İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   33   34   35   36   37   38   39   40   ...   142

Maşını Porigilin evinin yanında saxladı, Pori keçib qabaqda onun yanında, arvadı isə arxada əyləşdi.
Qadınlar qucaqlaşıb öpüşdülər. Porinin dərindən köks ötürdüyünü görən Səmoş soruşdu, Pori sənə nə
olub? Özündə deyilsən.
Pori yazıq-yazıq dedi, Səmoş, mən ölmüşəm, yerdən götürənim yoxdur. Qayınanam gəlib bizə,
günümü düyünləyib göy əsgiyə. Məni görən gözü yoxdur. Gen dünyanı başıma dar eləyib. Hər işimə
qarışır, bağrımı çatladır. Deyir, səndən kişi qoxusu gəlmir, kişi zabitəli olar, zəhmli olar! Kişi evdə
olanda arvad evdə kölgə kimi gəzər. Amma sən evə gəlirsən, bilmək olmur, evin kişisi evə gəlib, ya
arvadı? Deyir, sən bizim tayfanın adını batıracaqsan! Təsəvvür elə, mən bunların tayfasının adını
qaldırmaq üçün Əfini gündə üç dəfə döyməliyəm! Evə gəlib qapıdan içəri keçəndə Əfi tir-tir
əsməlidir.
Minayə arxadan dilləndi, mən heç belə bilməzdim, şəhər adamının qonağı gələndə bağırları
çatlayırmış.
Pori çevrilib heyrətlə arxaya baxdı, hirsli, fikirli olduğundan maşına minəndə arxada iki nəfər
oturduğuna diqqət verməmişdi. Coninin də qonağı olduğunu öyrənəndə təəssüfləndi. “İndi necə olsun,
– dedi, – bir-iki saatlıq rahat nəfəs almaq üçün arada qayınanamı sizə göndərmək istəyirdim. Sənin
də qonağın varsa, demək, sənin də problemin var”. “Hə də, özün görürsən, – Coni onunla razılaşdı. –
Problemim var, özü də necə problem! Yoxsa qayınananı aparıb özüm saxlardım, bir-iki saatlığa da
olsa azadlıq havasıyla nəfəs alardın. O vaxt qayınpedərim bizə gələndə onu gətirib həyətində,
bağında iki saat yarım gəzdirməyini unutmamışam. Heç vaxt da unutmaram! Yəni özümü sənə borclu
hesab eləyirəm. Amma hanı, bəzi məlum səbəblərdən borcumu qaytara bilmirəm”.
Qonaq problemi hər ikisinə əzab verirdi. Pori qayınanası ilə keçinə bilmirdi, qadın zəhərli, tikanlı
atmacaları ilə onu təngə gətirirdi. “Qızımın belə fərsizə qismət olacağını bilsəydim, onu öz əllərimlə
boğub öldürərdim. Camaatın kişiləri qaz vurub qazan doldurur, bu isə ona-buna beş-on qəpiyə çay
satıb ailə dolandırır”.
Ən pisi isə qayınanası gələni Əfi onunla deyil, anası ilə bir otaqda yatırdı. Nə qədər çalışsa da,
neyləsə də, arvadı ilə təklikdə qala bilmir, yanıb-yaxılırdı. Qadın açıq-aşkar onları pusur, birlikdə
olmalarına imkan vermirdi. Sanki qarşısına məqsəd qoymuşdu, mən nə qədər burdayam, sən qızıma
yaxın düşməyəcəksən.
Əfiyə deyirdi, artıq mən dözə bilmirəm, yəni hər nəyə dözərəm, bircə buna yox, bu mənim üçün
işgəncədir. Arvadı çiyinlərini çəkirdi, mən neyləyə bilərəm? Anamın sözündən çıxa bilmərəm axı. O
da hirslənirdi, ananın sözündən çıxa bilməyəcəkdin, ərə gəlmirdin, qalırdın atan evində, ananın da hər
sözünə əməl eləyirdin! Amma bir halda ərə gəlibsən, ərin var, onda zəhmət çək arvadlığını elə.
Arvadı da hər dəfə onu sakitləşdirməyə çalışırdı, sən bir az səbir elə, mütləq bir şey fikirləşib
arvadlığımı elərəm.
Belə deyir, amma bir şey fikirləşib tapa bilmirdi. Hər halda onun vəziyyətini başa düşdü, o, işdən
qayıdanda: “Su kranı boşalıb, – dedi, – su buraxır, gör bərkidə bilərsən?”
Hamama keçdi, amma burda heç nə su buraxmırdı. Birdən arvadı da hamama gəldi, səssizcə gülərək:
“Tez ol, – dedi, – birtəhər gözündən yayınmışam”.
Qapını bağlayıb özünü onun ixtiyarına verdi. Çox çəkmədi, qapı döyüldü, qayınanası idi.
– Siz orda nə iş görürsüz, – zəhmli səslə soruşdu, – qapını niyə bağlayıbsız?
– Pori su krantını təmir eləyir, – arvadı dedi, – mən də ona kömək eləyirəm. Qapı öz-özünə bağlanıb.
– Neyləyək? – ondan soruşdu.
– Səncə, neyləyə bilərik? – Pori öz işində idi. – İndi təkcə anan yox, başkəsənlər hamısı da yığılıb


gəlsələr, səndən əl çəkə bilmərəm.
– Bilirəm, – arvadı gülürdü, – amma sən bir az tələs.
Onlar hamamdan çıxanda qadın düşdü üstlərinə, siz heç krant düzəldənə oxşamırsız. Harda görülüb,
krant düzəldələr, qapını da arxadan bağlayalar?
Qadın az qalırdı ona desin ki, qapını arxadan bağlayıb qızımla niyə sevişirdin? O da az qalırdı desin,
qızın mənim arvadımdır, onunla başqa nə iş görə bilərəm? Həm də sən gələndə artıq iş-işdən
keçmişdi.
Səhər işə gedəndə arvadı həyətdə onun qulağına pıçıldadı: “Hə, necədir, razı qaldın? Arvadlığımı
eləyə bildimmi?” “Səncə, razı qalmalıyam? – o da dilxor halda dedi. – Axı nəyə görə arvadımla
oğruncasına görüşməliyəm? Sən bu qadını başa sal, heç olmaya belə işlərə qarışmasın”.
Coniyə də baldızı əzab verirdi, hər sözünə irad tutur, bacısına ağıl öyrədir, onu lağa qoyurdu. Bir
dəfə isə Səmoş mətbəxdə yemək bişirirdi, o isə həyətdə çəpişə yem verirdi. Minayə onun yanına
gəldi, yenə də əynində dar idman kostyumu var idi, arxaya yığıb bağladığı saçları onu daha seksual
göstərirdi.
Coni hirslənmişdi, arvadı olanda belə geyinib-kecinməz, özünə fikir verməzdi, sanki Budka bunu
qəlyançəkənlərin tütün qoxuyan kəndinə yox, Avropaya aparmışdı. Avropanın ən məşhur gözəllik
salonları da iş-güclərini atıb üzərində azından bir ay işləmişdilər. Gözəl qadınlar qarşısında Coni
həmişə olduğu kimi yumşalıb muma dönürdü. Keçmiş arvadı onlara gələndən ilk dəfə olaraq onunla
mehriban danışmağa cəhd elədi: “Hə, Minoş, necəsən?” “Nə? – keçmiş arvadı gözlərini bərəltdi,
keçmişlərdə olduğu kimi arvadıyla xoş danışmağa cəhd eləməsi yenə də uğursuzluqla nəticələndi. –
Necə dedin?” “Nəyi necə dedim? Hə, Minoş dedim. Bu adları Pori uydurur. Əzizləmə mənasındadır”.
“Əzizləmə? – keçmiş arvadı səsini uzatdı. – Sən məni niyə əzizləməlisən? Arvadın olanda başına
daşın yekəsi düşmüşdü, əzizləmirdin. Gözlədin, qoşulum Budkayla gedim, sonra əzizləyəsən?” “ Əşi,
əzizləyən kimdir? – Coni az qala qışqırdı. – Bir sözdü, dedim də”.
Minayə ona baxdı, başını yırğaladı, sifətində istehzalı bir təbəssüm canlandı. Hə, Coni, cavan arvad
alsan da, yenə gözün məndəymiş. Gec də olsa əzizləmək istəyirsən. Nə deyirəm, özün bil, gecə
gəlsən, səni qovan olmayacaq. Əzizləməyinə şərait yaradaram.
Az qala keçmiş vaxtlarda olduğu kimi arvadının alnının ortasından nallayacaqdı, lap sonda əl saxladı.
– Dəli olubsan, başın xarab olub? Arvadım olanda min bəhanə gətirirdin. Başın ağrıyırdı, qıçın
ağrıyırdı, qarnın ağrıyırdı, bu gün istəmirdin, sabah yorğun olurdun. İndi əzizlənmək düşdü xətrinə?
– Bacımın qarnı, qıçı, başı ağrımır? Yorğun olmur?
– Olmur, heç yeri də ağrımır!
– Deyirəm də, bacım səydir, kişiləri tanımır. Bir qadın kişinin hər istədiyini verirsə, kişinin yanında
onun hörməti olmaz. Sonrası da, sən nə əl-ayağını dağıdırsan, birinci dəfəmizdir? O qədər eləyibsən,
üç-beş dəfə artıq eləyəndə nə olacaq? Bir qadınla yüz dəfə yat, ya da yüz on dəfə, nə fərq elər?
– Mən səninlə yatmışam, amma onda sən mənim arvadım idin. İndisə sənin fərasətin, daha doğrusu
qəhrəmanlığın ucbatından baldızım hesab olunursan. Hansı kişi baldızı ilə yatar? Bacın bilsə, ikimizi
də öldürər! Budka xəbər tutsa, başını kəsər!
– Heç kim heç qələt eləyə bilməz! Bacım da, Budka da mənim səninlə olduğumu bilirlər. Bir-iki dəfə
artıq olduğumuzu bilsələr, nəyə görə bu onların xətrinə dəyməlidir? Bacımın minnəti olsun, sayəmdə
səni tapdı. Yoxsa ya keçi otarana ərə gedəcək, yay-qış dağlarda keçi otaracaqdı, ya da
kəndçilərimizdən birinə ərə gedəcək, səhərdən axşama kimi şum vuracaq, meşədən odun daşıyacaq,
tövlədə əlləşəcəkdi. İndisə şəhərli olub, bağçada işləyir. Mən bunları sənə niyə danışıram? Alçaq


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə