İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları



Yüklə 345,3 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix29.04.2018
ölçüsü345,3 Kb.
#40309
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20

onun tərəfindən təklif edilmiş redaksiyasında saxlanılmasını təkid edirsə, qərarda ixtiranın düsturu 

iddiaçının redaktəsində verilir. 

İxtiranın düsturu, iddiaçının təklif etdiyi redaktədə həm də o zaman verilir ki, onda olan əlamətlər 

standart və ya ümumi qəbul edilmiş terminologiya istifadə edilməklə səciyyələnib və iddiaçı 

dusturda düzəlişlər etməkdən imtina etmişdir, həmçinin bu Qaydaların 18.4 bəndinin (9) 

yarımbəndinə uyğun olaraq baxılan bütün iddia olunan ixtiraların patent qabiliyyətliliyi müəyyən 

edilmişdir. 

18.8. Patent verilməsindən imtinaya dair qərar. 

(1) İddiaçı tərəfindən təklif olunan düsturla ifadə edilən iddia olunan ixtiranın patent 

qabiliyyətliliyinin heç olmasa bir şərtinə uyğun gəlmədiyi müəyyən edildikdə, müvafiq əsaslar 

gətirməklə patent verilməsindən imtinaya dair qərar çıxarılır. 

İddiaçı tərəfindən, patent verilməsindən imtinaya səbəb olan hallarla tanış olduqdan sonra, iddia 

olunan ixtiranın patent qabiliyyətli olmasına dair, lakin ekspertizanın nəticəsini dəyişməyən dəlillər 

təqdim edildikdə, qərarda göstərilən dəlillərin analizi verilir.  

Qərarda informasiya mənbəyinə istinad gətirilirsə, onun biblioqrafik məlumatları göstərildikdə, bu 

Qaydaların 18.6 bəndinin (3) yarımbəndində verilmiş şərt göslənilməlidir. 

(2) Patent verilməsindən imtinaya dair qərar, asılı olan bəndləri və bir asılı olmayan bəndi olan 

çoxbəndli dusturda səciyyələnən iddia olunan ixtira asılı olmayan bəndə nəzərən patent 

qabiliyyətliliyi şərtinin birinə uyğun gəlmədikdə və iddiaçı düsturun bu bəndində düzəliş etməkdən 

imtina etdikdə, çıxarılır. 

(3) Patent verilməsindən imtinaya dair qərar, həmçinin o halda çıxarılır ki, digər asılı olmayan 

bəndlərı olmayan düsturun asılı olmayan bəndində səciyyələnən ixtiranın patent qabiliyyətliliyi 

təsdiq edilmişdir, asılı olan bəndlərdə ixtiranın xarakteristikası isə elədir ki, o ixtiranın və ya iddiaçı 

tərəfindən göstərilən təyinatın həyata keçirilməsinə mane olur, ya da ixtiranın ictimai mənafeyə, 

humanizm və əxlaq prinsiplərinə cavab vermədiyi üçün əsas olur və iddiaçı düsturda düzəlişlər 

etmək və ya belə asılı olan bəndləri çıxarmaqdan imtina etdikdə, çıxarılır. 

(4) İddiaçı tərəfindən təklif edilən düstur bir asılı olmayan bənddən ibarət olaraq təsvirdə olan 

ixtiranın mühüm əlamətini daxil etmədiyi və buna görə də bu cür səciyyələnən ixtira patent 

qabiliyyətliliyinin hər hansı bir şərtinə uyğun gəlmədiyi halda iddiaçı göstərilən əlaməti düstura 

daxil etməkdən imtina edərsə, patent verilməsindən imtinaya dair qərar çıxarılır. 

(5) İddia olunan ixtiralar qrupuna, patent qabiliyyətliliyinin şərtlərinə uyğun gəlməyən ixtira daxil 

olduğu müəyyən edilərsə və iddiaçı düsturda düzəliş etmək və ya bu ixtiranın xarakteristikasını 

çıxartmaqdan imtina edərsə, patent verilməsindən imtinaya dair qərar çıxarılır. 

Bu zaman qərarda digər ixtiranın (ixtiraların) patent qabiliyyətliliyi təsdiq edilir. 

18.9. Eyni ilkinlik tarixinə malik eyni sənaye mülkiyyəti obyektinə aid digər iddia sənədi olduğu 

müəyyən edildikdə iddia sənədinə baxılmanın xüsusiyyətləri. 

(1) Baxılan iddia sənədi üzrə ixtiranın patent qabiliyyətliliyi müəyyən edilibsə, lakin digər geri 

götürülməmiş sayılan və ya eyni ilkinlik tarixi olan eyni ixtira və faydalı model olarsa, baxılan iddia 

sənədinin iddiaçısına bu barədə və, Qanunun 28-ci maddəsinin 10-cu bəndində təyin edilmiş 

şərtlərin yerinə yetirildiyi təqdirdə, onun iddia sənədi üzrə patent verilməsinin (mümkünlüyü) 




barədə xəbər verilir. Bu zaman iddiaçıya həmçinin, onun iddia sənədinin Patent idarəsinin daha 

əvvəlki və ya daha sonrakı qeydiyyat nömrəsinə malik olması barədə xəbər verilir. 

İddia sənədi baxılan iddiaçıya, eyni ixtira və ya faydalı modeli özünə daxil edən digər iddia 

sənədinin hər hansı biblioqrafık məlumatlarının xəbər verilməsinə və iddia sənədi barədə 

məlumatların dərcinə və ya buna görə patent (şəhadətnamə) verilməsinə qədər onun məzmununun 

açılmasına yalnız digər iddia sənədinin iddıaçısının razılığı ilə yol verilir. 

(2) Qanunun 28-ci maddəsinin 10-cu bəndində göstərilən sazişə əsasən eyni sənaye mülkiyyəti 

obyektlərinə iki və daha çox patent (və ya patentlər və şəhadətnamələr) verilməsi, həmçinin, patent 

(şəhadətnamə) verilməsindən imtinaya dair qərar qəbul edilmiş iddia sənədi üzrə patent 

(şəhadətnamə) verilməsi nəzərdə tutula bilməz. 

(3) İxtira və faydalı modelin eyniliyi, müəyyən olunmuş qaydada iddiaçılar tərəfindən təqdim edilən 

axırıncı redaktədə verilmiş düsturlar əsasında təyin edilir. 

İxtiralar (və ya ixtira və faydalı model), onların düsturlarının asılı olmayan bəndlərinin məzmunu 

tamamilə üst-üstə düşdükdə, eyni sayılır. 

19. Əlavə materialların yoxlanılması. 

(1) İddiaçının təşəbbüsünə əsasən iddia sənədinin vaxtından əvvəl ilkin ekspertizasının keçirilməsi 

haqqında vəsatət verildikdən sonra təqdim edilmiş və iddia sənədinə düzəlişlər edən və ya 

dəqiqləşdirən əlavə materialların (yəni onun məzmununa daxil edilməli olan) daxil oldugu zaman 

və ya iddia sənədinin, belə vəsatət verilmədikdə daxil olması tarixindən iki ay müddət keçdikdən 

sonra göstərilən materiallarla birlikdə müəyyən edilmiş məbləğdə rüsum ödənilməsini təsdiqləyən 

sənədin təqdim edilməsi yoxlanılmalıdır. Əlavə materiallarla birlikdə bu sənəd təqdim edilmədiyi 

təqdirdə, sonuncular iddia sənədi baxılan zaman nəzərə alınmır və bu barədə iddiaçı xəbərdar edilir. 

Bu cür bildiriş ekspertizanın iddiaçıya göndərilən növbəti sənədinin məzmununa daxil edilə bilər. 

(2) Əlavə materiallarda ixtiranın dəyişilmiş düsturu olduqda, düsturdakı dəyişikliklər əvvəlki 

düsturda bu cür ayrılmamış bir neçə asılı olmayan ixtira bəndinin ona daxil edilib-edilməməsi və bu 

cür əlavə materiallarla birlikdə müvafiq rüsumun ödənilməsini təsdiqləyən sənədin müəyyən 

edilmiş müddətlərldə təqdim edilib-edilməməsi müəyyən edilir. 

Göstərilən sənəd əlavə materiallarla birlikdə təqdim edilmədiyi təqdirdə, düsturdakı dəyişikliklər, 

iddia sənədi baxılan zaman nəzərə alınmır. 

(3) Patent idarəsinin - sorğusuna əsasən iddiaçı tərəfindən verilən əlavə materialların təqdim edilmə 

müddətinin gözlənilməsi yoxlanılır. 

Göstərilən materiallar iddiaçı tərəfindən sorğunun alındığı tarixdən iki ay müddətində təqdim 

edilməlidir. 

İddiaçı tərəfindən, iddia sənədinə qarşı qoyulan materialların surəti istənildikdə, əlavə materiallar 

göstərilən surətlərin, iddiaçı tərəfindən alındığı tarixdən iki ay müddətində təqdim edilə bilər, o 

şərtlə ki, bu surətlər iddiaçı tərəfindən, onun ekspertizanın sorğusunu aldığı tarixdən bir ay 

müddətində istənilmiş olsun. 

İddiaçı tərəfindən təyin edilmiş müddətlərin gözlənilməsinin yoxlanması zamanı bu Qaydaların 

17.3-17.4-cü bəndini rəhbər tutmaq lazımdır. 



Yüklə 345,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə