İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

uygun olaraq, iddia sənədi verilməmiş sayılır, həmin iddia sənədləri üzrə kargüzarlıq dayandırılır, 

bu haqda iddiaçıya xəbər verilir. 

17.4. Iddia sənədində çatışmayan və ya düzəlişlər aparılacaq materialların sorğusu. 

İddia sənədinin ilkin ekspertizası zaman iddia sənədinə olan tələblərin pozulmasının tərkibi 

müəyyən edildikdə, iddiaçıya müəyyən edilmiş çatışmazlıqların göstərilməsi ilə sorğu göndərilir və 

sorğu alındığı tarixdən 2 ay müddətində onun cavabını təqdim etmək təklif edilir (29-cu maddənin 

2-ci bəndi). 

Sorğu üçün əsas aşağıdakılardır: 

1. Iddia sənədində bu Qaydaların 2.1. bəndində nəzərdə tutulmuş heç olmasa bir sənədin və ya 

sənədlər başqa dildə təqdim edildikdə, həmin sənədlərin azərbaycan dilində tərcüməsinin olmaması 

(patent verilməsi haqqında ərizə istisna olmaqla);  

2. İddia sənədi patent müvəkkili tərəfindən verildikdə, etibarnamənin olmaması və/və ya onun 

tərtibatına olan tələblərin pozulması. 

3. İddia sənədi materiallarının müəyyən olunmuş saydan az nüsxələrdə təqdimi.  

4. Iddia sənədinin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan fiziki şəxslər və ya 

Patent idarəsində qeydə alınmış patent müvəkkilinin iştirakı olmadan xarici hüquqi şəxslər 

tərəfindən verilməsi (Azərbaycan Respublikasının iştirakı ilə beynəlxalq sazişlə iddia sənədinin bu 

cür təqdim edilməsi qaydası müəyyən edilmədikdə). 

5. Patent verilməsi barədə ərizədə bu Qaydalarda nəzərdə tutulan tələb olunan məlumatlar, imzalar, 

möhür (lazım olduqda) və ya digər rekvizitlər olmadıqda. 

6. Rüsumun düzgün ödənilməsi ilə bağlı məsələlərin aydınlaşdırılması vacib olduqda. 

7. Sənədlərin tərtibatında, onların nəşrini, saxlanmasını və/və ya maraqlı şəxslərin onlarla tanış 

olmasını əngəlləyən çatışmazlıqlar müəyyən edildikdə (vərəqlərin formatına, çertyojlara 

(haşiyələrin ölçülərinə olan tələblərin pozulması, və s. çapın keyfiyyətindən asılı olaraq iddia 

materiallarının çətin oxunması). 

8. İxtira düsturunun bu Qaydaların 2.7.1.-2.7.6. bəndinin tələblərini ödəmədiyi halda. 

9. İxtiranın düsturunda ixtira obyektinin göstərilməməsi. 

10. Çoxbəndli düsturun asılı olan bəndlərində ixtiranın hazırlanması və istifadəsinin xüsusi 

hallarında ictimai mənafeyə, humanizm və əxlaq prinsiplərinə zidd olan əlamətlərin açıqlanması. 

11. Bu Qaydaların 2.7.2.4 bəndinin tələblərinə uyğun asılı olmayan bəndin bir ixtiraya aid olması 

tələbinin pozulması. 

12. İxtira düsturunda tabe olduğu düstur bəndinin əlamətinin əvəz olunmasını və ya çıxarılmasını 

nəzərdə tutan asılı bəndin olması. 

13. İxtiranın təsvirində və düsturunda ekspertizanın aparılmasına maneçilik törədən ümumişlək 

terminlərdən istifadə edilməsi. 

14. İddia sənədlərinin bir-birinə uyğun olmaması (ərizə və ixtiranan təsvirində və ya düsturunda 

adların uyğun olmaması, təsvirdə olan əlamətlərin ixtiranın düsturunda olmaması və s.). 



15. İxtiranın təsvirində və düsturunda iddia edilən ixtiranın mahiyyətini təhlil etmədən müəyyən 

edilən başqa pozuntuların olması. 

16. Sorğuda iddiaçıya əlavə rüsum ödəmək şərtilə bir ixtiraya yaxud da vahid ixtiraçılıq ideyası 

əmələ gətirən ixtiralar qrupuna aid dəqiqləşdirilmiş təsvir və düstur təqdim etmək təklif edilə bilər. 

İddiaçı müəyyən edilmiş vaxtda sorğu edilən materialları təqdim etmədikdə və ya vaxtın 

uzadılmasına dair vəsatət vermədikdə, iddia sənədləri geri götürülmüş sayılır və iddiaçı xəbərdar 

edilir. İddia sənədləri üzrə kargüzarlıq dayandırılır və sənədlər Patent idarəsinin arxivinə göndərilir. 

17.5. Iddia sənədi predmetinin təsnifatı. 

Iddia sənədi predmetinin texnikanın bu və ya digər sahəsihə aid olduğunu müəyyən etmək üçün, 

MPEM iddia edilən ixtiraları Beynəlxalq Patent Təsnifatı üzrə təsnif edir. 

Təsnifatlaşdırma:  

- Iddianın ilkin ekspertizası zamanı; 

- informasiya axtarışı zamanı aparılır. 

Təsnifatlaşdırma, "BPT"-yə girişə uyğun qaydalarla aparılır. Təsnifat indeksini dəqiq müəyyən 

etmək üçün ixtiranın düsturu əsas götürülür. İxtiranın mahiyyətinin daha dəqiq anlamaq üçün 

ixtiranın təsviri və çertyojları cəlb edilir.  

İddia sənədlərində BPT-nin müxtəlif rubrikalarına aid olan bir neçə ixtira obyekti olduqda, bütün 

müvafiq təsnifat indeksləri müəyyənləşdirilir. Bu halda 1-ci indeks ixtiranın adı ilə 

müəyyənləşdirilir. 

İlkin ekspertiza zamanı müəyyənləşdirilən təsnifat indeksləri sonrakı ekspertiza prosesində 

dəyişdirilə bilər. 

17.6. İxtiraya "Patent haqqmda" Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi mühafizə 

verilə bilməməsi haqqında xəbərdarlıq. 

İddia sənədinin ilkin ekspertizası zamanı iddia edilən ixtira məxfi hesab edilərsə, iddiaçı "Patent 

haqqında" Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq 

ixtiraya aid sənədlərin dərc olunmaması və patentin verilməməsi barədə xəbərdar edilir. 

17.7 Patent verilməsindən imtinaya dair qərar. 

1. İddia sənədinin ilkin ekspertizası nəticəsində onun patent qabiliyyətli təkliflərə aid olmadığı 

müəyyən edilərsə, iddiaçıya patent verilməsindən imtinaya dair qərar göndərilir, burada əlavə 

olaraq iddiaçının gətirilmiş dəlillərlə razı olmadığı təqdirdə, qərarın alındığı tarixdən etibarən 2 ay 

müddətində Patent idarəsinin Apellyasiya Komissiyasına öz etirazılarını təqdim edə bilmə hüququ 

barədə məlumat verilir.  

2. Təqdim edilən təklif o halda patent qabiliyyətli ixtira sayılmır ki, ixtira düsturu tam şəkildə bu 

Qaydaların 1.1.6 bəndində göstərilən təkliflər siyahısı ilə tam üst-üstə düşsün. Qərar çıxarılanadək 

iddiaçıya patent verilməsindən imtina üçün əsas ola biləcək dəlillər və lazımdırsa müvafiq 



Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə