İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   18   19   20   21   22   23   24   25   26

Düşünmüsünüz ki, gecə saat on birin yarısında mən sizin qonaq otağında 

gizlənmişəm? Siz istəyirsiniz ki, mən bunu Robertə deyim, hə? 

LORD QORİNQ. Məncə, Robert bunu bilsə, yaxşıdır. 

LEDİ ÇİLTERN (ayağa durur). Ah, mən bunu deyə bilmərəm! Yox, bu mümkün 

deyil! 

LORD QORİNQ. Onda qoyun mən deyim! 



LEDİ ÇİLTERN.Yox! 

LORD QORİNQ (ciddi). Ledi Çiltern, siz səhv edirsiniz. 

LEDİ ÇİLTERN. Yox! Bu məktubu ondan almaq lazımdır! Vəssalam! Amma... 

mən bunu necə edə bilərəm? Ona məktublar günün istənilən vədəsində gəlir. 

Onun katibi məktubları açır və sonra Robertə verir. Mən cürət edib onlardan xahiş 

edə bilmərəm ki, ərimə gələn məktubları mənə versinlər. Mümkün deyil, yox! 

Ah! Mən nə edim bəs, niyə demirsiniz, nə edim? 

LORD QORİNQ. Sakit olun, ledi Çiltern. Xahiş edirəm, suallarıma cavab 

verəsiniz. Deyirsiniz, ərinizə gələn məktubları katib açır? 

LEDİ ÇİLTERN. Bəli. 

LORD QORİNQ. Bu gün kimdir növbədə? Mister Trafford? 

LEDİ ÇİLTERN. Yox, mister Monforddur, deyəsən. 

LORD QORİNQ. Ona inana bilərsinizmi? 

LEDİ ÇİLTERN (məyusluqla). Necə inanım? Necə olur o? 

LORD QORİNQ. Yəni siz ondan nəsə xahiş eləsəniz, o edərmi? 

LEDİ ÇİLTERN. Məncə, hə, edər. 

LORD QORİNQ. Sizin məktubunuz çəhrayı kağızda yazılmışdı. Katib onu tanıya 

biləcək, onu oxumamış belə tanıyacaq, elə deyilmi? Rəngindən! 

LEDİ ÇİLTERN. Yəqin ki. 

LORD QORİNQ.  İndi o buradadır? 

LEDİ ÇİLTERN. Bəli. 

LORD QORİNQ. Onda qoy mən özüm gedim ona deyim ki, gün ərzində Robertə 

belə bir məktub gələcək, çəhrayı rəngli kağızda. Həmin məktub Robertin əlinə 

düşməməlidir. (Qapıya sarı gedib onu açır.) Oh! Robert pilləkənlərlə yuxarı 

qalxır! Əlində də məktub! Məktub artıq ona çatıb! 

LEDİ ÇİLTERN (ağrıdan ufuldayır). Ufff! Siz onun həyatını xilas etdiniz! Mənim 

həyatımı isə... 

 

Ser Robert Çiltern daxil olur. Əlində məktub, oxuyur. O, arvadına sarı yeriyir, 



lord Qorinqi görmür. 

 

SER ROBERT ÇİLTERN. “Səni görmək istəyirəm. Sənə inanıram. Sənin yanına 



gəlirəm. Gertruda”. Ah, mənim mələyim, mənim sevimli arvadım! Yəni, 

doğrudan, bunu sən yazmısan? Sən, həqiqətən, mənə inanırsan? Sən məni, 




doğrudan, belə istəyirsənmi? Belədirsə, mənim borcumdur sənin yanına gəlim, 

əzizim! Niyə zəhmət çəkib yazırdın mənə bu məktubu? Bunu bilsəydim, çoxdan 

sənin yanına qaçardım. Gertruda, əzizim, sənin yazdığın bu məktub mənə, 

bilirsən, necə böyük güc verib! Mən indi dünyada heç kimdən və heç nədən 

qorxmuram! Nə olur-olsun! Gertruda, de görüm, məni istəyirsən, hə? 

 

Lord Qorinq ser Robertin arxasından ledi Çilternə əl ilə işarələr edir ki, dərhal 



şəraitə uyğun hərəkət etsin, ərini şübhələrə salmasın. 

 

LEDİ ÇİLTERN. Hə, əzizim. 



SER ROBERT ÇİLTERN. Sən mənə inanırsanmı, Gertruda? 

LEDİ ÇİLTERN. Hə, əzizim. 

SER ROBERT ÇİLTERN. Ah! Axı nə üçün bura yazmadın ki, məni sevirsən, hə? 

Gərək onu da yazaydın! 

LEDİ ÇİLTERN (əlini ərinə tərəf uzadır). Ona görə ki... əzizim... ona görə ki

mən səni sevirəm. 

 

Lord Qorinq şüşəbəndə, oradan da bağçaya enir. 



 

SER ROBERT ÇİLTERN (arvadını öpür). Gertruda, bilirsən indi mən nə hiss 

edirəm? Monford sənin məktubunu mənə verəndə – o, səhvən məktubu açmışdı, 

hətta bilmədi ki, bu, sənin xəttindir – mən onu oxuyan kimi tanıdım və həmin 

andaca daha heç bir təhlükədən-filandan qorxmadım; nə rüsvay olmaqdan, nə də 

hər hansı bir ifşadan çəkinib-eləmədim! Çünki anladım ki, sən məni sevirsən və 

yalnız sənin barəndə düşündüm! 

LEDİ ÇİLTERN. Robert, indi sənə heç bir təhlükə yoxdur! Heç bir ifşa, nə bilim 

biabırçılıq-filan da olmayacaq! Missis ÇİVLİ o məktubu lord Qorinqə verib, 

Qorinq də məktubu yandırıb. 

SER ROBERT ÇİLTERN. Doğru deyirsən, Gertruda? 

LEDİ ÇİLTERN. Hə, əzizim. Lord Qorinq özü mənə dedi. 

SER ROBERT ÇİLTERN. Deməli, məni heç bir təhlükə gözləmir? Ah! 

Təhlükəsiz olmaq nə gözəl şeymiş! İnan, iki gün idi tikan üstündə oturmuşdum. 

İndi təhlükəsizəm. Artur o məktubu necə məhv edib ki? Danış görüm... 

LEDİ ÇİLTERN. Artur məktubu yandırıb. 

SER ROBERT ÇİLTERN. Heyif! Gəncliyimin yeganə günahının külə necə 

döndüyünü görə bilmədim! Görəsən, dünyada öz keçmişini yandırıb külə 

döndərmək istəyən nə qədər adam var?! Artur buradadır? 

LEDİ ÇİLTERN. Hə, şüşəbəndə, bağçaya düşdü. 




SER ROBERT ÇİLTERN. Mən indi çox sevinirəm. Çox sevinirəm ki, dünən 

axşam palatada çıxış etdim. Mən dünən o çıxışı edəndə düşünürdüm ki, 

ümumxalq rüsvayçılığını və nifrətini öz üzərimə götürürəm. Amma əksinə alındı. 

LEDİ ÇİLTERN. Xalq qarşısında məsuliyyət, ictimai borcdur bu! 

SER ROBERT ÇİLTERN. Mən də elə düşünürəm. Mən hətta bundan bir qədər də 

qorxuram. Ona görə ki, Gertruda, əzizim... təhlükə məndən sovuşsa da, mənim 

əleyhimə olan yeganə dəlil məhv edilsə də... düşünürəm ki, gərək siyasi 

karyeramla xudahafizləşəm. Hər halda, istefaya getsəm yaxşıdır... (Sual dolu və 

həyəcanlı baxışlarını arvadına dikir.) 

LEDİ ÇİLTERN (çılğın). Hə, Robert, düz deyirsən. Getsən yaxşıdır! Bu, sənin 

borcundur, onu etməlisən! 

SER ROBERT ÇİLTERN. Gör nə qədər itirəcəyəm! 

LEDİ ÇİLTERN. Yox, itirməyəcəksən! Əksinə, daha çox qazanacaqsan! 

SER ROBERT ÇİLTERN (otaqda var-gəl edir, həyəcanlı və narahatdır. Sonra 

yenə arvadına yaxınlaşır, əlini arvadının çiyninə qoyur). Sən mənimlə harada olsa 

yaşamağa razı olarsanmı? Məsələn, haradasa, xaricdə, ya bir ucqar kənddə, 

qəsəbədə. Hər halda, Londondan uzaq bir yerdə. Peşman olmazsan ki? 

LEDİ ÇİLTERN. Yox, Robert, heç vaxt peşman olmaram! 

SER ROBERT ÇİLTERN (kədərlənir). Bəs sənin o şöhrətpərəst arzuların nə 

olsun? Axı sən mənim üçün həmişə vəzifə, ad-san, şöhrət arzu edirdin? 

LEDİ ÇİLTERN. Ah, mənim arzularım! İndi mənim heç bir arzum-filanım 

yoxdur! Yalnız bunu istəyirəm ki, biz bir-birimizi sevək! Mənsəbə, ad-sana 

gəlincə... Görürsən, o, səni haraya aparıb çıxartdı? Gəl artıq mənsəbdən 

danışmayaq. O, bizə lazım deyil! 

 

Lord Qorinq şüşəbənddən gəlir. Çox məmnun və razı görünür, yaxasında təzə 



güllü sancaq var, görünür, bunu kimsə onun üçün düzəldib. 

           

SER ROBERT ÇİLTERN (onu qarşılamağa gedir). Artur, ah, mən sizə 

minnətdaram! Hər şeyə görə sizə təşəkkür edirəm, əziz dostum! Mən bunun 

əvəzini necə çıxacağam, bilmirəm! Bunu nə ilə ödəyə bilərəm sizə? (Əlini sıxır.) 

LORD QORİNQ. Deyim də necə! Əzizim, bax siz elə bu dəqiqə, elə indi bu 

yaxşılığın əvəzini çıxa bilərsiniz. Gedək bağçaya, soldan ikinci palmanın altına... 

daha doğrusu, ora, şüşəbəndə... 

       

Meyson gəlir. 



 

MEYSON. Lord Kaverşam! 

LORD QORİNQ. Mənim möhtərəm atam elə həmişə vaxtsız-vədəsiz peyda olur! 

Denən heç sənin yerin idi! Qəlbsiz adam! İnsafsızlıqdır! 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə