İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

LORD QORİNQ (ilk anda pərt halda, sonra özünü dərhal ələ alır). Bu saçyığanı 

götürdüyümü heç kəsə deməyin! Kimsə onu axtarıb-eləsə, ya da yazıb-eləsə, o 

saat mənə xəbər eləyin! 

MEYBL ÇİLTERN. Doğrudan, qəribə xahişdir! 

LORD QORİNQ. Bilirsiniz, mən bu saçyığanı nə vaxtsa bir nəfərə 

bağışlamışdım! 

MEYBL ÇİLTERN. Bağışlamışdınız? 

LORD QORİNQ. Bəli. 

 

Ledi Çiltern daxil olur. O biri qonaqlar artıq gediblər. 



 

MEYBL ÇİLTERN. İndi ki belədir, onda gecəniz xeyrə qalsın! Gecəniz xeyrə, 

Gertruda! (Çıxır.) 

LEDİ ÇİLTERN. Gecən xeyrə, əzizim! (lord Qorinqə) Gördünüz də, ledi Markbi 

kimi gətirmişdi bura? 

LORD QORİNQ. Hə, gördüm. Çox da yaxşı sürpriz deyildi. O qadın bura nə 

üçün gəlmişdi? 

LEDİ ÇİLTERN. Görünür, Roberti yoldan çıxarmaq üçün gəlib! Gəlib ki, özünün 

marağında olduğu bir layihəni parlamentdən keçirmək üçün Robertə müdafiə 

etdirsin. Argentina kanalını deyirəm. 

LORD QORİNQ. Məncə, o, ünvanı səhv salıb, elə deyil? O, sizin ərinizi anlaya 

biləcək bir qadın deyil! 

LEDİ ÇİLTERN. Haradan? Mənim ərim kimi təmiz, gözəl təbiətli bir adamı 

haradan anlasın axı! 

LORD QORİNQ. Elədir. Görünür, Roberti tora salmaq o qadın üçün çox çətin 

olub! Təəccüblüdür! Hərdən ağıllı qadınlar elə səhvlər buraxırlar ki! 

LEDİ ÇİLTERN. Nə? Siz buna ağıllı deyirsiniz? Məncə, bu axmaqlıqdır. 

LORD QORİNQ. Bunlar çox vaxt ikisi də bir seydir. Gecəniz xeyrə qalsın, ledi 

Çiltern! 

LEDİ ÇİLTERN. Gecəniz xeyrə! 

 

Ser Robert Çiltern daxil olur.  



 

SER ROBERT ÇİLTERN (dodağını çeynəyir). Artur, gedirsiniz? Bəlkə, bir az da 

oturasınız? 

LORD QORİNQ. Təəssüf ki, otura bilmərəm. Hələ Hartlokama da dəyməliyəm. 

Orada macar orkestri macar musiqisi ifa edir. Görüşənədək, hələlik. (Çıxır.) 

SER ROBERT ÇİLTERN. Əzizim, sən bu gecə necə də füsunkarsan! 




LEDİ ÇİLTERN. Robert, mənə de görüm, sən o qadını müdafiə edəcəksən, ya 

yox? De ki, sən o fırıldaq Argentina layihəsini dəstəkləməyəcəksən! Sən bunu edə 

bilməzsən! 

SER ROBERT ÇİLTERN (geriyə çəkilir). Bunu sənə kim dedi? 

LEDİ ÇİLTERN. O qadın! Missis ÇİVLİ! Hər halda, indi o, özünü belə təqdim 

edir! O, bunu elə məzə ilə deyirdi ki, elə bil, məni ələ salırdı. Robert, mən bu 

qadını tanıyıram. Amma sən tanımırsan. Biz məktəbdə onunla bir yerdə 

oxumuşuq. O qadın elə məktəb illərində də beləcə yalançı, tərbiyəsiz idi; o, 

hamıya öz axmaq hərəkətləri ilə təsir edirdi; ona inanıb onunla dostluq edənlər 

onu yaxşı tanıyırdılar. Mən ona nifrət edirdim, ondan zəhləm gedirdi. O oğruydu. 

Oğurluğa görə onu məktəbdən qovmuşdular. Sən isə ona imkan verirsən ki, səni 

dilə tutsun, səni razılığa gətirsin!   

SER ROBERT ÇİLTERN. Gertruda, əzizim, bütün bunlar, ola bilsin ki, 

həqiqətdir; lakin bunlar çoxdan olub axı! Yaxşı olar ki, bunları unudaq! Missis 

ÇİVLİ o vaxtdan bəri dəyişə də bilər! Axı insanı yalnız keçmişinə görə mühakimə 

etməzlər! 

LEDİ ÇİLTERN (tam arxayın). Bizim keçmişimiz biz özümüzük. Necə yəni, 

insanı nə üçün keçmişinə görə mühakimə etməsinlər? 

SER ROBERT ÇİLTERN. Bu insafsızlıqdır, Gertruda! 

LEDİ ÇİLTERN. Bu ədalətlidir, Robert! Bilirsənmi, o, özünü öyürdü ki, guya, 

sən ona söz vermisən ki, bu Argentina kanalını öz nüfuzun, adınla müdafiə 

edəcəksən! Axı mən sənin öz ağzından eşitmişəm ki, bu bir vicdansız 

dələduzluqdur! 

SER ROBERT ÇİLTERN (dodağını dişləyir). Ola bilsin, səhv etmişəm. Biz 

hamımız hərdən səhv edirik. 

LEDİ ÇİLTERN. Axi sən elə dünən deyirdin ki, komissiyanın hesabatını almısan, 

komissiya bu layihəni qətiyyətlə pisləyir! 

SER ROBERT ÇİLTERN (otaqda var-gəl etməyə başlayır). Mənim əsasım var 

deyəm ki, komissiya üzvlərini aldadıblar, ya da onlara yanlış məlumatlar verilib. 

Bundan başqa, Gertruda, axı siyasət və şəxsi həyat – bunlar ayrı-ayrı şeylərdir. 

Bunlarda ayrı-ayrı qanunlar işləyir, onların məqsədləri də fərqlidir. 

LEDİ ÇİLTERN. Dəxli yoxdur! Həm siyasətdə, həm də şəxsi həyatda insan gərək 

yüksəkdə dursun. Mən burada fərq görmürəm! 

SER ROBERT ÇİLTERN (dayanır). Sən də belə hesab et ki, indiki halda bu 

praktik məsələdə mən öz fikrimi dəyişdirmişəm. Vəssalam. 

LEDİ ÇİLTERN. Vəssalam? 

SER ROBERT ÇİLTERN (sərt). Hə! 

LEDİ ÇİLTERN. Robert! Mənim sənə belə bir sual verməyimin özü bir 

dəhşətdir! Amma.... de görüm, sən mənə əsl həqiqətin hamısını söylədin, ya yox? 

SER ROBERT ÇİLTERN. Niyə soruşursan axı? 




LEDİ ÇİLTERN (pauzadan sonra). Niyə cavab vermirsən? 

SER ROBERT ÇİLTERN (oturur). Gertruda, həqiqət çox mürəkkəb məsələdir! 

Siyasət isə çox mürəkkəb mexanizmdir! Orada hər şey bir-biri ilə bağlı, bir-biri 

ilə əlaqəlidir. Bir də görürsən, sənə bir xidmət göstərirlər, sən də gərək bunun 

əvəzində nəsə edəsən. Çox vaxt siyasətdə gərək kompromisə gedəsən. Hamı belə 

edir. 


LEDİ ÇİLTERN. Kompromisə gedəsən? Robert, sən niyə bu gün mənə ayrı 

şeylər deyirsən? Axı mən səndən bu şeyləri eşitməyə alışmamışam? Sən niyə 

birdən-birə dəyişdin? 

SER ROBERT ÇİLTERN. Mən dəyişməmişəm. Lakin bəzən şərait insandan 

güclü olur. 

LEDİ ÇİLTERN. Heç bir şərait əxalqi qanunlardan güclü ola bilməz. 

SER ROBERT ÇİLTERN. Yaxşı... əgər mən desəm ki... 

LEDİ ÇİLTERN. Nə desən? 

SER ROBERT ÇİLTERN. Belə etməyə məcburam... Bu, çox vacibdir. 

LEDİ ÇİLTERN. Namussuz olan bir şey vacib ola bilməz! Əgər bu, belə 

vacibdirsə, onda bəs mən səndə nəyi sevmişəm, hə? Robert, bu, belə deyil, hə? De 

ki, bu, belə deyil! Nəyinə lazım bunu etmək? Bu, sənə nə verəcək? Pul? Axı bizə 

pul lazım deyil! Özü də bu cür pul?! Natəmiz mənbədən gələn pul insanı 

ləkələyir! Bu, sənə hakimiyyət verəcək? Axı hakimiyyət də öz-özlüyündə puç bir 

seydir! Yalnız yaxşılıq etmək insanı hakim edə bilər, o, insana məmnunluq gətirir. 

Bəs onda nə üçün sən razılıq verirsən, Robert? De görüm, nə üçün bu alçaqlığı 

boynuna götürmək istəyirsən? 

SER ROBERT ÇİLTERN. Gertruda, sənin belə danışmağa haqqın yoxdur. Mən 

sənə izah elədim artıq; bu, sadəcə, ağıllı bir kompromisdir. Başqa bir şey deyil! 

LEDİ ÇİLTERN. Robert, başqaları üçün və bir də ki həyatda yalnız  tamah 

axtaranlar üçün bu, yaxşı bir şeydir! Amma sənin üçün yox, Robert, sənə 

yaraşmır! Sən başqaları deyilsən! Sən həmişə yüksəkdə durmusan! Həyatın 

çirkabları səndən yan keçib. Sən hamı üçün, mənim üçün də ideal olmusan, şərəf 

və ləyaqət idealı! Beləcə də qal, Robert! Sən bu yüksək idealdan, ali dəyərli 

varisliyindən əl çəkmə! Bu fil sümüyündən olan qülləni dağıtma! Robert, kişi 

qadını sevə bilər, hətta qadın ondan aşığıda dursa belə, çirkaba bulaşsa, rüsvay 

olsa, pozğunluq etsə, namusunu tapdasa belə, o, qadını sevə bilər; lakin biz 

qadınlar üçün  sevgi sitayiş deməkdir; əgər bu sitayiş və ehtiram yoxdursa, 

deməli, sevgi də yoxdur! Ah, mənim sənə olan sevgimi öldürmə, Robert! 

SER ROBERT ÇİLTERN. Gertruda! 

LEDİ ÇİLTERN. Bilirəm, həyatda keçmişi mənfur sirlərlə dolu olan adamlar var; 

insan nə vaxtsa şərəfsiz bir hərəkət edir, belə şeylər olur! Sonra da buna başqa bir 

şərəfsiz hərəkətlə cavab verməli olursan. Ah, Robert, mənə demə ki, sən də belə 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə