İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   2   3   4   5   6   7   8   9   ...   26

LORD QORİNQ. Necə danışa bilərdim axı? Siz o diplomat uşaq-muşaqla 

getdiniz. 

MEYBL ÇİLTERN. Siz gərək bizim dalımızca düşəydiniz; belə vəziyyətlərdə 

sırtıqlıq yalnız nəzakət sayılardı. Nəsə bu axşam sizdən xoşum gəlmir! 

LORD QORİNQ.  Siz isə mənim çox xoşuma gəlirsiniz... 

MEYBL ÇİLTERN. Nə olar, bunu bir qədər nümayişkaranə göstərin, görüm də! 

(Onlar pilləkənlə aşağı düşürlər.) 

MİSSİS MARÇMONT. Oliviya, mən nəsə özümü birtəhər hiss edirəm, elə bil, 

zəifləmişəm... Şam etmək istərdim. Nəsə çox acmışam, böyük məmnuniyyətlə 

yemək yeyərdim... 

LEDİ BAZİLDON. Marqaret, mən acından ölürəm! 

MİSSİS MARÇMONT. Bu kişilərin heç vicdanı yoxdur! Belə şeylər barədə 

düşünmürlər heç! 

LEDİ BAZİLDON. Kişilər xalis heyvan xislətlidirlər, əzizim; daha dəqiq, kobud 

materialistlərdir, vəssalam! 

 

 Vikont de Nanjak digər qonaqlarla birgə musiqi zalından çıxır; bütün qonaqları 



diqqətlə nəzərdən keçirəndən sonra ledi Bezildona yaxınlaşır. 

 

VİKONT DE NANJAK. Qrafinya, icazə verin, sizi şama dəvət edim! 



LEDİ BAZİLDON (soyuq tərzdə). Mən heç vaxt axşamlar yemirəm, vikont! 

Təşəkkür edirəm. 

 

Vikont getmək istəyir. Ledi Bezildon bunu görən kimi dərhal yerindən durub 



onun əlindən tutur. 

 

LEDİ BAZİLDON. Amma sizinlə böyük məmnuniyyətlə yemək otağına düşərəm. 



VİKONT DE NANJAK. Mən yeməyi çox sevirəm. İştaha sarıdan tamam 

ingilisəm. 

LEDİ BAZİLDON. Siz elə əsl ingilisə oxşayırsınız, vikont! Lap ingilis kimisiniz. 

 

Onlar ötüb-keçirlər. Missis Marçmonta modabaz bir cavan oğlan, şıq geyinmiş 



mister Monford yaxınlaşır. 

 

MİSTER MONFORD. Missis Marçmont, şam yeyirsiniz? 



MİSSİS MARÇMONT (süzgün). Təşəkkür edirəm, mister Monford, mən 

axşamlar yemək yemirəm. (Sonra cəld qalxır və onun əlindən tutur.) Amma sizin 

yanınızda oturaram və sizə baxaram. 

MİSTER MONFORD. Mən yemək yeyəndə kiminsə mənə baxmağını 

xoşlamıram. 



MİSSİS MARÇMONT. Onda başqasına baxaram. 

MİSTER MONFORD. Heç bu da mənim ürəyimcə deyil.  

MİSSİS MARÇMONT (sərt). Mister Monford, xahiş edirəm, belə ictimai yerdə 

mənim üçün ağır qısqanclıq səhnəsi düzəltməyin! 

 

Digər qonaqlar kimi onlar da pilləkənlə aşağı düşürlər; bu vaxt pilləkənlə ser 



Robert Çiltern və missis ÇİVLİ qalxırlar, onlar zala girirlər. 

 

SER ROBERT ÇİLTERN. Missis ÇİVLİ, İngiltərəni tərk etməmişdən öncə 



kiminsə bağ evinə qonaq getmək fikriniz yoxdur ki? 

MİSSİS ÇİVLİ. Oh, yox! Mən sizin ingilis bağ evlərindəki ziyafətləri 

xoşlamıram. İngiltərədə hətta səhər yeməyi vaxtı da adamlar süfrəni 

tündləşdirirlər. Ah, elə darıxdırıcı olur ki! Yalnız küt adamlar səhər yeməyi vaxtı 

gərgin olurlar. Bundan başqa, bir də görürsən ki, hansısa ailə üzvü başladı 

yeməkdən qabaq moizə oxumağa, ya da nəsə duaya oxşar bir şey. Mənim 

İngiltərədə qalmağım, əslində, sizdən asılıdır, ser Robert. (Divanda əyləşir.) 

SER ROBERT ÇİLTERN (onun yanında oturur). Ciddi deyirsiniz? 

MİSSİS ÇİVLİ. Çox ciddi deyirəm. Mən sizinlə böyük bir siyasi və maliyyə 

şirkəti barədə danışmaq istəyirəm, bu, Argentina kanalınln tikintisi ilə məşğul 

olan bir aksioner şirkətidir.    

SER ROBERT ÇİLTERN. Missis ÇİVLİ, doğrudanmı, sizi belə darıxdırıcı və 

praktik mövzular maraqlandırır?   

MİSSİS ÇİVLİ. Mən darıxdırıcı və praktik mövzuları çox sevirəm. Amma 

darıxdırıcı və praktik adamları sevmirəm. Bunlar arasında böyük fərq var. Bundan 

başqa, bilirəm ki, siz də beynəlxalq kanal layihələri ilə maraqlanırsınız. Siz lord 

Radleyin köməkçisi olmusunuz, elə deyilmi? Bizim hökumətimizin Süveyş kanal 

layihəsini alan vaxtı... 

SER ROBERT ÇİLTERN. Elədir. Amma Süveyş kanalı tamam başqa bir iş idi. 

Böyük və əhəmiyyətli layihə idi. O, bizim Hindistana birbaşa yolumuzu açırdı. 

İmperiyanın maraqları naminə biz onu öz nəzarətimizə götürməliydik. Bu 

Argentina layihəsi isə adi birja fırıldağıdır. 

MİSSİS ÇİVLİ. Alverdir, ser Robert! Çox cürətli və gözəl alver! 

SER ROBERT ÇİLTERN. Missis ÇİVLİ, inanın mənə, bu fırıldaqdır. Gəlin 

şeyləri öz adıyla çağıraq. Bu, bizim işimizi daha da asanlaşdırar. Bizim Xarici 

İşlər Nazirliyində bu kanal barədə bütün məlumatlar var. Hətta mən oraya xüsusi 

komissiya göndərdim ki, hər şeyi məxfi şəkildə öyrənib bizə məlumat versin; 

onlar bildirdilər ki, torpaq işləri hələ təzə-təzə başlayıb, amma yığılmış pullar 

bilinmir hara xərclənib. Bu, ikinci Panamadır, onun uğur qazanacağı sual 

altındadır. Güman edirəm ki, siz ora sərmayə qoymamısınız! Siz ağıllı qadınsınız. 

MİSSİS ÇİVLİ. Mən o layihəyə çoxlu sərmayə qoymuşam. 



SER ROBERT ÇİLTERN. Belə bir ağılsız işi görməyi sizə kim məsləhət verdi? 

MİSSİS ÇİVLİ. Sizin və mənim köhnə dostumuz! 

SER ROBERT ÇİLTERN. Kim? 

MİSSİS ÇİVLİ. Baron Arnheym. 

SER ROBERT ÇİLTERN (qaşlarını çatır). A... bəli, bəli... xatırlayıram. O, 

öləndən sonra belə bir şayiə gəzdi ki, onun bu fırıldaqla əlaqəsi var.  

MİSSİS ÇİVLİ. Bu, onun sonuncu romanı idi; daha doğrusu, sonuncudan 

qabaqkı. 

SER ROBERT ÇİLTERN (ayağa durur). Axı siz mənim Korotlarımı görmədiniz? 

Onlar musiqi zalındadır. Bu şəkillər musiqi ilə səsləşir, elə deyilmi? İcazə verin, 

onları sizə göstərim. 

MİSSİS ÇİVLİ (başını bulayır). Nəsə bu axşam əhvalım yoxdur; o gümüşü-

çəhrayı toranlıqlara baxmağa həvəsim gəlmir. Biznesdən danışmaq istəyirəm. (Əli 

ilə işarə edir ki, ser onun yanında otursun.) 

SER ROBERT ÇİLTERN. Mənim sizə bir məsləhətim var, missis ÇİVLİ: 

gələcəkdə öz pullarınızı təhlükəsi az olan layihələrə yatırın. Bu kanalın taleyi, 

əlbəttə, İngiltərənin layihəyə münasibətindən asılıdır; sabah mən komissiyanın 

hesabatını parlamentə təqdim edəcəyəm. 

MİSSİS ÇİVLİ. Siz bunu etməməlisiniz. Ser Robert, nəinki mənim 

maraqlarımdan ötrü, habelə öz marağınızdan ötrü, bunu etməyin. 

SER ROBERT ÇİLTERN (təəccüblə qadına baxır). Öz marağım? Əzizim missis 

ÇİVLİ, nə demək istəyirsiniz? (Yanında əyləşir.) 

MİSSİS ÇİVLİ. Ser Robert, mən sizinlə açıq danışacağam. İstəyirəm ki, siz o 

hesabatı parlamentdən geri götürəsiniz; əsas bu olsun ki, komissiya yaxşı 

araşdırmayıb məsələni, nəticələr səthidir, ya da onlara yanlış məlumatlar verilib, 

yaxud da başqa bir səbəb tapın. İstəyirəm əlavə olaraq deyəsiniz ki, hökumət bu 

layihəyə yenidən baxacaq; siz hesab edirsiniz ki, Argentina kanalı layihəsi 

tamamlanandan sonra onun böyük beynəlxalq əhəmiyyəti olacaq. Hər halda, siz 

bilirsiniz, belə vəziyyətlərdə nazirlər nə deyirlər. Bir neçə bayağı söz... İndiki 

dövrdə dinləyən adamlarda bayağı və boş sözlərdən başqa heç nə beləcə əlverişli 

təəssürat yaratmır. Şit və duzsuz sözlər adamları ovsunlayır. Bunu mənim xətrimə 

edərsiniz, eləmi, ser Robert?  

SER ROBERT ÇİLTERN. Missis ÇİVLİ, inana bilmirəm ki, siz ciddiyyətlə mənə 

belə bir təklif edirsiniz! 

MİSSİS ÇİVLİ. Tamam ciddi deyirəm. 

SER ROBERT ÇİLTERN (soyuq tərzdə). Hər halda, yenə deyirəm, icazə verin, 

bunu zarafat kimi qəbul edim. 

MİSSİS ÇİVLİ (çox inandırıcı və çılğın). Ah! Mən ciddi deyirəm! Əgər mən 

dediyimi eləsəniz... mən ... sizə yaxşı pul verəcəyəm... 

SER ROBERT ÇİLTERN. Pul verəcəksiniz? 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə