İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

parlaq gələcək barədə xoş xəyallara dalırdım, iddialarla yaşayırdım, hakimiyyətə 

çatmaq arzum sonsuz idi. Altı həftədən sonra mənim əlimin altından məxfi 

sənədlər keçdi… 

LORD QORİNQ (ayağının altındakı xalçaya baxa-baxa). Dövlət sənədləriydi? 

SER ROBERT ÇİLTERN. Hə. 

LORD QORİNQ (ah çəkir, sonra əlini alnına aparır, yuxarı baxır). Robert, heç 

vaxt ağlıma gəlməzdi ki, siz bu qədər zəif adam olasınız... Baron Arnheym sizi 

yoldan çıxara bilərmiş... 

SER ROBERT ÇİLTERN. Nə? Zəif adam? Ah, mən bu sözü eşitməkdən 

bezmişəm. Mən bu sözü başqaları barədə deyəndə də iyrənirəm. Zəifə bax a! 

Artur, yəni siz, həqiqətən, düşünürsünüz ki, yalnız zəif adamları yoldan çıxarmaq 

mümkündür? Sizi inandırıram ki, elə təhlükəli azmalar var ki, onlara uymaq, 

aldanmaq adamdan daha çox güc və cəsarət tələb edir. Bütün həyatını qumara 

qoymaq, hər şeyi bircə anda riskə qoymaq (dəxli yoxdur, hakimiyyətə görəmi, ya 

da həzzə görəmi!) zəiflik deyil! Bunun üçün gərək insanda iblisanə bir şücaət 

olsun! Mənim bu cəsarətim var idi! Elə həmin günün axşamı mən oturub barona 

məktub yazdım (o qadın indi həmin məktubu deyir!). Həmin məktuba görə o, ən 

azı, milyon funt qazandı! 

LORD QORİNQ. Bəs siz? 

SER ROBERT ÇİLTERN. Mən ondan yüz on min funt aldım. 

LORD QORİNQ. Siz daha bahalı idiniz, Robert. 

SER ROBERT ÇİLTERN.Yox, bu pul mənə istədiyim hər şeyi – hakimiyyəti və 

çoxlu başqa şeyləri verdi. Mən dərhal parlamentə keçdim. Baron vaxtaşırı mənə 

maliyyə məsələləri üzrə məsləhətlər verirdi. Beş il ərzində mən var-dövlətimi, 

demək olar ki, üç dəfə artırdım. Mənim, sanki, əlim gətirirdi, nədən yapışırdımsa, 

alınırdı. Pulla bağlı nə vardısa, hamısı, elə bil, dərhal alınırdı və hərdən özüm də 

bundan qorxurdum. Yadımdadır, haradasa oxumuşdum ki, Allah bizi 

cəzalandırmaq istəyəndə arzularımızı yerinə yetirir. 

LORD QORİNQ. Robert, mənə deyin görüm, etdiyiniz əmələ görə heç 

peşmançılıq hissləri keçiribsinizmi? 

SER ROBERT ÇİLTERN. Yox. Düşünmüşəm ki, mən zəmanənin öz silahıyla 

zəmanəyə qarşı vuruşmuşam və qalib gəlmişəm. 

LORD QORİNQ (kədərlə). Sizə elə gəlir ki, qalib gəlmisiniz, hə? 

SER ROBERT ÇİLTERN. Əlbəttə. (uzun pauzadan sonra) Artur, bu 

söylədiklərimdən sonra doğrudan, siz mənə həqarətlə baxırsınız? 

LORD QORİNQ (dərindən ah çəkir). Robert, sizə yazığım gəlir, düz sözümdür, 

sizə çox yazığım gəlir. 

SER ROBERT ÇİLTERN. Mən nə vaxtsa vicdan əzabı çəkdiyimi demirəm. 

Sözün həqiqi mənasında mən heç onun nə olduğunu da bilmirəm. Amma dəfələrlə 

olub ki, mən fidyə vermişəm, çalışmışam ki, bunun əvəzini nə iləsə ödəyəm. 




Taleyin mərhəmətini lazımınca qiymətləndirim... Məsələn, baron Arnheymin 

mənə verdiyi puldan iki dəfə xeyriyyə məqsədləri üçün də istifadə etmişəm. 

LORD QORİNQ (gözlərini ona sarı tuşlayır). Xeyriyyə məqsədləri üçün? İlahi! 

Robert, görün siz nə qədər pislik etmisiniz! 

SER ROBERT ÇİLTERN. Ah! Belə deməyin! Artur, mənimlə belə danışmayın! 

LORD QORİNQ. Bağışlayın, Robert! Mən həmişə lazım olmayan şeyləri 

deyirəm. Daha doğrusu, əslində, nə düşündüyümü deyirəm. Bizim zamanda belə 

şeylər çox təhlükəlidir. Adamlar tərsinə başa düşür. Bu iyrənc hadisəyə gəlincə 

isə, deyim ki, bu məsələdə mənim köməyimə arxalana bilərsiniz. Mən sizə 

bacardığım qədər kömək edəcəyəm. Siz özünüz də bunu yaxşı bilirsiniz. 

SER ROBERT ÇİLTERN. Təşəkkür edirəm, Artur. Amma nə edək, hə? Biz nə 

edə bilərik? 

LORD QORİNQ (əlini cibinə salır). Həəəə... ümumiyyətlə, belə bir deyim var ki, 

ingilislər insanın həmişə düzgün olması barədə səylə danışmasını sevmirlər, onun 

səhvini boynuna almasını isə xoşlayırlar. Bu da bizim ən yaxşı cəhətlərimizdən 

biridir. Lakin indiki halda səhvi boynuna almaq yaramaz! Robert, məni 

bağışlayın, o pulları ki siz almısınız ha, o pullar... nəsə yaman çirklidir... bundan 

əlavə, siz əgər boynunuza alsanız ki pulları götürüb bu işi görmüsünüz, onda sizin 

bir daha əxlaqdan danışmağa ixtiyarınız olmayacaq. İngiltərədə isə belədir ki, 

əgər insan, heç olmasa, həftədə iki dəfə əxlaq barədə kütlə qarşısında, ya tamam 

əxlaqsız publika qarşısında çıxış edə bilmədi, deməli, onun siyasi gələcəyi də 

yoxdur. O ya gərək çıxıb getsin nəbatat bağında işləsin, ya da kilsədə rahiblik 

eləsin. Yox, etiraf etmək yaramaz, bu, sizi məhv edər. 

SER ROBERT ÇİLTERN. Artur, bu, doğrudan, məni məhv edər. Yeganə yolum 

axıradək mübarizə aparmaqdır. 

LORD QORİNQ (kreslodan durur). Robert, bax elə mən də sizdən bunu 

gözləyirdim. Əlbəttə! Mübarizə aparmaq lazımdır. Axıradək! Bundan başlamaq 

lazımdır: arvadınıza hər şeyi deyin! 

SER ROBERT ÇİLTERN. Yox, mən bunu edə bilmərəm! 

LORD QORİNQ. Mənə inanın! Bunu etməlisiniz! 

SER ROBERT ÇİLTERN. Mən bunu bacarmaram! Bu, onun mənə olan 

məhəbbətini öldürəcək! Yaxşısı budur, o qadın, missis ÇİVLİ barədə mənə 

danışın! Mən özümü necə müdafiə edəcəyəm ondan? Görünür, siz onu əvvəllər 

tanıyırmışsınız, hə? 

LORD QORİNQ. Bəli, tanıyırdım. 

SER ROBERT ÇİLTERN. Yaxşı tanıyırdınız? 

LORD QORİNQ (qalstukunu düzəldir). Elə yaxından tanıyırdım ki, bir dəfə, az 

qala, Tenbigildə onunla evlənəcəkdim... Bizim yaxınlığımız... təxminən, üç gün 

çəkdi... 

SER ROBERT ÇİLTERN. Bəs niyə evlənmədiniz, nə oldu? 




LORD QORİNQ (ehtiyatla). Ah, yadımda deyil. İndi heç bunun əhəmiyyəti də 

yoxdur. Yeri gəlmişkən, siz ona pul təklif eləmədiniz ki? O qadın bir zamanlar 

puldan ötrü ölürdü. 

SER ROBERT ÇİLTERN. Təklif etdim. İstədiyi qədər pul təklif etdim. İmtina 

etdi. 

LORD QORİNQ. Deməli, füsunkar  Yevangelist qızılı da bəzən gücsüz olur? 



Varlılar hər şeyə qadir olmur. 

SER ROBERT ÇİLTERN. Elədir, hər şeyə qadir ola bilmirlər. Artur, hiss edirəm 

ki, mən bu ictimai rüsvayçılıqdan qaça bilməyəcəyəm. Bu biabırçılıq baş verəcək, 

görərsən, baş verəcək! Əvvəllər bilməz idim qorxu nə olan şeydir! İndi bilirəm. 

Elə bil, kiminsə buz əli sənin ürəyini sıxır. Elə bil, ürəyin havada döyünür, 

boşluqdadır, zəifləyir, taqətdən düşür... bu saat dayanacaq.  

LORD QORİNQ (yumruğunu stola çırpır). Robert, siz onunla mübarizə 

aparmalısınız! Onunla axıradək mübarizə aparmalısınız! 

SER ROBERT ÇİLTERN. Axı necə? 

LORD QORİNQ. İndi bilmirəm necə. Bu barədə heç bir qram belə təsəvvürüm 

yoxdur. Lakin hər kəsin bir zəif nöqtəsi olur. (Buxarıya tərəf gedir və güzgüdə 

özünə baxır.) Atam deyir ki, hətta mənim də qüsurlarım var. Ola bilsin ki, var. 

Bilmirəm. 

SER ROBERT ÇİLTERN. Missis ÇİVLİdən qorunmaq üçün mənim hər hansı bir 

silahdan istifadə etmək hüququm var, elə deyilmi? 

LORD QORİNQ (hələ də güzgüyə baxır). Sizin yerinizdə olsaydım, çox da 

xırdaçılığa getməzdim. O qadın elə özü də özünü müdafiə eləməyə qadirdir. 

SER ROBERT ÇİLTERN (stolun arxasına keçib oturur, qələm götürür). Yaxşı, 

onda mən bu saat bizim Vyanadakı səfirliyimizə bir teleqram vurum ki, 

öyrənsinlər görüm, bu qadın kimdir, ona qarşı bir şey toplaya bilərlərmi? Ola 

bilsin, onunla bağlı bir gizli qalmaqal da var; qadın onun faş edilməsindən çəkinə 

bilər. 


LORD QORİNQ (yaxasındakı sancağı düzəldir). Ooo, məncə, missis ÇİVLİ o 

müasir qadınlardandır ki, hesab edir yeni qalmaqal da ona başına qoyduğu şlyapa 

kimi yaraşar; hər ikisini – gah onu, gah da şlyapasını hər gün saat beş otuzda 

parkda gəzərkən nümayiş elətdirir. Əminəm ki, o qadın qalmaqaldan ötrü ölür; və 

qalmaqalsız günü ötüşməsə, yaşaya bilməz. 

SER ROBERT ÇİLTERN (yazır). Nə üçün belə düşünürsünüz? 

LORD QORİNQ (dönür). Gördünüzmü, dünən axşam o qədər ənlik sürtmüşdü, 

əynindəki paltarlar isə az idi. Qadında ənlik çox, paltar az olursa, deməli, bu, 

pərişanlıq və ümidsizlik əlamətidir. 

SER ROBERT ÇİLTERN (zəngi basır). Məncə, Vyanaya teleqram vurmaq da 

lazımdır. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə