İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   18   19   20   21   22   23   24   25   26

MEYBL ÇİLTERN (rahat və məmnun halda nəfəs alır). Çox şadam! Bu artıq bu 

gün ikincidir! 

LORD QORİNQ (acıqla). İkincidir? O hansı həyasız eşşəkdir elə? Məndən qabaq 

sizə evlənmək təklifinə cürət edib? 

MEYBL ÇİLTERN. Kim olacaq?! Tommi Trafford! Bu gün onun günüdür! 

Mövsüm ərzində o, həmişə çərşənbə və cümə axşamları mənə evlənmək təklif 

edir. 

LORD QORİNQ. Ümidvaram ki, siz onu rədd etmisiniz. 



MEYBL ÇİLTERN. Mən həmişə onu rədd edirəm. Elə buna görə də Tommi 

mənə evlənmək təklifini etməkdən yorulmur. Lakin bu gün mən sizə elə 

hirslənmişdim ki, az qala, ona razılıq verəcəkdim. Bu, sizin hər ikinizə əntiqə dərs 

olardı. Onda hər ikiniz qadınla yaxşı davranmağı öyrənərdiniz. 

LORD QORİNQ. Ah! Tommi Trafford cəhənnəm olsun! Tommi eşşəyin biridir! 

Mən sizi sevirəm. 

MEYBL ÇİLTERN. Bilirəm! Belə hesab edirəm ki, siz gərək bunu mənə çoxdan 

deyəydiniz. Özü də bunun üçün mən sizə dəfələrlə şans vermişdim! 

LORD QORİNQ. Meybl, nə olar, ciddi olun! Xahiş edirəm sizdən, yalvarıram, 

ciddi olun! 

MEYBL ÇİLTERN. Ah! Kişi həmişə bu sözləri qadına evlənməmişdən qabaq 

deyir. Evlənəndən sonra isə heç vaxt belə sözlər söyləmir. 

LORD QORİNQ (əlindən tutur). Meybl, mən dedim ki, sizi sevirəm. Bəs siz... 

heç olmasa, bir balaca da olsa, məni sevirsinizmi? 

MEYBL ÇİLTERN. Ah! Axmaq Artur! Əgər bir qədər, bir azca ağlınız olsaydı, 

onda bunu çoxdan bilərdiniz: mən sizdən ötrü ölürdüm. Sizdən başqa Londonda 

bunu hamı bilir. Axı bu, sadəcə olaraq, qalmaqaldır, yəni mənim sizi belə çox 

sevməyim əməlli-başlı qalmaqala bənzəyir. Təəccüb edirəm ki, siz hələ bir 

mənimlə danışırsınız da. Mən öz nüfuzumu tamam itirmişəm, adımı batırmışam. 

Hər halda, mən indi xoşbəxtəm; xoşbəxtəm ki, görünür, mənim heç adım-sanım 

da yoxdur, etibarım da...  

   


 Lord Qorinq qızı tutub qucaqlayır, onu ehtirasla öpməyə başlayır. Sonra araya 

xəfif bir sükut çökür. 

      

LORD QORİNQ. Əzizim, bilirsən, mən elə qorxurdum ki! Qorxurdum ki, sən 



məni rədd edəsən! 

MEYBL ÇİLTERN (gözlərini ona dikir). Eh, Artur, yəni sənə, doğrudanmı, nə 

vaxtsa rədd cavabı veriblər? Təsəvvür edə bilmirəm ki, kimsə səndən imtina 

eləsin. 


LORD QORİNQ (qızı yenidən öpüşlərə qərq edəndən sonra). Mən, əlbəttə, sənin 

heç dırnağın da ola bilmərəm, Meybl. 




MEYBL ÇİLTERN (lorda qısılır). Əzizim, mən çox sevinirəm. Mən isə 

qorxurdum, qorxurdum ki, birdən elə oldun... lap çeçələ barmağım oldun... 

LORD QORİNQ (bir qədər tərəddüddən sonra). Və mən... mən...mənim yaşım 

artıq bir az otuzu keçib. 

MEYBL ÇİLTERN. Əzizim, sən yaşından həftələrlə cavan görünürsən... 

LORD QORİNQ (heyranlıqla). Bunu necə də şirin deyirsən!.. Meybl, bir şeyi də 

açıq deməliyəm sənə: mən çox bədxərcəm!  

MEYBL ÇİLTERN. Elə mən özüm də, Artur! Buna görə də bizim aramızda tam 

anlaşma olacaq! Hə... indi gedim, Gertrudayla salamlaşmalıyam. 

LORD QORNQ (qızı öpür). Yəni, doğrudan, salamlaşmalısan? 

MEYBL ÇİLTERN. Hə.  

LORD QORİNQ. Onda ona de ki, onunla vacib söhbətim var. Onu görməliyəm. 

Mən burada bütün günü gözləmişəm, onları – ya Roberti, ya da onu görmək üçün. 

Vacib işim var onlarla… 

MEYBL ÇİLTERN. Nə? Deməli, sən bura işdən ötrü gəlmisən? Deməli, sən 

xüsusi olaraq mənə evlənmək təklifini etmək üçün gəlməmisən, hə? 

LORD QORİNQ (zəfər çalmış adam kimi). Yox! Bu, mənim şiddətli ehtirasım 

idi! 


MEYBL ÇİLTERN. Birinci ehtirasın… 

LORD QORİNQ. Sonuncu… 

MEYBL ÇİLTERN. Şadam bu sözləri eşitməyimə. Yaxşı, burada gözlə. Beş 

dəqiqəyə gəlirəm və mən olmayanda yolunu azma. 

LORD QORİNQ. Sevimli Meybl! Sən olmayanda məni heç kim yoldan çıxara 

bilməz. Məni yalnız sənin cazibən yoldan çıxarır. Yeri gəlmişkən, mən dəhşətli 

dərəcədə səndən asılı oluram. 

 

Ledi Çiltern içəri girir. 



 

LEDİ ÇİLTERN. Sabahın xeyir, əzizim. Bu gün sən necə də yaxşılaşmısan. 

MEYBL ÇİLTERN. Siz isə solmusunuz, elə bil, Gertruda! Rənginiz ağarıb. 

Amma bu, sizə yaraşır. 

LEDİ ÇİLTERN. Sabahınız xeyir, lord Qorinq. 

LORD QORİNQ (təzim edərək). Sabahınız xeyir, ledi Çiltern. 

MEYBL ÇİLTERN (lord Qorinqə pıçıltıyla). Mən şüşəbənddə olacağam, bağın 

içində, sol tərəfdə ikinci palma ağacının altında. 

LORD QORİNQ. Soldan ikinci? 

MEYBL ÇİLTERN (şən əhvali-ruhiyyə ilə gülümsəyərək). Hə, adi palma 

ağacının altında. (Ledi Çilterndən gizlin ona öpüş göndərir və çıxır.) 



LORD QORİNQ. Ledi Çiltern, sizə deməyə yaxşı xəbərlərim var. Ötən gecə 

missis ÇİVLİ Robertlə bağlı məktubu mənə verdi. Mən onu yandırdım. Roberti 

daha heç bir təhlükə gözləmir. 

LEDİ ÇİLTERN (divanda oturur). Təhlükə gözləmir! Ah! Şükür Allaha, mən 

necə xoşbəxtəm! Nə yaxşı Robertin sizin kimi bir dostu var! Siz onu xilas etdiniz! 

Siz bizi xilas etdiniz! Ah, ya Rəbb, nə yaxşı! 

LORD QORİNQ. Amma indi... başqa bir adamı təhlükə gözləyir. 

LEDİ ÇİLTERN. Kimi? 

LORD QORİNQ (onunla yan-yana oturur). Sizi! 

LEDİ ÇİLTERN. Məni? Təhlükə gözləyir məni? Necə yəni? 

LORD QORİNQ. Təhlükə çox böyük sözdür. Ola bilsin ki, mən bu sözü düzgün 

ifadə etmədim. Lakin hər halda, elə bir şərait yaranıb ki, mən bu barədə sizi 

xəbərdar etməliyəm. Dünən axşam siz mənə gözəl bir məktub yazmışdınız, təsirli 

bir məktub. Məndən kömək xahiş edirdiniz. Siz o məktubu mənə ərinizin köhnə 

bir dostu kimi yazmışdınız. Səmimiyyətlə. Missis ÇİVLİ o məktubu mənim 

otağımdan oğurladı. 

LEDİ ÇİLTERN. Nə olsun, məktub onun nəyinə lazımdır? Bu, sizi niyə narahat 

edir ki? 

LORD QORİNQ (ayağa durur). Ledi Çiltern, mən sizinlə açıq danışacağam. 

Missis ÇİVLİ bu məktuba xüsusi bir məna verir və bu məktubu da sizin ərinizə 

göndərmək istəyir. 

LEDİ ÇİLTERN. Nə məna verə bilər axı? Oh!.. Aman Allah! Bircə bu çatmırdı! 

Yox! Bircə o məna olmasın! Yox! Əgər mən çətin məqamda sizə məktub 

yazmışamsa, yazmışamsa ki, sizin köməyinizə ehtiyacım var, sizə inanıram, sizin 

yanınıza gəlirəm... siz mənə məsləhət verə bilərsiniz... Aman Allah! Nə yaman 

murdar qadın imiş! O, bu məktubu ərimə göndərmək istəyir? Mənə hər şeyi 

danışın! Hər şeyi, görüm nə olub? 

LORD QORİNQ. Missis ÇİVLİ mənim kitabxanama bitişik qonaq otağımda 

gizlənmişdi, mənim xəbərim olmadan. Mən elə bilirdim ki, bu sizsiniz. Çünki siz 

yazmışdınız ki, gələcəksiniz. Qəflətən Robert də gəlib çıxdı. Stul, ya da kreslo 

aşdı, otaqdan səs gəldi. Robert zorla otağa girib o qadını gördü. Dəhşətli səhnə 

idi. Mən hələ də düşünürdüm ki, o qadın sizsiniz. Robert mənimlə çox hirsli 

danışıb getdi. Sonda mən missis ÇİVLİi qonaq otağımda gördüm. Sizin 

məktubunuz da onun əlində idi. Nə vaxt və necə oğurlayıb, orasını bilmirəm. 

LEDİ ÇİLTERN Saat neçəydi? 

LORD QORİNQ. On birin yarısı olardı. İndi isə mən təklif edirəm ki, bütün 

bunları dərhal Robertə çatdırmaq lazımdır. 

LEDİ ÇİLTERN (demək olar ki, qorxmuş halda lorda baxır). İstəyirsiniz mən 

Robertə deyəm ki, siz məni gözləyirdiniz orada, missis ÇİVLİi yox, hə? 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə