İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

dırmaşmaq lazımdırsa, o dırmaşacaq. Yaxud palçıqdan, çirkabdan keçmək lazım 

gəldisə... 

LEDİ ÇİLTERN. Yəni? 

LORD QORİNQ. Yəni o, çirkabdan keçmək lazım gəldikdə mütləq oradan 

keçəcək... Mən əlbəttə, ümumiyyətlə deyirəm bunu. 

LEDİ ÇİLTERN (vurğuyla). Əminəm ki, elədir ki var. Siz mənə niyə belə qəribə 

tərzdə baxırsınız, lord Qorinq? 

LORD QORİNQ. Ledi Çiltern, bəzən mən düşünürəm ki... siz... sizin 

mühakimələriniz çox sərtdir... hər halda, həyat barədə siz bir balaca sərt 

düşünürsünüz... Məncə, siz daha çox səbirsizsiniz... Dərinə getsək, elə hər kəsin 

bir zəif damarı olur, bəlkə, zəiflikdən də pis cəhəti olur. Elə götürək hər hansı bir 

görkəmli siyasi xadimi, mənim atamı, məsələn, yaxud lord Mertonu, ya da elə 

Roberti, nə vaxtsa, lap çoxdan kiməsə bir axmaq, deyək ki, elə ehtiyatsız bir 

məktub yazıb... 

LEDİ ÇİLTERN. Ehtiyatsız? Nə demək istəyirsiniz? 

LORD QORİNQ. Elə bir məktub ki, onun özünü gözdən salır, ləkələyir... Mən, 

əlbəttə, təsəvvür edirəm... 

LEDİ ÇİLTERN. Robert belə ehtiyatsız hərəkətlər edə bilməz. O, sarsaq 

hərəkətlərə heç yol verməz. 

LORD QORİNQ (pauzadan sonra). Hər kəs ehtiyatsız hərəkət edə bilər. Heç kim 

səhv və ya sarsaq hərəkətlər etməkdən sığortalanmayıb. 

LEDİ ÇİLTERN. Siz pessimistsiniz? Sizin o biri modabazlar buna nə deyəcək, 

hə? Yəqin, onlar da yas içində olarlar... 

LORD QORİNQ (qalxır). Yox, ledi Çiltern, mən pessimist deyiləm. Əslində, mən 

heç əmin də deyiləm ki, pessimizmin nə demək olduğunu bilirəm, ya yox! Mənim 

bildiyim şey budur ki, həyatı anlamaq üçün gərək bir qədər ona mərhəmət, 

lütfkarlıq göstərəsən, insanı başa düşmək üçün mütləq gərək ona mehriban və 

xeyirxah olasan. İnsanlar arasında yaşayırsansa, onlara qarşı gərək mehriban 

olasan, xeyirxahlıq göstərəsən. Bu sevgidir, alman fəlsəfəsi deyil, dünyanın, 

həyatın izahı sevgidir, məhəbbətdir. Bu sevgi bizim dünyamızın, bu aləmin 

əsasıdır. Mən bilmirəm göylərdə, o biri dünyada necədir, bizim gerçək 

dünyamızdan danışıram. Ledi Çiltern, sizə bir şey demək istəyirəm... əgər, Allah 

eləməmiş, sizə bir bədbəxtlik üz versə, ya da bir işə düşsəniz, çətin vəziyyətdə 

olsanız, yadda saxlayın ki, hər zaman sizə kömək etməyə hazıram. İnanın mənə, 

əlimdən gələni edərəm sizin üçün. Sadəcə, mənə iki kəlmə yazın ki, “sizi görmək 

istəyirəm”. Dərhal gələrəm. Ya da dərhal birbaşa mənim yanıma gəlin.  

LEDİ ÇİLTERN (təəccüblə ona baxır). Lord Qorinq, siz tamam ciddi şeylər 

deyirsiniz. Sizi heç vaxt belə ciddi görməmişdim! 

LORD QORİNQ (gülür). Bağışlayın, ledi Çiltern, daha ciddi olmaram! 

LEDİ ÇİLTERN. Amma ciddi olanda siz mənim xoşuma gəlirsiniz. 




 

 Meybl Çiltern daxil olur. Əynində gözəl don var. 

 

MEYBL ÇİLTERN. Əzizim Gertruda, lord Qorinqə belə dəhşətli şeylər 



söyləməyin! Ciddilik ona yaraşmaz. Xoş gördük, lord Qorinq və xahiş edirəm, 

bacardıqca qeyri-ciddi olun! 

LORD QORİNQ. Məmnuniyyətlə, miss Meybl, olardım... amma bu gün nəsə 

alınmır. Hə, təəssüf ki, mən indi gedirəm... 

MEYBL ÇİLTERN. Elə mənim gəlməyimi gözləyirdiniz! Nə pis maneranız var 

e!  Yüz faiz bilirəm ki, sizi çox pis tərbiyə ediblər! 

LORD QORİNQ. Elədir, çox pis! 

MEYBL ÇİLTERN. Kaş sizi mən tərbiyə edəydim! 

LORD QORİNQ. Heyif! 

MEYBL ÇİLTERN. İndi də çox gecdir, elə deyil? 

LORD QORİNQ (gülür). Çox da əmin deyiləm buna... 

MEYBL ÇİLTERN. Səhər at sürməyə gedəcəksiniz? 

LORD QORİNQ. Hə, saat onda. 

MEYBL ÇİLTERN. Unutmayın ha! 

LORD QORİNQ. Heç elə şey olar! Yeri gəlmişkən, ledi Çiltern, bugünkü 

“Morninq Post”da sizin dünənki qonaqlarınızın siyahısı yoxdur. Görünür, siyahını 

verə bilməyiblər, onun yerini şəhər sovetinin iclasının hesabatı, ya kilsə konfransı 

barədə material, ya da bunlara oxşar zibil məlumatlar tutub. O siyahını mənə verə 

bilərsinizmi? Bunu istəməyə xüsusi səbəbim var, ona görə lazımdır... 

LEDİ ÇİLTERN. Mister Trafford sizə bir nüsxə verər. 

LORD QORİNQ. Təşəkkür edirəm. 

MEYBL ÇİLTERN. Tommi Londonda ən lazımlı adamdır. 

LORD QORİNQ (ona sarı dönərək). Bəs Londonda ən füsunkar adam kimdir? 

MEYBL ÇİLTERN (təntənə ilə). Mən! 

LORD QORİNQ. Maşallah, çox ağıllısınız, tapdınız! (Şlyapasını və əlağacını 

götürür.) Xudahafiz, ledi Çiltern! Dediklərimi unutmayın, yaxşımı? 

LEDİ ÇİLTERN. Unutmaram. Amma bilmirəm bunları mənə nə üçün dediniz?! 

LORD QORİNQ. Elə mən özüm də yaxşı bilmirəm. Sağ olun, miss Meybl! 

MEYBL ÇİLTERN (bir qədər yalançı məyusluqla). Təəssüf ki, gedirsiniz! Mən 

sizə nəsə söyləmək istəyirdim... bax mənim başıma bu gün dörd əntiqə macəra 

gəlib, hətta dörd yarım... Qalsaydınız, sizə də söyləyərdim. 

LORD QORİNQ. Hətta dörd yarım, hə? Bəs mənim üçün saxlamadınız o 

macəralardan? Ay sizi, eqoist! 

MEYBL ÇİLTERN. Mən heç istəmirəm sizin başınıza macəra gəlsin! Onlar sizə 

zərər gətirər! 



LORD QORİNQ. Bax bu, yeganə amansız bir söz idi ki, siz mənə heç vaxt 

deməmişdiniz. Amma bu sözü elə sevimli dediniz ki! Hə... sabah onda! Oldu? 

MEYBL ÇİLTERN.  Düz saat onda! 

LORD QORİNQ. Dübbədüz! Amma mister Traffordu gətirməyin ha!  

MEYBL ÇİLTERN. Oh, yox, mən Tommini götürməyəcəyəm! Tommi etibardan 

və gözümdən düşüb. 

LORD QORİNQ. Bunu sizdən eşitməyimə şadam. (Təzim edir və çıxır.) 

MEYBL ÇİLTERN. Gertruda, Tommi Traffordla siz özünüz danışardınız da! 

LEDİ ÇİLTERN. Yazıq Tommi yenə nə edib sizə? Robert deyir ki, Tommi ən 

yaxşı köməkçidir. 

MEYBL ÇİLTERN. Tommi yenə mənə evlənmək təklif etdi. Hər dəfə də elə 

bunu edir. Dünən konsertdə də mənə evlənmək təklif etdi; o anda mən tamam 

müdafiəsiz idim, çünki hansısa mürəkkəb bir trio ifa olunurdu; heç ağzımı da aça 

bilmədim. Musiqiçilər axı ağılsız xalqdır, adamı lal görmək istəyirlər. Özü də bu, 

o vaxt olur ki, sən kar olub heç musiqiyə qulaq asmaq belə istəmirsən. Bu gün 

səhər isə o, yenə mənə evlənməyi təklif etdi, özü də küçədə, o Axillesin qorxunc 

heykəlinin qarşısında; gör e,  o dəhşətli sənət əsərinin qarşısında həmişə nəsə 

qorxulu hadisələr baş verir. Bilmirəm bu polis hara baxır! Lanç zamanı Tomminin 

gözlərinin parıltısından bildim ki, o, yenə mənə evlənmək təklifi edəcək, lakin 

mən vaxtında onu saxladım və dedim ki, mən bimetallistəm. Doğrusu, heç özüm 

də bilmirəm bu nədir. Məncə, heç kəs bilmir mənasını. Lakin bu söz Tommini 

düz on dəqiqə susdurdu. Onun üzü tamam dəyişmişdi. O, mənə təklifini ucadan 

söyləsəydi, dərd yarıydı, heç olmasa, camaatda bir maraq yaradardı bu. Yoxsa 

qulağıma pıçıldayır, heç kəs də eşitmir... Tommi hissiyyata qapılanda, elə bil, 

həkimdir, xəstəsiylə danışır.  Mən Tommini çox sevirəm, amma onun evlənmək 

təklifi metodu tamam köhnəlib. Gertruda, xahiş edirəm, siz ona deyin ki, heç 

olmasa, həftədə bir dəfə təklifini eləsin, özü də ucadan söyləsin bunu.  

LEDİ ÇİLTERN. Əziz Meybl, belə danışmayın. Axı Robert mister Trafford 

barədə çox yüksək fikirdədir. O inanır ki, Tomminin parlaq gələcəyi var.  

MEYBL ÇİLTERN. Ah! Dünya dağıla, mən parlaq gələcəyi olan adama ərə 

getmərəm! 

LEDİ ÇİLTERN. Meybl! 

MEYBL ÇİLTERN. Bilirəm, əzizim. Siz parlaq gələcəyi olan adamla 

evlənmisiniz, eləmi? Lakin Robert axı dahidir, siz isə nəcib, fədakar qadınsınız. 

Siz dahilərə dözə bilirsiniz. Mənim isə heç dözümüm yoxdur, Robert yeganə 

dahidir ki, mən ona dözürəm. Bir qayda olaraq dahilər dözülməz olurlar. Onlar 

çox danışırlar, elə deyilmi? Pis vərdişdir! Həm də onlar yalnız özləri barədə 

düşünürlər, amma mən istəyirəm ki, mənim barəmdə düşünsünlər. Ah! Mənim 

məşqimin vaxtıdır! Ledi Bezildongilə getməliyəm! Biz axı canlı şəkillər 

düzəldəcəyik, yadınızdan çıxıb? Nə bilim nəyinsə təntənəsi... Məncə, bu elə 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə