İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   29   30   31   32   33   34   35   36   ...   142

əcdadlarından arabalarla balıq alıb öz torpaqlarına aparıblar. Onlar da balıq yeyiblər, ağılları artıb.
Sən onlara şüursuz deyə bilməzsən”. “Deyə bilərəm, – adam sakitcə izah elədi, – çünki sənin
əcdadların balıqdan şüurları qaydaya düşəcək qədər yeməyiblər. Balığı yalnız gözləri sona qədər
yumulmasın, beyinləri bürüşüb qurumasın deyə yeyərmişlər. Bəzilərinə uzaq dənizlərdən gətirilən
balıqdan çatmazmış, o zavallıların da gözləri yumular, beyinləri quruyarmış. Yunlu qoyun dərilərinə
bürünərək tir-tir əsərmişlər, amma qoyun dəriləri onları labüd ölümdən xilas eləyə bilməzmiş, ağrılar
içində ölərmişlər. Bax, sənin də gözlərin yumulmaq üzrədir, tez özünü dənizə çatdır, gözlərinə nur
gələnə qədər balıq ye. Yoxsa ağrılar içində qıvrılıb öləcəksən”. “Gözlərimə heç nə olmayıb, – Qobi
etinasız halda dedi. – Günəşə görə qıymışam. Mən həmişə özümlə dəniz balığı gəzdirirəm, beynim
dumanlananda, gözlərim tor çalanda balıq üçün harasa qaçmıram”.
Adam ona tərəf döndü.
– Onda belə çıxır balıqla qoyun üz-üzədir?
– Elə çıxmır, – Qobi başını yırğaladı. – Balıq yeyənlə qoyun yeyən üz-üzədir.
– Balıq yeyən də qoyun yeyəni bağırtmalıdır, – özünə təsəlli vermək üçün dediyi sözlərdən adamın
sifəti işıqlandı. – Çünki tarixən dənizdən gələnlər quruda yaşayanları bağırdıblar, daha qurudan
gedənlər dənizdəkiləri yox. Sənsə tarixi bilmirsən. Nə dənizdə yaşayanların, nə də quruda
yaşayanların tarixini.
– Bəlkə də sən tarixi bilirsən, – Qobi etiraf eləməli oldu, – xüsusilə də suda yaşayanların, qəbirləri
suda olanların tarixini. Amma sən burda bir kimsəni bağırda bilməyəcəksən, özün bağıracaqsan. Çıx
get öz əcdadlarının torpaqlarına, öz torpaqlarına sahib çıx.
– Gedə bilmərəm, – adam qüssəylə dedi.
– Niyə?
– Yoxdurlar.
– Kim və ya nə? Əcdadların, ya torpaqların?
– Hər ikisi.
– Nec olublar?
– Əcdadlarım torpağın altındadır, torpağın üstünü isə sənin kimi güclülər alıblar.
Adam ayağa qalxdı, daha onun üstünə atılmaq fikri yoxdu, Qobi onun gözünün odunu almışdı – ona bu
torpaqlardan pay çatmayacağını başa düşmüşdü.
Əcdadlarını və torpaqlarını itirmiş adam yovşanlı çöllə başını aşağı salaraq çıxıb getdi.
Qobi isə gözlərinin tor vurduğunu hiss eləyən kimi ətrafdan çır-çırpı yığıb ocaq qaladı, özüylə
gəzdirdiyi quru balığı çıxardıb alova verərək yeməyə başladı. Yedikcə də şüuru aydınlaşır, gözlərinin
qabağındakı kölgələr çəkilirdi.
Ciddinin dediyi kimi də elədi, tikinti briqadası tapdı, pullarını verdi və bircə ay ərzində bu yovşanlı
torpaqda ikimərtəbəli yaraşıqlı ev tikdilər. Qobi indi öz evində yaşayırdı. Evdə tək qalırdı, həyətdə
heç nə əkməmişdi, əkərsə, yovşanların yoxa çıxacağından ehtiyatlanırdı. Səhər tezdən durur, həyətə
düşüb yovşan qoxusunu acgözlüklə ciyərlərinə çəkirdi. Bu tutqun, tüstülü şəhərdə onun üçün yeganə
doğma olan yovşanlar idi, yovşan qoxusuydu. Yalnız sürücüsü onu götürmək üçün evə gəlir, digər iş
yoldaşlarına isə evinin harda olduğunu demir, kimləsə təmas saxlamırdı. Bir də, arada az qala şəhərin
bütün fahişələrini tanıyan sürücü onun üçün qızlar göndərirdi. Qızlardan heç birini bir saatdan artıq
saxlamırdı, işlərini qurtaran kimi də yola salırdı.
Son vaxtlar onda qəribə hallar yaranmağa başlamışdı, indi əvvəllər olduğundan daha çox başı
dumanlanır, gözləri tor vururdu. Dəniz balığı əvvəlki təsirini itirmişdi. Bəzən yeyir, yeyən kimi də öz


normal halına qayıdırdı, bəzənsə balıq kömək eləmirdi. Nə qədər yeyirdisə, başının ağrıları
sakitləşmir, dumanı çəkilmirdi. Sürücüsü deyirdi, sən həkimə getməlisən, cərrahiyyə institutunda çox
gözəl bir həkim var. Mənim tanışımdır, gedək, göstərək.
Getdilər, həkim onu müayinə elədi, başının, beyninin müxtəlif cihazlarda şəklini çəkdirdi, beyinə
gedən əsas damarlarını, beyin damarlarını müasir cihazlarda yoxlatdırdı və dedi: “Vəziyyət
gözlədiyimizdən də ciddidir, həyatın hər üzünü görmüş adamlarsınız, həqiqəti deyim, ümidsizdir.
Bundan sonra sənə dəniz balığının kömək eləyəcəyinə inanmıram. Hətta indinin özünə kimi də bu
vəziyyətdən yalnız balıq yeməklə çıxmağın mənim üçün çox şübhəlidir. Amma kömək eləyib, bundan
sonra da ye. Bəlkə yenə də kömək eləyəcək. Səndə bu tutmalarla yanaşı huşsuzluq da başlayacaq,
tutman tutanda yaddaşını itirəcək, kimin kim olduğunu bilməyəcəksən. Başın dumanlanmağa
başlayanda balıq yedin, kömək eləmədimi, sakit bir yer tap, uzan”.
Həkim onu yola salanda deyirdi, məncə, sənin həqiqəti bilməyin vacibdir, uzağı üç il ömrün qalıb.
Bundan artığına o beyin tab gətirməz.
Həkimin pulunu verdi və vidalaşıb çıxdı. “Demək, üç il, – kədərlə düşünürdü. – Bu üç ilə ya oğraşlar
tayfasının adamları məni öldürəcəklər, ya da mən onların sayını azaldacağam. Hər halda üç il az
ömür deyil”.
Ciddinin yanına gəldi, vəziyyəti ona danışdı. Ciddi isə onun halına acımaq əvəzinə özünəməxsus
iyrənc gülüşlə güldü. Ciddiliyini pozmaz, nadir hallarda gülərdi, onun amansız xəstəliyə yaxalanması
adamın kefini açmış, hətta onu güldürmüşdü. Məmnunluqla deyirdi, mənə deyirdilər, amma
inanmırdım. Demək, Tanrının səbri tükənib. Daha günahlarına görə cəzalandırmaq üçün öz
bəndələrinə vaxt vermir. İşi o dünyaya qoymur. Bu dünyada cəzalandırır.
– Bəs onda səni niyə cəzalandırmır? – Qobi tutulmuşdu.
– Bu, Tanrının işidir, bir kimsə Tanrının işinə qarışa bilməz.
– Yox, – Qobi şefi ilə razılaşmadı, –Tanrının səbri tükənibsə, günahlarına görə bəndələrini bu
dünyada cəzalandırmağa başlayıbsa, onda bütün günahkarları cəzalandırmalıdır. Birini cəzalandırıb,
digərinə güzəştə getməməlidir. Bu ədalətsizlikdir, mən bununla barışa bilmərəm.
– Barışmayıb neyləyəcəksən? – Ciddinin səsində buz soyuqluğu var idi.
– Günahkarları mən cəzalandıracağam, ədalət öz yerini tapsın deyə.
– Sən nə Tanrısan, nə də məhkəmə, – Ciddi başını yırğalayırdı.
– Elədir, amma mən məhkəmənin ədalətinə, Tanrının da bütün günahkarları cəzalandıracağına, mənim
də o günü görəcəyimə inanmıram. Mənim ömrüm az qalıb. Ona görə də ədaləti bərpa eləməyə qərar
verdim. Məsələn, biri sən, mən nə iş görmüşəmsə, sənin göstərişinlə görmüşəm. Heroin, narkotika
gətirib minlərlə adamları zəhərləmişik. Sən olmasaydın, bunların heç biri olmayacaqdı. Tanrının
səbri tükənmişdisə, günahkarlara o dünyaya kimi vaxt verməyib bu dünyada cəzalandırmağı qərara
almışdısa, ilk növbədə səndən başlamalıydı. Tanrı isə məndən, sənin göstərişlərini yerinə yetirib
pulunu alan sıravi birisindən başladı. Bu ədalətlimi işdir? Belə olan halda da ədaləti mən bərpa
eləməliyəm.
Səs boğucusu olan tapançanı çıxardan kimi də Ciddinin alnından atəş açdı, adam gözlərində sonsuz
heyrət ifadəsi donmuş halda kresloya yayxandı və ruhu bədənini tərk elədi. Nəsə hiss eləyib içəriyə
qaçan mühafizəçini də başından vurdu.
– Bu başqa məsələ, – razılıqla dedi, – əməlinə görə bu dünyadaca daha iki nəfər cəzalandı, ədalət az
da olsa bərpa olundu.
İçəridən iti addımlarla çıxdı, binadan bir qədər aralanıb taksi saxladı. Evə getmədi, Ciddinin


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə