İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20

İddiaçının əlavə materialların göstərilən muddətlərin pozulması ilə təqdim etməsi müəyyən edilərsə 

(və bu müddətlər bu Qaydaların 14-cü bəndinə uyğun olaraq uzadılmayıbsa), iddia sənədi geri 

götürülmüş sayılır və bu barədə iddiaçı xəbərdar edilir. 

(4) İddiaçının təşəbbüsü ilə və ya Patent idarəsinin sorğusuna əsasən təqdim edilən və baxılmağa 

qəbul edilən əlavə materialları daxil olduqda, onların iddia olunan ixtiranın mahiyyətini dəyişib­

dəyişməməsi yoxlanılır. Əlavə materiallar, iddia olunan ixtiranın mahiyyətini o zaman dəyişdirmiş 

sayılır ki, onlara iddia sənədinin ilkin materiallarında olmayan düstura əlavə edilməli olan əlamətlər 

daxil edilmiş olsun. 

Əlamətlər ixtiranın düsturuna təkcə iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş düsturda olduqları 

halda yox, həm də iddiaçı bu cür daxil etməni göstərdiyi halda da daxil edilməli sayılırlar. 

Əlavə materiallarda verilmiş və düstura daxil edilməli olan əlamətlər, onlar patent verilməsinə dair 

ərizənin, təsvirin, ixtira düsturunun və çertyojların Patent idarəsinə daxil olduğu tarixə iddia 

sənədində olan düsturda və təsvirdə açılmamış olduqda, iddia sənədinin ilkin materiallarında 

olmamış hesab edilirlər. 

İddia sənədinin ilkin materiallarında ixtiranın mühüm əlaməti onun xüsusi formaları açılmadan 

ümumi anlayışla ifadə olunubsa, bu cür yerinə yetirilmənin əlavə materiallarda ixtira düsturuna 

daxil edilməli olan əlamətə aid edilməklə verilməsi əlavə materialların ixtiranın mahiyyətini 

dəyişdirdiyini hesab etmək üçün əsasdır. 

Yalnız mövcud bilgilər məcmusuna, eyni zamanda ən yaxın analoqa nəzərən təsvirdə sadalanan 

əlamətlər iddia sənədinin ilkin materiallarında olan iddia olunan ixtiranın əlamətlərinə aid edilmir.  

İddia sənədi ixtiralar qrupuna aid oldugda, iddia sənədinin ilkin materiallarında olan, qrupun hər 

hansı bir ixtirasının əlamətləri kimi, təsvirdə qeyd olunan qrupun məhz bu ixtirasına aid olan 

əlamətlər sayılır. 

Biri digərində istifadə üçün nəzərdə tutulmuş ixtiralar qrupu istisna təşkil edir. Bu zaman bir 

ixtiranın digərində istifadə üçün ilkin materiallarındakı nəzərdə tutulmuş əlamətlər, bu digər 

ixtiranın da əlamətləri kimi sayılır. 

İddia olunan ixtira məlum qurğu, üsul, maddə və ya ştammların yeni təyinatla tətbiqinə aiddirsə, 

iddia sənədinin ilkin materiallarından fərqli göstəriş, məlum obyektin təyinatı və ya məlum 

obyektin səciyyəsi üçün istifadə edilən digər əlamətləri açıqlayan əlavə materiallar mahiyyət 

dəyişdirici sayılır. 

İddia sənədinin ilkin materiallarında düstura əlavə edilməli olan əlamətlərə aid olmayan, iddia 

olunan ixtira haqqında məlumatları olmayan əlavə materiallar ixtiranın mahiyyətini dəyişməmiş 

sayılırlar. Belə məlumatlara, o cümlədən ixtiranın həyata keçirilməsi şəraiti haqqında yeni (əlavə) 

məlumatlar, ixtiranın həyata keçirilməsi nümunələri, əlavə texniki nəticənin alınması imkanına 

göstəriş, qrafik materiallarda dəqiqləşdirmələr və s. aid ola bilər. 

İddia sənədinin ilkin materiallarında ixtiranın düsturuna əlavə edilməli olan, göstərilməyən 

əlamətlərlə yanaşı iddia sənədinin baxılması üçün lazım olan digər məlumatları daxil edən əlavə 

materiallar, yalnız göstərilmiş əlamətləri saxlayan hissədə mahiyyəti dəyişmiş sayılırlar. 

Digər məlumatlar ekspertiza keçirilərkən nəzərə alınırlar. 

(5) Əlavə materiallarda təqdim edilən, iddiaçı tərəfindən dəyişilmiş ixtira düsturunun yoxlanılması 

zamanı, dəyişikliklərin iddia olunan ixtiraya aid olub -olmaması müəyyən edilir. 

İddia olunan ixtiraya aid olmayan asılı olmayan bəndlərin ona daxil edilməsini nəzərdə tutan, ixtira 

düsturundakı dəyişikliklər nəzərə alınmır və bu barədə iddiaçı xəbərdar edilir.  



Düstura daxil edilmiş asılı olmayan bənd, iddia olunan ixtiraya aşağıdakı hallarda aid edilir:  

ixtira obyektinin (qurğu, üsul, maddə) növünə göstərişin dəyişilməsi, əgər yeni göstərilmiş növ 

ixtiranın ilkin düsturunda olan əlamətlərin xarakterinə əvvəlkindən daha çox uyğun gəldikdə; 

"yeni təyinat üzrə tətbiq" ilkin iddia olunan ixtira obyekti göstərilmiş yeni təyinatlı obyektlə əvəz 

edildikdə, əgər ilkinlik tarixinədək hamıya məlum olan məlumatlardan iddia ediləndən yalnız 

təyinatı ilə fərqlənən vasitənin məlumluğu müəyyən edilmişsə; 

ilk iddia olunan ixtira obyektinin "yeni təyinat üzrə tətbiq", ixtira obyektinə dəyişdirilməsi, əgər 

ilkinlik tarixinə qədər hamıya məlum olan məlumatlardan, iddia olunandan yalnız təyinatına görə 

fərqlənən vasitələrin məlumluğu müəyyən edilibsə; 

bu Qaydaların 18.4 bəndində göstərilmiş nöqsanların aradan qaldırılması nəticəsində yeni asılı 

olmayan bənd formalaşdırıldıqda. 

(6) Əlavə materialların iddia olunan ixtiranın mahiyyətini dəyişdirilmiş sayılması halında, iddiaçıya 

əlavə materiallara daxil olan hansı məlumatların ekspertizanın bu cür nəticəsi üçün əsas olması 

barədə xəbər verilir. 

20. İddia materialları və patentin verilməsinə dair məlumatların dərci. 

20.1. İddia sənədləri haqda dərc olunan məlumatların tərkibi.  

Patent haqqında Qanunun 30-cu maddəsinin 3-cü bəndinə əsasən iddia sənədi üzrə aşağıdakı  

məlumatlar dərc olunur. 

iddia sənədinin nömrəsi; 

iddia sənədinin Patent idarəsinə daxil olma tarixi; 

iddiaçı(lar)ın adı; 

iddiaçı(lar)ın yaşayış və/və ya olduqları ölkənin adı; 

ixtira müəllif(lər)inin adı, müəllif(lər) onlar tərəfındən adlarının dərc olunmaması haqda müraciət 

olmadıqda ; 

iddia sənədi üzrə, onun Patent idarəsinə daxil olduğu tarixdən daha əvvəlki ilkinlik tələb edildikdə  

ixtiranın ilkinliyinin tələb edilməsi üçün əsas olmuş iddia sənədinin nömrəsi, tarixi və verildiyi 

ölkə; 

ilkin ekspertiza nəticəsində müəyyən edilmiş BPT təsnifatının bölmələrinin indeksi; 



ixtiranın adı; 

ixtira haqda referat; 

ixtiranın düsturu (son redaksiyada); 

iddia sənədində informasiya axtarış və ekspertiza keçirilməsi haqda vəsatət olmasına göstəriş. 

İddia sənədinin sənədlərinin daxil olduğu tarixdən 12 ay ərzində verildikdə. 

Patent idarəsinə ixtiraya görə məlumatların dərc olunması haqda vəsatət iddia sənədinin daxil 

olduğu tarixdən 18 ay keçdikdən sonra təqdim edilmişsə, dərc olunan məlumatlarda düzəlişlər, 

dəqiqləşmələr və dəyişiklər nəzərə alınmır. 

20.2. Dərc olunmuş iddia sənədləri ilə tanışlıq. 

İddia sənədinə dair məlumatlar dərc olunduqdan sonra Patent haqqında Qanunun 30-cu maddəsinin 

5-ci bəndinə uyğun olaraq istənilən fiziki və hüquqi şəxs iddia sənədi materialları ilə tanış ola bilər. 

İddia sənədinin materiallarından çıxarışların surətləri tarif üzrə müvafiq haqq ödənilməsi şərti ilə 

verilə bilər. 



20.3. Dərc olunan iddia sənədlərində ixtira müəllifinin müəllifliyinin göstərilməsindən imtina 

etməsi. 


İxtira müəllifinin iddia sənədi haqda məlumatların dərci zamanı müəllifliyinin göstərilməsindən 

imtina etməsi dərc olunmaya texniki hazırlığın qurtarmasına qədər nəzərə alınır. 

Göstərilən imtina, həmin müddət ərzində müəllif tərəfindən geri götürülə bilər. 

20.4. İddia sənədləri haqda məlumatın daxil olma tarixindən 18 aydan tez dərc olunması. 

Patent haqqında Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, iddiaçının vəsatəti əsasında 

müvafiq tarif üzrə rüsum ödənildikdə, iddia sənədləri haqda məlumat 18 aydan tez dərc edilir.  

İddia sənədi haqda məlumatlar, aşağıdakı hallar istisna olmaqla dərc olunur: 

vəsatətin daxil olduğu tarixdən 6 ay ərzində iddia sənədi geri götürülüb və ya geri götürülmüş  

sayılıb; 

əgər vəsatət ilkin ekspertiza qurtaranadək daxil olubsa, yuxarıda göstərilən müddət ilkin 

ekspertizanın müsbət rəyinin iddiaçıya göndərildiyi tarixdən hesablanır. 

İddiaçının vəsatəti ilə iddia sənədlərinin geri götürülməsi dərc olunma üzrə texniki işlərin 

tamamlanmadığı halda nəzərə alınır. 

20.5. Patentin verilməsinə dair dərc olunan məlumatların tərkibi.  

1. Patent haqqında Qanunun 32-ci maddəsinin 1-ci bəndinə uyğun dərc olunmuş iddia sənədinə 

etiraz müddəti qurtardıqdan sonra müvafiq rüsum ödənildikdə ixtira obyekti dövlət reyestrində 

qeydə alınır və iddiaçıya patent verilir. 

2. Patent haqqında Qanunun 33-cü maddəsinin 1-ci bəndinə əsasən ixtiraya görə patent verilməsi 

haqda aşağıdakı məlumatlar dərc olunur: 

- patentin nömrəsi; 

- Milli Patent Ekspertiza Mərkəzi tərəfindən müəyyənləşdirilmiş BPT indekslərinin rubrikası; 

- patent verilən iddia sənədinin nömrəsi və daxil olma tarixi;  

- iddia sənədinə dair məlumatların dərc olunma tarixi və bülletenin nömrəsi; 

- iddia sənədi üzrə onun Patent idarəsinə daxil olduğu tarixdən daha əvvəlki ilkinlik müəyyən 

edilmişsə, ixtiranın ilkinliyi üçün əsas olmuş iddianın nömrəsinin verilmə tarixi və ölkəsi; 

- müəllif(lər)in adı, əgər o (onlar) və adının göstərilməsindən imtina etməyibsə və patent sahibinin 

adı; 

- ixtiranın adı; 



- ixtiranın düsturu. 

20.6. İxtira müəllifinin patent haqda məlumatlarda adının dərc olunmasından imtina etməsi. 




İxtira müəllifinin patent verilməsi haqda dərc olunan məlumatlarda adının göstərilməsindən imtina 

etməsi, əgər imtina dərc olunmaya texniki hazırlıq qurtaranadək daxil olubsa, məlumatların dərci 

zamanı nəzərə alınır. Göstərilən imtina həmin müddət ərzində müəllif tərəfindən geri götürülə bilər. 

21. lddia sənədinin çevrilməsi. 

(1) Qanunun 29-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq ixtiraya dair iddia sənədi faydalı model 

üçün şəhadətnamə verilməsinə dair iddia sənədinə çevrilə bilər. 

Bu cür cevrilmə haqqında ərizə daxil olduqda, onun bu Qaydaların 8-ci bəndinə uyğun olaraq 

düzgün tərtib edilməsi yoxlanılır, həmçinin onun ixtiraya dair iddia sənədi haqqında məlumatların 

dərc olunmasından əvvəl təqdim edilməsi və ərizə ilə birlikdə, həmçinin müəyyən olunmuş 

məbləğdə müvafiq rüsumun ödənilməsi barədə sənədin təqdim edilməsi müəyyən edilir. 

İddia sənədi müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edilmədikdə, iddiaçıya bu barədə xəbər 

verilir. 

İxtiraya dair iddia sənədi haqqında məlumatların dərc olunmasından sonra ərizə daxil olduqda, 

iddiaçıya, iddia sənədinin çevrilməsinin qeyri-mümkünlüyü barədə xəbər verilir. 

Ərizə ilə birlikdə, rüsumun ödənilməsi haqqında sənəd təqdim edilmədiyi təqdirdə, sonuncu təqdim 

edilməmiş sayılır və bu barədə iddiaçı xəbərdar edilir. 

Çevrilməsi həyata keçirilməyən iddia sənədi, ixtiraya dair iddia sənədi olaraq qalır və sonralar onun 

barəsində bu Qaydalar tətbiq edilir.  

İddia sənədinin müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edildiyi göstərilən müddətin 

gözlənilməsi ilə təqdim edildiyi və müəyyən edilmiş məbləğdə rüsumun ödənilməsi haqqında sənəd 

onunla birlikdə təqdim edildiyi, müəyyən edilmişsə, iddiaçıya baş vermiş çevrilmə barədə xəbər 

verilir ki, burada həmçinin, iddia sənədinin gələcək baxılmasının, faydalı modelə verilən 

şəhadətnamə üçün iddia sənədinin tərtib edilməsi, təqdim edilməsi və baxılması Qaydalarına uyğun 

həyata keçiriləcəyi barədə bildirilir.  

(2) İddia sənədinin çevrilməsi haqda ərizənin verilmə tarixinə iddiaçı tərəfindən ixtiraya dair iddia 

sənədinə düzəlişlər edən və ya dəqiqləşdirən, yaxud da ixtiranın dəyişdirilmiş düsturu təqdim 

edildikdə, çevrilməyə dair ərizəyə baxılmasının nəticələri barədə bildiriş göndərilənədək, bu 

Qaydaların 18.4. və 19-cu bəndlərinə uyğun olaraq həmin materialların yoxlanması başa çatmalıdır. 

(3) Çevrilmə, geri götürülmüş, geri götürülmüş sayılan və ya tanınan ixtiraya aid iddia sənədləri 

barəsində aparılmır. 

(4) Əgər çevrilmə haqqında ərizə, Qanunun 29-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq geri 

götürülmüş sayılan iddia sənədi üzrə daxil olmuşsa və ərizə ilə birlikdə buraxılan müddətin bərpa 

edilməsi barədə vəsatət təqdim edilmişsə, sonuncu bu Qaydaların 13-cü bəndinə uyğun olaraq 

baxılır; müddətin bərpasının mümkünlüyü müəyyən edildikdə, iddiaçı bu barədə və iddia sənədinin 

çevrilməsinin baş verməsi barədə xəbərdar edilir. 

(5) İddiaçının ona iddia sənədinin çevrilməsinin baş verməsi barədə xəbərdarlıq göndərilməmişdən 

əvvəl, onun çevrilmə haqqında ərizəsinin təqdim edilməmiş sayılması barədə xahişi daxil olduqda, 

çevrilmə (iddia sənədinin çevrilməsi haqqında ərizənin geri götürülməsi) baş verməmiş sayılır, iddia 

sənədinin çevrilməsi üçün ödənilmiş rüsum qaytarıla və ya müəyyən olunmuş qaydada hesaba alına 

bilər. 



İddiaçının, ona ixtiraya dair iddia sənədinin faydalı modelə şəhadətnamə verilməsinə dair iddia 

sənədinə çevrilməsinin baş verdiyi haqda bildirişi göndərilənədək iddia sənədinin çevrilməsinə dair 

ərizəsini verilməmiş sayılması barədə xahişi iddia sənədinin geriyə çevrilməsi və ödənilmiş 

rüsumun geri qaytarılması üçün əsas deyil. 



Document Outline

  • 1-ci hissə
    • 1. Ixtira barəsində iddia sənədi.
      • 1.1. İxlira obyektləri
      • 1.1.1. İxtira obyekti sayılan qurğu və onun əlamətləri.
      • 1.1.2. İxtira obyekti sayılan üsul və onun əlamətləri
      • 1.1.3. İxtira obyekti sayılan maddələr, onların növləri və əlamətləri.
      • 1.1.4. İxtira obyekti sayılan mikroorqanizm ştammı, bitki və heyvan hüceyrələrinin kulturası.
      • 1.1.5. Əvvəllər məlum olan qurğunun, üsulun, maddənin, ştammın yeni təyinatla tətbiqi ixtiraobyektidir
      • 1.1.6. İxtira sayılmayan obyektlər
      • 1.1.7. İxtiranın vəhdətlik tələbi
    • 2. İxtira barəsində iddia sənədi
      • 2.1. Iddia sənədinin tərkibi
      • 2.2. İddia sənədinə qoşulan sənədlər
      • 2.3. Iddia sənədinin yazılış dili
      • 2.4. Nüsxələrin sayı
      • 2.5. Patent verilməsi haqqında ərizə.
      • 2.6. İxtiranin təsviri
      • 2.6.1. Təsvirin təyinatı
      • 2.6.2. Təsvirin strukturu
      • 2.6.3. İxtiranın adı
      • 2.6.4. Təsvirin bölmələrinin məzmunu
      • 2.6.4.1. İxtiranın aid olduğu texnika sahəsi
      • 2.6.4.2. Mövcud bilgilər məcmusu
      • 2.6.4.3. İxtiranın mahiyyəti
      • 2.6.4.3.1. İxtiranın mahiyyəti və mühüm əlamətləri
      • 2.6.4.3.2. İxtiranın mahiyyətini açıqlayan məlumatlar
      • 2.6.4.3.3. Çertyoj fiqurlarının siyahısı
      • 2.6.4.4. İxtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
      • 2.6.4.4.1. Qurğuya aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
      • 2.6.4.4.2. Üsula aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
      • 2.6.4.4.3. Maddəyə aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar
      • 2.6.4.4.4. Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturuna aid olan ixtiranın həyatakeçirilməsi imkanını təsdiq edən məlumatlar
      • 2.6.4.4.5. Yeni təyinat üzrə tətbiqə aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edənməlumatlar
      • 2.6.4.5. İmza
      • 2.7. İxtiranın düsturu
      • 2.7.1. Ixtiranın düsturunun təyinatı və tərtib edilməsi
      • 2.7.2. İxtiranın düsturunun strukturu
      • 2.7.2.1. Ixtiranın birbəndli düsturu.
      • 2.7.2.2. İxtiranın çoxbəndli düsturu
      • 2.7.2.3. İxtira düsturunun asılı olmayan bəndi
      • 2.7.2.4. İxtira düsturunun asılı olan bəndi
      • 2.7.3. Qurğuya aid ixtira düsturunun xüsusiyyətləri
      • 2.7.4. Üsula aid olan ixtira düsturunun xüsusiyyətləri
      • 2.7.5. Maddəyə aid olan ixtira düsturunun xüsusiyyətləri
      • 2.7.6. Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturuna aid olan ixtira düsturununxüsusiyyətləri
      • 2.7.7. Yeni təyinat üzrə tətbiqə aid olan ixtira düsturunun xüsusiyyətləri
      • 2.8. İmza
      • 2.9. Çertyojlar və digər materiallar
      • 2.10. Referat
    • 3.Terminologiya və şərti işarələr.
    • 4. İcazə verilməyən elementlər
    • 5. Iddia sənədlərinin tərtibi
    • 5.1. Kimyəvi formullar
    • 5.2. Riyazi düsturlar və simvollar
    • 5.3 Qrafiki materiallar.
    • 5.4. Biblioqrafik məlumatlar
    • 5.5. İmza
  • 2-ci hissəPatent verilməsi üzrə işlərin aparılması.
    • 6. Nümayəndənin təyini
    • 7. Patent idarəsi ilə yazışmaların aparılması
    • 8. Iddia sənədlərində düzəliş və dəqiqləşmələr edilməsi
    • 9. Patent alma hüququnun digər şəxsə verilməsi
    • 10. İddia şənədinin materialları ilə tanışlıq
    • 11. Iddia sənədinin baxılması prosesində ekspertiza tərəfindən göstərilən materiallarla tanışlıq
    • 12. İddiaçının iştirakı ilə iddia sənədinə baxılması
    • 13. Sorğulanan materialların təqdim edilmə vaxtının uzadılması
    • 14. Ötürülmüş müddətin bərpası
    • 15. Iddia sənədinin geri götürülməsi
    • 16. İddia səhədinin Patent idarəsinə daxil olması. İddia sənədləri ilə işləmə qaydası
      • 16.1. Ixtira barəsində daxil olan iddia sənədlərinin qeydə alınması
      • 16.2. Iddia sənədinin verilməsinə görə ödşnilən rüsumun yoxlanılması
      • 16.3. İddia sənədinin məxfiliyi
    • 17. İddia sənədi materiallarının ekspertizası
      • 17.1. İddia sənədinin ilkin ekspertizasının keçirilmə müddəti
      • 17.2. İddia sənədinin ilkin ekspertizasının aparılmasının məzmunu
      • 17.3. Əlavə materiallar
      • 17.4. Iddia sənədində çatışmayan və ya düzəlişlər aparılacaq materialların sorğusu.
      • 17.5. Iddia sənədi predmetinin təsnifatı
      • 17.6. İxtiraya "Patent haqqmda" Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi mühafizəverilə bilməməsi haqqında xəbərdarlıq
      • 17.7 Patent verilməsindən imtinaya dair qərar
      • 17.8. İddia sənədinin ilkin ekspertizasının müsbət rəyi haqqında xəbərdarlıq
    • 18. Iddia sənədinin ekspertizası
      • 18.1. İddia sənədinin ekspertizasının məzmunu
      • 18.2. İddia sənədinin ekspertizasının keçirilmə şərti
      • 18.3. İxtiranın ilkinliyinin təyin olunması
      • 18.3.1. Konvension llkinliyin təyin olunması
      • 18.3.2. Əvvəllər təqdim edilmiş iddia sənədinə əlavə materialların daxil olma tarixi üzrə ilkinliyintəyin olunma şərti
      • 18.3.3. Həmin iddiaçının daha əvvəlki iddia sənədinin daxil olması tarixi üzrə ilkinliyin təyinolunma şərti.
      • 18.3.4. Ayrılmış iddia sənədi üzrə ixtiranın ilkinliyinin təyini şərti
      • 18.3.5. Bir neçə ilkinliyin təyini şərti
      • 18.3.6. İxtiranın ilkinliyinin təyin edilməsi şərtinin gözlənilməsinin yoxlanılması
      • 18.4. İxtira dıisturunun yoxlanılması
      • 18.5. Ixtiranın patent qabiliyyətlilik şərtinin yoxlanılması
      • 18.5.1 Sənaye tətbiqliliyinin yoxlanılması
      • 18.5.2. Yeniliyin yoxlanılması
      • 18.5.3.lxtiraçılıq səviyyəsinin yoxlanılması
      • 18.5.4. Çoxbəndli düsturla səciyyələnən ixtiranın patent qabiliyyətliliyinin yoxlanılmasıninxüsusiyyətləri
      • 18.6. Əlavə materialların sorğusu
      • 18.7. İddia sənədinin dərc edilməsi haqqında qərar
      • 18.8. Patent verilməsindən imtinaya dair qərar
      • 18.9. Eyni ilkinlik tarixinə malik eyni sənaye mülkiyyəti obyektinə aid digər iddia sənədi olduğumüəyyən edildikdə iddia sənədinə baxılmanın xüsusiyyətləri
    • 19. Əlavə materialların yoxlanılması
    • 20. İddia materialları və patentin verilməsinə dair məlumatların dərci
      • 20.1. İddia sənədləri haqda dərc olunan məlumatların tərkibi
      • 20.2. Dərc olunmuş iddia sənədləri ilə tanışlıq
      • 20.3. Dərc olunan iddia sənədlərində ixtira müəllifinin müəllifliyinin göstərilməsindən imtinaetməsi
      • 20.4. İddia sənədləri haqda məlumatın daxil olma tarixindən 18 aydan tez dərc olunması
      • 20.5. Patentin verilməsinə dair dərc olunan məlumatların tərkibi
      • 20.6. İxtira müəllifinin patent haqda məlumatlarda adının dərc olunmasından imtina etməsi
    • 21. lddia sənədinin çevrilməsi

Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə