmək istəyirəm. Sizə inanıram. Sizə gəlirəm”. Belə, deməli, o, hər şeyi 

öyrənib. Yazıq qadın! Zavallı qadın! (Saatını çıxarıb baxır.) Çox gecdir axı! Saat 

ondur, bu vaxt adamın evinə gələrlər? Gərək Berkşirə getməyimi təxirə salım! 

Hər halda, gözləndiyin yerə getməmək həmişə xoş təsir bağışlayır. Subaylar 

klubunda məni gözləmirlər, bax oraya gedərəm. Hə... çalışaram, ledi Çilterni dilə 

tutum, qoy ərinin yanında olsun, onu tərk eləməsin. Hər bir ərli qadın belə 

etməlidir. Bədbəxtlik bundadır ki, qadınlarda mənəvi hisslər güclü olur. Elə buna 

görə də evlilik möhkəm olmur, ailələr dağılmağa məhkum olur. Saat on! Yəqin, 

indi gələr. İndi burada olar! Fippsə demək lazımdır ki, başqaları üçün mən evdə 

yoxam! (Zəngi basmağa gedir.) 

 

Fipps daxil olur. 



 

FİPS. Lord Kaverşam! 

LORD QORİNQ. Eh! Bu valideynlər həmişə namünasib vaxtda peyda olurlar! Bu 

da təbiətin bir səhvidir! (Lord Kaverşam daxil olur.) Əziz ata, səni görməyimə 

çox şadam! (Qabağına gedir.) 

LORD KAVERŞAM. Kömək elə, paltomu çıxarım! 




LORD QORİNQ. Ata, bəlkə, heç çıxarmayasan? 

LORD KAVERŞAM. Yox, qoy çıxarım. Burada nə yaxşı rahat kreslon var? 

LORD QORİNQ. Hə, bu kresloda özüm otururam. Qonağım olanda. 

LORD KAVERŞAM. Sağ ol! Burada külək-zad vurmur adamı? 

LORD QORİNQ. Yox, ata, yelçəkən yoxdur... 

LORD KAVERŞAM (oturur). Hə, çox yaxşı. Yelçəkən olanda dözə bilmirəm. 

Bizim evdə heç vaxt yelçəkən olmur. 

LORD QORİNQ. Amma hərdən meh əsir! 

LORD KAVERŞAM. Nə? Meh? Başa düşmədim, nə demək istəyirsən? Mən 

səninlə ciddi söhbət eləməyə gəlmişəm, ser! 

LORD QORİNQ. Bu gecə vaxtı? Saata bax bir, ata! 

LORD KAVERŞAM. Saat ondur! Nəyi pisdir ki? Məncə, lap yaxşı vaxtdır! 

LORD QORİNQ. Ata, bağışla, bu gün ciddi söhbətlər etməyə halım yoxdur! 

Bağışla məni, bu gün vaxtı deyil! 

LORD KAVERŞAM. Bu nə deməkdir, ser? 

LORD QORİNQ. Mövsüm vaxtı mən ciddi söhbətləri yalnız hər ayın çərşənbə 

günü saat dörddən yeddiyə kimi aparıram. 

LORD KAVERŞAM. Təsəvvür elə ki, çərşənbədir! Hə, elə bil, çərşənbədir! 

LORD QORİNQ. Axı indi yeddidən keçib, ata, mənim həkimim mənə icazə 

vermir, deyir ki, yeddidən sonra ciddi söhbətlər eləmə! Belə olanda yuxuda 

danışıram, sayıqlayıram öz-özümə! 

LORD KAVERŞAM. Yuxuda danışırsan? Nə olsun ki? Sən axı evli deyilsən? 

LORD QORİNQ. Elədir, ata, evli deyiləm. 

LORD KAVERŞAM. Hm... Bax elə bundan ötrü gəlmişəm ki, səninlə söhbət 

edəm. Sən təcili evlənməlisən! Sizin yaşınızda mən üç ay deyildi ki, subay 

qalmışdım, başladım sənin gözəl anana pərəstiş etməyə, onun qulluğunda 

durmağa. Evlənmək sənin borcundur, sən ömrün boyu keflə yaşamayacaqsan ki! 

Bu gün hər bir ədəbli adam evlənməlidir! Həmişə kef çəkmək olar? Subay qalmaq 

indi daha dəbdə deyil. Subaylar etibardan düşmüş adamlardır. Onlar haqqında çox 

şey danışırlar. Sənin arvadın olmalıdır, ser! Dostun Robert Çilternə bax, gör 

nələrə sahib olub! Namusla, zəhmətlə, şərəfli əməklə və ağıllı arvadla hər şeyə 

nail olub! Sən niyə onun yoluyla getməyəsən, hə? Niyə ondan nümunə 

götürməyəsən? 

LORD QORİNQ. Düşünürəm ki, mən də belə edəcəyəm, ata! 

LORD KAVERŞAM. Əlbəttə, mən bunu çox istərdim. O zaman mən də rahat 

hiss edərəm özümü. İndi mən səndən ötrü yazıq ananın gününü göy əsgiyə 

döndərmişəm. Sənin heç qəlbin yoxdur? Bizə yazığın gəlmir? 

LORD QORİNQ. Nə danışırsan, ata! Elə demə! 

LORD KAVERŞAM. Gərək çoxdan evlənəydin! Bir bax, otuz dörd yaşın var e! 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə