İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   2   3   4   5   6   7   8   9   ...   142

bildikləri halda, özləri sürüylə kəndə gəlirlər, öz əzəli düşmənlərinin hüzuruna. Şüurları olsa, belə
eləyərlərmi?
Dayısı haqlıydı, soyuq qış günləri qaban sürülərinin canavarlardan canlarını qurtarmaq üçün kəndin
içərisiylə qaçıb keçdiklərinin çox şahidi olmuşdu. Burda isə daha qəddar düşmənlərinin, insan
canavarların basqınına məruz qalan sürü yarısını itirərək kənddən zorla çıxa bilirdi. Kəndin küçələri
tam bir qaban qırğınına səhnə olurdu. İnsanlar belə gözlənilməz qismətdən geninə-boluna yararlanır,
təkcə özləri üçün yox, itləri üçün də bütün qışa çatacaq ət tədarükü görür, ov üçün qarlı və soyuq
meşəyə gedəsi olmurdular.
Kiçik dayısı razılaşmırdı, insan olmayacaq, amma mən heyvan olaraq qalmasına razı ola bilmərəm.
Olmurdu da, Qobini incidir, döyür, onunla qəddarcasına rəftar eləyirdi. Bir dəfə çəkdiyi siqareti onun
boğazına yapışdırdı, dəhşətli ağrıdan Qobi qışqırır, gözündən yaşlar axırdı. Boğazı şişdi, bir ay
əməlli yeyib içə bilmədi, boğazından su, yemək keçmədi.
Gözlənilmədən dayısından canı qurtardı, şəhərdən onların məktəbinə dərs deməyə gəlmiş rus dili
müəlliməsini zorlamışdı. Adətən kənddə belə halda qızlar rüsvay olacaqlarından qorxub kimsəyə
şikayətlənməzdilər, qohum-əqrəba namuslarını təmizləmək üçün zorlanan qızı onu zorlayanla
evləndirərdilər. Amma müəllimə belə düşünmür, rüsvay olacağından qorxmurdu, polisə zəng
eləmişdi.
Dayısı bir daha geri qayıtmadı. Həbsindən altı ay keçmiş tikintidə yıxılıb öldü. Kənddə danışırdılar
ki, əslində dayısı yıxılmayıb, onu yıxıblar, çünki oğraşları türmədən salamat buraxmırlar.
Azərbaycanda oğraş türməyə düşdümü, bir və ya on beş il iş almasının onun üçün fərqi olmur, bu
onun türməyə son yolçuluğu olur. Oğraşlar türməyə girirlər və ordan çıxmırlar. Elə bil Qobi də
dayısının ölməyini gözləyirmiş, xeyli sakitləşdi, inadkarlığı, tərsliyi qalsa da, indi sözə baxırdı.
Balıq başı yeyənlər tayfasının axırına çıxan xəstəlik Qobinin də yaxasından yapışdı. Üşüdüb titrədir,
gözləri qıyılır, başına duman çökür, bir həftə ərzində arıqlayıb çöpə dönür, gözləri çuxura düşürdü.
Yalnız bir həftədən sonra dirçəlməyə, özünə gəlməyə başlayırdı. Xəstəlik balıq başı yeyənləri biçib
tökəndə həkimlər buna bir çarə tapa bilməmişdilər, yenə də tapa bilmədilər. Bu, elmə məlum olmayan
xəstəlikdir, deyirdilər, balıq başı yeyənlər bu xəstəliyi özləriylə dənizdən gətiriblər, yalnız onlar bu
xəstəliklə xəstələnirlər, başqalarına keçmir. Dənizlə, dəniz heyvanlarıyla bağlı bir xəstəlikdir deyib
xəstəliyə “balıq qripi” adı vermişdilər.
Kənddə ara həkimi var idi, yaşını bilən yox idi, amma hələ də qıvraq idi, üz-gözündə həyat eşqi
qaynayırdı. Qobi yenə də üşütməyə başlayanda anası onu qocanın yanına apardı. Qoca dedi: “ Bu
uşağın ulu babaları dənizdən gəliblər. Biz nə qədər qoyun yeyiriksə, onlar da bir o qədər dəniz balığı
yeyirmişlər. Burda yedikləri isə çay, göl, şirin su balıqlarıydı, belə balıqların da onlara faydası
olmurdu. Duzlu su balıqları yeyə bilmədiklərindən beyinləri bürüşür, gözləri qıyılır, huşlarını itirərək
ölürdülər. Uşağa da onların huyları genlə, qanla keçib. Dükana get, orda dəniz balığı satırlar. Al,
buğda bişir, qoy uşaq yesin, sağalacaq. Yoxsa bundan sonra iki-üç il də yaşamayıb öləcək”. “ Bəs
böyük oğluma niyə keçməyib bu xəstəlik? – anası şübhəylə soruşdu. – Axı o da balıq başı yeyənlər
tayfasındandır”. “ Görünür, onda ana tayfasının geni güclüdür. İndiyə kimi balıq xəstəliyi ilə
xəstələnməyibsə, bundan sonra da xəstələnməz. Sən ondan narahat olma, kiçik oğlunu qoru”.
Anası kənd dükanına getdi. Orda taxta yeşiklərdə hisə verilib qurudulmuş balıq satırdılar. Qadın
satıcıdan bunların hara balıqları olduğunu soruşdu. Satıcı başını yuxarı qaldırmadan cavab verdi.
– Rusiyət balıqlarıdır.
– Hardan tutublar, dənizdən, ya göldən?


Satıcı hirsləndi, ruslar balıqlarını hardan tutduqları haqda yeşiklərin üstünə bircə kəlmə də
yazmayıblar, dedi. Əziyyət çəkir, balıq tutub sənə göndərirlər. Sənsə deyirsən, gedək rusun
yaxasından yapışıb soruşaq, rus bu balıqları hardan tutubsan?
Satıcı çox danışdı, nəhayət iki iri balıq çəkib verdi. Qadın balıqları evə gətirib buğda bişirdi,
özündə-sözündə olmayan oğluna zorla yedizdirdi. Oğlan yedikcə də üşütməsi keçir, şüuru ayazıyırdı.
Sonuncu tikəni ağzına qoyanda isə artıq özünü əvvəlki tək hiss eləyirdi. Sanki bir az bundan əvvəl
üşüdüb-titrədən, hər şeyi tor görən, şüuru dumanlanan heç o deyildi.
Kənd dükanında hər vaxt dəniz balığı olmaya bilərdi. Payız yağışları, qışın qarı-boranı başlayanda
isə kəndin ətraf aləmlə əlaqəsi kəsilirdi. Adamlar yollar bağlananda ərzaq sarıdan korluq
çəkməsinlər deyə qışa ehtiyatı yaydan görürdülər. Qobi üçün də qışa dəniz balığı almalıydılar.
Keçiləri satdılar, qardaşı rayon mərkəzinə getdi, bir yeşik hisə verilmiş quru balıq alıb qayıtdı.
Arxayınlaşdılar, amma evdə daha keçi südü, pendiri olmurdu, uzun illər ərzində keçi pendiri yeməyə,
keçi südü içməyə alışdıqlarından çətinlik çəkirdilər. Anası bir dəfə qardaşını dağların o üzünə,
ermənilərdən keçi pendiri almağa göndərdi, amma qardaşının alıb gətirdiyi pendirdən xoşu gəlmədi.
Qoxusu var idi, öz tutduqları pendir kimi dadlı, ləzzətli deyildi.
Anası təqaüdündən, qardaşı da əmək haqqından artırıb yığandan sonra iki keçi aldılar. Keçilər
balalayıb artdılar. Yenə də evdə keçi südü içir, keçi pendiri yeyirdilər. Keçilərin gəlişi ilə evdəki
həyat, yaşam öz əvvəlki fərəhli günlərinə qayıtdı.
Qardaşı evlənmək istəyirdi, qız da sevirdi. Qobinin bu qızdan xoşu gəlmirdi, gözəl olsa da, suyuşirin
deyildi, sifətində riya, hiylə var idi. Qızdan xoşu gəlmədiyini deyəndə qardaşı ona hirsləndi.
“Evlənən mənəm, sən deyilsən. Sən özün evlənəndə, kimi sevərsən, onunla da evlənərsən. Sən adi bir
qabansan, qabanlar insanları tanıya bilməzlər. Qaban heç vaxt bilə bilməz, bu yaxşı insandır, bu pis
insan. Sən palıd qozalarından, ağac köklərindən, qabıqlarından, qabanların eşələndikləri
çamırlıqlardan, bataqlıqlardan baş çıxara bilərsən. İnsanlar və insanlıq sənlik deyil”.
Qardaşının toyundan dərhal sonra Qobini əsgər yola saldılar. Anası arxa çantasına çörək, iki dənə də
hisə verilmiş quru balıq qoydu. Oğlunu başa salırdı, bişirəndə soyuq suyla yuyarsan. Yanında içməyə
su olsun, yoxsa susuzluqdan ciyərin yanar. Vacib olmasa, gecələr yemə, gecə suyu hardan tapacaqsan?
Hərbi hissədə anasının çantasına qoyduğu balığa ehtiyac olmadı, onlara naharda çiy balıq, şamda
balıq şorbası verirdilər və bəlkə də elə buna görə əsgərlikdə olduğu iki il müddətində bircə dəfə də
olsun tutması tutmadı.
Əsgərlikdə ancaq anasıyla məktublaşırdı, qadın kənddə baş verənlərdən yazır, ara-sıra da onun üçün
bağlama ilə yun corablar, keçi pendiri, lavaş, meyvə qurusu göndərirdi. Bir ildən sonra isə yazdı ki,
qardaşın uçurumdan yıxılıb öldü, qırxını verəndən sonra sənə yazıram. Qardaşının vaxtsız ölümü onu
sarsıtdı. Hirslənmişdi, anasına yazdı, ay ana, bunu vaxtında yazsaydın, mən də icazə alıb gələrdim.
Anası isə anlaşılmayan cavab yazdı: “İndi gəlməyinin bir mənası yoxdu, xidmətini başa vur, gəl”.
Xidmətini başa vurub vətənə qayıtdı. Anası onun üçün saxladığı cöngəni kəsdirdi, plov, qovurma
bişirdilər, qonaqlar yeyib-içib dağılışandan sonra anası o burda olmayanda baş verənləri danışdı.
“Gəlinimiz ayağı sürüşkən oldu, kənddə adına oğraşlar tayfasının cavanlarıyla, briqadirlə, kolxoz
sədriylə söz çıxartmışdılar. Qardaşın bunu eşidib briqadiri döymüşdü. Bunlara mane olmasın deyə,
meşədən kolxoz üçün odun gətirəndə balamı uçurumdan itələyib öldürmüşdülər. Mən eşidən kimi
onların işi olduğunu başa düşdüm, heç özləri də gizlətmir, fəxrlə danışırdılar. Sədr balamın qırxı
çıxmamış bu ləçəri özünə katibə apardı, onu ikinci arvadı kimi saxlayır. Sənin gəlməyini səbirsizliklə
gözləyirdim. Qardaşının intiqamını almalısan. Mən indiyə çoxdan ölmüşdüm, bağrım çatlamışdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə