İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

LORD QORİNQ. Soruşmaq həmişə lazımlıdır, cavab vermək isə həmişə vacib 

deyil. 


  

    Meyson gəlir. 

 

SER ROBERT ÇİLTERN. Mister Trafford otağındadır? 



MEYSON. Bəli, ser. 

SER ROBERT ÇİLTERN (yazdığı kağızı konvertə qoyub onu ehtiyatla 

yapışdırır). Ona deyin ki, bu məktubu dərhal şifrləsin və təcili göndərsin. 

Yubanmasın. 

MEYSON. Oldu, ser. 

SER ROBERT ÇİLTERN. Ah! Dayanın, onu bura verin! (Konvertin üstündə nəsə 

yazır, onu təzədən Meysona qaytarır.) 

 

Meyson məktubu alıb çıxır. 



 

SER ROBERT ÇİLTERN. Görünür, o qadının baron Arnheymə güclü təsiri 

varmış. Bu nəymiş, görəsən? 

LORD QORİNQ (gülərək). Mənim üçün də maraqlıdır. 

SER ROBERT ÇİLTERN. Mən ölənədək onunla mübarizə aparacağam. Təki 

arvadım bu barədə heç nə bilməsin! 

LORD QORİNQ (ucadan). Siz onunla bütün hallarda mübarizə aparmalısınız! 

SER ROBERT ÇİLTERN (pərişan-pərişan). Əgər arvadım bilsə, mübarizənin də 

mənası olmayacaq! Hə, bax Vyanadan cavab alan kimi sizə deyəcəyəm. Bu bir 

şansdır, ümid azdır, amma hər halda, ümidsizlik də yoxdur. Mən o qadınla onun 

öz silahıyla vuruşacağam. Yalnız belə ədalətli olar. Əminəm ki, o qadının keçmişi 

var. 


LORD QORİNQ. Gözəl qadınların əksəriyyətinin keçmişi olur. Məsələ bundadır 

ki, necə keçmişi olur! Keçmişin də paltar kimi dəbi olur. Ola bilsin ki, missis 

ÇİVLİin keçmişi çox açıq-saçıq olub, indi o şeylər dəbdədir. Bundan başqa, 

əzizim Robert, missis ÇİVLİi qorxudacağınıza çox da bel bağlamayın. Mənim 

bildiyimə görə, o, qorxaq qadın deyil. O, bütün kreditorlarını üstələyib, onları 

əzib gəlib çıxıb və o, heç vaxt özünü itirmir. 

SER ROBERT ÇİLTERN. Ah! Mən indi ümidlə yaşayıram. Saman çöpünə də əl 

ataram. Mən gəmisi batan adama bənzəyirəm. Su artıq dizimə qədər qalxıb, 

ətrafda isə dəhşətli fırtına var. Susssss! Arvadımın səsi gəlir! 

 

Ledi Çiltern daxil olur, gəzinti paltarında. 



 

LEDİ ÇİLTERN. Axşamınız xeyir, lord Qorinq! 




LORD QORİNQ. Axşamınız xeyir, ledi Çiltern! Parkda idiniz? 

LEDİ ÇİLTERN. Yox! Mən elə indicə Liberal Qadın Assosiasiyasından gəlirəm. 

İclasdaydım. Yeri gəlmişkən, Robert, sənin üçün orada yaman əl çaldılar. (Sonra 

üzünü lord Qorinqə tutur.) Hə, indi çay içmək istəyirəm. Siz hələ buradasınız, 

eləmi? Bizimlə çay içərsinizmi? 

LORD QORİNQ. Bir az oturaram, təşəkkür edirəm. 

LEDİ ÇİLTERN. İndi gəlirəm, qoy şlyapamı çıxarım. 

LORD QORİNQ (çox ciddi). Xahiş edirəm, şlyapanızı çıxarmayın. Sizə çox 

yaraşır. Gözəl şlyapadır. Ümidvaram ki, Liberal Qadın Assosiasiyası şlyapanızı 

sürəkli alqışlarla qarşılayıb. 

LEDİ ÇİLTERN (gülümsəyərək). Bizim bir-birimizin şlyapalarına göz 

yetirməkdən savayı görüləcək daha vacib işlərimiz var, lord Qorinq. 

LORD QORİNQ. Doğrudan? O, hansı işlərdir belə? 

LEDİ ÇİLTERN. Ah! Çox darıxdırıcı, çox cəlbedici və çox faydalı işlərdir! 

Məsələn, sənaye qanunvericiliyi haqqında, qadınların hüquqları, səkkiz saatlıq iş 

günü, parlament seçkiləri... bir sözlə, sizin üçün çox maraqsız görünən bütün 

məsələlər. Lord, bax biz bu məsələlərdən danışırıq. 

LORD QORİNQ. Və heç şlyapalardan bir kəlmə belə danışmırsınız, hə? 

LEDİ ÇİLTERN (acıqlı). Heç vaxt! (Qapıya sarı gedir.) 

SER ROBERT ÇİLTERN (lord Qorinqin əlini tutur). Artur, siz mənim əsl 

dostumsunuz! Mənə həmişə yaxşı dost olmusunuz! Əsl dost! 

LORD QORİNQ. Robert, mən hələ sizin üçün nə etmişəm ki! Sizə hələ heç bir 

kömək edə bilməmişəm! Özüm də buna pərişanam. 

SER ROBERT ÇİLTERN. Siz həqiqəti söyləməkdə mənim yardımçım oldunuz. 

Bu, elə özü də, bir növ, köməkdir. Mən hələ heç vaxt bunu kimsəyə deməmişdim, 

bu, mənə əzab verir, qəlbimi parçalayırdı... 

LORD QORİNQ. Həqiqət elə bir şeydir ki, mən həmişə ondan mümkün qədər tez 

qaçmaq istəyirəm. Çox pis vərdişdir. Mənə bəzən klubda yaşlı üzvlər arasında 

ziyan gətirir. Onlar güman edirlər bu, ondan irəli gəlir ki, mən özüm haqqında çox 

yüksək fikirdəyəm. Bəlkə də, bu belədir. 

SER ROBERT ÇİLTERN.  Artur, əzizim, Allah özü şahiddir ki, mən həqiqətin 

tərəfdarı olmuşam həmişə! Ah, mən necə istəyirdim həqiqəti deyim... Mən 

həqiqətlə, düzgünlüklə yaşamağı necə istəyərdim! Namusla yaşamaqdan gözəl və 

uca nə var axı! (Ah çəkir, qapıya tərəf gedir.) Artur, biz tezliklə görüşəcəyik, 

eləmi? 

LORD QORİNQ. Əlbəttə! Nə vaxt istəsəniz! Əgər maraqlı bir şey çıxmasa 



qarşıma, bu gün axşam subaylar balına gedəcəyəm. Amma sabah səhər mən sizə 

baş çəkərəm. Əgər məni bu gecə yenə görmək istəsəniz, onda Kurzon stritə 

məktub göndərin, gəlim. 

SER ROBERT ÇİLTERN. Təşəkkür edirəm!  




 

              Robert qapının ağzına çatanda buduardan1 ledi Çiltern çıxır.   

 

LEDİ ÇİLTERN. Robert, sən gedirsən? 



SER ROBERT ÇİLTERN. Əzizim, mən məktub yazmalıyam...  

LEDİ ÇİLTERN (üstünə yeriyir). Robert, çox gərgin işləyirsən.  Heç özün barədə 

düşünmürsən. Sən çox yorğun görünürsən.  

SER ROBERT ÇİLTERN. Boş seydir, əzizim, keçib-gedər. (Arvadını öpür və 

çıxır.)   

LEDİ ÇİLTERN (lord Qorinqə). Xahiş edirəm, əyləşin. Mən çox şadam ki, siz 

gəldiniz. Mən sizinlə söhbət etmək istəyirəm... əlbəttə, şlyapa barədə yox, heç 

Liberal Qadın Assosiasiyası barədə də danışmaq istəmirəm... Birinci məsələ sizi 

çox maraqlandırır, ikinci isə az...  

LORD QORİNQ. Siz mənimlə missis ÇİVLİ barədə danışmaq istəyirsiniz? 

LEDİ ÇİLTERN. Bəli, tapdınız. Ötən gecə siz gedəndən sonra mən anladım ki, o 

qadın həqiqəti söyləyir. Təbii, mən dərhal Roberti məcbur elədim ki, sözünü geri 

götürsün. O qadına yazsın ki, təklifdən imtina edir. 

LORD QORİNQ. Hə, Robert mənə dedi. 

LEDİ ÇİLTERN. Əgər Robert ona verdiyi vədi yerinə yetirsəydi, onda bu, onun 

nüfuzuna ilk ləkə olardı. Robert təmiz  və saf olmalıdır. O, başqa kişilər kimi 

deyil. O, başqaları kimi hərəkət edə bilməz. (Lord Qorinqə baxır, o isə susur.) Siz 

mənimlə razı deyilsiniz məgər? Siz ki Robertin ən yaxşı dostusunuz! Siz bizim ən 

yaxın dostumuzsunuz! Bizim ikimizdən başqa Roberti daha yaxşı kim tanıya bilər 

ki? Heç kəs! Onun məndən və sizdən gizlin heç bir sirri yoxdur!  

LORD QORİNQ. Əlbəttə, əlbəttə! Onun məndən gizlin bir sirri yoxdur. Hər 

halda, mən biləni, bu belədir. 

LEDİ ÇİLTERN. Bəlkə, mən Robert haqqında düz fikirləşmirəm, hə? Bilirəm, 

mən yanılmıram. Amma siz mənimlə açıq danışın. 

LORD QORİNQ (düz onun gözlərinin içinə baxaraq). Lap açıq danışım? 

LEDİ ÇİLTERN. Əlbəttə! Gizlətməyə nə ehtiyac var ki? 

LORD QORİNQ. Elədir, ehtiyac yoxdur! Lakin mən düşünürəm ki... daha keçib, 

icazə verin, açıq danışım... real həyata gələndə... 

LEDİ ÇİLTERN (gülümsəyir). ...həmin o real həyat barədə siz çox az şey 

bilirsiniz, lord Qorinq... 

LORD QORİNQ. Şəxsi təcrübə baxımından düzdür, heç nə bilmirəm... lakin 

müşahidələrim mənə bəzi şeyləri deyir. Məncə, praktik həyatda uğur – söhbət 

böyük uğurdan gedir – bir qədər qarışıq məsələdir. Daha doğrusu, onun və 

şöhrətin qazanılması yollarında bir qədər qarışıqlıq, dolaşıqlıq olur. Əgər insan 

zirvəyə qalxmağa qəti qərar veribsə, onu heç kəs saxlaya bilməz. Əyri yolla 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə