İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20

(10) Bu bəndin (6) yarımbəndində nəzərdə tutulmuş yoxlama aparılan zaman (9) yarımbəndinin 

müddəaları uyğun olaraq tətbiq edilir.  

18.5. Ixtiranın patent qabiliyyətlilik şərtinin yoxlanılması. 

İddia olunan ixtiranın patent qabiliyyətlilik şərti yoxlanılan zaman, onun, sənaye tətbiqi, yeniliyi və 

ixtiraçılıq səviyyəsi şərtinə uyğunluğu, həmçinin onun patent qabiliyyəti olmayan ixtiralar 

siyahısına aid olub-olmadığı əlavə yoxlanılır. İddia sənədinə çoxbəndli düstur daxildirsə (həm bir, 

həm də bir necə asılı olmayan bəndlərlə), onun patent qabiliyyətınin yoxlanılmasının xüsusiyyətləri 

bu Qaydaların 18.5.4 bəndində əks olunur. 

İddia olunan ixtiranın patent qabiliyyətliliyi yoxlanılan zaman müəllif, iddiaçı və ya onlardan bu 

informasiyanı birbaşa və ya dolayısı ilə almış istənilən şəxs tərəfindən ixtiraya aid, ixtiranın 

mahiyyətinə dair məlumatları hamının əldə edə bilməsi şəklində açıqlayan informasiyaya malik 

məhbələr, ixtiraya dair iddia sənədi Patent idərəsinə informasiyanın açıqlandığı tarixdən 6 aydan 

gec daxil olmayıbsa, mövcud bilgilər məcmusuna daxil edilmirlər. 

Konkret mənbəyə aid olan informasiyanın açıqlanması tarixinin təyini zamanı bu Qaydaların 2.6.4.2 

bəndini rəhbər tutmaq lazımdır. 

Bu Qaydaların 18.5.1-18.5.4 bəndlərinə uyğun olaraq patent qabiliyyətliliyin yoxlanılmasının 

nəticələrinə əsasən, patent verilməsi və ya patent verilməsindən imtinaya dair qərar çıxarılır (bu 

Qaydaların 18.7 və 18.8 bəndləri).  

18.5.1 Sənaye tətbiqliliyinin yoxlanılması. 

(1) Qanunun 7-ci maddəsinin 2-7 bəndlərinə uyğun olaraq ixtira sənayedə, kənd təsərrufatında, 

səhiyyə və digər fəaliyyət sahələrində istifadə oluna bilərsə, o sənaye tətbiqli sayılır. 

(2) İxtiranın istifadə olunma imkanı təyin olunduqda, iddia sənədinin materiallarında iddia olunan 

ixtira obyektinin gostərilən təyinatının mövcud olması yoxlanılır. 

Həmçinin, iddia sənədinin ilkin materiallarında, ixtiranın, ixtira düsturunun asılı olmayan bəndində 

səciyyələnən formada həyata keçirilməsinin metodları və vasitələrinin təsvir olunub-olunmadığı 

yoxlanılır. Belə vasitə və metodlar iddia sənədinin materiallarında olmadıqda, ixitranın ilkinlik 

tarixinə qədər hamı tərəfındən istifadə oluna bilən mənbədə göstərilən vasitələrin və metodların 

təsvir edilməsinə icazə verilir. 

Bundan başqa, ixtiranın həyata keçirildiyi təqdirdə, iddiaçı tərəfindən göstərilən təyinatın həyata 

keçirilməsinin mümkünlüyünə əmin olmaq lazımdır. 

(3) İddia edilən ixtira istifadəsi zamanı ekoloji təsirə və ya zəhərləmə qabiliyyətinə malik olduqda, 

onun ekoloji təmizliyi və zərərsizliyinin müəyyən edilməsi. 

(4) İxtiranın ilkinlik tarixinə qədər bütün göstərilən tələblərin gözlənildiyi müəyyən edilərsə

düsturun asılı olmayan bəndində xarakterizə edilən ixtira sənaye tətbiqliliyi şərtinə uyğun sayılır. 

Göstərilən şərtlərdən heç olmazsa biri gözlənilməzsə, ixtiranın sənaye tətbiqliliyi şərtinə uyğun 

gəlməməsi haqqında nəticə çıxarılır. Bu halda iddiaçıya müvafiq dəlillər gətirilməklə sorğu 

göndərilir və bu dəlillər barədə öz fikrini bildirmək və ya ixtiranın düsturunda düzəlişlər etmək 

təklif oluna bilər (əgər ekspertizanın fikrinə əsasən, iddia sənədinin materialları belə düzəlişləri 

etməyə imkan verirsə və bunun nəticəsində göstərilən nəticə dəyişdirilə bilərsə). Bu zaman sorğuda 

düsturda düzəlişlər etmək barədə konkret təkliflər verilə bilər. 




(5) Sənaye tətbiqliliyi şərtinə uyğunsuzluğu təyin edilən ixtira barəsində yenilik və ixtiraçılıq 

səviyyəsinin yoxlanılması keçirilmir.  

18.5.2. Yeniliyin yoxlanılması. 

(1) Qanunun 7-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq ixtira mövcud bilgilər məcmusunun bir 

hissəsini təkrarlamırsa, yeni sayılır. 

İxtiranın yeniliyinin yoxlanılması, ixtiranın düsturunun asılı olmayan bəndində olan bütün 

əlamətlərin məcmusuna nəzərən aparılır. 

(2) Daha əvvəlki tarixli ilkinliyi olan ixtira və ya faydalı model üzrə iddia sənədi aşağıdakı şərtlərin 

məcmusunun gözlənildiyi təqdirdə bu tarixdən mövcud bilgilər məcmusuna (yalnız yenilik 

yoxlanıldıqda) daxil edilir: 

Azərbaycan Respublikasının patentləri verilməsinə dair vəsatətlər olan SSRİ müəllif 

şəhadətnamələri və patentləri verilməsinə dair iddia ərizələri və həmçinin beynəlxalq təqdim edilmə 

tarixi müəyyən edilmiş, SSRİ-yə və ya Azərbaycan Respublikasına göstərişləri olan iddia sənədləri 

də Azərbaycan Respublikasında verilmiş iddia sənədlərinə bərabər tutulur; 

iddia sənədi digər şəxs, yəni digər iddiaçı tərəfindən təqdim edilmişdir

iddia sənədi geri götürülməyib (beynalxalq iddia sənədinin qüvvəsinə Azərbaycan Respublikasında 

xitam verilməyib). 

İlkinlik tarixi ilə mövcud bilgilər məcmusuna həmçinin Azərbaycan Respublikasında 

patentləşdirilmiş (yəni uyğun SSRİ və Azərbaycan Respublikasının Dövlət reyestrində qeydiyyata 

alınmış) ixtira və faydalı modellər (o cümlədən həmin şəxs tərəfindən) daxil edilir. 

İddia sənədi ərizə, təsvir, düstur və çertyojların daxil olduğu tarixə həmin iddia sənədində olan 

düstur və təsvirə nəzərən mövcud bilgilər məcmusuna daxil edilir (ixtiraya dair iddia sənədi üçün­

yalnız təsvirdə onlara istinadlar varsa). 

Tarix baxılan iddia sənədinin ilkinlik tarixindən daha sonrakı tarixdirsə, daha əvvəlki ilkinliyə 

malik iddia sənədi mövcud bilgilər məcmusuna, onun bu ilkinliyin təyini üçün əsas olan 

materiallarla (birinci iddia sənədi, ilk təqdim edilmiş iddia sənədi, bu iddia sənədinə aid olan əlavə 

materiallar) üst-üstə düşən hissəsində daxil olur. 

Azərbaycan Respublikasında patentləşdirilmiş ixtira və faydalı model mövcud bilgilər məcmusuna 

yalnız o düstura nəzərən daxil edilir ki, ixtira və faydalı modelin Azərbaycan Respublikasının 

müvafiq Dövlət reyestrində qeydiyyatı onunla aparılmışdır. 

(3) Mövcud bilgilər məcmusunda iddiaçı tərəfindən təqdim edilən ixtiranın düsturunda olan bütün 

əlamətlərə oxşar əlaməti olan vasitə tapılarsa, ixtira yenilik şərtinə uyğun sayılmır. 

İddia olunan ixtira yeni təyinatlı qurğunun, üsulun, maddənin, ştammın tətbiqinə aiddirsə, 

iddiaçının göstərdiyi təyinata malik qurğunun, üsulun, maddənin, ştammın məlum tətbiqi haqqında 

informasiya mənbəyi tapıldıqda, həmin ixtira yenilik şərtinə uyğun sayılmır. 

(4) Mövcud bilgilər məcmusunda aşkar edilmiş informasiya mənbəyində baxılan iddia sənədinin 

daha əvvəlki ilkinliyə malik iddia sənədi olduğu məlum olarsa, həmin sənədin geri götürülüb­

götürülmədiyinə əmin olmaq lazımdır. 

İddia sənədi geri gotürülməyibsə və Qanunun 29-cu maddəsinin 8-ci bəndinə uyğun olaraq onun 

geri götürülməsinin təyin olunmuş vaxtı qurtarmışsa, iddia olunmuş ixtiranın baxılması bu bəndin 

(6) və ya (7) yarımbəndinə uyğun olaraq davam etdirilir.  



Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə