İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   2   3   4   5   6   7   8   9   10   ...   26

MİSSİS ÇİVLİ (divanda əyləşir). Bəli, mənim şərtim belədir. 

SER ROBERT ÇİLTERN (yavaşdan). Sizə nə qədər desəniz pul verərəm! 

MİSSİS ÇİVLİ. Ser Robert, hətta sizin də öz keçmişinizi almağa pulunuz çatmaz! 

Bunu heç kəs edə bilməz! 

SER ROBERT ÇİLTERN. Mən sizin xahişinizi yerinə yetirə bilmərəm. Yox, 

bunu etməyəcəyəm! 

MİSSİS ÇİVLİ. Etməlisiniz! Əgər etməsəniz... (Dərhal yerindən qalxır.) 

SER ROBERT ÇİLTERN (özünü itirmiş halda). Dayanın, bir dəqiqə! Siz mənə 

nə təklif edirsiniz bəs? Axı dediniz, siz mənim məktubumu özümə 

qaytaracaqsınız? 

MİSSİS ÇİVLİ. Əlbəttə. Söz verirəm. Mənə inana bilərsiniz. Sabah axşam 

doqquzun yarısında mən parlamentdə olacağam, görüşə gələnlər üçün ayrılmış 

balkonda. O vaxta kimi mənim istədiyim bəyanatı versəniz, sizə məktubu 

qaytaracağam. Bunun üçün kifayət qədər fürsətimiz olacaq. Özü də sizə xoş 

arzular diləməklə. Mən sizinlə təmiz oyun oynayıram... Əlində kozır varsa, gərək 

həmişə təmiz oynayasan! Bunu mənə baron Arnheym öyrədib! O, mənə daha çox 

şey... öyrədib... 

SER ROBERT ÇİLTERN. Mənə düşünməyə vaxt verin. 

MİSSİS ÇİLTERN. Yox, siz indi qərara gəlməlisiniz! 

SER ROBERT ÇİLTERN. Heç olmasa, bir həftə... üç gün vaxt verin! 

MİSSİS ÇİVLİ. Mümkün deyil! Mən bu gecə Vyanaya teleqram vurmalıyam! 

SER ROBERT ÇİLTERN. Aman Allah! Sizi mənim qarşıma kim çıxartdı belə?! 

MİSSİS ÇİVLİ. Şərait! (Qapıya sarı yeriyir.) 

SER ROBERT ÇİLTERN. Dayanın, getməyin! Razıyam! Hesabat geri 

götürüləcək! Mən elə edərəm ki, kanalla bağlı mənə sual versinlər. 

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm. Bilirdim ki, biz razılığa gələcəyik. Elə ilk 

görüşdən sizin necə adam olduğunuzu bildim. Mən sizi analiz etdim, sizin 

məndən xoşunuz gəlməsə belə, sizi öyrənirdim. Hə, indi isə mənim faytonumu 

çağırtdıra bilərsiniz. Sizin qonaqlar artıq şam yeməyindən qayıdırlar. Siz ingilislər 

isə həmişə  yeməkdən sonra romantik olursunuz. Mən də buna dözə bilmirəm. 

 

 Ser Robert Çiltern çıxır. Qonaqlar görünürlər, onların arasında ledi Çiltern də 



var. Ledi Markbi, lord Kaverşam, ledi Bezildon, missis Marçmont, vikont de 

Nanjak, mister Monford da buradadır.  

 

LEDİ MARKBİ. Aaa, əzizim missis ÇİVLİ, ümidvaram darıxmadınız! Ser Robert 



adamı elə əyləndirir ki, eləmi? 

MİSSİS ÇİVLİ. Lap çox əyləndirir! Onunla söhbətdən elə ləzzət aldım ki! 

LEDİ MARKBİ. O, özünə çox maraqlı və parlaq karyera qurub və füsunkar bir 

xanımla evlənib. Ledi Çiltern ali prinsiplərlə yaşayan qadındır; bunu söyləməyə 




şadam! Mən artıq başqalarına nümunə ola bilmirəm, bir qədər yaşlaşmışam! 

Lakin həmişə nümunəvi qadınlara heyran oluram, onlara xüsusi hörmətim var. 

Ledi Çiltern də adamlara, belə deyək də, çox nəcib təsir göstərir; amma bəzən 

onun ziyafətləri darıxdırıcı keçir. İnsan hər şeyi yaxşı edə bilməz ki, düzdür? Hə, 

indi mən getməliyəm, əzizim. Sabah sizin dalınızca gəlimmi? 

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm. 

LEDİ MARKBİ. Saat beşdə gedərik parka. Bir az gəzərik orada. İndi parkin ən 

gözəl vaxtıdır. Orada hər şey təptəzə görünür. 

MİSSİS ÇİVLİ. Adamlardan başqa! 

LEDİ MARKBİ. Elədir, insanlar bir qədər üzülüblər, elə bil. Mən müşahidə 

etmişəm ki, mövsümün sonlarında çox adamın beynində, elə bil, yumşalma gedir. 

Lakin elə yüksək ziyalılıqdansa bu yaxşıdır. Yüksək mədənilik xarici görkəmi də 

korlayır. Mədəni, oxumuş qızların burunları nəyə görəsə yekə olur, kişilər 

belələrini sevmirlər. Gecəniz xeyrə qalsın, əzizim! (ledi Çilternə) Gecəniz xeyrə, 

Gertruda! (Lord Kaverşamın qoluna girib çölə çıxır.) 

MİSSİS ÇİVLİ. Ledi Çiltern, nə möhtəşəm eviniz var! Mən çox gözəl bir gecə 

yaşadım. Sizin ərinizlə tanışlıq çox maraqlı oldu. 

LEDİ ÇİLTERN. Missis ÇİVLİ, mənim ərimlə nə üçün tanış olmaq istəyirdiniz? 

MİSSİS ÇİVLİ. Oh, sizə deyim... Mən onu Argentina kanalı layihəsi ilə 

maraqlandırmaq istəyirdim. Yəqin, eşitmisiniz bu kanal barədə. Onu da deyim ki, 

sizin əriniz tez ipə yatan adamdır, daha doğrusu, ağıllı mühakimələrlə dərhal 

razılaşan adamdır. Bu da kişilərdə çox nadir hallarda baş verir. Mən dərhal onu 

razı saldım. On dəqiqəyə məsələni həll etdim onunla, fikrini dəyişdirdim. Sabah 

parlamentin axşam iclasında o, layihənin lehinə danışacaq. Biz ikimiz də ora 

gedib onun nitqinə qulaq asmalıyıq. Bu, əsl hadisə olacaq! 

LEDİ ÇİLTERN. Siz, yəqin, səhv edirsiniz. Mənim ərim bu fırıldaqçı 

sövdəgərliyi müdafiə etməz. 

MİSSİS ÇİVLİ. Ooo, mən sizi əmin edirəm, artıq məsələ həll olunub. İndi mən 

Vyanadan buraya üzücü bir yol qət etdiyimə peşman da deyiləm. Səfərim tam 

uğurlu alındı. Amma əlbəttə, qarşıdan gələn iyirmi dörd saat müddətində hər şey 

sirr olaraq qalmalıdır. 

LEDİ ÇİLTERN (soyuqqanlı). Sirr? Nə sirr? Kiminlə kim arasındakı sirdən 

danışırsınız? 

MİSSİS ÇİVLİ (gözləri parıldayır). Sizin ərinizlə mənim aramda... 

SER ROBERT ÇİLTERN (daxil olur). Missis ÇİVLİ, sizin karetiniz artıq 

buradadır... 

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın, ledi Çiltern. Gecəniz 

xeyrə, lord Qorinq. Mən Klaric hotelində qalıram. Mənə baş çəkməyə gəlmək 

fikriniz yoxdur ki? 

LORD QORİNQ. Arzu etsəniz, gələrəm, missis ÇİVLİ! 




MİSSİS ÇİVLİ. Oh! Bu qədər rəsmi olmayın! Yoxsa mən özüm sizə baş çəkərəm. 

Görürəm, İngiltərədə belə şeylər məqbul deyil. Xaricdə daha mədəni cəmiyyət 

var. Ser Robert, məni aşağıya qədər ötürərsinizmi? İndi biz sizinlə daha yaxın 

dostuq, ümumi maraqlarımız var, eləmi? (Ser Robert Çilternin qolundan yapışır, 

zala tərəf boylanır.) 

 

Ledi Çiltern pilləkənə doğru yeriyir, onların dalınca baxır. Onlar pilləkənlə aşağı 



enirlər. Ledi Çilternin sifəti qızarır, incik və həyəcanlı görkəm alır. Sonra 

qonaqlardan kimsə ona yaxınlaşır, birlikdə sol qapıya tərəf gedirlər. 

 

MEYBL ÇİLTERN. Necə iyrənc qadındır! 



LORD QORİNQ. Miss Meybl, yaxşı olar ki, siz gedib yatasınız. 

MEYBL ÇİLTERN. Lord Qorinq! 

LORD QORİNQ. Mənim atam bir saat bundan qabaq mənə dedi ki, gedib yatım. 

İndi də mən sizə məsləhət görürəm bunu. Mən faydalı məsləhətlərlə həmişə belə 

davranıram: onları, sadəcə, başqalarına ötürürəm. Onlarla ayrı cür heç nə etmək 

də olmur. Bəzən onlardan mənə heç bir qram da fayda gəlmir. 

MEYBL ÇİLTERN. Lord Qorinq, siz həmişə məni otaqdan qovursunuz. Məncə, 

siz şir ürəyi yemisiniz. Özü də mənim heç yatmaq niyyətim də yoxdur. (Divana 

tərəf gedir.) Gəlin burada oturaq, hər şeydən danışaq; amma Kral 

Akademiyasından, missis ÇİVLİ və şotland dialektində yazılmış romanlardan 

başqa hər şeydən danışa bilərik! Çünki danışmaq istəmədiyim mövzular adamın 

ürəyincə deyil. (Divanın üstündəki balışın yanında nəsə görür.) Aaa, bu nədir 

belə? Kimsə brilyant saçyığanını itirib, deyəsən? Necə gözəldir, ilahi? Bax! Kaş 

beləsindən mənim də olaydı! Amma Gertruda mənə yalnız mirvari taxmağa icazə 

verir. Mirvarini taxmaqdan bezmişəm! Mirvari taxanda mən yaxşı, ağıllı 

görünürəm, mədəni görünürəm. Görəsən, bu brilyant saçyığan kimindir? 

LORD QORİNQ. Hə, maraqlıdır. Görəsən, onu kim salıb? 

MEYBL ÇİLTERN. Gözəl saçyığandır! 

LORD QORİNQ. Elədir, əntiqə bilərzikdir! 

MEYBL ÇİLTERN. Bu, bilərzik deyil, saçyığandır! 

LORD QORİNQ. Onu bilərzik kimi də taxmaq olar! (Brilyantı qadından alır, 

yaşıl portmanetini çıxarır, saçyığanı ehtiyatla ora qoyur, sonra pencəyinin qoltuq 

cibində gizlədir. Bütün bunları çox soyuqqanlılıqla edir.) 

MEYBL ÇİLTERN. Nə edirsiniz? 

LORD QORİNQ. Miss Meybl, istəyirəm sizdən qeyri-adi bir xahiş edim... 

MEYBL ÇİLTERN (çox həvəslə). Ooo, axır ki! Mən bunu bütün günü 

gözləyirdim! 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə