İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

LORD QORİNQ (əlağacını başmağına toxundura-toxundura). Onların adi nəticəsi 

də olur ictimai qalmaqal!  

SER ROBERT ÇİLTERN (yenə otaqda var-gəl edir). Artur, mənim on səkkiz il 

bundan qabaq etdiyim hərəkətlər, deyirsiniz, indi mənim başımı ağrıda bilər, hə? 

Sizcə, bu, ədalətli olar? Necə ola bilər ki, lap südəmər uşaq vaxtı buraxdığım bir 

səhv indi mənim karyerama son qoysun? O zaman mənim iyirmi iki yaşım vardı; 

mən yaxşı ailədən çıxmışdım və kasıb idim; bunlar cəmiyyətdə bu gün iki 

bağışlanmaz günah hesab edilir. Necə ola bilər ki, gəncliyində buraxdığın səhvə, 

ya da elə günaha görə sənin həyatını alt-üst eləsinlər? Bütün ömrün boyu 

qazandığın hər şeyi məhv eləsinlər, hə? Necə ola bilər? Bu, sizcə, ədalətlidir? 

Adam nə qədər zillət çəkir, əzab-əziyyətə qatlaşır, bütün ömrü boyu əlləşir-

vuruşur, qurur, yaradır, qazanır, sonra da deyirlər, nə bilim, bir səhv buraxmısan 

haçansa, hər şeyini dağıdırıq, məhv edirik! Sizcə, Artur, bu, nə dərəcədə 

düzgündür?  

LORD QORİNQ. Həyat heç zaman ədalətli olmur, Robert. Bəlkə, elə buna görə 

də o, bizim əksəriyyətimiz üçün daha yaxşıdır. 

SER ROBERT ÇİLTERN. İddiaları olan hər kəs öz zəmanəsi ilə elə zəmanənin 

öz silahı vasitəsilə vuruşmalı olur. Bizim zəmanənin silahı puldur! Bizim 

zəmanənin Allahı var-dövlətdir! Müvəffəqiyyət qazanmaq istəyirsənsə, pulun 

olmalıdır! Vəzifə, mövqe, hər nə istəyirsənsə, pulun olmalıdır, vəssalam! 

LORD QORİNQ. Robert, siz özünüzü çox ucuz qiymətləndirirsiniz! İnanın mənə, 

siz elə var-dövlətsiz də müvəffəqiyyət qazana bilərdiniz! 

SER ROBERT ÇİLTERN. Hə, ola bilsin, qocalanda… O zaman mənim 

hakimiyyətə gəlmək ehtirasım da sönə bilərdi, heç ondan ləzzət də ala bilməzdim. 

O zaman mən lap əldən düşərdim, pis kökdə, qocalmış olardım… heç kimə lazım 

olmayan əşya olardım…Yox, mənə gənc ikən uğur lazım idi! Gənclik uğur 

qazanmaq üçün ən münasib vaxtdır! Mən gözləyə bilməzdim! 

LORD QORİNQ. Elədir, siz hələ gənc ikən uğur qazanmısınız. Bizim günlərdə 

heç kim belə uğurlu karyera qurmayıb. Qırx yaşında xarici işlər nazirinin katibi 

olasan! Çox gözəl karyeradır, vallah! 

SER ROBERT ÇİLTERN. İndi bütün bunları məndən alsalar, necə olar, hə? Mən 

bunları yaramaz və rüsvayçı bir ictimai qalmaqala görə itirsəm, necə olar, hə? 

İctimai fəaliyyətlə məşğul olmağa mənə qadağalar qoysalar, necə olar, hə? 

LORD QORİNQ. Robert, axı sən özünü pula görə necə sata bilmisən? 

SER ROBERT ÇİLTERN (həyəcanla). Mən pula satılmamışam! Mən çox baha 

qiymətə uğur almışam, vəssalam! 

LORD QORİNQ (məyus-məyus). Elədir, siz ona görə çox ödəmisiniz. Axı ilk 

dəfə bu fikri sizin başınıza kim qoydu? 

SER ROBERT ÇİLTERN. Baron Arnheym! 

LORD QORİNQ. O əclaf, hə? 




SER ROBERT ÇİLTERN. Yox, o çox incə adam idi, ağlı yaxşı işləyirdi. Baron 

mədəni, gözəl və məqsədyönlü adam idi. Tanıdığım adamlar arasında ən ağıllı 

adamlardan biri idi. 

LORD QORİNQ. Ah! Mən şərəfli axmaqlara üstünlük verirəm. Ağılsızlığın 

şərəfinə nə qədər desən söz demək olar. Şəxsən mən ağılsızların qarşısında baş 

əyirəm! Təsəvvür edin ki, bu, mənim ən doğma hisslərimdir. Lakin deyin görüm, 

necə oldu ki, o, bu işə girişdi? Mənə təfərrüatı ilə danışın. 

SER ROBERT ÇİLTERN (özünü yazı stolunun yanındakı kresloya atır). Günlərin 

bir günü lord Radleygildə nahardan sonra baron başladı uğurlardan danışmağa; 

dedi ki, müasir dövrdə uğur qazanmaq üçün çox dəqiq qaydalar var və bu tamam 

dəqiq bir elmdir.  Sonra o, yavaşca bizə bütün fəlsəfələrdən ən qorxulusu barədə – 

güc və hakimiyyət fəlsəfəsi barədə danışdı; bizə  İncilin ən yaxşı moizələrini, 

Qızıl İncil barədə moizələr oxudu. Məncə, o gördü ki, mən ona çox diqqətlə qulaq 

asıram və onun danışdıqları mənə çox təsir edib; bir neçə gündən sonra mən 

ondan məktub aldım,  məni evinə dəvət edirdi. O, Park-Leyndəki evdə yaşayırdı, 

indi orada lord Vulkomb yaşayır. Yaxşı yadımdadır məni qarşılamağı; onun əyri 

solğun dodaqlarına qəribə bir təbəssüm qonmuşdu. O, məni öz gözəl şəkil 

qalereyasına apardı, mənə qədimi divar xalçalarını, qiymətli daş-qaşlarını, fil 

sümüyündən düzəldilmiş müxtəlif məmulatları göstərdi; yaşadığı dəbdəbəli 

həyatın bütün gözəlliklərini hiss etməyi mənə anlatdı; sonra mənə dedi ki, cah-

calal, dəbdəbə yalnız fondur, yalnız pyesdəki dekorasiyadır; lakin yaşamaq 

naminə yeganə dəyərli şey hakimiyyətdir; hakimiyyətdən ötrü yaşamağa dəyər; 

başqa adamlar üzərində, dünya üzərində hakimiyyət! Ən ali həzz budur! İnsan 

üçün ləzzətli şey budur həyatda! Bu, yeganə sevincdir ki, heç vaxt heç kim 

doymur! Bu hakimiyyəti əldə etmək üçün bizim zəmanədə gərək varlı olasan! 

Hakimiyyətə aparan yeganə yol var-dövlətdir! 

LORD QORİNQ (astadan, hər sözə ciddi diqqət yetirərək). Çox xırda bir 

fəlsəfədir! 

SER ROBERT ÇİLTERN (ayağa durur). O zaman mən belə düşünmürdüm. Elə 

indi də belə düşünmürəm. Var-dövlət mənə böyük güc və hakimiyyət verdi. 

Həyatımın ilkin mərhələsində o, mənə azadlıq bəxş elədi; azadlıq isə hər şey 

deməkdir. Siz heç vaxt yoxsul olmamısınız, buna görə də sizin üçün şan-şöhrət, 

iddialı olmaq yad kimidir. Baronun mənim qarşımda hansı üfüqlər açdığını 

anlamaq sizin üçün çətin olar. Belə uğur fürsətləri çox az adama nəsib olur. 

LORD QORİNQ. O adamların bəxti gətirib… əlbəttə, əgər nəticələrə 

əsaslansaq…Deyin görüm, axı bu baron sizi, nəhayət, necə tora saldı? Necə oldu 

ki, siz onun dediklərini eləməyə razı oldunuz? 

SER ROBERT ÇİLTERN. Mənimlə xudahafizləşəndə dedi ki, əgər mən ona nə 

vaxtsa çox qiymətli məlumatlar ötürsəm, o, məni çox varlı bir adam edəcək. 

Söhbət o məlumatlardan gedirdi ki, heç kəsə bəlli deyildi, sirr idi; mən o zaman 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə