İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

informasiya mənbələrindən istinadlar gətirməklə və gətirilən dəlilləri ixtira düsturunu təsdiq 

etməklə təkzib və ya ona zəruri dəyişikliklər etməklə sorğu göndərilə bilər. 

Ixtira düsturu çoxbəndlidirsə, ekspertiza düsturun hər bəndi üzrə ayrılıqda aparılır. Hər hansı bir 

bənd göstərilən təkliflər siyahısı ilə üst-üstə düşürsə, iddiaçıya, ixtira düsturunu dəyişdirməsi və ya 

ixtira düsturundan bu bəndi çıxarması təklif olunur. 

Iddiaçı ixtira düsturunda təklif edilən dəyişikliklərlə razı olmadığı halda, ona patent verilməsindən 

imtinaya dair qərar göndərilir. 

17.8. İddia sənədinin ilkin ekspertizasının müsbət rəyi haqqında xəbərdarlıq. 

İddia sənədi lazımi sənədləri özünə daxil edərsə, onlarda bu Qaydalarla təyin edilmiş tələblər 

gözlənilərsə və iddia olunan təklif patent qabiliyyətli sayılan ixtiralara aid olarsa, iddiaçı iddia 

sənədinin ilkin ekspertizasının müsbət rəyi barədə xəbərdar edilir.  

İddia sənədinə görə, iddıa sənədinin patent idarəsinə daxil olduğu tarixdən daha əvvəlki ilkinlik 

xahiş edilməzsə, iddiaçı həmçinin ilkinlik haqda da xəbərdar edilir.  

İxtiranın ilkinliyi, patent verilməsi barədə iddia sənədi Patent idarəsinə daxil olduğu tarixdən təyin 

edilir (Qanunun 28-ci maddəsinin 1-ci bəndi). 

18. Iddia sənədinin ekspertizası. 

18.1. İddia sənədinin ekspertizasının məzmunu.  

İddia sənədinin ekspertizasi zamanı aşağıdakilar müəyyən edilir: 

bu Qaydaların 18.2-ci bəndinin tələblərinə uyğun olaraq iddia sənədinin yoxlanılması; 

Qanunun 28-ci maddəsinin 2-9 bəndlərinə uyğun istənildikdə, ixtiranın ilkinliyinin təyin edilməsi; 

İddiaçının təqdim etdiyi ixtiranın düsturunun bu Qaydaların 2.7.1, 2.7.2.3 və 2.7.2.4 bəndlərinin 

tələblərinə uyğünluğunun yoxlanılması; 

İddiaçı tərəfindən əlavə materiallar təqdim edilərsə, onların bu Qaydaların 19-cu bəndinə  

uyğunluğunun yoxlanılması; 

İddia sənədini baxılan zaman iddiaçı tərəfindən təklif olunan iddia sənədində, əlavə materialda, 

iddia olunan düsturda xarakterizə edilən, ixtiranın patent qabiliyyətliliyi şərtinə uyğunluğunun 

yoxlanılması. 

18.2. İddia sənədinin ekspertizasının keçirilmə şərti. 

Qanunun 29-cu maddəsinin 3-cu bəndinə uyğun olaraq, iddia sənədinin ekspertizası aparılır. 

İddia sənədinin ekspertizasının keçirilməsi üçün rüsumun ödənilməsini təsdiqləyən sənəd təqdim 

edilir. Rüsum göstərilən sənədlə birlikdə təqdim edilmədikdə, rüsumun ödənilməsi barədə xəbərdar 

edilir. 


Əgər ödənilmiş rüsumun məbləği, təyin edilmiş məbləğə uyğun gəlməzsə, qalan məbləğin 

ödənilməsini təsdiqləyən sənəd, iddiaçı tərəfindən alındığı tarixdən iki ay müddətində təqdim edilir.  




Təyin edilmiş məbləğdə rüsumun ödənilməsini təsdiq edən sənəd, təyin edilmiş müddətdə təqdim 

edilməzsə, onda bir ixtira üçün iddiaçı tərəfindən təqdim edilən iddia sənədi, təqdim edilməmiş 

sayılır, ixtiralar qrupuna görə iddia sənədi üzrə, ekspertiza, düsturda birinci göstərilmiş və ya iddiaçı 

tərəfindən göstərilmiş ixtiralara görə, onların ödənilməsi şərtilə keçirilir. 

Əgər iddiaçı, iddia sənədinin ekspertizasının keçirilməsi üçün rüsumun, təyin edilmiş məbləğdən az 

ödənilməsi və ya belə rüsumun ödənilməsindən azad olunma hüququna malikdirsə, onda rüsumun 

ödənilməsindən azad olunmaq üçün və ya onun məbləğinin azadılması üçün əsas verən təsdiqləyici 

sənəd iki aydan gec olmamaq şərti ilə təqdim edir.  

18.3. İxtiranın ilkinliyinin təyin olunması. 

İddiaçı tərəfindən, ixtiranın ilkinliyi, iddia sənədinin Patent idarəsinə daxil olma tarixindən əvvəl 

istənilərsə, iddiaçı tərəfindən, Qanunun 28-ci maddəsinin 2-9 bəndlərində göstərilən tələblərin 

gözlənilməsi müəyyən edilir. 

18.3.1. Konvension llkinliyin təyin olunması 

Qanunun 28-ci maddəsinin 2-9 bəndlərinə uyğun olaraq, konvension ilkinlik istənildikdə: 

iddiaçının - sənaye mülkiyyətinin qorunması üzrə Paris konvensiyasının üzvü olan dövlətdə 

(bundan sonra - Paris konvensiyası) - təqdim edilən iddia sənədinin surətinin olması; əgər göstərilən 

surət iddia sənədinin Patent idarəsinə təqdim edilmə tarixindən sonra təqdim edilərsə, iddiaçi 

tərəfindən üç ay müddətində birinci iddia sənədinin surəti təqdim edilir (əgər birinci iddia sənədi bir 

neçədirsə, onda göstərilən şərtlər iddia sənədinin hər birinin surəti üçün gözlənilməlidir). 

İddia sənədinin istənilən konvensiya ilkinliyi ilə birlikdə Patent İdarəsinə daxil olduğu müddət 

ərzində birinci iddia sənədinin təqdim edilməsi tarixindən başlayaraq, 12 ay müddətin iddiaçı 

tərəfindən gözlənilməsi. Əgər iddia sənədi, gözlənilən müddətdən gec olaraq, lakin onun 

müddətinin qurtarma tarixindən iki ay müddətinin qurtarmasına qədər daxil olarsa, onda iddiaçı 

tərəfindən, iddia sənədini 12 aylıq müddətdə təqdim etməsinə mane olan ondan asılı olmayan 

səbəblərin göstərilməsi və onların sənədin təsdiqinin, əgər belə təsdiq yoxdursa, vacibliyi təyin 

edilir (göstərilən müddət bu Qaydaların 7-ci bəndinin 4-cü abzasında təyin edilmiş qaydada 

hesablanır); 

iddia sənədinin Patent idarəsinə daxil olduğu tarixdən gec olmayaraq, konvension ilkinliyin təyini 

haqqında vəsatətin təqdim edilməsi; 

birinci iddia sənədində iddia olunan ixtiranın mahiyyətinin açılması yoxlanır. 

18.3.2. Əvvəllər təqdim edilmiş iddia sənədinə əlavə materialların daxil olma tarixi üzrə ilkinliyin 

təyin olunma şərti. 

Əvvəllər təqdim olunmuş iddia sənədinə əlavə materialların daxil olma tarixi üzrə, iddiaçı 

tərəfindən ixtiraya ilkinlik istənildikdə (Qanunun 28-ci maddəsinin 6-cı bəndinə əsasən) aşağıdakı 

tələblərin gözlənilməsi yoxlanır: 

İddia sənədi üzrə belə ilkinlik istənildikdə əlavə sənədlərin nəzərə alınmaması barədə Patent 

idarəsindən alınan bildirişə cavab iddiaçı tərəfindən üç ay ərzində köndərilməlidir. O haldakı bu 

ekspert iclası nəticəsində qəbul edilmiş və protokolda qeyd olunmuşsa, əlavə materiallar iddia 

edilən ixtiranın mahiyyətini dəyişdirirsə onda yeni iddia sənədinin təqdiminin tarixi protokolun 

surətinin iddiaçı tərəfindən alındığı tarixdən hesablanır; 

iddia olunan ixtiranın mahiyyəti əlavə materiallarda, ilkinlik istənilən tarix üzrə açılmalıdır (əlavə 

materialları təqdim olunan ilkin iddia sənədinin məzmunu nəzərə alınaraq). 




Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə